3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   79

158 
 
lərini) tənzimləyən aralıq idarəedici, planlaşdırıcı, inzibati 
təsisat (təşkilat, orqan) yoxdur. 
Bazar  iqtisadiyyatının  əsasını:  əmtəə  (xidmətlər)  is-
tehsalı;  ictimai  əmək  bölgüsü;  istehsalçıların  sərbəstliyi 
(əlahiddəliyi, bir-birindən asılı olmaması); istehsal etdiklə-
ri  məhsulların  -  xidmətlərin  sahibi  olmaları;  xüsusi  mül-
kiyyətçilər  kimi  cəmiyyət  həyatında  və  bazarda  fəaliyyət 
göstərmələri  təşkil  edir.  Ayrı-ayrı  ölkələrin  təsərrüfat  sa-
hələrində  fasiləsiz  təkrar  olunan  bu  çoxcəhətli  münasi-
bətləri, əlaqələri, prinsipləri tənzimləyən məhz bazardır. 
Bəşəriyyətin  keçdiyi  çoxəsrli  iqtisadi-sosial  inkişaf 
yolunda  bazarın  8-10  min  illik  bir  tarixi  vardır.  Bazar 
haqqında olan müxtəlif fikir və mövqelərdə göstərilir ki, o 
bütün  sivilizasiyalarda  olmuş,  inkişaf  etmiş  və  təkmilləş-
mişdir.  Bazar,  insanların  gündəlik  həyatında  daim  təkrar 
olunan  alqı-satqı  münasibətlərinin  və  mübadilə  dairəsin-
dəki  sosial-iqtisadi  əlaqələrin  vəhdəti,  yaxud  toplusudur. 
Bazar  məhsul  istehsalçıları  ilə  onu  istehlak  edənlər  ara-
sında iqtisadi münasibətləri aydınlaşdırır. 
Eyni zamanda bazar elə bir iqtisadi məkandır ki, ora-
da  tələblə-təklif  üz-üzə  dayanır.  Bazarda  müxtəlif  əmtəə-
lərin  yaxud  xidmətlərin  konkret  sövdələşməsi  baş  verir. 
Satıcı pul, alıcı isə mal (əmtəə, xidmət) sahibi olur. 
Məşhur  Amerika  iqtisadçısı,  bazar  və  marketinq 
problemləri  üzrə  tanınmış  mütəxəssis  Filip  Kotler  «Mar-
ketinqin  əsasları»  kitabında  yazır  ki,  bazar  mövcud  olan 
və  potensial  əmtəə  alıcılarının  cəmidir.  İngilis  iqtisadçısı 
Alfred Marşall «İqtisadi nəzəriyyənin prinsipləri» əsərində 
göstərir  ki,  bazar  eyni  qrupların  işgüzar  əlaqələrə  girdik-


159 
 
ləri və müxtəlif istehsalçıların iri alış-veriş sövdələşmələri 
etdikləri bir yerdir. 
Müasir  iqtisadi  ədəbiyyatda  bazar  haqqında  digər 
fikir və mövqelər də vardır. Məsələn,  «bazar-iqtisadi  mü-
nasibətlərdə  tələblə-təklifin  cəmidir»,  «bazar-əmtəələr  və 
xidmətlər  üzrə  satıcılarla  alıcıların  birgə  fəaliyyət  mexa-
nizmidir»,  «bazar-əmtəə  və  əmtəə-pul  mübadiləsi  forma-
sıdır»,  «bazar-ticarət  aparmaq  üçün  adamların  qarşılıqlı 
fəaliyyətidir»,  «bazar-əmtəə  istehsalı  və  pul  tədavülü  qa-
nunları üzrə təşəkkül tapan mübadilədir». 
Bazarın vəzifələrinə aşağıdakılar daxildir: 
1.
 
Bazar  istehsalla  istehlak  arasında  əlaqələndirici 
körpü, vasitəçi və bağlayıcı həlqə rolunu oynayır. 
2.
 
Bazar  mübadilə  olunan  əmtəə  və  xidmətlər  üçün 
sərbəst ekvivalentlik şəraiti yaradır. 
3.
 
Bazar,  istehsalçıları  ən  az  xərclərlə  istehlakçılar 
(alıcılar)  üçün  lazım  olan  məhsulları  hazırlamağa  və  bu 
fəaliyyətdən kifayət qədər gəlir (mənfəət) əldə etməyə hə-
vəsləndirir. 
4.
 
Bazar  əmək  bölgüsünün  dərinləşməsi,  təsərrüfat 
həyatının  getdikcə  beynəlmiləlləşdirilməsi  və  iqtisadi  in-
teqrasiya  proseslərinin  gücləndirilməsi  əsasında,  ölkənin 
və  dünyanın  müxtəlif  bölgələrinin  tarazlı  inkişafına  təsir 
göstərir. 
Müasir  bazar,  sivilizasiyanın  yüksək  inkişaf  etmiş 
məhsulu kimi tarixən özünün əvvəlki formasından onunla 
fərqlənir  ki,  indi  əmtəələrin  əksər  hissəsinin  zəmanətli 
satışını, dövlətin fəal maliyyə-kredit və pul siyasətini, əha-
linin  az  imkanlı  hissəsinin  sosial  mühafizəsinin  müəyyən 


160 
 
sistemi olmasını irəli sürür. 
Bazarın  -  məlumat,  vasitəçi,  qiymətyaratma,  nizam-
layıcı, təmizləyici kimi vəzifələri aşağıdakı sxemdə göstə-
rilmişdir:  
 
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
           
 
 
 
 
 
 
 
 
 
 
b)
 
Bazarın  ümumi  strukturu  (quruluşu)  daxilində 
onun obyektləri və subyektləri dedikdə aşağıdakılar nəzər-
də tutulur: 
Bazarın obyektləri: 
1.
 
Əmtəə və xidmətlər bazarı. Buraya əsasən müxtə-
lif  ərzaq  məhsulları,  şəxsi  istehlak  malları,  məişət,  kom-
munal,  nəqliyyat  xidmətləri,  mədəniyyət,  təhsil,  səhiyyə 
üzrə pullu xidmət bazarları daxildir. 
2.
 
İstehsal  vasitələri  bazarı.  Buraya  istehsal  proses-
lərini həyata keçirtmək üçün lazım olan əmək cisimləri və 
əmək  vasitələri,  habelə  onların  tərkibindəki  bütün  kom-
pleks şeylər daxildir. Daşınmaz əmlak, əmək alətləri, xam-
Məlumat 
Bazarın 
vəzifələri 
(funksiyaları) 
Qiymətyaratma 
Nizamlayıcı 
Vasitəçi 
Təmizləyici 


161 
 
mal və materiallar, energetika resursları, faydalı qazıntılar 
da buraya aiddir. Bu bazara bəzən istehsal amilləri bazarı 
da deyilir. 
3.
 
İş qüvvəsi bazarı. Buraya sərbəst surətdə sövdələş-
mələr  nəticəsində  (müqavilələr  üzrə)  iş  qüvvəsinin  alqı-
satqısı (muzdla tutulması) daxildir. 
4.
 
Elmi-texniki tədqiqatlar bazarına hazır iş variant-
ları, innovasiya, kəşflər, patentlər, texnoloji üsulların tək-
milləşdirilməsinə, əmək məhsuldarlığının yüksəldilməsinə 
təsir  göstərə  bilən  elmi-texniki  ixtiralar,  yeni  ideyalar, 
bunları  hüquqi  cəhətdən  təsdiqləyən  rəsmi  sənədlərin,  li-
senziyaların alqı-satqısı daxildir. 
5.
 
Valyuta,  qiymətli  kağızlar  (maliyyə)  bazarına 
müxtəlif  ölkə  valyutalarının,  səhmlərinin,  istiqrazlarının, 
çeklərin, akkredittivlərin, veksillərin və digər pul  öhdəlik-
lərini  yerinə  yetirə  bilən  qiymətli  kağızların  sərbəst  alqı-
satqısı daxildir. 
6.
 
Mənzil  bazarı  mülklərin,  bağ  evlərinin,  özəlləşdi-
rilmiş  mənzillərin  sərbəst  surətdə  alınıb-satılmasını  əhatə 
edir. 
7.
 
Torpaq  bazarı  müxtəlif  torpaq  sahələrinin  icarəsi 
və alqı-satqısını əhatə edir. 
8.
 
 İnformasiya  məhsulları  bazarı,  intellektual  xa-
rakterli  məhsulları  (kitab,  qəzet,  şəkil,  kasetlər,  reklam, 
informasiya materialları) əhatə edir. 
Bazarın  quruluşu daxilində  onun obyektlərini aşağı-
dakı sxemdən görmək olar: 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə