35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

 
80 
təkcə  özünə  himayəçiliyə  nifrət  edirdi,  lobbistlərdən  gələn  Konqressin  rüşvət  və 
xeyriyyə mədaxilləri  siyasətçiləri  narahat  edə  bilərdi,  lakin  Missuri  adamını  yox! 
Missuri  qanunvericiliyi  üçün  Demokratik  namizəddən  tələb  olunurdu  ki,  onların 
kampaniyalarının alçaldıcı məğlubiyyətinin acısı altında özünün yenidən seçilməsi 
üçün səs vermək öhdəliyini götürsün. İlk Senator hətta ardıcıl olaraq otuz il xidmət 
etmişdi,  yeni  ştatdan  heç  bir  başqa  Senatorun  iddia  edə  bilmədiyi  halda,  Tomas 
Hart  Benton  görkəmli  mövqeyə  nail  olmuşdu  və  o,  Qərbi  nəhayətsiz  enerji  ilə 
müdafiə  etmişdi,  başqa  heç  bir  müxalif  namizəd  bu  məsələdə  onunla  yarışa 
bilməzdi.  Poni  Ekspress,  teleqraf  xətti  və  ştat  daxilindəki  magistral  yollar  onun 
iftixar  bəslədiyi  nailiyyətlərdən  biri  idi  –  və  trans-kontinental  dəmir  yolu,  tam 
inkişaf etmiş, əhalisi və resursları ilə varlı olan Qərb onun arzularını təşkil edirdi. 
Senatın  atası  və  xalqın  müdafiəçisi  olan  Bentonu  məğlub  etmək  olardımı?  “Heç 
kəs  Bentona  qarşı  çıxa  bilməzdi,  ser”,-  deyə  o,  qışqıracaqdı.  “Çomaqla  döyən  az 
sayda vəkillərdən başqa heç kəs; onlar Bentonun opponentləridir – Benton və xalq, 
Benton  və  demokratiya  bir  və  eynidir,  ser;  sinonim  terminlərdir,  ser,  sinonim 
terminlər”. 
1844-cü  ildə  zəruri  məğlubiyyətin  əl  yazısı  artıq  divar  üzərində  meydana 
çıxmışdı. Qul ştatı olan Missuri tədricən daha güclü surətdə hiss etməyə başladı ki, 
onun  sədaqəti  Cənubun  bacı  ştatlarına  məxsusdur.  Bu  ştat  artıq  özünün  üsyankar 
Senatoruna şübhə ilə baxmağa meyl edirdi, onun əsas loyallığı nə partiyaya, nə də 
sektsiyaya  aid  idi,  ancaq  Birliyə  aid  idi,  bunun  üçün  o,  vuruşurdu  –  döyüş 
cəbhəsində  və  Konqressdə  -  və  baxışlarının  sərt  müstəqilliyi  üçün  o,  istər 
Konqressin  işində,  istərsə  də  Konqressdən  kənarda  döyüşmək  niyyətini  güdürdü. 
Onun  Birliyə  özünü  həsr  etməsi  Cənuba  və  ya  Demokratik  partiyaya  onun  həsr 
olunmasından çox böyük idi (opponentləri onu ittiham edirdilər ki, Benton 1844-cü 
ildə  Demokratik  partiyanın  Milli  Qurultayında  demişdi  ki,  əgər  qurultay  Van 
Byureni  tərk  etməyə  hazırlaşırsa,  onda  o,  “Demokratik  partiyanın  50  dəniz 
sajenindəki  (bir  dəniz  sajeni  182  sm  uzunluğundadır  –  tərcüməçi)  dərinlikdə 
cəhənnəm  odunun  ortasında  batmasını  görəcəkdir,  bundan  əvvəl  isə  mən  mister 
Van Byurenə bir dyüm verəcəyəm”). 


 
81 
Qanunvericilik  üçün  kampaniya  1844-cü  ilin  başlanğıcında  onun  yenidən 
seçilməsinə ümid verirdi, qəflətən  Benton öz ştatı  və partiyası  ilə əlaqəsini qırdı, 
bunu  o,  Texasın  anneksiya  edilməsi  barədəki  müqavilənin  məğlubiyyətinə  görə 
etdi.  İnanmışdı  ki,  bu  müqavilə  Kalhounun  meksikalıların  hüquqlarına  və  ya 
müqavimətinə, siyasi, quldarlıq və sektsionist niyyətlərə məhəl qoymadan bəsləyib 
üzə  çıxardığı  qəsddir.  Benton  həqiqətən  “taleyin  manifestinin”  milli  müstəvidə 
Qərbə doğru genişlənməsini alqışlayırdı – öz siyasi düşmənlərinə kömək edirdi ki, 
ona açıq hücum etmək imkanını seçsinlər. Bentonun təsdiq etdiyinin əksinə Texas 
müqaviləsi  Missuridə  populyar  idi,  o,  bilmirdi  ki,  seçiciləri  həqiqətənmi  onun 
mövqeyinə əksdirlərmi:  
“Əgər onlar mən bildiyim kimidirlərsə, mən öz yerimdən istefa verəcəyəm; 
çünki nə onların məlum arzuları əleyhinə səs verməklə zorakılıq edə bilərəm, nə də 
ona  səs  verməklə  öz  konstitusional  və  əxlaqi  borc  düşüncəmə  zorakılıq  edə 
bilərəm.  Əgər  mənim  siyasi  həyatımı  alternativ  söndürəcəksə,  mən  onu  qəbul 
etməliyəm”. 
Öz  partiyasına  və  sektsiyasına  satqın  yarlığı  vurmaqla,  Viqlərə  və 
britaniyalılara  qoşulmaqla,  Benton  Missuri  Qanunvericiliyinin  görkəmli 
namizədlərinin  dəstəyini  açıqca  itirdi  və  bütün  qaydalarda  şəxsi  hücumların 
obyektinə  çevrildi  –  oranın  sakini  olmayan,  öz  borcunu  yerinə  yetirməyən  və 
ictimai rəyin nifrət etdiyi adam kimi Missurinin “Register” qəzeti elan etmişdi ki, 
Senator  Benton  “ürəyində  demaqoq  və  tirandır.  Xristianlıqda  özü  haqqında  ən 
böyük fikirdə olandır, eqosentrikdir. O, hara gedirsə, o, nə edirsə, bircə xarakterini 
– hədələyən, həyasız, prinsipsiz demaqoq xarakterini göstərir”. 
Lakin Benton hətta seçki ərəfəsində də öz partiyasının Texas siyasətini ifşa 
etməsini  davam  etdirməkdə  tərəddüd  etmirdi.  O,  Senatda  çıxış  edərkən  ittiham 
edirdi  ki,  Missuridəki  onun  siyasi  əleyhdarlarını  Kalhoun,  Tayler  və  onların 
dostları,  “ştatın  departamentinin  pulunu  ödədiyi  300  qəzet  daxil  olmaqla,  onların 
çoxu  elə  də  gözə  çarpan  deyildir,  hərəkətə  gətirmişlər”.  Adi  vətəndaşlar  arasında 
nəhəng  populyarlığı  onu  Qanunvericilikdən  keçirmişdi  –  Qanunvericiliyin  iyirmi 
səkkiz səs ehtiyatından yalnız səkkiz səsə onun partiyası nəzarət edirdi. Elə həmin 


 
82 
vaxt  quldarlıq  tərəfdarı  Demokrat  Atçison  hələ  qurtarmamış  müddətə  Senatı 
doldurmaq üçün otuz dörd səs ehtiyatı ilə seçildi. Senator Benton öz vəziyyətinin 
yazılmamış ümumi təlimatlarına əməl etməkdə çətinliklə səhvə yol verə bilərdi  – 
effekt şəklində: “Sən müstəqil dilini yumşalt, ser, Cənubun mövqeyində dayan və 
ya labüd nəticələrdən əzab çək”. 
Lakin  Tennessi  sərhədindəki  çətin  gənclik  Tomas  Hart  Bentona  özünü 
döyüşdən necə uzaqlaşdırmağı öyrətməmişdi, istər bu vəhşi heyvanla döyüş olsun, 
istər  siyasətçilərlə  döyüş  olsun.  (Onun  Endryü  Ceksonla  münasibəti,  bu,  onun 
Tennessidə vəd edilən qanuni və siyasi karyerasını tərk edib Missuriyə keçməsinə 
səbəb oldu, belə bir izahın subyekti idi ki, hər ikisi Vaşinqtonda olan vaxt möhkəm 
siyasi və şəxsi dostlara çevrildilər. İllər keçdikdən sonra Bentondan yeni bir adam 
soruşanda ki, nə vaxtdan Ceksonu tanıyır, o, lovğa qaydada cavab vermişdi: “Hə, 
ser,  mən  onu  tanıyıram,  ser;  general  Cekson  çox  böyük  adamdır,  ser.  Mən  ona 
güllə  atmışam,  ser.  Sonralar  o,  mənə  böyük  yaxşılıq  etdi,  ser.  Mənim  Birləşmiş 
Ştatlar  Bankı  ilə  davamda”).  “Vəhşi  bizona”  oxşayan,  -  bəziləri  isə  ona  “əyilmiş 
palıd ağacı” deyirdi, - hər gün, hər bir işdə onun hücum etməsindən bütün millətin 
asılı olduğu fikirinə inanaraq o, Senata döndü. 
1844-45-ci  illərdəki  onun  məğlubiyyətə  yaxın  olmasının  əksinə,  Senator 
Benton Oreqonun ərazisinin genişlənməsi məsələsində cəsarətlə öz partiyasının və 
ştatının  əleyhinə  çıxdı.  Genişlənmə  məsələsi  barədə  ictimai  bəyənməni,  xüsusən 
çox sayda vətəndaşlarını Oreqona göndərmiş Missuridə şəxsən özü qaldırsa da – o, 
bu  vaxt  hiss  etdi  ki,  “bütöv  Oreqona  ya  heç  nə”,  “əlli  dörd  qırx  və  ya  vuruş” 
barədəki Demokratik partiyanın mövqeyi qeyri-adi dərəcədə qeyri-realdır. İngiltərə 
və  Kanada  ilə  sövdələşmək  şüarlarına  sadiq  qalmağın  əleyhinə  prezident  Polkla 
məsləhətləşib,  o,  baxışlarındakı  səhvi  düzəltməkdən  imtina  etmələrinə  –  xüsusən 
miçiqanlı  Lyuis  Kassa  görə  Senatda  Demokratik  kolleqalarına  hücum  etdi.  Bu 
“sadə  şeylərin”  Missuri  atlarını  fiziki  və  ruhi  cəhətdən  kor  edən  xəstəlik  növü 
olduğunu izah etdi, hansı ki, həmin xəstəlik yalnız baytar həkimi hansısa bir əsəbi 
kəsən vaxt sağala bilər. O, elan etdi ki, “Kassı sadə şeylər naminə kəsəcəkdir, ser 
də onu müalicə edəcəkdir”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə