35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   24   25   26   27   28   29   30   31   ...   71

 
83 
Yenidən  ona  qorxaq  və  satqın  kimi  hücum  edildi,  onun  tərcümeyi-hal 
yazanları inanırdılar ki, “yəqin ki, tarixdə heç kəs həmin vaxt olduğu kimi onun tək 
qaralanmamışdır”. 
Lakin Benton öz müstəqil yolu ilə gedirdi və bu, artan dərəcədə ayrıca xətt 
idi.  O,  Viq  partiyasının  üstünə  getmədi,  onun  az  əhəmiyyətli  siyasətçiləri  barədə 
deyirdi  ki,  “məni  dərk  etməyə  qadir  olmağı,  bunu  ildə  12  dəfə  bala  verən 
dovşandan artıq bacarmazlar, onu inandırdılar ki, filin boğazlığı isə 2 il çəkir”. O, 
Vaşinqtonun  hər  yerində  qaynaşan  lobbiçilərdən  maliyyə  yardımı  almağı 
axtarmırdı,  bir  qrupun  gəmi  qayırma  sənayesi  üçün  subsidiya  axtaran  agentlinə 
demişdi ki, kömək  üçün  yalnız bir  halda barmağını qaldıracaqdır  ki, “nə vaxt ki, 
gəmilər öz işini bitirib sənin kimi əclafları ölkədən kənara aparmaq üçün istifadə 
ediləcəkdir”.  O,  nə  Missuri  siyasi  başçıları  ilə  sülh  bağlamadı,  nə  də  Sent-Lyuis 
poçt  şöbəsinin  rəisindən  xoşu  gəlməməsini  davam  etdirirdi,  belə  səbəbdən  ki,  o, 
düşünürdü  ki,  hər  göndəriş  üçün  kuryer  şirkətinə  müraciət  edəndə  Armstronq 
mümkün olan köməyi etməlidir. 
Yalnız evində Benton dünya ilə sülh şəraitində idi. Onun qızı Cessi Benton 
Frimont öz memuarında yazır: “Ev ona dinclik və rahatlıq gücü gətirirdi və o, heç 
vaxt  evdən  kənardakı  ictimai  mübarizə  atmosferinə  girməkdən  əzab  çəkmirdi”. 
Lakin onun ailəsinin həyatının üstünü, iki oğlunun erkən yaşlarındakı ölümünün və 
arvadının uzun müddət davam edən fiziki və ruhi xəstəliyinin buludu almışdı. O, 
bütün vaxtlarda arvadına qayğı göstərmiş və özünü ona həsr etmişdi. Hərarətli bir 
həsr olunmanın dərinliyi bir təsadüfdə açıldı, bu, kobud lovğalıqdan xeyli aşağıda 
dayanır.  Benton  fransız  printsinə  və  digər  hörmətli  qonaqlara  qonaqpərvərlik 
göstərəndə, bu vaxt onun arvadı heç də paltarını tam geyinmiş vəziyyətdə olmadan 
otağa  girdi  və  məhəbbət  dolu  gözlərlə  ərinə  baxmağa  başladı.  Senator  Benton 
bundan  sonra  əmələ  gələn  utancaq  sakitliyi  pozub,  hörmət  əsasında  və  yüksək 
qaydada arvadını printsə və digər adamlara təqdim etdi, onu öz yanında oturtdu və 
söhbəti yekunlaşdırdı. 
Lakin Senatda o, tənha idi, çətin adam olmaqla, həm də rəhmsiz idi. Kitablar 
və kağız qalağı ilə o, öz stolundan qalxır və dəfələrlə az qala boş qalereyalar ilə və 


 
84 
laqeyd  zalla  danışırdı.  Benton  minlərlə  statistika  məlumatlarını,  klassik 
illüstrasiyaları  və  əla  metaforaları  kolleqalarının  üzərinə  tökürdü,  bu,  məktəbdə 
formal təhsil almaqdan və fikrin prinsipiallığından daha böyük idi. Nekroloq qeydi 
kimi sonralar bu təsvir olunurdu: 
“Bəzən  təəccüblü  qaydadakı  bir  hazırlıqla  o,  Roma  hüququndan  və  yunan 
filosoflarından,  Vergilinin  “Georgiya”sından,  “Min  bir  gecə  nağılları”ndan, 
Herodotdan və ya Sanço Pansadan, Müqəddəs xalçalardan, alman islahatçılarından 
və  ya  Adam  Smitdən,  Fenelondan  və  ya  Hadibrasdan,  Hekkanın  Maliyyə 
Hesabatlarından  və  ya  Trent  Şurasının  etdiklərindən;  Konstitusiyanın  qəbul 
edilməsi  debatlarından  və  ya  mətbəx  kabinetinin (Endryü  Ceksonun prezidentliyi 
dövründə  onun  yaxın  ətrafının  hökumətin  işinə  müdaxiləsi  və  əslində  hökuməti 
idarəetməsi  –  tərcüməçi)  intriqalarından  və  ya  Konqressin  mərhum  üzvünün 
yaddan çıxmış bəzi çıxışından sitat gətirə bilirdi”. 
Benton  Şimali  Karolina  universitetində  bircə  il  oxumasına  baxmayaraq, 
deyirdilər  ki,  Konqressin  kitabxanasını  öz  başında  gəzdirir  və  əgər  bir  Senator 
kiminsə  adını  və  ya  tarixi  yaddan  çıxarsa,  həmin  kitabxanadan  qaranlıq  bir  cildi 
çıxarıb  dəqiq  səhifəni  açır,  oradakı  düzgün  məlumatı  əldə  edib,  öz  kolleqasına 
göndərməkdən  böyük  məmnunluq  duyurdu.  Onun  özünün  biliyə,  xüsusən 
məskunlaşdırılmış Qərb barədəki biliyə yanğısı sönməz idi və onu təkcə kitablara 
olan  yaxınlığa  deyil,  həmçinin  müasirlərinin  bizə  dediyi  kimi  “ovçulara  və  tələ 
quranlara,  skautlara,  vəhşi  yarım-tərbiyə  olunmuşlara,  hindu  başçılarına  və  iezuit 
missionerlərinə aparıb çıxarırdı”. 
Lakin tələb olunan informasiyanın nə bir hesabı, nə də öz buldoq (it cinsi – 
tərcüməçi)  inadkarlığı  və  quduz  eqoizmi  Senatı  və  onun  ştatının  alovlanan  bir 
məsələ  üstündə  uçuruma  salan  qabarma  dalğasından  –  quldarlıqdan  Tomas  Hart 
Bentonu  xilas  edə  bilməzdi.  Bədbəxtlikdən  bu  çox  gec  olanda,  Benton  quldarlığı 
böyük  məsələ  kimi  tanımaqdan  imtina  etmişdi,  inanmışdı  ki,  1820-ci  il  Missuri 
Kompromissi  (bu  Akt  eyni  vaxtda  Missurini  quldarlıq,  Massaçusetsdən  ayrılmış 
Meni  isə  quldarlıqsız  ştatlığa  qəbul  etdi,  bu  qayda  Birləşmiş  Ştatlar  Senatında 
sektsiyalar arasındakı tarazlığı saxlayacaqdı. Kompromiss həmçinin Luizina Satın 


 
85 
alınmasının qalan hissəsində quldarlığı qadağan etdi – tərcüməçi), bunu siyasətdən 
götürmşdür (bu onun ştatını Birliyə, Bentonu isə Senata gətirdi)  və Senatın zalında 
onun  müzakirə  olunmasından  imtina  etdirmişdi.  O,  deyirdi:  “Mən  quldarlığın 
qurulması  və  Birliyin  parçalanması  müzakirələri  ilə  Senatı  tənəzzülə  apara 
bilmərəm”. “Belə debatın sakitliyi mənim duamdır; və əgər bu edilə bilməsə, mən 
özüm  sakit  dayanacağam”.  Konqressin  yeni  üzvlərindən  biri,  o,  qullarını  hələ  də 
Vaşinqtondakı  evinə  gətirirdi,  buna  baxmayaraq,  bərabər  qaydada  həm 
abolitsionistlərin,  həm  də  bölünmə  tərəfdarlarının  həmin  şərin  Cənubun  yeni 
ərazilərinə  girib  daim  genişlənməsinin  və  onun  bədbəxtliklərinin  Şimal 
təşviqatçıları  tərəfindən  abolitsionistlərə  tərəfkeşlik  kimi  istifadə  edilməsinin 
əleyhinə çıxırdı. Hər şeydən əvvəl belə bir faktdan narahat olmuşdu ki, bu məsələ 
hər  iki  tərəfdən  Qərbin  genişlənməsinə  və  yeni  ştatların  Birliyə  daxil  olmasına 
daim maneə kimi qaldırılır.  
Bentonun sonunun başlanğıcı – bütün Texasda və Oreqonda onun qaldırdığı 
antoqonizmlər tərəfindən artıq belə güclü qaydada təklif edilirdi – 1847-ci ilin 19 
fevralında  gəlib  çıxdı.  Con  K.Kalhoun  özünün  Senatı  həyəcanlandıran 
qətnamələrini  oxudu,  bu  sənədlər  təkid  edirdi  ki,  Konqress  ərazilərdə  quldarlığa 
müdaxilə etmək hüququna malik deyildir. Sonrakı hadisələr Bentonun baxışlarının 
düzgün  olduğunu  göstərdi.  Ona  görə  həmin  qətnamələr  “seçki  aparmaq  və 
parçalamaq  niyyətləri  üçün  olan  kösövdən  başqa”  bir  şey  deyildir.  Bu,  qul 
ştatlarının birləşmək üçün proqramla təmin edir – özü də təkcə bölmə kimi deyil, 
həm də Kalhounun özünün liderliyinin və Prezidentliyə namizədliyinin arxasında 
dayanmaq  üçün.  Buna  baxmayaraq,  Kalhoun  bilavasitə  səsverməyə  keçməyə 
çağırdı;  və bundan sonra meydana gələn  bir  anlıq qarışıqlıqda o,  öz kürsüsündən 
ayağa  qalxan,  iri  və  böyük  Bentonu  gördükdə  hirsli  qaydada  təəccübləndi,  onun 
sifəti Kalhouna əvvəldən olan nifrətinə, qətnamələrə və özünün siyasi taleyinə görə 
qızarmışdı: 
“Mister  Benton:  Mister  Prezident,  biz  bəzi  işləri  görməliyik  və 
mücərrədliklər  kəndirindən  yapışıb  mənim  bu  işlərdən  uzaqlaşmaq  niyyətim 
yoxdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə