35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   32   33   34   35   36   37   38   39   ...   71

 
107 
mətbuatı  başına  götürmüşdü;  və  Qubernator  Hyuston  Ayrılma  Qurultayı 
çağırılanda kənara çəkildi. 
Sem  Hyuston  hökumətin  idarə  edilməsini  saxlamaq  üçün  ümidsiz  şəkildə 
mübarizə aparanda, Ştat Qanunvericiliyinin xüsusi sessiyasını çağırdı, Şimalın və 
Cənubun  hər  ikisinin  ekstremistlərini  pislədi  və  təkid  etdi  ki,  o,  “hələ  ümidini 
itirməmişdir ki, bizim hüquqlarımız Birlikdə müdafiə edilə bilər”. Əgər bu olmasa, 
o,  Cənub  düşərgəsinə  birləşməkdənsə,  onun  üçün  müstəqillik  daha  məqsədə 
uyğundur. 
Lakin  Ayrılma  Qurultayının  liderləri  Qanunvericilik  tərəfindən  tanındı, 
Birliyin Texasdakı  komandanının fərariliyindən kömək  aldı,  bu, dayanmamalı  idi 
və  onların  ayrılmaya  ümidsiz  hücumu  Qubernatorun  yalnız  sürpriz  şəklində 
görünməsi  ilə  ani  narahatlıq  yaratdı,  onlar  Qubernatora  nifrət  edir,  lakin  ondan 
qorxurdular.  Ayrılma  Ordinansının  (dekretinin  –  tərcüməçi)  qəbul  ediləcəyi  gün 
Sem  Hyuston  platformada  sakit  oturub,  zalda  qalan  və  onun  yanında  Birliyin  az 
sayda  dostlarının  təzələnən  mərdliyini  müşahidə  edirdi.  Tarixçi  Uartin  deyirdi: 
“Kimlər  ki,  onun  San  Xasinto  təpəsindəki  gözəl  borcu  haqqında  danışırdı,  mən 
deyərdim  ki,  Ostindəki  (Texas  ştatının  inzibati  mərkəzi  –  tərcüməçi)  Ayrılma 
Qurultayında  ilişib  qaldığı  bir  vaxtdakı  onun  igidliyi  min  dəfə  artıq  idi  və  təkcə 
onlara tabe olmurdu və onlardan qorxmurdu”. Hyustonun qəribə iştirakından cuşə 
gələn Ceyms Y.Trokmorton ayrılmanın əleyhinə olan yeddi səsdən birini verdi, o, 
bərkdən  və  acı  şəkildə  fısıldadı,  yerindən  qalxıb  yadda  qalan  şəkildə  dedi: 
“Qaraguruh fısıldayanda, vətənpərvərlərin titrəməsi yaxşıdır”. 
Dekret  qəbul  olunandan  bir  ay  sonrakı  dövrdə  bəyənilmək  üçün  xalqın 
səsverməsinə  göndərildi.  Vuruşan  eks-Senator  bir  adamın  kampaniyasında 
kötükdən yapışdı ki, Texası Birlikdə saxlasın. Eybəcər kütlələr, daşlar və məhkum 
olunma onu ştatın bütün ərazisində satqın kimi qarşılayırdı. Ueykoda onun həyatı 
təhlükədə  idi.  Beltonda  bir  silahlı  başkəsən  quldur  qəflətən  qalxıb  ona  tərəf 
yaxınlaşmağa  başladı.  Lakin  cəsur  qoca  Sem  Hyuston  onun  gözünə  düz  baxaraq 
hər əlini tapançalarının üstünə qoydu: “Xanımlar və cənablar; öz yerinizi tutun. Bu 
xırda quşun öz yuvasında şirə qıy vurmasından başqa bir şey deyildir”. O, ştatda 


 
108 
heç bir xətər toxunmadan, xarakter dəbdə ilişib qalmışdı, öz düşmənlərini özünün 
güclü sarkazmı ilə yerə sərirdi. Ayrılanların lideri barədə öz vicdanlı rəyini ifadə 
etmək xahiş ediləndə, Hyuston belə cavab verdi: “O, itin, sədaqətdən başqa bütün 
xasiyyətlərinə  malikdir”.  Bu  vaxt  yetmiş  yaşlı,  lakin  təəssürat  yaradan  şəkildə 
boylu-buxunlu  fiqurası,  nüfuz  edən  gözləri  və  sıx  ağ  saçları  ilə  qoca  Sem 
Qalvestonda istehza edən və eybəcər camaat qarşısında öz səfərini yekunlaşdırdı: 
“Sizin  bəziləriniz  ayrılmanın  nəticəsi  kimi  qan  axıdılması  ideyasını  ələ  salmaq 
üçün gülürsünüz” – deyə o, qışqırdı; “Lakin qoy mən sizə deyim ki, nə olacaqdır. 
Siz xəzinənin saysız-hesabsız milyonlarını və yüz minlərlə qiymətli həyatı qurban 
verəndən  sonra,  çılpaq  imkan  kimi,  əgər  Allah  sizin  əleyhinizə  olmasa,  Cənubun 
müstəqilliyi üçün qalib gələcəksiniz. Lakin mən buna şübhə edirəm. Şimal Birliyi 
saxlamağa qərarlıdır”. 
Onun  peyğəmbərliyi  nəzərə  alınmadı.  23  fevralda  Texas  səs  çoxluğu  ilə 
ayrılmanın  lehinə  səs  verdi  və  martın  4-də,  Hyustonun  ad  günü  yubileyində  və 
Texasın müstəqilliyi günündə Ostində yenidən xüsusi qurultay yığışdı və Texasın 
Birlikdən  ayrıldığını  elan  etdi.  Qubernator  Hyuston  həmin  vaxtadək  ümidsiz 
qaydada  təşəbbüsü  ələ  keçirməyə  cəhd  edəndə,  müəyyən  etdi  ki,  öz  planlarını 
Qanunvericiliyə  bir  məsələ  kimi  verə  biləcəkdir.  Onun  təkidinə,  qanuni 
hakimiyyətinin  sona  çatması  adı  altında  hirslənməklə,  qurultay  2  səsə  qarşı  109 
səslə zəfər çalan Texası Cənub Konfederasiyasının bir hissəsi olmasını elan etdi və 
belə qərar verdi ki, bütün ştat qulluqçuları on dörd martda sədaqət barədə eyni and 
içməlidirlər.  Qubernatorun  katibi  sadəcə  bildirdi  ki,  Qubernator  Hyuston 
“qurultayın mövcudluğundan hali deyildir və onun hərəkətini, əl-qolunu bağlamaq 
cəhdi kimi qiymətləndirməyəcəkdir”. 
Martın 14-də öz gözləri ilə şahid olan yazırdı ki, qurultay zalı “qəzəb işığı 
verməklə,  adamların  titrəyən  ehtirası  ilə  və  qisascıl  döyüşü  əvvəlcədən  görməklə 
alışıb yanırdı. Hava qışqırıq səslərinin çoxluğundan titrəyirdi  – bunlar hirs, zəfər, 
nifrətamiz səslər idi. Nadir and sözləri və ya nifrət epiteti ilə dolu idi – lakin Sem 
Hyustonun səsi eşidilmədi”. 


 
109 
Təyin  olunmuş  saatda  qurultay  məmuruna  göstəriş  verildi  ki,  ştat 
qulluqçularının  siyahısını  oxusun.  Geniş  auditoriyada  sakitlik  yarandı  və  hər  bir 
göz qayğılı şəkildə qoca qəhrəmanı görmək istəyirdi. 
“Sem Hyuston!” Heç bir cavab verilmədi. 
“Sem Hyuston! Sem Hyuston!” Qarışıq danışıq və nifrətamiz səslər yenidən 
eşidildi. Amerika Ştatları Konfederatının Texas Qubernatorunun vəzifəsi boş elan 
edildi;  və  Qubernatorun  köməkçisi  “əhəmiyyətsiz  bir  məxluq,  nifrətə  layiq,  zirək 
və sırtıq” bir adam olan Eduard Klark and içmək üçün addımladı. (Yaxın şəxsi və 
siyasi dostu Hyustonun bileti ilə seçilən Klark sonralar icraedici ofisə girib ştatın 
arxivlərini tələb etdi, yalnız ona görə ki, öz keçmiş himayəçisinin sükanını tədricən 
öz  kürsüsündə  ələ  keçirsin,  onunla  üz-üzə  gələndə  isə  çox  nifrətamiz  bir  sual 
versin: “Və sizin adınız nədir, ser?”) 
Kapitolinin  digər  hissəsində  San  Xasinto  qəhrəmanı  öz  ömründə  siyasi 
taleyini,  şöhrətini  və  öz  xalqının  ona  həsr  olunmuş  Qubernator  kimi,  parçalanmış 
bir ürəklə öz axırıncı mesajını yazdı: 
“Yoldaş  vətəndaşlar!  Sizin  hüquqlarınız  və  azadlığınız  naminə,  bilirəm  ki, 
onları tapdalayacaqlar, mən bu andı içməkdən imtina edirəm... (Lakin) Mən Texası 
o qədər çox sevirəm, ancaq indi vətəndaş mübarizəsi və qan tökülməsi onun üstünə 
gəlir. Mən bu ştatın Baş  icraçısı  kimi öz funksiyamı dinc yerinə yetirmək  istisna 
olmaqla,  hakimiyyəti  saxlamağa  heç  bir  cəhd  göstərmirəm,  artıq  bunu  edə 
bilmirəmsə,  mən  sakitcə  səhnədən  geri  çəkiləcəyəm...  Mən...  vurulmuşam,  çünki 
mən  uğrunda  vuruşduğum  prinsiplər  naminə  güzəştə  getməyəcəyəm...  Ən  kəskin 
ağrı isə Texas ştatının adının üstünə gələn zərbədir”. 
 
 
 
Üçüncü hissə 
 
Zaman və yer 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə