35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri


Şimalla  Cənub  arasında  çox  baha  başa  gələn  hərbi  mübarizə  siyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

 
110 
Şimalla  Cənub  arasında  çox  baha  başa  gələn  hərbi  mübarizə  siyasi 
cəbhədə  sülhü  və  birliyi  bərpa  edə  bilmədi.  Appomattoks  (Konfederatın  1965-ci 
ilin aprelində tam təslim olduğunu elan etdiyi şəhər – tərcüməçi) qardaşın qardaşa 
güllə  atmasına  son  qoydu;  lakin  bu  siyasi  müdaxilələrə,  iqtisadi  soyğunçuluğa, 
bölmələr arasındakı nifrətə və bölünmüş torpağın işgəncəsinə hələ də son qoymadı. 
Meyson-Dikson xəttinin hər iki tərəfində acı düşmənçilik, Deniel Uebsteri, Tomas 
Hart  Bentonu  sıradan  çıxarmaqla,  müharibədən  sonrakı  ildə  də  on  illik  ərzində 
azalmayan qaydada davam edirdi. Şimalda millətin yaralarını sarımağa və Cənuba 
rəhmli  və  düzgün  qaydada  münasibət  göstərməyə  çalışanlar  –  Prezident  Endryü 
Conson  və  impiçmentdə  onu  müdafiə  etməyə  qalxan  Senatorlar,  özlərinin  guya 
vətənpərvərliyə  malik  olmamaları  ucbatından  “qanlı  köynəyi”  başlarının  üstündə 
yelləndirənlər  tərəfindən  biabırçılıq  dirəyinə  məhkum  edilirdilər.  Cənubda  öz 
regionlarının  fanatik  sekstsionalizminin  unudulduğunu  millətə  nümayiş  etdirmək 
istəyənlər – Missisipidən olan Lutsius Kvintus Tsintsinnatus Lamar kimi adamlar – 
öz  seçiciləri  tərəfindən  qalib  düşmənin  yanına  qaçanlar  kimi  hücuma  məruz 
qalırdılar.  Konfederat  generalı  Bob  Tumbsdan  soruşulanda  ki,  niyə  Konqressə 
özünün bağışlanması barədə xahişlə müraciət etmədi, Tumbs tam əzəmətlə cavab 
vermişdi: “Nəyə görə bağışlanmaq? Mən hələ Şimalı bağışlamamışam”. 
Lakin  tədricən  emansipasiya  (azad  olma  –  tərcüməçi)  və  yenidən  qurulma 
üstündə  başlanan  köhnə  konfliktlər  solurdu  və  yeni  açılan  Qərbin  və  alçaldılan 
Cənubun tədqiq edilməsi Senat qarşısına yeni məsələlər və yeni sifətlər gətirirdi. O 
artıq  bizim  böyük  Konstitusiya  hüquqşünasları  forumu  deyildi,  Amerikan  ictimai 
həyatında  Konstitusiya  məsələləri  artıq  aparıcı  mövqe  tutmurdu.  Asan  qazanılan 
pul,  qəflətən  taleyin  gətirməsi,  artan  qüdrətli  siyasi  maşınlar  və  hay-küylü 
korrupsiya millətin əksəriyyətini dəyişdirmişdi; və Senat dəbli görünən demokratik 
qanunverici orqan kimi nizamlı qaydada milləti təmsil edirdi. Korporasiya vəkilləri 
və siyasi bosslar, konstitusional natiq olmayanlar bu haray çəkən eranın sözçüləri 
idilər; baxmayaraq ki, millətin çox böyük sayda istedadlı adamları dünyada yüksək 
maliyyə  və  sənaye  üçün  daha  hazırlıqlı,  yararlı  olmaqla,  səfeh  və  nəzərə 
çarpmayan  kimi  görünən  hökumət  işçilərinə  nisbətən  şöhrət  və  tale  tapmışdılar. 


 
111 
(Əgər  Deniel  Uebster  bu  erada  yaşasaydı,  bir  naşir  belə  şərh  vermişdi  ki,  o,  “nə 
borc içində, nə də Senatda olardı”). On bir yeni ştat Qərb inkişaf etdikcə tezliklə 
Birliyə əlavə olundu; və iyirmi iki yeni Senator və nəhəng yeni zal köhnədən fərqli 
olan  atmosferdən  kiçilmişdi.  Sektsionalizm,  qarşılıqlı  xidmət  göstərənlər  və  çox 
sayda  fanatikliyə  yaxın  hərəkatlar  –  onlardan  “sərbəst  gümüş”  hərəkatı  Lamarla 
sözləşmişdi,  bu,  yalnız  başlanğıc  idi  –  Senatın  müzakirələrini  daxili  iqtisadi 
məsələlər  bəlasına  salmışdı.  “Biz  yerli  kartof  sahələrinin  və  kələm  torpaqlarının 
sadəcə  kolleksiyasına  çevrilirik”  –  deyə  bir  Senator  gileylənirdi,  onlar  yerli 
himayəçilik,  çayların,  limanların  və  tarifin  himayə  etdiyi  sənayelərin  üstündə 
dalaşmaqdan  yorulmuşdular. 
Uilyam Allen Uayt demişdi ki, Senatorlar təkcə ştatları və regionları deyil, 
həm də “knyazlıqları, hakimiyyətləri və biznesi təmsil edirlər”. 
“Misal  üçün,  bir  Senator  Birliyin  Sakit  okean  dəmir  yol  sistemini,  digəri 
Nyu-York mərkəzi dəmir  yolunu, digəri isə sığorta  maraqlarını, kömür və dəmirə 
sahib olan dairələri təmsil edirdi... pambıq yarım düjin Senatora malik idi. Və bu 
belə də davam edir... Bu plutokratik (varlıların hakimiyyəti – tərcüməçi) feodalizm 
idi... əla dərəcədə ehtiram bəslənəndir. İstənilən böyük maliyyə marağının xomutu 
iftixarla geyinilir”. 
Və  Uayt  öz  söhbətini  veteran  Senator  Deyvisin  təzə  Senatora  öz 
kolleqalarının  arxadakı  günlərdə  cərgə  aralarına  gəlməsini  təsvir  etməsi  ilə 
əlaqələndirir:  “Çaqqal;  quzğun;  qoyun  öldürən  it;  qorilla;  timsah;  kərtənkələ; 
qaqqıldayan  qoca  toyuq;  göyərçin;  yemi  acgözlüklə  udan  hinduşka”.  Sonra  Uayt 
yazır:  “Qısqanc  Qərblinin  iri  gəmisi  –  kobud,  vicdansız,  həyasız  –  ağır-ağır 
yırğalanaraq gəldi, hakim Deyvis bu məxluqa şəhadət barmağını tuşlayıb və nida 
şəklində deyir: “Canavar, ser, lənətlənmiş, ac, gizlənən, qorxaq canavar”. 
Beləliklə,  on  doqquzuncu  əsrin  sonundan  Senat  hakimiyyət  və  nüfuz 
şərtlərində  aşağı  axının  yaxınlığına  gəlib  çıxdı.  Senator  hakimiyyətinin  tənəzzülü 
Qrant  administrasiyasının  sonundan  az  sonra  başladı.  Bu  vaxta  qədər  Senat 
Prezident Conson tərəfindən alçaldılmışdı və prezident Qrantın ağalığı altında idi, 
o, hətta parlament formasındakı hökumətə yaxın olan bir quruluş kimi dövləti idarə 


 
112 
edirdi.  Senatorlar  hətta  Kabinet  üzvlərindən  yuxarıda  nahar  masası  ətrafında  yer 
almağa 
iddia  edirdilər  (onlar 
əvvəlcədən  sosial  fraksiyalara  görə 
dərəcələnmişdilər). Corc Frisbi Hoar sonralar belə deyirdi ki, “əgər onlar Ağ Evə 
gəlirdilərsə,  bu  məsləhət  almağa  deyil,  məsləhət  vermək  məqsədini  güdürdülər”. 
(Həqiqətən  də  hər  iki  palatanın  öz  üzərinə  hakimiyyət  səlahiyyətini  götürməsini, 
Konqressmen  Enson  Burmingeymin  İcmalar  Palatasına  (Böyük  Britaniyadakı  – 
tərcüməçi) səfəri nümayiş etdirir. Müşayiət edən ona deyəndə ki, o, öz yerini tərk 
etməlidir,  çünki  bu  xüsusi  qalereya  Perlər  üçün  saxlanmışdır,  bu  vaxt  yaxınlıqda 
oturan  qoca  Per  söhbətə  qarışdı:  “Qoy,  qalsın,  qoy,  otursun.  O,  öz  ölkəsində 
Perdir”.  Konqressmen  oradan  gedə-gedə  cavab  verdi  ki,  “mən  öz  ölkəmdə 
hökmdaram  və  əgər  mən  Per  kimi  tanınsam,  kastamı  itirərəm”).  Lakin 
Konqressmen hakimiyyəti Heys, Qarfild, Artur və Klivlend Prezident olanda ötüb 
keçdi,  onlar  Prezidentin  təyinatları  məsəsinə  Senatorların  diqtə  etmək  cəhdlərinə 
uğurlu  qaydada  müqavimət  göstərə  bildilər  və  hökumət  Konstitusiyanı  yoxlamaq 
və tarazlaşdırmaq barədəki daha ənənəvi Amerikan sisteminə tərəf döndü. 
Senatın  hakimiyyətinin  tənəzzülü,  buna  baxmayaraq,  hətta  iqtisadi 
məsələlərin,  sektsional  və  Konstitusiyaya  aid  konfliktlərin  yerini  tutmamışdan 
əvvəl,  nüfuzunun  tezliklə  düşəcəyindən  xəbər  verirdi.  Britaniya  və  Kanada 
diplomatları özlərinin 1854-cü il Qarşılıqlı Əlaqə Müqaviləsini qoruyub saxlamaq 
üçün müdafiə edirdilər, bunda “şampan dalğalarında üzməyi...” görürdülər. “Əgər 
sənin  itinin  donuzla  işi  varsa,  sən  nə  edəcəksən?”  Kabinet  üzvü,  yəqin  ki,  bu 
metaforaya  cavab  verərək  1869-cu  ildə  Henri  Adamsa  səbirsiz  qaydada  dedi  ki, 
“Sən Konqressmenlə nəzakətli davranmağı bacarmırsan! Konqressmen donuzdur! 
Sən  çomağı  götürüb  onun  sifətinə  vura  bilərsən”.  Və  Adams  sakitcə  ələ  salmaq 
qaydasında Senatın əksər üzvləri barədə düşünürdü ki, “onları alçalma deyil, daha 
çox  qrotesk  düzəldə  bilər,  əgər  Konqressmen  donuzdursa,  onda  görən  Senator 
nədir?” 
Lakin Senatın on doqquzuncu əsrin ikinci yarısı ərzindəki hakimiyyətinin və 
hörmətinin  tənəzzülünün  əksinə  heç  də  bütünlüklə  donuzlardan  və  lənətlənmiş 
gizlənən  canavarlardan  ibarət  deyildi.  İndiyədək  onda  hörmətə  layiq  olan  və  igid 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə