35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

 
113 
adamlar vardır. Onlardan Edmund Ross və Consonun impiçment mühakiməsi vaxtı 
onunla bir yerdə dayanan, eqoizmə yad qaydada özlərini qurban verməklə, milləti 
qanunvericilik  hakimiyyətinin  ümidsiz  sui-istifadəsindən  xilas  edən  adamlar  var 
idi.  Və  Lutsius  Lamar  nəcib,  ancaq  möhkəm  dövlət  xadimi  olması  ilə  milləti 
qarşısında duran yeni çağırışlara hazırlanmasında, onu yenidən birləşdirməyin aləti 
oldu. 
 


 
114 
VI 
 
Edmund Q.Ross 
 
“Mən... öz açıq qəbrimə baxıram” 
 
Tənha  qəbirdə, unudulmuş və naməlum bir adam  yatır, “o,  Prezidenti 
xilas  etmişdir”  və  bunun  nəticəsi  kimi  özünə  və  Birləşmiş  Ştatlarda  Konstitusiya 
hökumətinin  inkişafı  üçün  yer  tuta  bilərdi  –  bu  adam  1868-ci  ildə  bir  tarixçinin 
adlandırdığı  kimi  “Amerikan  tarixində  ən  böyük  qəhrəmanlıq  aktı,  döyüş 
cəbhəsindəki hər bir igidlikdən müqayisə edilə bilməyən dərəcədə çətin olan bir iş 
görmüşdü” – lakin bu Birləşmiş Ştatlar Senatorunun adı bir dəfə də çəkilmədi; o, 
Kanzasdan olan Edmund Q.Ross idi. 
Prezident Consonun impiçmenti adlanan hadisədə tanınmayan bir adam olan 
Ross  elə  dramatik  rol  oynamalı  idi  ki,  onun  sensasiyalı  kulminasiyası  Cənubun 
məğlubiyyəti  ilə  Abraham  Linkolnun  barışıq  siyasətini  icra  etməyi  qərara  almış 
Prezidentlə,  əzilmiş  Cənub  ştatlarını  işğal  edilmiş  əyalətlər  kimi  idarə  etməyə 
çalışan  Konqress  liderləri  arasında  getməyə  düşsün.  Axırıncılar  öz  hüquqlarını 
Konstitusiyanın  tələbləri  əsasında  istehkamlamışdılar.  Buna  baxmayaraq,  bu, 
əslində  icra  və  qanunvericilik  hakimiyyətləri  arasındakı  mübarizə  idi.  Taktikalı 
olmasa da, mərd Tennessili olan Endryü Conson Konqressin yeganə Cənublu üzvü 
idi  ki,  Birlikdən  öz  ştatı  ilə  birgə  şəkildə  ayrılmaqdan  imtina  etmişdi,  Böyük 
Emansipatorun  (“Azad  edən”,  Linkoln  nəzərdə  tutulur  –  tərcüməçi)  siyasətinə 
qoşulmuşdu, onun yüksək vəziyyətinə isə o, yalnız qatilin gülləsi ilə yaxınlaşmışdı. 
O,  bilirdi  ki,  Linkoln  ölümündən  əvvəl  artıq  Konqressdə  ekstremistlərlə 
toqquşmuşdu. Onlar yenidənqurmaya onun konstitusional qaydada və rəhmdilliklə 
yanaşmasına  və  idarəetmənin  qanunvericilik  qoluna  alilik  vermək  axtarışının 
əleyhinə çıxırdılar. Və onun döyüşkən əhval-ruhiyyəsi Konqressin bu vaxt Cənuba 
bir qədər ləngiməklə və mümkün olduğu qədər  mübahisə ilə olsa da, Birlikdə öz 


 
115 
yerini  tutmasına  icazə  vermək  siyasətinə  bağlanan  istənilən  ümidi  tezliklə  məhv 
etdi. 
1866-cı  ildən,  Edmund  Ross  ilk  dəfə  Senata  gələndən  idarəetmənin  iki 
qanadı  artıq  bir-birinin  boğazını  kəsməyə  hazır  idi,  hirslə  dişlərini  qıcayır  və 
tüklərini qabardırdılar. Prezident tərəfindən qanun layihələrinə bir-birinin ardınca, 
onların  qeyri-konstitusional,  Cənuba  münasibətdə  olduqca  sərt  olması,  sülh 
dövründə  hərbi  idarəçiliyin  müddətcə  uzadılmasının  zəruri  olmaması  və  ya  İcra 
Qanadının hakimiyyətinə müdaxilənin həddən artıq çox olması müstəvisində veto 
qoyulurdu.  Bizim  milli  tariximizdə  ilk  dəfə  olaraq  mühüm  ictimai  tədbirlər 
Prezident vetosunu ləğv etdi və onun dəstəyi olmadan qanuna çevrildi. 
Lakin  Endryü  Consonun  bütün  vetoları  geri  qaytarılmırdı  və  Konqressin 
“radikal” Respublikaçıları tezliklə qərara gəldilər ki, onların nifrətamiz düşmənini 
məhv edə bilməkdən əvvəl axırıncı bir addımı atmaq vacibdir (və siyasi döyüşün 
istisində  onların  intiqamı  Cənubun  keçmiş  hərbi  düşmənlərindən  daha  çox 
Prezidentə  qarşı  çevrildi)  –  bircə  qalan  addım  isə  Senatda  üçdə  iki  səsə  malik 
olmaq əminliyində idi – çünki Konstitusiyaya görə Prezident vetosunu ləğv etməyə 
bu qədər çoxluq lazım idi. Və daha vacib olanı o idi ki, belə çoxluq məhz onların 
başlıca  ambitsiyasına  nail  olmaq  üçün  Konstitusiya  tərəfindən  tələb  olunurdu, 
həmin vaxt çətinliklə saxlanılan sirr bu idi ki, Prezident impiçment altında ittiham 
edilsin və o, vəzifədən azad edilsin.  
Müvəqqəti  və  stabil  olmayan  üçdə  iki  çoxluq  Senatın  radikal 
respublikaçılarını  qadir  edərdi  ki,  Prezident  vetosunu  keçərək  bir  neçə  məsələdə 
qanunvericiliyi qüvvəyə mindirsin, onlar bilirdilər ki, impiçment ittihamı üçün bu, 
kifayət  qədər  etibarlı  deyil.  Bu  bloku  möhkəmləndirmək  Konqressin  birinci 
dərəcəli vəzifəsinə çevrildi, bu, digər məsələlərdə də, xüsusən yeni ştatların qəbul 
edilməsi,  Cənub  ştatlarının  yenidən  qəbul  edilməsi  və  Senator  vəkalətlərinin 
müəyyən  edilməsi  məsələlərində  onların  həllinin  ifadə  edilən  və  nəzərdə  tutulan 
qaydada  idarə  edilməsi  idi.  Fövqəladə  ikili  metodla  Consonpərəst  Senator  öz 
yerindən məhrum edildi. Prezidentin vetosuna baxmayaraq, Nebraska Birliyə qəbul 
olundu, iki daha anti-administrasiya yönlü adam Senator oldu. Prezident vetosuna 


 
116 
məhəl  qoymadan  Koloradonun  qəbul  edilməsinin  axırıncı  dəqiqədəki  manevrləri 
uğursuzluğa  uğramasına  baxmayaraq  (tezliklə  çox  əhalisi  olan  Kolorado 
referendumda  ştat  olmaqdan  imtina  etdi),  gözlənilməyən  faciə  Kanzasda  yeni 
səsvermə üçün saxta göz yaşları və təzə ümidlər gətirdi. 
Kanzasdan  olan  Senator  Cim  Leyn  Linkolnun  yenidənqurma  siyasətini  icra 
etmək  barədə  Consonun  planlarına  rəğbətlə  yanaşan  “konservativ”  Respublikaçı 
idi. Lakin onun qonşu ştatı Birlikdəki ən “radikal” ştatlardan biri idi. Leyn 1866-ci 
il  Vətəndaş  Hüquqları  Billinə  Consonun  vetosunu  dəstəkləməyə  səs  verəndə  və 
yeni  Arkanzas  ştatının  hökumətinin  tanınması  barədə  qanun  layihəsini  təqdim 
edəndə, Kanzas hərarətli bir qəzəblə qalxdı. Lourensdəki kütləvi mitinqdə Senator 
söyüldü  və  tezliklə  onun  mövqeyini  kəskin  pisləyən  qətnamələr  barədə  məlumat 
verildi.  Alçaldılan,  ruhi  cəhətdən  özgələşən,  sağlamlığı  pozulmuş  və  maliyyə 
nizamsızlığı  ittihamı  altında  işləyən  Cim  Leyn  1866-cı  ilin  1  iyulunda  həyatdan 
getdi. 
Onların  böyüründən  bu  tikan  çıxardılanda  Vaşinqtonda  radikal 
Respublikaçılar  narahat  şəkildə  Kanzas  tərəfə  və  Leynin  varisinin  seçilməsinə 
baxırdılar.  Onların  arzu  etdikləri  ümidləri  həyata  keçmişdi,  -  Kanzasdan  yeni 
Senatorun  Edmund  Q.Rossun  olacağı  bilinirdi,  bu  adam,  qətnamələri  təqdim 
edərkən Leynə Lourensdə hücum etmişdi. 
Burada  heç  bir  şübhə  ola  bilməzdi  ki,  Rossun  hüsn-rəğbəti  haraya 
yönəlmişdir,  çünki  onun  bütün  karyerası  Cənubun  qul  ştatlarına,  onların 
təcrübələrinə və dostlarına qarşı qətiyyətli müxalif idi. 1854-cü ildə, onun vur-tut 
iyirmi  yeddi  yaşı  olanda  Miluaukidə  qaçmış  qulun  kütlə  tərəfindən  xilas 
edilməsində  iştirak  etmişdi.  1856-cı  ildə  o,  quldarlıq  əleyhinə  olan  immiqrantlar 
daşqınına qoşulmuşdu ki, “qanı axan” Kanzasa getsin, onlar buranı azad ərazi kimi 
saxlamaq istəyirdilər. Cavanlığından Demokratik partiyaya nifrət edərək, o, həmin 
partiyanı  tərk  etmişdi  və  Kanzas  Azad  Ştat  ordusuna  könüllü  kimi  yazıldı  ki, 
əraziyə müdaxilə edən quldarlıq tərəfdarı olan qüvvələri geri oturtsun. 1862-ci ildə 
öz qəzet işindən imtina edib, Birləşmiş Orduya yazıldı, orada mayor rütbəsini aldı. 
Lourensdə  Leynin  məhkum  edilməsində  onun  aparıcı  rolu  radikal 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə