35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   36   37   38   39   40   41   42   43   ...   71

 
120 
şəhadətlərə ciddi maraq göstərilmirdi, başlıca maraq hökm üçün lazım olan səslərin 
yığılmasına yönəlmişdi. 
Birlikdə  iyirmi  yeddi  ştat  (hələ  tanınmamış  Cənub  ştatları  istisna  olmaqla) 
Senatın əlli dörd üzvünün mövcudluğu demək idi və otuz altı səs tələb olunurdu ki, 
hökm  üçün  lazım  olan  üçdə  iki  çoxluq  düzəlsin.  Demokratların  on  iki  səsinin 
hamısı  əvvəlcədən  itirilmişdi  və  qırx  iki  Respublikaçı  bilirdi  ki,  onların 
üzvlərindən yalnız altısı Conson əgər çıxarılmalı olsaydı belə, uduzmağı özlərinə 
rəva  biləcəkdi.  Onların  qorxusu  onda  idi  ki,  Respublikaçıların  əvvəlki  partiya 
müşavirəsində altı nəfər mərd Respublikaçı diqqəti buna yönəltmişdilər ki, onların 
rəyinə  görə  təqdim  olunan  sübutlar  məsələdən  o  qədər  uzaqdır  ki,  impiçment 
maddəsi  altında  Consonu  ittiham  etmək  üçün  onlar  heç  də  kifayət  deyildir. 
Filadelfiya  “Press”  qəzeti  “biabırçılıq”  deyə-deyə  qışqırırdı.  Respublika  “onun 
dostlarının evində satılacaqdır!” 
Lakin  qalan  otuz  altı  Respublikaçı  müdafiə  etsə  nəticəyə  heç  bir  şübhə 
olmayacaqdı.  Hamı  birlikdə  dayanmalıdır!  Lakin  bir  Respublikaçı  Senator  təşkil 
edilən əvvəlki səsvermədə öz qərarını elan etməmişdi, bu Kanzasdan olan Edmund 
Q.Ross idi. Radikallar qəzəblənmişdilər ki, Kanzas kimi anti-Conson mövqeyində 
möhkəm  dayanan  ştatdan  olan  Senator  şübhəli  ola  bilər.  Massaçusetsdən  olan 
Senator  Samner  tüstülənirdi  ki,  “bu,  xüsusən  Kanzaslı  üçün  çox  aydın  işdir.  Mən 
düşünmürdüm ki, Kanzas adamı öz ölkəsi əleyhinə geri çəkiləcəkdir”. 
Ross öz yerini tutan vaxtdan radikal liderlər onun səsinə əmin idilər. Onun 
bütün ətrafı, artıq qeyd edildiyi kimi, onların işini möhkəm müdafiə edənlərdən biri 
idi.  Senatda  onun  ilk  hərəkətlərindən  biri  Radikal  Respublikaçıların  siyasətinə 
qoşulması  barədəki  bəyanatı  oxuması  idi  və  o,  sakit  qaydada  onların  bütün 
tədbirlərinə səs verdi. O, özü üçün aydınlaşdırmışdı ki, Endryü Consona şəxsən və 
siyasi cəhətdən rəğbət bəsləmir və Stentonun vəzifədən uzaqlaşdırılmasından sonra 
belə  kənarlaşdırmanın  qanunsuz  olduğunu  bəyan  edən  qətnamənin  qəbul 
edilməsinə çoxluqla birlikdə səs vermişdi. Kanzasdan olan onun kolleqası, Senator 
Pomeroy  anti-Conson  qrupunun  ən  radikal  liderlərindən  biri  idi.  Respublikaçılar 
təkid  edirdilər  ki,  Rossun  həlledici  səsi  ədalətli  olaraq  onlarınkıdır  və  onlar 


 
121 
inanmışdılar ki, bu səsi almaq bütün hər şeyin yararlı olduğu demək olacaqdır. De 
Uitt  özünün  unudulmaz  “Endryü  Consonun  impiçmenti”  əsərində  bəyan  edirdi 
ki,  “mübarizənin  bütöv  başlıca  zərbəsi  nəhayət  bircə  şübhəli  qalan  Senator 
Edmund Q.Rossa tərəf döndü”. 
İmpiçment  qətnaməsi  Nümayəndələr  Palatasından  keçdikdə  Senator  Ross 
təsadüfən  Rod  Aylenddən  olan  Senator  Spraqiyə  dedi  ki,  “yaxşı,  Spraqi,  iş 
burasındadır  ki,  və  mən  daha  çox  maraq  göstərdikcə,  baxmayaraq  ki, 
Respublikaçılar və mister Consona və onun siyasətinə müxalif olanlar vardır, hətta 
bu yerdə hər bir ittiham olunan adam kimi o da düzgün mühakimə olunmalıdır”. O 
saatca  “Ross  etibarsızdır”  sözləri  yayıldı.  Sonralar  o,  yazırdı:  “Həmin  saatdan 
sonra  bir  gün  də  keçmirdi  ki,  mənə  poçt,  teleqrafla  və  şəxsi  ünsiyyətdə  olduqda 
müraciətlər  edilsin  ki,  tezliklə  impiçmenti  müdafiə  edənlər  tərəfdə  dayanmalısan, 
hətta hansısa laqeydlik göstərənlərin layiq olduğu az sayda məzəmmət edilənlərdən 
biri olmamalısan”.  
“Ölkə üzrə və həyatdakı bütün səfərlərdə, Senatın üzvlərinin məktublarında 
göstərildiyi kimi ictimai ağılın şəraiti, böyük vuruşun yolunu açmağa bənzəmirdi. 
Millətin  aparıcı  partiyası  ictimai  ittihamçı  mövqeyini  tutan  kimi  görünür  və  bu 
mühakimə  ancaq  gecikdirməyi  və  ya  müdafiəni  dinləməyi  pozmaq  əhval-
ruhiyyəsindədir.  Vaşinqton  mühakimə  ərzində  siyasi  cəhətdən  qane  olmamağın 
mərkəzi nöqtəsinə çevrildi və Birliyin istənilən ştatının təmsilçiləri ilə aşıb daşırdı, 
Prezidentin  devrilməsi  barədə  praktiki  olaraq  birləşmiş  səsin  eşidilməsini  tələb 
edirdi. Anti-impiçment Respublikaçılarının addımları onun başlanğıcından sonuna 
kimi, gecə yarısından da o tərəfə inadkarlıq nümunəsi idi, gözləmələr və hədələrlə 
müşayiət  olunurdu.  Qəzetlər  hər  gün  seçicilərinin  yanına  qayıtdıqda  onlara 
zorakılıq göstəriləcəyi hədələri ilə dolu idi”.  
Ross  və  onun  şübhəli  olan  Respublikaçı  yoldaşları  hər  gün  boğaza 
yığılırdılar,  onlara  qarşı  casusluqdan,  təzyiqin  istənilən  formasından  istifadə 
olunurdu. Onların məskənləri diqqətli müşahidə olunurdu, onların sosial dövrələri 
isə  şübhəli  qaydada  öyrənilirdi,  onların  hər  bir  hərəkəti  və  kampaniyaları  xüsusi 
bloknotlarda qeyd olunurdu. Onlar partiya mətbuatı vasitəsilə xəbərdar edilirdilər, 


 
122 
öz seçicilərindən müraciətlər alırdılar və onları siyasi ostrakizmlə (Qədim Afinada 
b.e.ə. V əsrdə siyasətçilərə qarşı tətbiq edilən sürgün cəzası – tərcüməçi) və hətta 
ölümlə hədələyirdilər. Stenton Müdafiə Nazirliyində barrikadaya çevirdiyi özünün 
qərargahında  gecə  və  gündüz  işləyirdi  ki,  şübhəli  sayılan  bütün  çəkilərdən  olan 
Senatorları özünün təlqin edici hərbi silahdaşlığına gətirsin. Filadelfiyanın “Press” 
qəzeti  “ölkənin  hər  bir  nöqtəsindən  gələn  teleqramların  qorxulu  axını”,  “ümumi 
xalqdan”  gələn  böyük  ictimai  rəy  dalğası  barədə  xəbər  verirdi,  “bu  adamlar  öz 
pullarını  və  həyatlarını  ölkəyə  vermişdilər  və  özlərinin  böyük  qurbanlarının  əbəs 
olduğunu etirazsız və qisassız görməyəcəkdilər”. 
Nyu-Yorkun  “Tribune”  qəzeti  xəbər  verirdi  ki,  Edmund  Rossun  xüsusiliyi 
onda  idi  ki,  “rəhmsizcəsinə  bu  yolla  süründülürdü  və  hər  iki  tərəfdən  gecə  və 
gündüz  tülkü  kimi  ovlanırdı  və  öz  kolleqaları  ona  sataşırdı.  Arkola  körpüsü  (bu 
körpü üzərində İtaliyada fransız ordusu general Napoleonun komandanlığı altında 
Avstriya  ordusu  ilə  15-17  noyabr  1796-cı  ildə  vuruşmuş,  fransızlar  qorxub  geri 
çəkiləndə  Napoleon  əlində  silah  körpü  üzərinə  təkcə  çıxaraq,  əsgərlərini 
ruhlandırmış və fransızlar qələbə çalmışdılar – tərcüməçi) kimi bir vaxt ordulardan 
biri, indi isə digəri onun üstü ilə gəzişirdi”. Onun ətrafı və həyatı yuxarıdan aşağıya 
qədər təhqiq olunmuşdu, seçiciləri və kolleqaları Vaşinqtonda onu izləyirdilər ki, 
rəyi barədə hansısa bir işarə alsınlar. O, hər bir gözün hədəfi idi, onun adı hər bir 
ağızda dolaşırdı və niyyətləri isə hər bir qəzetdə müzakirə olunurdu. Baxmayaraq 
ki, onun hər iki tərəfə hansısa bir işarə verməsinə heç bir sübut yox idi, lakin hər 
kəs  onu  ictimai  qaydada  ittiham  etməyə  cəhd  edirdi.  O,  hər  iki  tərəfi  özünün 
məhkəmə barədə sakitliyi ilə tam asılı vəziyyətdə saxlayırdı. 
Siyasi  qarışıqlıq  barədə  heç  bir  təcrübəsi,  Senatda  heç  bir  nüfuzu,  heç  bir 
müstəqil  nəticəsi  olmadan  və  Birliyin  ən  radikal  bir  ştatı  ilə  işi  olan  Ross  ən 
səmimi  tənqidlə  mühakimə  edilməli  idi  və  çox  güman  edilirdi  ki,  ekspert 
taktikaları  tərəfindən  o  tərəf  bu  tərəfə  yelləndirilməlidir.  Konqressmenlər  və 
Senatorlar  komitəsi  Kanzasa  və  digər  şübhəli  bilinən  Respublikaçıların  ştatlarına 
bu  teleqramı  göndərdi:  “Əgər  impiçment  uğursuz  olsa,  bu,  ölkənin  dincliyinə  və 
Respublikaçıların  işinə  böyük  təhlükədir.  Qətnamələrlə,  məktublarla  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə