127
“Şənbə günü axırıncı Edmund Q.Ross, Birləşmiş Ştatların Kanzasdan olan
Senatoru özünü satmış və öz seçicilərinə xəyanət etmişdir – özünün məlumatına
görə büdrəmiş, dostlarını əsaslı qaydada aldatmış, öz təntənəli andını biabırçı
qaydada pozmuş və malik olduğu azacıq qabiliyyətə mümkün olan bir şeyi əlavə
etmişdir, bu da öz ölkəsinin azadlığına ölüm hökmü imzalamaqdır. Bu hərəkət
düşünülmüş şəkildə edilmişdir, çünki Benedikt Arnold (o, Corc Vaşinqtonun
silahdaşı olan general idi. Saraqota döyüşündə böyük qələbə çalmışdı, lakin
sonralar ingilislərə satılmış, ifşa edildikdən sonra düşmən tərəfə qaçmışdı –
tərcüməçi) kimi pulu öz prinsiplərindən, dostlarından, şərəfdən və ölkəsindən,
onların bir yerdə hamısından artıq sevmişdi. Fağır, yazıq gələn, titrəyən əclaf o
qədər kiçik könülə malik idi ki, balaca pul da, hər şeydən, ləyaqət və ya
yaxşılaşdırılmış kişilikdən onun üçün ağır gələcəkdir”.
Rossun siyasi karyerasına son qoyuldu. Nyu-Yorkun “
Tribune” qəzeti üçün
o, “səfil qorxaqdan və satqından” başqa bir şey deyildi. Filadelfiyanın “
Press”
qəzeti deyirdi ki, Rossda “kiçiklik, sadəcə onun qanuni mövqeyinin bəhrəsindən
doğulmuşdu”, o, və onun tabe olmayan Respublikaçı yoldaşları “şöhrət
uçurumundan biabırçılığın və ölümün birləşən dərinliklərinə gömülmüşlər”.
Filadelfiyanın “
İnquirer” qəzeti qeyd edirdi ki, “onlar mühakimə olundular,
ittiham
olundular və özlərinə hökm çıxardılar”, onlar üçün heç bir “bağışlanma, heç bir
rəhmdillik” olmayacaqdır.
Stenton öz vəzifəsini buraxdıqda və Conson öz müddətinin qalan hissəsini
davam etdirdikdə, Vaşinqtona nisbətən dinclik qayıtdı, sonralar – onun
Respublikaçı müdafiəçilərindən fərqli olaraq – o, zəfər çalan şəkildə Senata
Tennessidən olan Senator kimi qayıtdı. Lakin Ross öz səsverməsini izah etməyə
uğursuz qaydada cəhd edəndə və həm də Ben Batlerin təhqiqat komitəsinin
saxtakarlığını məhkum edəndə, heç kəs ona diqqət vermədi, ancaq bunu dedilər ki,
generalın “yaxşı tanış olan instinktlərinin və meyllərinin birləşməsinin nazikliyi və
natəmizliyi” ona “vəhşi heyvan” ləqəbi verməklə, “ictimai qaydada bu kobud
məxluqu təhqir etməyə” aparıb çıxardı. O, müddəti qurtarana qədər bədbəxtlikdən
Senatdakı öz yerindən yapışdı, dəfələrlə “xain Rossu” xatırlayırdı və şikayətlənirdi