35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   35   36   37   38   39   40   41   42   ...   71

 
117 
Respublikaçıların  Konqressdəki  liderlərini  inandırdı  ki,  Edmund  Q.Rossun 
şəxsində  onlar  həyati  əhəmiyyət  kəsb  edən  üçdə  ikinin  möhkəm  üzvünə 
malikdirlər. 
Səhnə  bu  vaxt  final  tamaşa  –  Consonun  vəzifədən  uzaqlaşdırılması  üçün 
açıldı.  1867-ci  ilin  əvvəllərində  Konqress  Vəzifə  Müddəti  Billinin  prezident 
vetosunu  ləğv  edərək,  onu  qanun  kimi  qüvvəyə  mindirdi,  bu,  bütün  yeni  vəzifə 
sahiblərini,  hansıların  ki,  təyin  olunması  həmin  orqan  tərəfindən  təsdiq  edilirdi, 
Senatın razılığı olmadan onların Prezident tərəfindən vəzifədən azad olunmasının 
qarşısını  aldı.  Həmin  vaxt  belə  daha  yüksək  himayəçilik  qaydası  qoyulanda, 
ağlamaqdan  başqa  heç  nə  etmək  olmazdı,  Kabinet  üzvləri  başlanğıcdan  xüsusi 
azadlığa malik olurdular. 
5  avqust  1867-ci  ildə  prezident  inandırıldı  ki,  Linkolnun  qəbul  etdiyi 
Müdafiə  naziri  Edvin  M.Stenton  radikal  Respublikaçıların  gizli  alətidir  və  tabe 
edilmiş Cənubda qüdrətli diktator olmaq yollarını axtarır. Ona görə də ləngimədən 
onun  istefa  verməsini  tələb  etdi;  və  Stenton  kobud  qaydada  geriyə  cavab  atəşi 
ötürdü  ki,  o,  Konqressin  növbəti  iclasından  əvvəl  ona  qarşı  olan  istefa  vermək 
tələbini  rədd  edir.  Bu  növ  həyasızlıq  qarşısında  onu  qorxutmaq  mümkün  deyildi, 
Prezident bir həftə sonra Stentonu azad etdi və onun yerinə Stentonun müqavimət 
göstərməyə  cəsarət  edə  bilməyəcəyi  general  Qrantı  təyin  etdi.  13  yanvar  1868-ci 
ildə  hirslənmiş  Senat  Prezidentə  və  Qranta  elan  etdi  ki,  Stentonun  azad  edilməsi 
razılaşdırılmadığından  Qrant  vəzifəni  boşaltmalı  və  ora  Stenton  qayıtmalıdır. 
Müdafiə  naziri  Kabinetin  iclaslarına  gələ  bilməyə  və  ya  administrasiyada  öz 
kolleqalarına  qoşula  bilməyə  qadir  deyildi;  və  21  fevralda  prezident  Conson 
əvvəlcədən  bu  hərəkətin  Konstitusiyaya  zidd  olduğuna  inandığından  onun 
məhkəmə  yoxlamasına  çıxarılması  üçün  narahat  olduğundan,  yenidən  Stentona 
elan etdi ki, o, nəticə etibarilə Müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmışdır. 
Stenton  tutduğu  vəzifəni  verməkdən  imtina  edib  özünə  ofisində  barrikada 
qurdu,  millətin  ictimai  rəyi  ağır  qaydada  olsa  da,  Prezidentin  əleyhinə  hərəkət 
etməyə  başladı.  O,  məqsədyönlü  şəkildə  qanunu  pozmuş  və  diktator  kimi 
Konqressin  iradəsinin  əleyhinə  getmişdir.  Baxmayaraq  ki,  Nümayəndələr 


 
118 
Palatasında,  komitədə  və  palatanın  özündə  əvvəlki  impiçment  qətnamələri 
uduzulmuşdu,  yeni  qətnamə  tezliklə  Senata  məruzə  edildi  və  24  fevralda  səs 
çoxluğu ilə qəbul edildi. Hər bir sadə Respublikaçı lehinə qaydasında səs verdi və 
Pennsilvaniyadan olan çolaq Taddeus Stivens Radikal Respublikaçılar hərəkatının 
qatı  üzvlərinin  fanatik  təmsilçisi  olmaqla,  Nümayəndələr  Palatasının  müəllimi 
kimi,  baltanın  nazik  tiyəsinə  bənzər  ağzı  ilə  Konqressin  hər  iki  palatasını 
soyuqqanlı  qaydada  xəbərdar  etdi  ki,  “Qoy  mən  belə  cinayətdən  qaçmağa  imkan 
verən  qorxağı  görüm.  Kim  bunu  etməyə  cəsarət  etsə,  onu  mənə  göstərin  və  mən 
ona göstərəcəyəm ki, sən gələcək nəsili biabır etməyə cəsarət edirsən”. 
Prezidentin  impiçment  edilməsi  ilə  -  həqiqətən  də  o,  ittiham  olunurdu  – 
Nümayəndələr Palatası tərəfindən bu ittihama görə dondurulmuş mühakimə və ya 
impiçment  maddələri  əsasında  bəraət  verilməsinin  müzakirəsi  Senatda  5  martda 
başlandı,  ona  Baş  hakim  sədrlik  edirdi.  Bu,  tarixdəki  ən  böyük  mühakimələr  I 
Çarlzın  (1649-cu  ildə  edam  edilən  İngiltərə  kralı  –  tərcüməçi)  Yüksək  Ədalət 
məhkəməsində,  XVI  Luinin  (1793-cü  ildə  edam  edilən  Fransa  kralı  –  tərcüməçi) 
Fransız  Konventi  qarşısında,  Uorren  Hastinqsin  (ingilis  müstəmləkə  inzibatçısı, 
Hindistanın  1779-1785-ci  illərdə  general-qubernatoru,  1788-ci  ildə  Hindistandakı 
rüşvətxorluğuna  və  qəddarlığına  görə  mühakimə  olunmuş  və  bəraət  almışdı  – 
tərcüməçi)  Lordlar  Palatası  qarşısındakı  mühakimələri  dərəcəsində  idi.  Dramanın 
iki  böyük  elementi  itirilmişdi;  Prezidentin  mühakimə  olunmasının  əsl  səbəbi 
millətin  rifahı  üçün  fundamental  xarakter  daşımırdı;  və  ittiham  olunanın  özü 
mühakimənin bütün gedişində iştirak etmirdi. 
Lakin  ən  yüksək  məhkəmə  zalındakı  dramanın  hər  bir  digər  elementi  göz 
qabağında  idi.  Hər  bir  Senator  Baş  hakimin  qarşısında  “qərəzsiz  ədaləti  həyata 
keçirəcəyinə”  and  içirdi  (bura  hətta  Ohayodan  olan  qızmış  başlı  radikal  Senator, 
Senatın müvəqqəti sədri, prezidentlik üçün xəttdə növbəti olacaq Bencamin Ueyd 
də  daxil  idi).  Nümayəndələr  Palatası  üçün  baş  ittihamçı  “Nyu-Orlean  qəssabı” 
Bencamin  F.Batler  idi,  o,  Massaçusetsdən  olan  istedadlı,  kobud  və  demaqoq 
Konqressmen  idi  (o,  1874-cü  ildə  öz  yerini  itirəndə  partiyası  və  opponentləri 
tərəfindən o qədər nifrət olunan idi ki, bir Respublikaçı Demokratik süpürülməyə 


 
119 
maraq göstərərək, teleqram göndərmişdi ki, “Batler məğlub oldu, həm də hər şey 
itirilmişdir”). Mühakimə vaxtı adamların qalereyaya buraxılması üçün minə qədər 
bilet çap olunmuşdu və hər bir Senatora verilən dörd biletdən birini ələ keçirmək 
üçün istənilən fənddən istifadə edilirdi. 
Martın  beşindən  on  altısına  qədər  drama  davam  edirdi.  Nümayəndələr 
Palatası  tərəfindən  on  bir  maddə  qəbul  olunmuşdu,  ilk  səkkizi  Vəzifə  Müddəti 
Aktının  pozulması  ilə  Stentonun  vəzifədən  uzaqlaşdırılmasına  və  yeni  müdafiə 
nazirinin  təyin  olunmasına  həsr  olunmuşdu.  Doqquzuncu  Consonun  generalla 
söhbəti  ilə  əlaqədar  idi,  buna  görə  generala  deyilmişdi  ki,  Ordu  Müsadirələri 
Aktının  pozulmalarını  təqdim  etsin;  onuncu  bunu  elan  edirdi  ki,  Conson  ifrat 
dərəcədə qızışdıran və davakar olmaqla, həm də Konqressə və Birləşmiş Ştatların 
qanunlarına  qarşıdır;  on  birinci  isə  əvvəlki  maddələrdəki  bütün  ittihamların 
düşünülmüş,  ancaq  aydın  olmayan  konqlomeratı  (toplusu  –  tərcüməçi)  idi.  Bu, 
Taddeus  Stivens  tərəfindən  ümumi  müstəvini  bəzəmək  üçün  layihələnmişdi, 
bunlara  görə  o,  ittihamı  himayə  edirdi,  lakin  təməl  məsələlərdə  özlərini  tanıtmaq 
istəmirdi.  Batlerin  bu  tələsik  düzəldilmiş  ittihamı  dəstəkləmək  üçün  olan  biabırçı 
arqumentlərinə qarşı Consonun bacarıqlı və savadlı Şurası gözlənilən səmərəliliklə 
cavab  verirdi.  Onlar  təkid  edirdilər  ki,  Vəzifə  Müddəti  Aktı  Konstitusiyanı  açıq 
pozmaq cəhdi kimi ləğv edilmişdir və hətta o qüvvədə olsaydı da, Stentona tətbiq 
edilə  bilməzdi,  çünki  səbəblər  əvvəlcədən  qeyd  edilmişdir  və  qanunun  ədalətli 
yoxlamasının  yeganə  yolu  ondan  ibarətdir  ki,  Stentonun  vəzifədən  azad  edilməli 
olması və onun hüquqları üçün yaraması məhkəmə vasitəsilə həll edilə bilər. 
Lakin  mühakimə  inkişaf  etdikcə,  artan  qaydada  aydın  olurdu  ki,  səbirsiz 
Respublikaçılar impiçmentin hazırlandığı rəsmi məsələlərə görə Prezidenti düzgün 
mühakimə etmək istəmirlər, bunun əvəzinə onu istənilən müstəvidə, istər bu həqiqi 
səbəb  ya  da  təxəyyül  edilən  olsun,  Ağ  Evdən  çıxartmaq  niyyətindədirlər,  çünki 
onun siyasətini qəbul etməkdən imtina edirlər. Prezidentin xeyrinə deyilən sübutlar 
arbitraj qaydasında istisna edilmişdi, Senatorların əksər hissəsinin əvvəlcədən qərar 
verməsi  həyasızlıqla  elan  edilmişdi.  Rüşvət  vermək  və  təzyiqin  digər  növlərinə 
cəhd  göstərilməsi  möhkəm  dayaq  vasitəsi  rolunu  oynayırdı.  Mühakiməyə  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə