35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

 
123 
nümayəndələrlə 
ictimai 
rəyi 
sizin 
Senatorlara 
göndərin”. 
Kanzas 
Qanunvericiliyinin  üzvü  Kapitolidə  Rossa  müraciət  etdi.  Stenton  tərəfindən 
generala məsləhət görüldü ki, səhər saat dördə qədər öz yerində qalsın, çünki onu 
görməyə qərarlıdır. Senatorun niyyətlərini açmaq üçün onun qardaşı 20.000 dollar 
pul təklifi barədə bir məktub almışdı. Qraff Ben Batler Ross barədə ucadan dedi: 
“Bir  buşel  (35,2  litrə  bərabər  tutum  ölçüsü  –  tərcüməçi)  pul  var!  Bu  lənətlənmiş 
əclaf nə qədər pul istəyir?” Senatın ilk dəfə Consonun ittiham edilməsi və ya bəraət 
almasına səs verməsindən əvvəlki gecə Ross öz kiçik vətənindən bu teleqramı aldı: 
“Kanzas Prezidentin ittihamının sübutunu və tələblərini eşitmişdir”. 
(imza etmişlər) D.R.Entoni və 1.000 nəfər başqaları 
Mayın 16-nın taleyüklü səhərində Ross cavab verdi: 
“D.R.Entoni və 1.000 nəfər başqaları; ittihamın lehinə və ya əleyhinə mənim 
səs verməyimi tələb etmək barədə sizin hüququnuzu tanımıram. Mən and içmişəm 
ki, Konstitusiyaya və qanunlara müvafiq olaraq qərəzsiz hökm verim və inanıram 
ki, ədalətimin diqtəsinə və ölkənin ən yüksək xeyrinə müvafiq olaraq səs vermək 
mərdliyinə malik olacağam”. 
(imzalamışdır) E.Q.Ross 
Sübh  casusları  Rossu  səhər  yeməyinə  qədər  izlədilər.  Səsvermədən  on 
dəqiqə əvvəl Kanzasdan olan kolleqası ona Taddeus Stivensin yanında xəbərdarlıq 
etdi ki, bəraət verilməsi barədə onun səs verməsi ittihamların tapdalanması və onun 
siyasi ölümü mənasını verəcəkdir. 
Lakin bu vaxt taleyüklü saat gəlib çıxdı. Nə qaçmaq, nə vaxtı uzatmaq, nə də 
qərar  verməmək  mümkün  deyildi.  Ross  özü  sonralar  bunu  belə  təsvir  edirdi: 
“Qalereyalar  dolmuşdu.  Ora  buraxılmaq  biletlərinə  nəhəng  mükafat  verilirdi. 
Nümayəndələr Palatası qoşuldu və onun bütün üzvləri Senat zalında idi. Zalda hər 
bir  kürsü  Senatorlarla,  Kabinet  üzvləri  ilə,  Prezident  Şurasının  üzvləri  ilə  və  ya 
Nümayəndələr  Palatasının  üzvləri  ilə  dolu  idi.  Hər  bir  Senator  öz  yerində  idi  və 
Ayovadan olan ümidsiz xəstə Qrimes özü həqiqi mənada xərəkdə gətirildi. 
Qərara  alındı  ki,  ilk  səsvermə  impiçmentin  geniş  On  Birinci  Maddəsinə 
verilsin,  inanırdılar  ki,  bu  geniş  dəstəyə  malik  olacaqdır.  Baş  hakim  elan  etdi  ki, 


 
124 
səsvermə başlayır və xatırlatdı ki, “qalereyada olan vətəndaşlardan və əcnəbilərdən 
tələb olunur ki, özlərini tam sakit və dəqiq riayət olunma qaydasında aparsınlar”. 
Artıq ölü bir sakitlik Senatın zalına çökmüşdü. Bir Konqressmen sonralar demişdi 
ki,  “Nümayəndələr  Palatasının  bəzi  üzvləri  mənim  yanımda  şübhə  yükü  altında, 
sifətləri ağaran və xəstəyə bənzər qaydada oturmuşdular” və Ross qeyd edirdi ki, 
hətta “ayaqların yerdəyişməsi də kəsilmişdi, ipək paltarların xışıltısı, yelpiklərin və 
söhbətlərin qalxması eşidilirdi”.  
Öz vaxtında səsvermə qaydası izah edildi. Baş hakim Edmund Rossun adına 
gəlib  çatana  qədər  iyirmi  dörd  nəfər  “təqsirkardır”  sözü  ilə  cavab  vermişdi.  On 
nəfər yəqin məlum idi və digər birinə də tam əmin idilər. Prezidenti ittiham etmək 
üçün lazım olan otuz altı səsi əldə etmək üçün yalnız Rossun səsinə ehtiyac var idi. 
Lakin  zalda  heç  bir  adam  bilmirdi  ki,  bu  gənc  Kanzaslı  neçə  səs  verəcəkdir.  Öz 
narahatlığını  və  səsinin  emosiyasını  gizlətməyi  bacarmayan  Baş  hakim  ona  sual 
verdi:  “Mister  Senator  Ross,  siz  nə  deyirsiniz?  Cavabdeh  sifətində  çıxış  edən 
Endryü  Conson  bu  maddədə  iddia  olunan  kimi  ağır  xətasına  görə  təqsirkardır  ya 
təqsirkar  deyildir?”  Bütün  səslər  sakitləşdi.  Hər  bir  göz  Kanzasdan  olan  təzə 
Senatora dikilmişdi. Ümidlər və qorxular, keçmiş onilliklərin nifrəti və acısı bu bir 
adamın üstündə mərkəzləşmişdi. 
Rossun özünün sonralar təsvir etdiyi kimi “onun eşitmək və danışmaq gücü 
qeyri-normal dərəcədə inkişaf edən kimi görünürdü”. 
“Bu  auditoriyada  hər  bir  fərd  gözə  fərqli  qaydada  dəyən  kimi  görünürdü, 
bəziləri  dodaqları  açılmış  və  narahat  gözləmə  şəraitində  irəliyə  əyilmiş  şəkildə, 
digərləri əlləri yuxarı qalxmış şəkildə oturmuşdu, elə bil ki, başının üstünü kəsən 
zərbəyə  görə  xəstəxana  palatasından  çıxarılmışdı...  və  hər  bir  adam  diqqətlə  o 
adama  baxırdı,  hansı  ki,  taleyüklü  səsini  verən  vaxt  onun  üzündə  demək  olar  ki, 
faciə  nişanəsi  var  idi...  Yelpiklər  bağlandı,  bir  ayaq  da  hərəkət  etmirdi.  Nə 
paltarların xışıltısı, nə də bir pıçıltı eşidilmirdi... Ümid və qorxu elə bil ki, hamının 
üzündə bir-birinə alternativ olaraq qarışmışdı, bəziləri qisascıl nifrətlə; ...digərləri 
ümidlə  işıqlanmış  kimi.  Senatorlar  öz  yerlərində  stollarının  üstünə  əyilmişdilər, 
çoxu  əlini  qulağına  tutmuşdu...  Bu,  nəhəng  bir  məsuliyyət  idi  və  heç  də  qəribə 


 
125 
deyildi  ki,  onun  üzərinə  şəraitlərin  taleyüklü  kombinasiyası  qoyulmuşdu,  ondan 
qaça bilməyi aramalı idi, özündən bir ehtiyatlılıq tədbiri kimi uzaqlaşdırmalı və ya 
dəhşətli yuxu kimi onunla mübarizə aparmağa səy göstərməli idi. Mən demək olar 
ki, özümün, hərfi mənada, açıq qəbrimə baxırdım. Dostluqlar, mövqe, tale, hər şey, 
həyatı ambitsiyalı adama arzulanan edirdi, onlar isə mənim, yəqin ki, əbədi olaraq 
nəfəsimi  kəsmək  istəyirdilər.  Bu  heç  də  qəribə  deyildi  ki,  mənim  cavabım  dalğa 
şəklində havada yayıldı və auditoriyanın hədlərinə çatmaqda uğursuzluğa uğradı və 
ya həmin təkrar etmə zalın əks tərəfində uzaqda olan Senatorlar üçün lazım gəldi”. 
Eyni cavab yenə də uca səslə deyildikdə, heç də anlaşılmayan deyildi – tam, 
axırıncı, dəqiq, tərəddüdsüz və səhvsiz idi: “Təqsirkar deyil”. İş görüldü, Prezident 
xilas  edildi,  mühakimə  xeyirlə  nəticələndi  və  ittiham  uduzuldu.  Siyahının  qalan 
hissəsi artıq vacib deyildi; ittiham bircə səsin köməyi ilə uğursuzluğa uğramışdı və 
Baş  hakim  “bu  maddəyə  otuz  beş  Senator  təqsirli  kimi,  on  doqquz  isə  təqsirkar 
deyil  kimi  səs  vermişdir,  ittihama  üçdə  iki  çoxluq  səs  verməmişdir,  beləliklə, 
Prezident bu maddəyə görə bəraət almışdır” elan edənə qədər zal ümumi səs-küylə  
dolu idi. 
Sonra  on  günlük  kanikul,  qalan  maddələrin  səslərini  dəyişdirmək  üçün  on 
qızğın  gün  gəldi.  Qanun  layihələri  üzrə  Cənub  ştatlarının  yenidən  Birliyə  qəbul 
olunmasına  hücum  cəhdi  edildi,  bu  ştatların  on  iki  senatoru  ittiham  üçün  səs 
verməyə təminat verirdi. Lakin buna vaxtında nail oluna bilinmədi. Ross yenə də 
yeganə adam idi ki, digər maddələrə də səs vermədi, o, yeganə adam idi ki, onun 
neçə səs verəcəyi qabaqcadan bilinmirdi. Və yenə o, dəhşətli təzyiqin hədəfi oldu. 
“D.R.Entonidən  və  başqalarından”  onun  aldığı  teleqramda  deyilirdi  ki,  “Kanzas 
səndən andı pozan adam və əclaf kimi üz döndərir”. Onun həyatında hər bir hadisə 
yoxlanır  və  təhrif  olunurdu.  Senator  Pomeroy  tərəfindən  professional  şahidlər 
tapıldı  ki,  Nümayəndələr  Palatasının  xüsusi  komitəsi  qarşısında  Rossun  ümid 
edilən  qaydada  səs  verməsini  dəyişməyə  hazır  olduğuna  şəhadət  versinlər 
(bədbəxtlikdən  özünün  həyəcanlandırıcı  roluna  görə  bu  şahid  o  qədər  sevinmişdi 
ki,  and  içməklə  əlavə  etmişdi  ki,  Pomeroy  bəraətə  səs  verilməsi  üçün  üç  səsə 
40.000 dollar pul verməyi təklif etmişdir). Ross komitə sədri kimi öz vəzifəsində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə