120
şəhadətlərə
ciddi maraq göstərilmirdi, başlıca maraq hökm üçün lazım
olan səslərin
yığılmasına yönəlmişdi.
Birlikdə iyirmi yeddi ştat (hələ tanınmamış Cənub ştatları istisna olmaqla)
Senatın əlli dörd üzvünün mövcudluğu demək idi və otuz altı səs tələb olunurdu ki,
hökm üçün lazım olan üçdə iki çoxluq düzəlsin. Demokratların on iki səsinin
hamısı əvvəlcədən itirilmişdi və qırx iki Respublikaçı bilirdi ki, onların
üzvlərindən yalnız altısı Conson əgər çıxarılmalı olsaydı belə, uduzmağı özlərinə
rəva biləcəkdi. Onların qorxusu onda idi ki, Respublikaçıların əvvəlki partiya
müşavirəsində altı nəfər mərd Respublikaçı diqqəti buna yönəltmişdilər ki, onların
rəyinə görə təqdim olunan sübutlar məsələdən o qədər uzaqdır ki, impiçment
maddəsi altında Consonu ittiham etmək üçün onlar heç də kifayət deyildir.
Filadelfiya “
Press” qəzeti “biabırçılıq” deyə-deyə qışqırırdı. Respublika “onun
dostlarının evində satılacaqdır!”
Lakin qalan otuz altı Respublikaçı müdafiə etsə nəticəyə heç bir şübhə
olmayacaqdı. Hamı birlikdə dayanmalıdır! Lakin bir Respublikaçı Senator təşkil
edilən əvvəlki səsvermədə öz qərarını elan etməmişdi, bu Kanzasdan olan Edmund
Q.Ross idi. Radikallar qəzəblənmişdilər ki, Kanzas kimi anti-Conson mövqeyində
möhkəm dayanan ştatdan olan Senator şübhəli ola bilər. Massaçusetsdən olan
Senator Samner tüstülənirdi ki, “bu, xüsusən Kanzaslı üçün çox aydın işdir. Mən
düşünmürdüm ki, Kanzas adamı öz ölkəsi əleyhinə geri çəkiləcəkdir”.
Ross öz yerini tutan vaxtdan radikal liderlər onun səsinə əmin idilər. Onun
bütün ətrafı, artıq qeyd edildiyi kimi, onların işini möhkəm müdafiə
edənlərdən biri
idi. Senatda onun ilk hərəkətlərindən biri Radikal Respublikaçıların siyasətinə
qoşulması barədəki bəyanatı oxuması idi və o, sakit qaydada onların bütün
tədbirlərinə səs verdi. O, özü üçün aydınlaşdırmışdı ki, Endryü Consona şəxsən və
siyasi cəhətdən rəğbət bəsləmir və Stentonun vəzifədən uzaqlaşdırılmasından sonra
belə kənarlaşdırmanın qanunsuz olduğunu bəyan edən qətnamənin qəbul
edilməsinə çoxluqla birlikdə səs vermişdi. Kanzasdan olan onun kolleqası, Senator
Pomeroy anti-Conson qrupunun ən radikal liderlərindən biri idi. Respublikaçılar
təkid edirdilər ki, Rossun həlledici səsi ədalətli olaraq onlarınkıdır və onlar