35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   44   45   46   47   48   49   50   51   ...   71

 
144 
Ştatların  konstitusiyasını  dəstəkləməyə  and  içib,  sonra  ona  qarşı  üsyanda  iştirak 
edən və ya onun düşmənlərinə köməklik göstərən adam Birləşmiş Ştatlarda və ya 
hansısa  ştatda  mülki  və  hərbi  vəzifə  tuta  bilməzdi,  həmçinin  səçkili  vəzifələrə 
seçilə  bilməzdi  –tərcüməçi) tərəfindən  qoyulmuş imkanlardan  məhrum edilmənin 
bağışlanması  barədə  onun  petitsiyası  müsbət  həll  edildi.  Samnerin  ölümü  və 
panegirik demək üçün Massaçusetsin ağ saçlı təmsilçisinin dəvət edilməsi ideal bir 
hadisəni  bəzədi,  bunu  Lamar  Şimala  dostluq  əli  uzatmaq  üçün  gözləmişdi,  onun 
uğuruna  əmin  olmaq  üçün  hər  şey  gizli  saxlanırdı;  onun  müharibədən  əvvəlki 
reputasiyası,  ölkənin  bölünməsi  tərəfdarı  olması,  Konfederata  vəzifə  sahibi  kimi 
xidmət  etməsi  yaddan  çıxmamışdı.  Samnerin  özünə  Missisipidə  və  Cənubda 
dəlicəsinə nifrət edilməsi və Lamarın özünün müstəsna natiqlik qabiliyyətinə malik 
olması da bir fakt idi. 
Bütün bu faktlar onun xeyrinə, özünün təəssürat yaradan şəxsi görünüşü ilə 
güclənirdi  –  bura  Henri  Qreydinin  sözləri  ilə  deyilsə  “onun  xüsusi  qarayanız 
kompleksiyası, gözəl boz gözləri, iri yanaq sümükləri, qaramtıl qəhvəyi saçları, iti 
hərəkət etməyən ağzı” var idi. Onun Samner barədə unudulmaz panegiriki Lutsius 
Lamarın  ilk  imkanı  idi  ki,  yeni  növ  Cənub  dövlət  xadimliyini  nümayiş  etdirsin. 
Lakin bu, onun axırıncı addımı olacaqdı. 
Missisipililər  bütövlükdə  Samnerə  panegiriki  –  ona  həsr  olunmuş  tərifli 
sözləri – başa düşməyə və heyran olmağa başladıqda, hətta ona heyran olmasalar 
da,  Lamarın  səmimiyyətinə  hörmətlə  yanaşacaq  və  ya  əvvəllər  möhkəm  müxalif 
olduqları  ədalət  barədə  ciddi  səhv  etdiklərini  düşündüklərinə  görə  onu 
bağışlayacaqdılar.  Populyarlıq  dalğası  üstündə  üzən  və  1876-cı  ildə  Missisipidə 
Demokratik  idarəçiliyinə  qayıdan  Lamar  Qanunvericilik  tərəfindən  Birləşmiş 
Ştatlar  Senatına  seçildi.  Lakin  hətta  Nümayəndələr  Palatasından  Senata 
keçməmişdən  əvvəl  Lamar  yenidən  öz  partiyasını  və  sektsiyasını  digər  bir 
qızışdırılan  məsələyə  görə  tərk  etdiyinə  görə  öz  arxalandıqlarının  çoxunun 
qəzəbinə tuş gəldi. 
1876-cı  ildəki  Prezident  seçilmək  üstündə  Heys-Tilden  rəqabəti  acı  bir 
mübarizə idi və açıq şəkildə öz yüksək nöqtəsinə elektoral səslərin bir-birinə yaxın 


 
145 
olmaqla, Demokrat Tildenin qələbəsi ilə çatdı. Heysin əvvəlcə öz məğlubiyyətini 
filosofcasına  itaətlə  qəbul  etməsinə  baxmayaraq,  onun  köməkçiləri,  Respublikaçı 
New  York  Times”  qəzeti  ilə  birlikdə  Tildenin  açıq  dəqiq  seçkisini  yaxın  rəqabət 
aparan ştatlar olan Cənubi Karolina, Luiziana və Floridanın ittihamına görə şübhə 
altına  aldılar  –  və  bu  vaxt  nəticəni  belə  dəyişməyə  cəhd  etdilər  ki,  Heysin 
seçkisinin  səslərinin  həmin  üç  ştatın  sakvoyaj  hökumətindən  əldə  edilən  kimi 
qiymətləndirdilər və belə hesab etdilər ki, seçkiyə qayıtmaqla bunu düzəltmək olar. 
Zorakılığın və diktatorluğun yayılması barədə şayiələrlə, Konqress əsasən olmayan 
Elektoral  Komissiya  vasitəsilə  bunu  arbitraj  qaydasında  yoxlamaq  istədi  –  və 
Lutsius  Lamar  inanırdı  ki,  obyektiv  mühakimə  Respublikaçıların  ucbatından  hiss 
olunan  yalanı  nümayiş  etdirəcəkdir,  bu  qərarla  razılaşdı  ki,  həmin  tədbir  faciəli 
münaqişənin yenidən baş verməsinin qarşısını alacaqdır. Həmin konflikt isə onun 
ruhunu qocaltmaqla yanaşı, baxışını genişləndirmişdi. 
Lakin  Komissiya  bütünlüklə  partiya  xəttləri  ilə  hərəkət  edəndə,  müzakirə 
edilən  ştatları  və  Heysi  prezident  seçilməsi  ilə  mükafatlandırdı,  Tildenə  verilmiş 
184  elektor  səsinə  qarşı  Heysin  lehinə  185  səs  verilmişdi.  Bu,  Cənubu 
qəzəbləndirdi.  Respublikaçıların  dörd  ildən  çox  davam  edən  idarəçiliyi  Cənubun 
köləliyi və istismarı demək idi, dörd ildən çox müddətdə Cənub qarşısında dayanan 
öz  taleyini  və  millətin  içərisində  müvafiq  yerini  alacaqdı.  Lamar  öz  səsi  ilə  və 
gələcək mövqeyi barədə verdiyi vədə görə, öz sektsiyasının şərəfi ilə alver etdiyinə 
görə  ittiham  edildi.  O,  qorxaqlığına,  öz  ştatının  mənafeyi  naminə  durmaqdan 
qorxduğuna  görə,  o  vaxt  bu,  vuruş  mənasını  verirdi,  ittiham  edildi;  və  o  nəhayət 
zəfərinin  qanuni  olaraq  baş  verəcəyi  bir  vaxtda  öz  xalqını  və  öz  partiyasını  tərk 
etməkdə  ittiham  edildi.  Onun  düşmənləri  qət  etdilər  ki,  altı  ilin  keçməsi  lazım 
gələcəkdir  ki,  seçilmiş  Senator  Lamar  yenidən  seçilmək  üçün  hərəkət  etməyə 
məcbur edilsin, and içdilər ki, onun xəyanət etdiyi günü heç vaxt unutmayacaqlar. 
Lakin  qanun  və  vicdan  adamı  olan  Lutsius  Lamar  bu  vaxt  həmin  üzə 
çıxarılanlardan  yayına  bilmədi,  ancaq  yaradılmasına  kömək  etdiyi  komissiyaya 
görə şok keçirdi. O, komissiyanın üzə çıxardıqlarını müdafiə etdi, çünki inanırdı ki, 
yalnız  qüvvə  Heysin  inauqurasiyasının  qarşısını  ala  bilər  və  bu,  yenidən  həmin 


 
146 
yolla  səfər  etmə  bədbəxtliyi  ola  biləcəkdir.  O,  inanırdı  ki,  bu,  Cənub  üçün  xeyli 
yaxşıdır ki, - fitnəkarlığın acığına – bu hadisədə öz məğlubiyyətini qəbul etsin. O, 
Heysin Cənuba güzəştə gedəcəyinə, bura hərbi işğal qüvvələrinin geri çəkilməsi və 
aparıcı ştatlarda yerli idarə etməyə keçilməsi daxil idi, əldə edilməsinə inanmaqda 
kifayət  qədər  ağıllı  idi.  Öz  ştatına  bu  əsl  xidmət  belə  bir  vaxta  təsadüf  edirdi  ki, 
Cənub  siyasətçilərinin  çoxu  açıq  tabe  olmamaq  barədə  danışırdılar,  ona  görə  də 
məsələ  əsasən  qaranlığa  bürünmüşdü.  Lakin  müxalifətin  qasırğasından  hərəkətə 
gəlməyənlər Missisipinin hər tərəfindən irəli axışdılar, Lamar Senatda olduğu kimi
qeyri-sektsional, tərəfdar olmayan bir dövlət xadimi kimi öz rolunu daha həlledici 
sınaq üçün hazırladı. 
Konfederatın  heç  bir  digər  yüksək  vəzifəli  qulluqçusu  hələ  Senata  daxil 
olmamışdı.  Senatorlardan  çoxu  iyirmi  il  əvvəl  Lamarın  qatı  sektsionalist 
Konqressmen  olduğunu  unutmamışdı,  o,  öz  yerindən  istefa  vermişdi  ki,  Ayrılma 
barədə  Missisipi  Ordinansının  layihəsini  hazırlasın.  Zaman  onun  geri  dönməsi 
üçün əlverişli deyildi. Respublikaçılar artıq Demokratları qiyamçılara və satqınlara 
sığınacaq  verməkdə  ittiham  edirdilər;  və  sektsiyalar  arası  etimadsızlığın 
böyüməsinə  Demokratik  kömək  Cənub  demaqoqlarının  dözülməz  və  qisascıl, 
“yenidənqurmanın  avaralardan  düzəltdiyi  serlərdən”  ibarət  yeni  növünün  tərbiyə 
edilməsi idi. 
Senator  Lamar  xəstə  və  yorğun  olduğuna  görə  bütün  1877-ci  ili  evində 
istirahətdə  keçirəndə  bir  nəsil  üçün  millətin  siyasi  partiyalarından  ötəri  yeni 
bədbəxtliyə çevriləcək hərəkat – “Sərbəst Gümüş” hərəkatı meydana çıxdı. Gümüş 
qüvvələrinin  Moiseyi  olan  Uilyam  Ceninqs  Brian  hələ  səhnədə  görünməmişdi; 
lakin  Blend-Missuridən  olan  Demokratik  təmsilçi,  “Gümüş  Disk”  Blend 
sikkəxanaya  gətirilən  bütün  gümüşlərdən  sərbəst  sikkə  düzəltməkdən  ötəri  öz 
qanun layihəsi ilə açdığı bir yolla gedirdi. Qərbin gümüş mədənlərinin istehsalının 
nəhəng qaydada artması, onun dəyərinin qızılla müqayisədə müvafiq olaraq aşağı 
düşməsinə  səbəb  oldu,  bu  vaxt  gümüş  qüvvələrinin  bircə  niyyəti  aydın,  sadə  və 
çağırış xarakterli idi –  qiyməti asanca şişirdilən pul olsun. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə