35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   45   46   47   48   49   50   51   52   ...   71

 
147 
Bu,  Missisipidə  nəhəng  populyarlıq  qazandı.  1873-cü  ilin  panikası  milləti 
heç  vaxt  görmədiyi  ən  dəhşətli  iqtisadi  depressiyaya  saldı  və  artıq  Cənubun 
yoxsullaşmış ştatlarına xüsusən ağır zərbə dəymişdi. Minlərlə biznes sahələri iflasa 
uğrayırdı,  işsizlik  artmışdı,  maaşlar  azaldılmışdı.  Ferma  qiymətləri  onların 
müharibə  dövründəki  yüksək  həddindən  tezliklə  aşağı  düşmüşdü  və  Missisipi 
fermerləri  –  nəqd  pula  ümid  bağlamadıqlarından  –  onların  mallarının  qiymətini 
yüksəldəcək,  borclarını  aşağı  salacaq  və  pulun  yararlılığını  artıracaq  istənilən 
qanun  layihəsinin  dəstəkləyəcəklərinə  and  içirdilər.  Cənub  qabaqcadan  özünün, 
əgər  yüngül  pul  onların  ağır  borclarını  ödəməyə  yararlı  olmasa,  Şərqin  maliyyə 
institutlarına daim borclu qalacağını görürdü. 
Veçel  Lindseyin  şeiri  Cənubun  və  Qərbin  müşahidə  etdiyi  kimi,  Şərqin 
möhkəm şəkildə artan maliyyə ağalığı ilə aydın hiss olunan köməksizliyini və acı 
şəraitini ifadə edirdi. 
Və bunların hamısı öz çarəsiz günlərində 
Sərt Şərq tərəfindən istismar edilməklə
Paternalizm mənasını verəndə 
Öz səhvlərini onlara tətbiq etməklə
Qərbin yarısını çarmıxa çəkən, 
Bütün Atlantik sahilini becərən 
Bənzəyir nəhəng yuvasına hörümçəyin. 
Gümüş qəflətən  kasıb adamların  dostu kimi siyasi çağırış tələb etdi  – varlı 
adamların  pulu  olan  qızılın  əleyhinə,  gümüş  prerilərin  (amerikan  düzənlikləri  – 
tərcüməçi)  və  kiçik  şəhərlərin  pulu  idisə,  qızıl  –  Uoll  Stritin  pulu  idi.  Gümüş 
istənilən  adamın  problemlərinin  asan  həll  edilməsini  təmin  etmək  üçün  –  aşağı 
düşmüş ferma qiymətləri, yüksək faiz dərəcələri, ağır borclar və qalan hər şey üçün 
işlədilirdi.  Demokratik  partiya  Ceksonun  və  Bentonun  dövrlərindən  güclü  pulun 
tərəfdarı  olmasına  baxmayaraq,  yeni  və  populyar  məsələni  istismar  etməyə 
atılmışdı  və  o  da  təbii  idi  ki,  yoxsullaşmış  Missisipidən  olan  təzə  Demokratik 
Senator həvəslə mübarizəyə qoşulmaq vəzifəsini öz üzərinə götürəcəkdi. 


 
148 
Lakin bilikli alim və professor olan Lamar məsələyə öz kolleqalarından bir 
qədər  fərqli  qaydada  yanaşırdı.  Öz  seçicilərinin  tələblərindən  özünü  az  da  olsa 
qoruyaraq,  o,  ziddiyyətin  hər  iki  tərəfindən  olan  bütün  yararlı  münasibətlərdən 
cana  yığılmışdı.  Onun  öyrənməsi  onu  inandırdı  ki,  -  güman  ki,  səhv  olaraq  – 
yeganə sağlam mövqe sağlam pulu müdafiə etməkdir. Hökumət borclarının – hətta 
Uoll  Stritin  “şişmiş  istiqraz  vərəqələri”  üzrə  olan  borcların  –  dəyəri  düşmüş, 
inflyasiyaya uğramış valyuta ilə ödənilməsi, necə ki, Blend Billi bunu bəyənirdi və 
Metyu Qətnaməsi onu müşayiət etməklə xüsusi olaraq təmin edirdi, etik cəhətdən 
düzgün  olmayan,  praktiki  cəhətdən  isə  səhv  idi.  O,  hiss  edirdi  ki,  yəqin  ki, 
dünyanın gözündə bizim belə vəziyyətdə olmağımızdan utanmaqla və ancaq milli 
iqtisadi  bəlanı  yüngülləşdirmək  üçün  saxta  kömək  edici  qanun  layihələri  kimi 
daimi maliyyə proqramı irəli sürmədi.  
24  yanvar  1878-ci  ildə  özünün  mərd  və  savadlı  müraciətində,  -  bu  onun 
Senatdakı ilk başlıca çıxışı idi – Missisipi səs verənlərinin yalvarışlarını rədd etdi, 
süni  və  qiyməti  şişirdilmiş  gümüş  ölçüsünün  arxasında  dayanan  və  səylə  işlənib 
hazırlanan  səmərələşdirici  qüvvələrə  hücum  etdi.  Sabahısı  günü  o,  Missisipidən 
olan öz kolleqasının əksinə, Metyu Qətnaməsinə “yox” səsi verdi. Kolleqası zənci 
Respublikaçı  olmaqla,  müstəsna  istedad  sahibi  idi  və  bir  neçə  il  əvvəl  köhnə 
“sakvoyaj” qanunvericiliyi tərəfindən seçilmişdi. 
Senator  Lamarın  məsələ  barədə  ustalıqla  və  dövlət  xadiminə  xas  olan 
qaydada  təhlillərinə  görə  edilən  tərif  ölkənin  çox  guşələrindən  gəlirdi,  lakin 
Missisipidən  gələn  reaksiya  az  da  olsa  məhkum  edici  idi.  30  yanvarda  ştat 
Qanunvericiliyi  Memorial  qəbul  etdi,  lakin  Lamarı  xatırlamağı  unutdu,  - 
əvvəlcədən və dəqiq vurulan sillədə, - onun kolleqasını əks qaydada səs verdiyinə 
və beləliklə, “öz seçicilərinin  hiss  və iradəsini” ifadə  etdiyinə görə təbrik  etdi  və 
ona  minnətdarlığını  bildirdi  (həmin  kolleqaya  Demokratik  qanunvericilər  normal 
olaraq acı qaydada etiraz etdilər). Memorial Lamara dərin zərbə vurdu və o, yaxın 
dostundan  – Missisipi Nümayəndələr Palatasının spikerindən aldığı məktuba görə 
az hüznlü idi. O, bunu “lənətə gəlmiş qəzəb” adlandırdı. Ancaq izah etdi:  


 
149 
“Xalq çətin dövrün və pul kasadlığının təzyiqi altındadır və onun təmsilçiləri 
hiss  edir  ki,  bir  qədər  yüngüllük  verən  nəyəsə  zərbə  vurulmasına  bağlıdırlar, 
onlardan yalnız azı necə və ya nə qaydada bunu izah edə bilər”. 
Lakin Qanunvericilik bundan keçmədi. Fevralın 4-də hər iki Palatadan keçən 
Qətnamə  Lamara  belə  bir  təlimat  verdi  ki,  Blend  Gümüş  Billinə  səs  versin  və 
Missisipi naminə onun səsvermədən keçməsinə əmin olmaq üçün sözçü kimi bütün 
lazım olan cəhdlərdən istifadə etsin. 
Lamar  bu  hərəkətdən  dərindən  narahat  oldu.  O,  bilirdi  ki,  Qanunvericilik 
təlimatlarını  əlaqələndirmək  hüququnun  möhkəm  kökləri  Cənubdadır.  Onu  təyin 
etmiş Qanunvericiliyin tələbləri barədə arvadına yazdığı məktubda o, etiraf edirdi 
ki, “mən bunu edə bilmərəm. Mən bundansa siyasətlə həmişəlik qurtara bilərəm”. 
O,  Qanunvericilik  orqanında  olan  dostuna  izah  etməyə  çalışırdı  ki,  o,  federal 
siyasətin  məsələləri  üzrə  öz  rəyini  ifadə  edən  orqanın  hüququnu  tanıyır  və 
Senatorun  vəzifəsi,  o,  hansı  kursla  davam  edəcəyinə  şübhə  etdikdə,  həmin 
ekspressiyalara  dözməkdir.  Lakin  bu  xüsusi  hadisədə  o,  təkid  edirdi  ki,  “onların 
arzuları  bütün  həyatın  inandırdıqları  ilə  birbaşa  münaqişədədir;  və  mən  (Metyu 
Qətnaməsinə)  göstəriş  əsasında  səs  versəm,  mən  onda  ilk  səsimi  öz  vicdanım 
əleyhinə verəcəyəm”. 
“Əgər (Senator) vətəndəki öz dostlarının rəyləri tərəfindən idarə olunmasına 
imkan versə, o, necə özünü onlara, onlar isə ona özlərini həsr edə bilər, o, əvvəlki 
hazırlığın – və təhsilin zəngin nəticələrini kənara atacaqdır – və onlardan bir neçə 
gün  ərzində  dəyişilə  bilən  hisslərinin  sadəcə  bayağı  eksponentinə  çevriləcəkdir... 
Belə kurs istənilən adamın dövlət xadimliyini karlik ölçüsündə edəcəkdir və onun 
səsi sadəcə gözlənilən tək olacaqdır, kamil dəqiqliyin nəticəsi olmayacaqdır”. 
Buna  baxmayaraq,  mərdlik  fəlsəfəsi  ilə  razılığı  onun  siyasi  həyata 
qayıtmasını  idarə  etdi,  Lamar  qət  etdi  ki,  öz  bölməsi  ona  sadəcə  əks  mövqedə 
olduğuna görə geri dönməsin. O, belə qənaətə gəlmişdi ki, köləlik xətti vasitəsilə 
özü  və  sektsiyası  üçün  Şimalın  hörmətini  satın  almayacaqdır;  lakin  ləyaqəti  əsas 
götürərək  qərara  almışdı  ki,  qanun  layihəsi  düzgün  deyildir,  o,  Cənubda  dövlət 
xadimliyinin  ölmədiyini  və  ya  Cənubun  milli  borc  və  şərəfdən  əl  çəkməyin  arzu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə