35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

 
141 
sekstional  dalğanı  dayandırmaq  yolunu  axtaranda,  Lamar  güclü  Cənubpərəst  idi. 
O,  Nümayəndələr  Palatasında  çıxış  edərkən  demişdi:  “Başqaları  özlərinin  çox 
genişlənən vətənpərvərliyi və onların Birliyə şişirdilmiş və dərk edilən məhəbbəti 
ilə  öyünə  bilərlər.  Mən  isə  etiraf  edirəm  ki,  Cənubun  maraqlarının  irəliləməsi, 
yalnız Cənubun şərəfi qorunub saxlandıqda öz əhəmiyyətinə görə ikinci ola bilər”. 
Bir  neçə  il  sonra  demişdi  ki,  o,  quldarlığın  öz  əhəmiyyətinə  görə  müharibəyə 
dəymədiyini  bilənə  qədər  heç  vaxt  Cənub  sisteminin  sağlamlığına  şübhə 
etməmişdi”.  Ancaq  o,  bu  yolu  davam  etdirmədi,  onun  ağılsız  kursu  sona  çatdı. 
Sonralar  o,  məktubunda  yazmışdı:  “Parçalanma  sakitcə  baş  verə  bilməz.  Birliyin 
günəşi batanda, bu, qan tökülməsi ilə baş verəcəkdir”. 
1860-cı ildə Henri Adamsın sözlərinə görə o, “Cənubun alov yeyənlərindən 
ən  pisi  kimi”  parlament  üzvlüyünə  keçdi.  Cənubun  federal  Birlikdə  ədaləti  əldə 
edəcəyinə  bütün  ümidlərini  itirdiyindən  Çarlstonda  Cefferson  Deyvislə  birlikdə 
Demokratik  qurultayda  gəzişirdi,  Birliyin  zəncirlərinin  bu  vaxtadək  qalmış 
həlqəsini qırmağa kömək edirdi. Onun müharibədən əvvəlki karyerası 1861-ci ildə 
öz  kulminasiya  nöqtəsinə  çatdı,  bu  vaxt  Missisipi  ayrılmaqla  Birliklə  əlaqəsini 
kəsmək  barədə  Ordinansın  layihəsini  tərtib  etdi.  Külək  səpilmişdi.  Lamar  və 
Missisipi tufanı biçəcəkdilər. 
Hər  iki  tərəfdən  bərabər  zorakılıq  hiss  olunurdu.  Əlbəttə,  mühakimələrin 
çoxu  və  müharibədən  sonra  Cənubun  keçirdiyi  aqoniya  mübarizədə  o  adamların 
itirilməsinə  borclu  idi  ki,  onlar  regionda  liderliyi  ələ  keçirməyi  gözləyirdilər. 
Şimalla müqayisədə Cənubda hökumətə nəzarət daim dar şəkildə olmuşdu və idarə 
edən  ailələrin  arasında  “şərabın  qədəhlərə  süzülməsi”  xüsusilə  ağır  bir  iş  idi.  İlk 
Lamarın  Amerikadakı  on  üç  törəməsi  Konfederat  ordusunda  leytenantdan 
polkovnik  kimi  və  daha  yüksək  rütbələrdə  xidmət  etmişdi,  yeddi  nəfəri  isə 
müharibədə həlak olmuşdu. Lamarın kiçik qardaşı, yəqin ki, o, çox parlaq bir gənc 
imiş,  Cefferson  Mirabo  Krempton  dərəsində  düşmənin  torpaqdan  tökülmüş 
brustverinə at üstündə hücum edəndə öldürülmüşdü. Əmisi oğlu Con  Cənubda ən 
böyük  qul  sahiblərindən  biri  olmaqla,  onun  yanına  yıxıldı.  İki  il  sonra  Lamarın 
böyük  qardaşı  Tompson  Böd  Florida  Beşinci  Ordusunun  polkovniki  idi, 


 
142 
Pitersburqdakı  qanlı  döyüşdə  öldürülmüşdü.  Lamarın  iki  vəkil  partnyoru: 
Uilyamsburqda  polkovnik  Mott,  orada  Lamar  onun  tərəfində  vuruşurdu, 
Marfrisboro  qırğınında  isə  Ceyms  Otroy  öldürülmüşdü.  Qaranlıq  günlərin 
simvolları gəlib çıxdı, üç partnyorun adını ixtisar edilmiş şəkildə daşıyan dağılmış 
ofis çayda axanda tapılmışdı. 
Lamarın özünün karyerası iflic zərbəsi ilə sona çatdı, bu xəstəlikdən o, bütün 
həyatı  boyu  əziyyət  çəkdi  və  onun  yüksək  həyəcanlı  anlarında  ölüm  kimi  daim 
onun  başının  üstündə  asılı  vəziyyətdə  qalırdı.  Müharibənin  qalan  bütün  dövrünə 
yaxın, o, Konfederat hökumətinin diplomatik elçisi kimi fəaliyyət göstərdi.  
Müharibənin  başa  çatması  ilə  Lamarın  bütün  arzuları  və  illyuziyaları 
partlayıb dağıldı, o, keçmişin qəzasını tərk etmək və başqa ölkəyə getmək barədəki 
güclü  təzyiqin  altında  oldu.  Onun  tərcümeyi-halını  yazan  Uirt  Armisted  Keytin 
sözlərinə görə, o, hiss edirdi ki, öz xalqını heç vaxt oradan qayıda bilməyəcəyi bir 
səhraya aparan lider kimi biabır olmuşdur. Lakin o, Robert Linin Cənub liderlərinə 
verdiyi  məsləhətinə  qulaq  asıb  qaldı  və  “özünün  sevilən  ştatlarının  taleyinə  şərik 
oldu” və 1865-ci ildən 1872-ci ilə kimi sakitcə Missisipidə yaşayıb dərs verdi və 
vəkillik  etdi,  necə  ki,  onun  ştatı  da  öz  yenidənqurulmasının  acı  günlərindən 
keçməli oldu. 
Heç  bir  ştat  Missisipidən  çox  sakvoyajın;  (hərfi  mənada  “xalça  kisələri  “) 
sakvoyaj idarəçiliyi siyasi fırıldaqçılar hökumətinə deyilirdi, sakvoyajçılar (siyasi 
avantüristlər belə adlanırdı ) isə Cənubda 1861-1865-ci illər müharibəsindən sonra 
nüfuz  və  sərvət  qazanmış  Şimallılara  verilən  ad  idi  –  tərcüməçi)  idarəçiliyindən 
əziyyət çəkməmişdi. Mendə yerli sakin olan Adelbert Eyms ilk Senator, sonra isə 
Qubernator  olmuşdu.  “Nyu-Orlean  qəssabı”  olan  bədnam  Ben  Batlerin  kürəkəni 
idi.  O,  Konqress  Komitəsindən  əvvəl  gəlmişdi  və  yalnız  Senata  seçilməsi  onun 
Missisipidə məskunlaşmasını sürətləndirmişdi. O, azad olmuş qullardan və Radikal 
Respublikaçılardan təşkil olunmuş çoxluğun hesabına Qubernator seçilmişdi, onlar 
isə  federal  süngülər  vasitəsilə  saxlanır  və  qidalanırdılar.  Nyu-Yorkda  oğurluq 
ittihamı  altında  olan  Kardosa  adlı  bir  adam  ictimai  məktəblərin  rəhbərliyində 
yerləşdirilmişdi  və  iki  keçmiş  qul,  Qubernatorun  köməkçisi  və  Dövlət  katibi 


 
143 
vəzifələrini  tutmuşdu.  Missisipinin  geniş  əraziləri  viran  qalmışdı.  Vergilərin 
səviyyəsi on dörd dəfə yüksəlmiş, yüksək olduğu kimi, yenidənqurma hökumətinin 
qeyri-adiliyini,  ştatın  və  milli  ağır  müharibə  borclarını  dəstəkləməyə  görə  normal 
hesab olunurdu. 
Bu narahat dövrlərdən keçdikcə Lamar başa düşməyə başladı ki, Cənub üçün 
yeganə ümid Şimalla onun köhnə sözləşmələrini davam etdirməkdə deyil, barışığı 
irəlilətməkdədir  və  federal-ştat  əlaqələrinin  normal  hala  qayıtmasında,  inkişaf 
etdirilməsində  və  hərbi  idarəçiliyin  ləğv  edilməsindədir.  Belə  dönüşə  yalnız 
Şimalın dərk etməsi ilə nail oluna bilər ki, Cənub artıq bunu arzu etmir. Lamarın 
sözlərinə görə Cənub – “Amerikan siyasətinin təşviqatçısı və təşviq olunmanın saat 
kəfkiri  olmalıdır”.  Lamarın  ümid  etdiyinə  görə,  elə  etmək  lazımdır  ki,  Şimal  qət 
etsin ki, Cənub xalqının Konstitusiya qarantiyalarının ləğvi hökmən Şimal xalqının 
azadlıqlarına da öz təsirini göstərəcəkdir. O, inanmağa başladı ki, ölkənin gələcək 
xoşbəxtliyi yalnız qarşılıqlı barışığın, bütün sektsiyalar və bütün ştatlar arasındakı 
əməkdaşlığın ruhundadır. 
Bu  siyasətə  iki  müxalif  qüvvə  var  idi.  Bir  tərəfdən  onlar  Respublikaçı 
liderlər idi, hansılar ki, yalnız qanlı köynəyi əllərində yelləməklə, Şimal və Şərqdə, 
xüsusən respublikanın Böyük Ordusu arasında onlar öz dəstəyini saxlaya bilərdilər 
və həm də o adamlar ki, onlar 1868-ci ilin seçkiləri tərəfindən inandırılmışdılar ki, 
əgər Cənub ştatları bir daha yenidən Demokratlar tərəfindən idarə olunsa, bu ştatlar 
–  onların  Şimaldakı  müttəfiqləri  ilə  birlikdə  –  respublikanın  milli  cəhətdən  daim 
azlığını  təşkil  edəcəkdir.  Digər  tərəfdən,  Cənubda  elələri  var  idi  ki,  asan  yola  əl 
atıb  məğlub  edilən  Cənubun  öz  işğalçılarına  qarşı  təbii  nifrəti  və  acı  qisməti  ara 
düzəltmək  və  istismar  etmək  vasitəsilə  özlərinə  nüfuz  və  populyarlıq  qazanmaq 
istəyirdilər. 
Əksinə,  Lamar  inanırdı  ki,  “mənə  bircə  xətt  qalır  ki,  ümumilikdə  digər 
Cənublu təmsilçilər də bu yolla getməlidirlər, elə edilməlidirlər ki, biz sektsiyalar 
arasındakı təşviş hisslərini azaldaq, sülhə və yenidən barışığa gətirə bilək”. 
1872-ci  ildə  o,  Konqressə  seçildi  və  bütün  Konfederat  qulluqçuları  üzərinə 
On  Dördüncü  Düzəliş  (1868-ci  ildə  elan  edilmiş  bu  düzəlişə  görə  Birləşmiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə