35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

 
150 
olunmayan olduğunu millətə nümayiş etdirmək qayğısını çəkirdi. O, hiss edirdi ki, 
bu  məsələdə  xüsusi  əhəmiyyəti  olan  odur  ki,  Cənub  hərəkətin  dar  sektsional 
kursunun  arxasınca  getməyəcəkdir.  İllər  ərzində  o,  mübahisə  etmişdi  ki,  Cənub 
Demokratları  Birləşmiş  Ştatlar  hökumətinin  Vətəndaş  müharibəsi  ərzində  irəli 
sürdüyü  vəzifələrin  ləğv  olmasını  axtarmayacaqdır.  Lamar  Cənub  Demokratları 
arasında  Corciyadan  olan  Senator  Ben  Hill  istisna  olmaqla,  yeganə  adam  idi  ki, 
“Sərbəst  Gümüş”  hərəkatının  əleyhinə  çıxdı.  Ben  Hill  demişdi  ki,  müharibə 
ərzində onun etdiyi ən yaxşı şey o idi ki, Birliyin istiqraz vərəqəsini altmış sentə 
almış,  verdiyi  altmış  senti  də  itirmişdi,  bu  vaxt  isə  ona  vəd  edildiyi  dolların 
ödənilməsini istəyirdi. 
Bir həftə sonra Blend Gümüş Billi axırıncı səs vermə üçün Senat qarşısında 
qoyuldu.  Debat  sona  çatanda  gözlənilmədiyi  halda  Senator  Lamar  ayağa  qalxdı. 
Onun  əlində  heç  bir  qeyd  nişanəsi  yox  idi,  çünki  o,  Senatda  nə  vaxtsa  mövcud 
olmuş ən parlaq improvizasiya ilə çıxış edən natiqlərdən biri idi (“Qələm mənim 
ağlımdakını söndürəndir” – o, deyirdi – və “əsəblərimə işgəncədir”). Qeyd əvəzinə 
əlində Missisipi ştatının böyük möhürünü gəzdirən rəsmi sənədi tutmuşdu və bunu 
səhifə-səhifə stolun üstünə qoyurdu. Öz kolleqalarına tərif dedikdən sonra Senator 
Lamar  izah  etdi  ki,  Gümüş  Billi  barədə  artıq  öz  baxışlarını  bildirməsinə 
baxmayaraq,  o,  “özünün  bir  borcunu  da  icra  etməlidir;  ən  ağrılı  cəhət  olmasına, 
baxmayaraq  ki,  aydındır”.  Sonra  o,  xahiş  etdi  ki,  stolunun  üstünə  qoyduğu 
qətnamələr oxunsun. 
Senat  əvvəlcə  təəccübləndi  və  sonra  məmur  Missisipi  Qanunvericiliyinin 
Blend  Gümüş  Billinə  Senatorların  səs  vermələri  barədə  ekspress-iradəsini 
oxuyanda, zalda diqqətəlayiq bir sakitlik yarandı. Məmur təlimatları  oxuyub başa 
çatdıranda, bütün gözlər Lamara dikildi, lakin bircə adam onun gözlədiyinə əmin 
idi. Vaşinqtonun “Capitol” qəzetinin reportyoru bunu belə təsvir edir:  
“Qəbul olunacaq qanun layihəsi ilə bu centlmenin utancaq mövqeyini nəzərə 
alaraq,  hər  bir  Senator  o  dəqiqəcə  diqqət  verməyə  başladı  və  zal  qəbir  kimi 
sakitliyə çevrildi”. 


 
151 
Senat zalında iri bədənli, lakin tənha fiqura olan Lutsius Lamar sakit, lakin 
güclü səslə danışırdı, səs “emosiya ilə titrəyərək qalxırdı, onun bədəni də təşviqata 
uyğun qaydada yırğalanırdı”. 
“Mister  Prezident,  bu  qətnamələrlə  mənim  əqidələrim  arasında  böyük 
uçurum  vardır.  Mən  onları  qəbul  edə  bilmərəm...  Mənim  vəziyyətimin  üzərində 
gənclikdə təhsilə kömək etmək imtiyazım olduğundan, mən daim çalışmışam ki, öz 
inamım  və  həqiqət  saxtakarlıqdan,  vicdanlılıq  siyasətdən,  mərdlik  qorxaqlıqdan 
yaxşı olduğuna görə onları ifadə edim. Bu gün aldığım dərslər mənə qarşıdır. Bu 
gün mən ya düzgün, ya da saxta, vicdanlı və ya hiyləgər, öz xalqına sədaqətli ya da 
sədaqətsiz  olmamalıyam.  Hətta  bu  saat  onların  qanunvericiliyinin  narazılığı  və 
bəyənməməsi qarşısında da olduğum bir vəziyyətdə mən bu qətnamələrə səs verə 
bilmərəm. 
Öz səsimin səbəblərini mən öz xalqıma izah etməliyəm. Onda bu onlara qət 
etməyə  imkan  verəcəkdir,  vicdanlı  şəkildə  öz  məsləkimə  sadiq  olmağım  onları 
təmsil  etməyi  dayandıracaqdır.  Çətin  və  mürəkkəb  məsələ  barədə  rəy 
müxtəlifdirsə,  ona  görə  mənə  səbir,  uzun  davam  edən  və  vicdanlı  qaydada 
öyrənmək  lazım  gəldi,  buna  bütöv  vicdanlılığı  və  məqsədimin  yeganəliyini  tabe 
etmişəm,  buna  görə  mən  qüdrətli  Allahın  mənə  verdiyini  sərf  etməklə,  sizdən 
ayrıldığımı  bildirirəm;...  lakin  onların  iştirakı  ilə  qərar  necə  olacaqsa,  həm  də 
bilirəm  ki,  həmin  vaxt  uzaqda  olmayacaqdır  ki,  o  zaman  mənim  bu  günkü 
hərəkətimin  müdrik  və  ədalətli  olduğunu  onlar  etiraf  edəcəklər;  və  öz  borcumun 
vicdanlı  məsləki  ilə  silahlanaraq  sakitcə  nəticələri  gözləyəcəyəm,  çünki  böyük 
Amerikanın  “Həqiqət  hər  şeydən  qüdrətlidir  və  ictimai  ədalət  şübhəsizdir” 
kəlamına inanıram”. 
Qanun  layihəsinin  hər  iki  tərəfində  olan  Senatorlar  o  saatca  onun  stolunun 
yanına yığışdılar ki, igidliyini tərifləsinlər. Lamar bilirdi ki, onun natiqliyi və səs 
verməsi, Blend Billinin çoxluğunun səsi ilə qəbul edilməsinin və prezident Heysin 
vetosunu  da  keçərək  onun  sonradan  qüvvəyə  minməsinin  də  qarşısını  ala 
bilməyəcəkdir. Həm də onun məqsədli və qəribə bir mərd qaydada öz seçicilərinin 
iradəsinə  tabe  olmaması  da  bütünlüklə  əbəs  deyildi.  Bütöv  Şimalda  nitq  yüksək 


 
152 
qaydada tərifləndi. Cənuba qarşı etimadsızlıq və onun milli borca və milli etibara 
münasibətinə  şübhə  azalmışdı.  “Harper`s  Weekly”  Lamarın  “öz  ştatının  möhkəm 
və  ümumi  ictimai  hissiyyatına”  əks  olaraq  səs  verdiyini  qeyd  edərək,  bunu  belə 
yekunlaşdırırdı:  
“Heç bir Senator mister Lamar kimi özünün ümumi hörmətə daha çox layiq 
olduğunu göstərməmişdi; öz ştatının ən nüfuzlu etirazı qarşısında, öz prinsiplərinə 
görə heç nə üçün daha bütöv insan kimi dayanmamışdı... Missisipidən Demokratik 
Senator Amerikan dövlət xadiminə çevrilməklə kişilik mərdliyi göstərdi”. 
The Nation” Lutsius Lamarın  qısa çıxışını, öz ştatının təlimatlarına  məhəl 
qoymamasını  izah  etməklə,  insanlığa,  ləyaqətə,  “Konqressdə  heç  vaxt  ötüb 
keçilməyən pafosa görə” nəşr etdi. 
Əvvəlcədən  irəlini  görmənin  baş  tutacağı  yəqin  ki,  görünürdü.  Missisipidə 
Senatora hücum qəfləti və güclü idi. O, öz xalqına və sektsiyasına arxasını çevirdi. 
Bir  siyasi  natiqin  sözlərinə  görə,  o,  “çox  tələsik  düşmən  sıralarına  birləşdi, 
beləliklə öz həlak olmuş yoldaşlarının qəbirlərinin üstündə büdrədi”. Köhnə dostu 
Cefferson  Deyvis  Lamarı  Qanunvericiliyin  təlimatlarına  məhəl  qoymamaqla 
“bizim  siyasi  sistemin  əsasına”  və  Cənub  Demokrat  partiyasının  uzun  müddət 
mövcud  olan  təcrübəsinə  hücum  edən  kimi,  onu  dərindən  yaralamaqla,  ictimai 
qaydada  məhkum  etdi.  İmtina  etmək,  ya  tabe  olmaq,  yaxud  da  vəzifədən  istefa 
vermək, onun seçiciləri belə qaydada “eləsini seçməli idilər ki, o, həqiqətən onları 
təmsil etsin”. Deyvis deyirdi ki, idarə etmək üçün fərasətlilərin sayı barədə xalqın 
tələbi vardır (Lamar öz keçmiş rəhbərinin münasibətindən ağır zərbə almışdı, lakin 
bir neçə gün sonra bir qeydini işıqlandırdı. Bu vaxt Senator Hoar qanun tərəfindən 
Deyvisə  Meksika  müharibəsinin  iştirakçısı  kimi  verilən  pensiyanı  ləğv  etməyə 
çalışanda,  Lamar  Konfederat  lideri  barədə  unudulmaz  və  müdafiə  edici  bir  çıxış 
etdi: 
“Ser, bu heç bir mərdlik göstərməyi tələb etmir; mən inanıram ki, centlmen 
xristian dövlət xadimləri arasında rütbə əldə edir. O, mifologiyanın səhifələrindən 
daha  yaxşı  dərs  ala  bilər.  Prometey  qayaya  mıxlananda,  bu,  qurbanın  həyati 
orqanlarına öz dimdiyi ilə işgəncə verən qartal deyildi, o quzğun idi”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə