35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

 
153 
Müasir şəraitə uyğun olaraq, Lamar mızıldanırdı: “O, quzğun idi”, onun sağ 
əli kənara tuşlanmışdı və barmağı birbaşa Hoarı göstərirdi). 
Hamı  razılaşdı  ki,  Lamar  bir  seçki  müddətindən  sonra  siyasi  meyiddir  və 
yeganə məsələ isə məhz kimin onun varisi olacağı idi. Lamar Missisipini sevirdi və 
ştatın  tənqid  edilməsi  onu  dərindən  ağrıdırdı.  O,  arvadına  yazırdı  ki,  elə  maliyyə 
vəziyyətində olmağı arzulayır ki, öz ailəsinə ədalətsizlik etmədən öz vəzifəsindən 
gedəydi: 
“Bu dünya yalnız səninlə əlaqə istisna olmaqla kasaddır. Mən Şimaldan çox 
sayda tərifli məktublar alıram, çox az sayda məktubu isə Missisipidən alıram. Bu 
həqiqət  ola  bilərmi  ki,  Cənub  onun  əsl  maraqlarını  güdənlərin,  özünün  zirehsiz 
döşünü  səhvin  müdaxiləsinə  qarşı  maneə  kimi  təklif  edənlərin  qərəzsiz 
məhəbbətini  məhkum  etsin?...  Bu  həqiqətən  də  ictimai  adamın  ürəyinin  üstünə 
qoyulan  ağır  xaçdır  ki,  ondan  öz  seçicilərinin  uzaqlaşan  məhəbbətinin  və 
etimadının səbəblərinə qarşı dura biləsən”. 
Lakin özünün məşhur əmisi, texaslı Mirabo Lamar və ailəsinin digər üzvləri 
kimi  Lutsius  Tsintsinnatus  Lamar  aşıb-daşan  əllaməliklərdən  qorxmurdu.  Etiraf 
edildiyi  kimi,  o,  Qanunvericiliyin  təlimatlarını  pozdu,  o,  deyirdi:  “Mən  suveren 
xalqa, mənə təlimat verən qanunvericilik ustalarına müraciət edəcəyəm”. 
Bu  bəyanatla  Senator  Lamar  Missisipi  üzrə  uğurlu  səfərinə  başladı.  Dolu 
zallarda  və  açıq  tarlalarda  minlərlə  adamla,  camaatla  danışaraq,  Lamar  səmimi 
surətdə bəyan edirdi ki, ona agahdır ki, seçicilərin xoşuna gəlməyəcəkdir; o,  həm 
də bərabər qaydada hali idi ki, istifadə edilməli asan yol sektsional səbəb idi, o, da 
daim özünü buna həsr etmişdi, lakin onun məqsədi ondan ibarət idi ki, sektsional 
təzyiqlərə  məhəl  qoymadan  milli  marağa  səs  verməklə  Şimalla  Cənub  arasında 
etimad hissini və qarşılıqlığını yaratmağa kömək etsin. 
Saat  üçdə  ya  dörddə  onun  ehtirama  və  təxəyyülə  əsaslanan  istedadlı  nitqi, 
onu ələ salmağa gəlmiş kütlələri heyran etdi. Sonralar bir neçə müşahidəçi yazırdı 
ki, “axında daşları süpürüb atan dağ çayı kimi, onun xəttinə müxalif olmağa cəhd 
edənlərlə də o, həmin qaydada danışırdı”.  


 
154 
Lakin Lamar məsələdən yan keçmək üçün emosiyaları qızışdırmaqdan ötəri 
natiqlik  hiyləgərliyindən  istifadə  etmirdi.  Əksinə,  onun  çıxışları  mövqeyini 
öyrənməyə  kömək  edən  izah  idi,  Senatın  konstitusional  tarixi  ilə  və  onun  ştat 
qanunvericilikləri  ilə  əlaqəli  və  dövlət  xadimlərini  və  Börkün,  Kalhounun, 
Uebsterin  və  digər  məşhur  Senatorların  nümunələrini,  hansılar  ki,  Qanunvericilik 
təlimatları  ilə  razılaşmırdı,  irəli  aparırdı:  “Öz  adlarını  vermiş  məşhur  adamların 
nümunəsi ilə hərəkət etmək, populyar qışqırığa hörmət etdikdə, bütünlüklə ədaləti 
və məsləki tərk etməkdən daha yaxşıdır”. 
Həmin  mitinqdə  o,  bir  hadisə  haqqında  danışdı,  and  içdi  ki,  bu,  müharibə 
dövründə baş vermişdir. Lamar Konfederasiyanın digər görkəmli hərbçi və mülki 
qulluqçuları  ilə  birlikdə  Savanna  limanının  blokadası  vaxtı  gəmi  göyərtəsində 
olmuşdu.  Yüksək  rütbəli  qulluqçular  məsləhətləşəndən  sonra  irəli  getməyin 
təhlükəsiz olmasını qərar almalarına baxmayaraq, kapitan, dənizçi Billi Sammersi 
dor  ağacının  başına  qalxmağa  göndərdi  ki,  baxsın  ki,  oradan  yankilərin 
(Cənublular  Şimali  amerikanları  belə  adlandırırdı,  dünyada  isə  çox  vaxt  bütün 
amerikanları  belə  adlandırırlar  –  tərcüməçi)  limanda  kanonyorkaları  (top  daşıyan 
gəmi – tərcüməçi) vardır ya yoxdur və Billi dedi ki, orada on ədədini görür. Qəribə 
orasında idi ki, qulluqçular bu yolla yanki gəmilərinin  harada olduğunu bilirdilər 
və bu, Savannada deyildir; və onlar kapitana dedilər ki, Billi səhv edir və gəmi irəli 
getməlidir. Kapitan imtina etdi, təkid etdi ki, qulluqçular hərbi işlər barədə çox şey 
bildikləri  kimi,  Billi  Sammers  də  dor  ağacının  başında  güclü  durbinlə  baxır  və 
bilavasitə  situasiyanın  necə  olduğunu  mühakimə  etməkdə  daha  yaxşı  imkana 
malikdir. 
Sonralar Billinin düzgün olduğu  müəyyən  edildi. Lamar dedi ki, əgər onlar 
irəli  tərəfə  üzsəydilər  əsir  götürüləcəkdilər.  Və  dənizçi  Billi  Sammers  kimi  o  da 
özünün Missisipi Qanunvericiliyindən ağıllı olduğunu iddia etmir. Lakin o, inanır 
ki, Birləşmiş Ştatlar Senatının üzvü kimi o, nəyin seçicilərinin maraqları üçün daha 
yaxşı olduğu barədə mühakimə yürütmək üçün daha yaxşı mövqeyə malikdir. 
“Beləliklə, mənim yerlilərim, siz məni dor ağacının lap başına göndərmisiniz 
və  mən  nə  görürəmsə  onu  sizə  deyirəm.  Əgər  siz  deyirsinizsə  ki,  mən  aşağı 


 
155 
düşməliyəm,  mızıldanmadan  buna  tabe  olacağam,  çünki  siz  məni  məcbur  edə 
bilməzsiniz ki, sizə yalan danışım, lakin əgər siz geri qaytarsanız, yalnız onu deyə 
bilərəm  ki,  mən  öz  ölkəmi,  həqiqəti  və  Allahı  sevməkdə  düz  olmalıyam...  Mən 
həmişə  düşünmüşəm  ki,  respublikada  ictimai  adamın  ilk  borcu  xalqın 
suverenliyinə  əsaslanır.  Bu,  onun  seçicilərinin  rəyini  açıq  və  səmimi  ifadə 
etməsidir. Mən Missisipi əhalisinin etimadını yüksək qiymətləndirirəm, lakin heç 
vaxt  öz  hərəkətimi  populyarlıq  standartına  çevirməmişəm.  Mən  ictimai  rəyə 
dərindən  hörmət  edirəm,  lakin  inanıram  ki,  hakimiyyət  daşıyanların  niyyətinin 
əvvəlki  hüquqi  vəziyyətinin  şüurlu  qaydada  bərpa  edilməsi  vardır,  bu  da  adi 
möhkəmliyə malik olan adamı istənilən şəraitdə müdafiə edir”. 
Onun  səfəri  olduqca  uğurlu  oldu,  ona  düşmən  olan  adamlar,  ümumiyyətlə 
onu dinləyəndə ona çətin inana bilərdilər, skamyaların  və stolların  üstünə qalxıb, 
öz şlyapalarını yelləyir və səsləri batana qədər “ura” qışqırırdılar. Digərləri sakitcə 
çıxıb gedirdi, onun sözlərinin əhəmiyyətini ölçüb, biçirdi. Yazuu qraflığında çıxış 
edən  vaxt  onun  güclü  əleyhdarı,  Yazuu  şəhər  “Herald”  qəzeti  xəbər  verirdi  ki, 
“buxtadakı  şir  kimi”  o,  yüzlərlə  adamın  əvvəldən  olan  qərarlarına  qalib  gəlirdi, 
onlar inanmağa başlayırdılar ki, müəyyən məsələlərdə onun baxışları Missisipidən 
çox  Yeni  İngiltərə  coğrafi  enliklərində  daha  yaxşı  qəbul  olunardı.  Və  az  sonra 
Yazuu Demokratik Qraflıq Qurultayı qətnamə qəbul etdi ki, onların qanunvericiləri 
“ilk,  axırıncı  və  bütün  zamanlarda  ona  səs  verməli  və  onun  üçün  işləməlidirlər, 
necə ki, bu, Birləşmiş Ştatlar Senatoru üçün xalqın seçimidir”. 
Bu səmimi bir işarə idi ki, Missisipi xalqı mühüm bir hadisəyə görə - onun 
Çarlz  Samner  barədəki  tərifli  çıxışı,  Elektoral  Komissiyada  respublikaçı  Heysin 
seçilməsini  yaxınlaşdıran  qaydada  səs  verməsi  və  sərbəst  gümüşü  güclü  müdafiə 
etdiklərinin  əksinə  olması  ilə  Lamar  onların  bilavasitə  arzularına  qarşı  olmasına 
baxmayaraq,  onu  dəstəkləməsini  davam  etdirir.  Seçicilər  onun  göstərdiyi 
səmimiyyətə  və  mərdliyə  cavab  verdilər;  və  onlar  ona  bütün  qalan  siyasi  həyatı 
boyu  öz  dəstəklərini  verməklə  yaxşı  münasibətlərini  göstərməkdə  davam  etdilər. 
O,  böyük  səs  çoxluğu  ilə  yenidən  Senata  seçildi,  sonralar  Senatın  Demokrat 
fraksiyasının  sədri,  Daxili  İşlər  katibi  və  nəhayət,  Birləşmiş  Ştatlar  Ali 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə