35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   2   3   4   5   6   7   8   9   ...   71

 

etdi  ki,  bütün  ictimai  məşğuliyyətlərdə  diskriminasiyanı  (ayrı-seçkiliyi  – 
tərcüməçi)  qanundan  kənar  edən  qanun  layihəsini  Konqressə  göndərəcəkdir. 
Həmin qanun 1964-cü ilin Vətəndaş Haqları Aktı olmaqla, onun ölümündən sonra 
qəbul edildi. 
Ona görə ki, atam tarixi öyrənmişdi və mərdliyin mürəkkəb olduğunu başa 
düşürdü,  həm  də  onun  sadə  gücünü  də  yaxşı  anlayırdı.  O,  inanırdı  ki,  özlərinin 
həqiqi qiymətini almayan hərəkətləri barədə danışılan əhvalatlar, həmin adamların 
nümunəsinin  arxasınca  getməkdə  gələcək  nəsillərin  ilham  almasına  kömək  edə 
biləcəkdir. Bizim millətimiz liderliyi tanımağa, onlara hörmət etməyə və bunu öz 
liderlərindən  tələb  etməyə  möhtacdır.  Con  F.Kennedinin  həyatı  və  karyerası 
dünyadakı  milyonlarla  adamları  ilhamlandırmışdır  və  Endryü  Ceksonun 
bəyanatında deyilən “Bir mərd adam çoxluğu əmələ gətirir” sözləri özünün həqiqət 
olduğunu göstərdi. 
Bizim  ailə  digərlərinin  əməllərinə  sevindiyi  kimi,  atamın  ictimai  xidmət 
sahəsindəki  əməllərinə  görə  də  şərəf  duyurdu.  1989-cu  ildə  “Mərdlik  Profilləri 
Mükafatı” təsis ediləndə bu mükafata hər il layiq görülən seçilmiş vəzifə sahibləri 
bu  ölkənin  bünövrəsinə  qoyulan  ideallar  üçün,  bəzən  hətta  böyük  şəxsi  risqə 
getmələrinə baxmayaraq, heç bir ləngliyə yol vermədən mübarizəyə qalxmışdılar. 
Bu  kişilər  və  qadınlar,  Respublikaçılar  və  Demokratlar,  yerli,  ştat  və  milli 
səviyyələrdə  xidmət  göstərərək,  bu  kitabda  haqlarında  danışılan  səkkiz  əfsanəvi 
senatorun varisləri idilər. “Mərdlik profilləri” yazılan vaxtdan mərdliyin müəyyən 
edilməsi  barədə  kollektiv  baxışlarımız  genişlənmişdir  –  bu  gün  biz  kompromissə 
gedən və öz xəttində dayanan adamları şərəfləndiririk. 
Konqress  üzvü  olan  qadın  –  Hilda  Solis  Amerikanın  ən  havası  çirklənmiş 
icmalarından  birində  böyümüşdü,  o,  gənc  latınos  əsilli  adamların  qızı  kimi 
Kaliforniyanın  ştat  senatoru  olanda,  ətraf  mühit  ədaləti  barədəki  ilk  milli  qanun 
uğrunda  mübarizəyə  başçılıq  etmişdi.  Qonşuluqda  ən  zəhərli  və  risqli  istehsala 
malik  olan,  qeyri-proporsional  qaydada  kiçik  və  az  gəlir  verən  müəssisələrin 
yerləşdirilməsini o, bir ittiham kimi irəli sürürdü. Güclü müxalifətə qalib gəlməklə, 
lazım  gəldikdə  kompromissə  getməklə,  Solis  siyasət  və  biznes  liderləri  ilə  iş 


 

aparıdı  ki,  bütün  icmalara  düzgün  münasibət  göstərilməsi,  onların  inkişafına, 
təchizatına  və  ətraf  mühit  qanunlarının  gücləndirilməsinə  hörmətlə  yanaşılması 
üçün bu ilk qanunvericiliyin keçməsinə təminat əldə etsin. 
Konqressmen  Con  Lyuis  həyatındakı  karyerasının  və  mənəvi  mərdliyinin 
tanınmasındakı  nailiyyətlərinə  görə  bərabəri  olmayan  “Mərdlik  Profilləri 
Mükafatı”nı  almışdı.  Vətəndaş  Hüquqları  Hərəkatının  pioneri  və  1963-cü  ildə 
Vaşinqtona  marşın  əsl  təşkilaçılarından  biri  olan  Lyuis  bəzən  Azadlıq  reydləri 
ərzində seqreqasiyaya (ayrılma, izolyasiya edilmə- tərcüməçi) qarşı çağırışı ilə və 
afrikalı  amerikalılar  üçün  səsvermə  hüququna  təminat  əldə  etmək  naminə  öz 
həyatını risqə qoyurdu. Qırx dəfədən çox həbs olunmasına, fiziki hücumlara məruz 
qalmasına,  dəfələrlə  döyüşməsinə  baxmayaraq,  o,  heç  vaxt  qeyri-zorakılıq 
fəlsəfəsinə  özünü  həsr  etməkdən  uzaqlaşmadı.  Onun  həyatı  qeyri-adi  igidliklə  və 
Amerikanı “sevilən icmaya” çevirməyə həsr olunması ilə əlamətdar idi. 
Biz həmçinin unikal mərdlik hərəkətlərinə görə şərəf duyuruq. Misal üçün, 
Prezident  Cerald  Ford  Riçard  Niksonu  bağışlamağına  görə  (Riçard  Nikson  ABŞ 
prezidenti kimi ikinci müddətinin ikinci ilində, 1974-cü ildə Uotergeyt cinayətinə 
görə  impiçment  təhlükəsi  altında  istefa  vermişdi.  Ondan  sonra  prezident  işləyən 
Cerald Ford onun təqsirini əfv etmişdi  – tərcüməçi) “Mərdlik Profili Mükafatı”nı 
aldı. Ford belə bir qərara gəlmişdi ki, Amerika Uotergeyt yaralarından sağalmağa 
başlamağa  möhtacdır  və  o,  yeganə  adam  idi  ki,  bunu  mümkün  edə  bilərdi.  Ford 
prezidentə çevrildikdən bir ay sonra Niksonu bağışladı və bildirdi ki, bu hərəkəti 
ona prezidentliyi itirmək bahasına başa gələcəkdir. O, 1976-cı il seçkilərində kiçik 
üstünlük qazanan Cimmi Karterə (demokratların namizədi – tərcüməçi) uduzdu. 
Atamın  prezidentliyi,  hərəkətə  çağırışı  təmsil  etdiyi  kimi,  ictimai  xidmətin 
mahiyyəti də bizim dövrümüzdə 11 sentyabr hadisəsi (2001-ci ilin 11 sentyabrında 
“Əl-Qayda”nın  üzvləri  qaçırdıqları  iki  sərnişin  təyyarəsini  Nyu-Yorkdakı  Dünya 
Ticarət Mərkəzinin “twin” – “ekiz”  adlanan  iki göydələninə çırpmış, hər iki bina 
bütünlüklə uçmuş, üç minə qədər adam həlak olmuşdu, Pentaqon da belə hücuma 
məruz  qalmışdı  –  tərcüməçi)  vasitəsilə  yenidən  aydın  oldu.  Həmin  günün  ürək 
ağrıdan  hadisələri  ailələrə,  icmalara,  bizim  millətimizə  ağır  itkiyə  səbəb  oldu. 


 

Lakin həmin dəhşətli anlarda adi kişilər və qadınlar başqalarını xilas etmək naminə 
öz  həyatlarını  təhlükəyə  atıb,  igidliyin  real  sifətini  göstərdilər  və  yeni  nəsli  də 
başqalarına  göstərilən  xidməti  axtarmağa  ilhamlandırdılar.  Bizim  ictimai 
xidmətçilərimizin  –  yanğın  söndürənlərimizin,  polisin,  tibbi  komandaların, 
vəzifəyə  seçilmiş  qulluqçuların  qeyri-adi  igidliyi  minlərlə  insanın  həyatını  xilas 
etdi.  Biz,  silahlı  qüvvələrimizdəki  kişilərə və  qadınlara  yeniləşmiş  bir  valeh  olma 
qazandıq.  Onlar  öz  karyeralarını  igidliklə  icra  etdilər.  Mülki  işçilər  Pentaqonda, 
Dünya  Ticarət  Mərkəzində  qeyri-adi  igidlik  nümayiş  etdirdilər  və  göydə  də  bizə 
igidlik qabiliyyətini göstərdilər. Axı xidmət göstərmək bizim hamımızın içindədir. 
Bizim  hər  birimiz  verməli  olduğumuz  töhfəni  tapmalıdır.  Öz  ölümündən 
əvvəlki  axırıncı  moizələrindən  birində  Martin  Lyuter  Kinqin  dediyi  kimi,  “Siz 
xidmət  üçün  kollec  dərəcəsinə  sahib  olmaya  bilərsiniz.  Siz  öz  mübtədanızı  və 
feilinizi  xidmət  üçün  razı  olan  bir  qaydaya  salmaya  bilərsiniz.  Xidmət  üçün  siz 
Eynşteynin ehtimal nəzəriyyəsini bilməyə bilərsiniz. Siz yalnız xeyirxahlıqla dolu 
ürəyə  möhtacsınız.  Könül  hər  şeyi  məhəbbətlə  edir.  Və  siz  belə  xidmətçi  ola 
bilərsiniz”. 
Kerolayn Kennedi 
2003-cü il 
(Kerolayn Buvye Kennedi 1957- ci ildə anadan olmuşdur, Prezident Con F. 
Kennedinin  yeganə  sağ  qalan  övladıdır.  Kerolayn  Harvard  kollecində  oxumuş, 
Kolumbiya Hüquq Məktəbində hüquq doktoru dərəcəsi almışdır. 24 iyul 2013-cü 
ildə  Prezident  Barak  Obama  Kerolayn  Kennedinin  ABŞ-ın  Yaponiyadakı  səfiri 
kimi  namizədliyini  elan  etmişdir.  Sentyabr  ayında  K.  Kennedi  ABŞ  Senatında 
suallara  cavab  vermiş,  oktyabr  ayında  Senat  yekdilliklə  onun  Yaponiyada  səfir 
təyin edilməsinə razılıq vermişdi. 12 noyabr 2013-cü ildə o, Yaponiyaya gəlib, öz 
vəzifəsinin icrasına başlşmışdır. O, Amerikanın Yaponiyadakı ilk qadın səfiridir. – 
tərcüməçi) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə