35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

 
23 
Heç  də  bütün  Senatorlar  bununla  razılaşmayacaqlar  –  lakin  az  sayda  adam 
yenidən  seçilmək  barədəki  arzusu  həyata  keçiriləndə,  müstəqil  mərdliyin  güclü 
surətdə pozulduğunu inkar edəcəkdir. 
Senatorun  və  ya  Konqressmenin  vicdanlılığında  siyasi  mərdliyi  pozan 
təzyiqin  üçüncü  və  ən  mühüm  mənbəyi  –  və  xüsusən  problemlərin  hamısı 
dördüncü  fəsildə  bərabər  qaydada  hər  iki  palatanın  üzvlərinə  tətbiq  edilmişdir,  - 
onların  seçicilərinin,  maraq  qruplarının,  mütəşəkkil  məktub  yazarlarının,  iqtisadi 
blokların  və  hətta  orta  seçicinin  göstərdiyi  təzyiqdir.  Bu  təzyiqlərlə  bacarmaq, 
onlara  məhəl  qoymamaq  və  onları  razı  salmaq  da  qorxulu  işdir.  Bizim  hamımız 
hərdən bir Kaliforniyadan olan konqressmen Con Stiven Makqroartinin nümunəsi 
ilə getməyi israr edirik. O, 1934-cü ildə öz seçicilərinə yazmışdı: 
“Konqressdə olmağın  saysız-hesabsız  mənfi tərəflərindən  biri  odur ki, mən 
sənə  bənzəyən  eşşəkdən  həyasız  məktublar  almağa  məcburam.  Bu  məktublarda 
deyirsən  ki,  mən  vəd  etmişəm  ki,  Syerra  Madre  dağlarını  yenidən  meşələrə 
bürüyəcəyəm və bunu etməmişəm. Buyur, xahiş edirəm sən dalbadal iki dəfə tullan 
və cəhənnəmə yollan”. 
Xoşbəxtlikdən  ya  bədbəxtlikdən  bu  israr  edilən  qaydada  az  adam  hərəkət 
edir  –  lakin  burada  provokasiya  vardır,  -  özü  də  təkcə  ağılsız  məktublardan  və 
mümkün  olmayan  xahişlərdən deyil, bu provokasiya həmçinin ümid bəslənməklə 
ziddiyyətli  olan  tələblərdən  və  nəhayətsiz  qaydada  qənaətbəxşlik  tapmamış 
incikliklərdən irəli gəlir. 
Misal  üçün,  mənim  ofisimdə  bu  gün  Yeni  İngiltərənin  toxucu  fabriklərini 
təmsil  edən  nümayəndə  heyəti  var  idi.  Bu  sənaye  bizim  perspektivimiz  üçün 
mühüm  əhəmiyyət  kəsb  edir.  Onlar  istəyirlər  ki,  Avstraliyadan  aldıqları  idxal 
edilən  yunun  tarifi  aşağı  salınsın,  həm  də  istəyirlər  ki,  İngiltərədən  idxal  edilən 
hazır yun malların tarifi yüksəldilsin, ancaq bu yolla onlar rəqabət apara bilərlər. 
Cənubdan  olan  kolleqalarımdan  biri  mənə  demişdi  ki,  buna  bənzər  bir  qrup  bu 
yaxınlarda  onun  da  yanına  gəlmişdi  və  eyni  xahişləri  edirdi  –  lakin  daha  uzağa 
gedərək  tələb  edirdilər  ki,  elə  addımlar  atsın    ki,  o,  (1)  Yaponiyadan  olan  aşağı 
maaşlı rəqabətə son qoyulsun və (2) Konqressin yüksək minimum maaş vasitəsilə 


 
24 
bu  məsələyə  son  qoymağının  qarşısı  alınsın.  Çünki  aşağı  maaşın  üstünlüyü  ilə 
onların  özləri  mənim  seçicilərimi  qorxuzmaqdan  həzz  alırlar.  Yalnız  dünən  iki 
qrup məni Senatın zalından çağırdı – birinci qrup biznesmenlərdən ibarət olmaqla, 
yerli hökumətin fəallığını artırmaq  qayğısını çəkir  ki, özəl sahibkarlıq üçün halal 
olmayan rəqabəti dayandırsın; və digər qrup isə o adamları təmsil edirdi ki, onlar 
hökumətin düzəltdiyi orqanda işləyirlər və öz işlərinə görə təşviş hissləri keçirirlər. 
Senatda  bizim  hamımız  belə  münaqişəli  təzyiqlərin  saysız-hesabsız 
nümunələri ilə qarşılaşırıq, onlar yalnız bizim mürəkkəb iqtisadiyyatda ziddiyyətli 
zərurəti əks etdirir. Əgər biz öz seçicilərimizə səmimi qaydada desək ki, heç nə edə 
bilmərik,  onlar  bizi  rəğbət  bəslənilməyən  və  ya  adekvat  olmayan  adam  hesab 
edəcəklər.  Əgər  biz  cəhd  etsək  də,  uğursuzluğa  uğrayırıqsa  –  adətən  digər 
maraqları  təmsil  edən  digər  Senatorların  əks  hərəkətləri  ilə  qarşılaşırıq  –  onlar 
deyirlər  ki,  elə  biz  də  digər  siyasətçilər  kimiyik.  Bizim  hamımızın  bunu  edə 
bilməyimiz  odur  ki,  qarderoba  çəkilək  və  rəğbət  bəslədiyimiz  kolleqamızın 
çiyninin tozunu silək – və ya evə gedib, arvadımızın üstünə qışqıraq. 
Biz  özümüzə  deyə  bilərik  ki,  bu  təzyiq  qrupları  və  məktub  yazanlar 
seçicilərin  yalnız  kiçik  faizidir  –  və  bu,  həqiqətdir.  Lakin  onlar  azlığın  fikrini 
tələffüz  edirlər,  bu  azlığın  baxışlarına  məhəl  qoyulmaya  bilməz  və  biz  böyük 
ictimaiyyətlə kontaktlarımızın xeyli hissəsini qururuq. Onların rəylərindən biz agah 
ola  bilərik  ki,  bu  adamların  səsini  almalıyıq,  həm  də  onlar  bütün  mümkün  olan 
şeylərdə  bizim  etməyə  cəhd  göstərdiyimiz  barədə  əsasən  məhdud  biliyə 
malikdirlər. (O vaxtdan istirahətə getmiş bir Senator deyirdi ki, hər bir məsələdə o, 
xüsusi  maraqlara  uyğun  olaraq  səs  verirdi,  ümid  edirdi  ki,  seçki  vaxtı  onların 
hamısı əlavə olunacaqdır ki, birlikdə çoxluğa yaxın olanı əmələ gətirsin, ona xoş 
qaydada xatırladacaqdır ki, bu vaxt ictimaiyyətin digər üzvləri bunu bilməyəcəklər 
ki,  onun  səsi  onların  rifahının  əleyhinə  olmuşdur.  Bu  bir  daha  həmin  məsələni 
bilməyə inandırırdı ki, pozulmaz kimi görünən formula onun üçün işləmir). 
Bunlar, həmin vaxt vicdanlı adamla qarşıdurmaya girən təzyiqlərin bazisidir. 
O,  təzyiq  qruplarını,  öz  seçicilərini,  öz  partiyasını,  kolleqalarından  ibarət 
yoldaşlığı,  ailəsinin  ehtiyaclarını,  vəzifəyə  görə  iftixarını,  kompromissin 


 
25 
labüdlüyünü  və  vəzifədə  qalmağın  əhəmiyyətini  nəzərə  almaya  bilməz.  O,  özü 
üçün mühakimə yürütməlidir ki, hansı yolu seçsin, hansı addımı atsın ki, bu, ona 
daha çox kömək etsin və ya onun özünü risqə məruz qoyan idealları gizlətsin. O, 
başa düşür ki, nəhayət hər bir məsələni özünün yenidən seçilmək şərtləri əsasında 
ölçməyə başlayır, nəhayət bir məsələdən sonra digərinə görə prinsiplərindən uzaq 
olan kompromissə getməyə başlayır, çünki qorxur ki, başqa cür hərəkət etsə onun 
karyerası dayanacaq və prinsiplər üçün gələcəkdə aparacağı mübarizələrin qarşısı 
alınacaqdır. Həmin vaxt o, vicdan azadlığının özünü itirdi, axı bu, onun vəzifədə 
qalmasına haqq qazandırırdı. Lakin bu nöqteyi-nəzərdən qərar verməklə və bu işə 
görə  o,  öz  karyerası  ilə  risq  edəcəkdir.  Bu  isə  çətindir  və  könül  axtarışı  kimi  bir 
qərardır. 
 
Lakin  bəziləri  deyə  bilər  ki,  bu  real  problem  deyildir.  Populyar  olub-
olmamasına  əhəmiyyət  vermədən,  nə  düzdürsə  daim  onu  etmək  lazımdır. 
Təzyiqlərə, şirnikləndirmələrə, saxta kompromisslərə məhəl qoyma. 
Bu  asan  cavabdır  – lakin  yalnız  o  adamlara  asandır  ki,  onlar  seçkili  vəzifə 
üçün məsuliyyət daşımırlar. Çoxları üçün bu, təzyiqə cəlb olunmaqdan daha çox, 
siyasət  və  şəxsi  ambitsiyalardır.  Biz  hətta  seçicilərimizin  tələblərinə  məhəl 
qoymamaq  hüququ  ilə  düzgün  olaraq  hərəkət  etsək,  bunu  etməyə  qadir  və  hazır 
olacağıqmı? Biz qeyd etdik ki, təzyiqlər siyasi mərdliyi çətin xəttə çevirir – gəlin 
biz  konstitusional  və  daha  nəzəri  borclara  tərəf  dönək,  bunlar  həmin  xəttin 
düzgünlüyünü  şübhə  altına  alacaqdır  –  həmin  borclar  ştat  və  sekstiya  qarşısında, 
partiyamız və hər şeydən əvvəl öz seçicilərimiz qarşısında olan borclardır. 
Senatorun başlıca məsuliyyəti, çox adamların güman etdiyi kimi, öz doğma 
ştatının  nəzər-nöqtəsini  təmsil  etməkdir.  Biz  federal  sistemə  nisbətən,  suveren 
ştatların Birliyiyik, bu ştatların ehtiyacları əsasən fərqlidir, - və mənim bir Senator 
kimi konstitusional borcum onları üzə çıxarmaq, ştatımın maraqlarını təmsil etmək 
barədə  irəli  sürülən  bir  tələbdir.  Əgər  ştatın  öz  Senatoru  danışmırsa,  kim 
Massaçusetsin  problemləri  barədə  danışacaqdır?  Bu,  ştatın  hüquqlarının  və  hətta 
onun özünə məxsusluğunun itirilməsi ilə nəticələnəcəkdir. Onun canlanmaları isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə