35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   2   3   4   5   6   7   8   9   ...   71

 
11 
Çox yerdə dəbdə olan o idi ki, siyasətçilərə, hökumətdə olanlara yuxarıdan 
aşağı  baxılsın.  Mən  güman  edirəm  ki,  Prezident  Kennedi  bunu  dəyişdi  və 
hökumətin ictimai konsepsiyasını başqalaşdırdı.  O, yəqin ki, bunu siyasətdə iştirak 
edən adamlar üçün edirdi. Lakin, həm də biz bunu siyasət barədə, qərarların qəbul 
edildiyi  hökumət  meydanı  barədə  hiss  edirik.  Bu  qərarlar  təkcə  bizim  hamımızın 
taleyinə deyil, həm  də bizim  doğulmuş  və hələ doğulmamış  uşaqların gələcəyinə 
təsir göstərəcəkdir. 
Kuba  Raket  Böhranının  son  ilində  biz  müharibənin,  bir-biri  ilə  nüvə 
bombardmanları mübadiləsinin mümkünlüyünü müzakirə edirdik və bu vaxt həlak 
olacaq  adamlar  barədə  danışırdıq  –  həmin  vaxt  axırıncı  olduqca  əhəmiyyətsiz, 
demək  olar  ki,  boş  bir  şey  kimi  görünürdü.  Onu  bir  məsələ  real  olaraq 
qayğılandırır, həqiqətən belə məna kəsb edirdi və həmin vaxt daha qorxulu idi ki, 
əks  halda  bizim  ölkənin  və  dünyanın  uşaqlarının  ölümü  spektri  –  qarşıdurmada 
iştirakı  olmayan  və  heç  nə  bilməyən  gənc  insanların  həyatı  başqaları  kimi  şam 
üzərindəki hisə çevrilə bilər – meydana gələcəkdir. Onlara heç vaxt qərar vermək, 
seçkilərdə səs vermək, vəzifə tutmaq, inqilab etmək, öz talelərini müəyyən etmək 
şansı verilməyəcəkdir. 
Biz,  bizim  nəsil  buna  malik  idi.  Və  biz  səhvə  yol  versək,  özü  də  təkcə 
özümüzə, öz gələcəyimizə, öz evlərimizə, öz ölkəmizə görə deyil, heç vaxt hansısa 
bir rol oynamaq, “hə” ya “yox” seçimi etmək; özünü hiss etdiyi kimi etmək imkanı 
verilməyənlərin  həyatları,  gələcəkləri,  evləri  və  ölkələri  barədə  səhv  etmiş 
olsaydıq, bu, böyük faciə olardı. 
Bonar Lou demişdir: “Burada labüd müharibə üçün elə bir şey yoxdur. Əgər 
müharibə başlansa, bu, bəşər müdrikliyinin çatışmamasından irəli gələcəkdir”. 
Bu həqiqətdir. Bəşər müdrikliyinə təkcə bir tərəfdən deyil, bütün tərəflərdən 
ehtiyac  duyulur.  Mən  bunu  əlavə  edə  bilərəm  ki,  əgər  Amerikan  Prezidenti  və 
həmçinin  Baş  nazir  Xruşşov  tərəfindən  müdriklik  nümayiş  etdirilməsəydi,  onda 
bizim bildiyimiz kimi, dünya dağıla bilərdi. Lakin sonralar gələcək Kubalar da ola 
bilər.  Gələcək  böhranlar  da  ola  bilər.  Biz  aclıq,  laqeydlik,  yoxsulluq  və  əzilənlər 
problemlərinə  malikik.  Onlar  daha  çox  kömək  almalıdırlar.  1962-ci  ilin 


 
12 
oktyabrında artıq qərar tapılmalı olanda, indiyədək üzləşdiyimiz digər problemlərin 
də  cavabı  hökmən  tapılmalıdır.  Beləliklə,  həmin  müdrikliyə  indiyədək  ehtiyac 
duyulur. 
Con  Kvinsi  Adams,  Deniel  Uebster,  Sem  Hyuston,  Tomas  Hart  Benton, 
Edmund T.Ross, Lutsius Kvintus Tsintsinnatus Lamar, Corc Norris və Robert Taft 
bizi  öz  irsləri  ilə  mükafatlandırmışlar.  Onlar  gəldilər,  öz  əlamətlərini  bizə  miras 
qoydular  və  bu  ölkə  artıq  o  adamların  yaşadıqları  həmin  ölkə  deyildir,  onların 
bizim  üçün  etdikləri  işlər  çox  yaxşı  olmalarına  görə  əzizlənir,  qidalanır  və 
bəyənilir,  çünki  onlar  ölkənin  və  bizim  hamımızın  nəfinə  bu  qədər  çox  şeylər 
etmişlər. 
Və  bu,  həmçinin  Con  F.Kennedi  üçün  də  belə  idi.  Digərlərinə  belə  bənzər 
qaydada,  onun  həyatı  da  böyük  əhəmiyyətə  malik  idi,  o,  sağ  olan  vaxt  ölkə  üçün 
hansısa bir məna kəsb edirdi, ən əhəmiyyətlisi isə o idi ki, onun qoyub getdikləri, 
onun başladıqları işlərlə indi biz necə davranırıq. Bu belə bir inam idi ki, Platonun 
dediyi kimi, demokratiyada vətəndaşlıq definitsiyası hökumətdə iştirak etməkdir və 
Frensis Bekonun yazdığı kimi, buna “müşahidəçi olmaq vəzifəsi yalnız Allaha və 
mələklərə  qoyulub  gedilmişdir”.  Bu  belə  bir  inamdır  ki,  demokratiya  öz  xalqının 
səyi  ilə  öz  problemləri  ilə  üzləşməlidir  və  üzləşə  bilər,  səbirlilik,  təmkinlilik, 
ehtiras,  həmçinin  həlli  nadir  hallarda  asan  tapılan  qərarlar  üçün  mübarizədə 
müdriklik, qüvvə və igidlik göstərməlidir. 
Bu  onun  inamı  idi  ki,  biz  uğurla  hərəkət  etməliyik,  çünki  amerikanların 
indiki nəslinin mövcud olduğu bu torpaqda bizdən əvvəl həmin adamların igidliyi 
baş vermişdir. 
“Biz  bu  gün  həmin  birinci  inqilabın  varisləri  olduğumuzu  unutmağa  cürət 
etməməliyik. Qoy dünya zaman və məkanda, dost üçün də, düşmən üçün də eyni 
qaydada  irəli  getsin,  həmin  məşəl  amerikanların  yeni  nəslinin  –  bu  əsrdə 
doğulanlara,  müharibə  tərəfindən  mülayimləşənlərin,  çətin  və  acı  sülhlə  intizama 
gətirilənlərin,  bizim  qədim  irsdən  iftixar  duyanların  –  və  həmin  insan  haqlarını 
yavaş-yavaş  pozanlara  və  ya  ona  icazə  verənlərə  şahidlik  etməyə  meyli 


 
13 
olmayanların əlinə keçsin, –  buna millət daim məruz qalmışdır və buna bu gün biz 
vətəndə və dünyanın hər yerində məruz qalırıq”. 
Bu kitab təkcə keçmişin əhvalatlarının təsviri deyildir, lakin həm də ümid və 
gələcəyə  inam  kitabıdır.  Ölkənin,  dünyanın  başına  nə  gələcəkdir,  bu,  hökmən 
başqalarının bizə qoyub getdikləri ilə nə etdiyimizdən asılı olacaqdır. 
Robert F.Kennedi 
18 dekabr 1963-cü il 
 
Müqəddimə 
Con  Kvinsi  Adams  və  onun  Federalist  partiyaya  qarşı  mübarizəsi  barədəki 
bir  mətni  ilk  dəfə  oxuyan  vaxt  –  mən  Senata  daxil  olmamışdan  çox-çox  əvvəl  – 
seçici  təzyiqləri  ilə  üzləşdikdə  siyasi  mərdlik  problemləri  ilə  maraqlanmışdım. 
Keçmişin  dövlət  xadimlərinin  həyatları  həmin  problemlərə  işıq  salır.  Hospitalda 
olduğum  və  1954-cü  ilin  oktyabrında  kürəyimdəki  cərrahiyyə  əməliyyatından 
sonra sağalmanın uzun dövrü, oxuduqlarım və tədqiqatlar bu layihədən ötəri lazım 
olan ilk imkanı verdi. 
Mən  professional  tarixçi  deyiləm,  faktların  və  mühakimələrin  bütün 
səhvlərinin  müstəsna  olaraq  özümə  məxsus  olmasına  baxmayaraq,  istərdim  ki, 
mənə  bu  cildi  hazırlamaqda  kömək  edənlərin  hamısına  səmimi  minnətdarlığımı 
bildirim. 
Mən  görkəmli  amerikan  institutu  –  Konqressin  Kitabxanasına  xüsusi 
minnətdarlıq  hissi  ilə  borcluyam.  Vaşinqtonda  olmadığım  çox  aylar  ərzində, 
Kitabxananın  Qanunvericilik  zəmanəti  və  borc  vermə  şöbəsi  kitablar  barədə 
mənim  bütün  xahişlərimi  təəccübə  layiq  bir  sürətlə  və  nəzakətlə  yerinə  yetirdi. 
Nəşr  və  foto  şöbəsindən  olan  Milton  Kaplan  və  Virciniya  Deyker  mümkün  olan 
illyustrasiyalar  barədə  təkliflərə  daha  çox  köməklik  göstərdilər.  Kitabxana 
işçilərindən doktor Corc Qallovey və xüsusən doktor Uilyam R.Tansill kitaba daxil 
etmək  üçün  nümunələrin  seçilməsində  mühüm  yardım  etdilər.  Bunu  həmçinin 
New York Times” qəzetindən olan Artur Krok və Uilyam kollecindən olan Ceyms 
Makqreqor Börns etmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə