35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

 
41 
 
Abigeyl  Adams  (Con  Kvinsi  Adamsın  anası,  Con  Adamsın  arvadı  – 
tərcüməçi)  Con  Kvinsi  hələ  uşaq  olanda  iftixarla  deyirdi  ki,  o,  özü  və  əri  onun 
təhsilini  və  elmləri  öyrənməsini  birbaşa  istiqamətləndirirdilər,  bu  vaxt  onun 
nəzərinə çarpmışdı ki, onların oğlu “Kabinetdə və ya öz ölkəsinin qanunlarının və 
azadlıqlarının  mühafizəsi...  sahəsində”  gələcəkdə  liderlik  edəcəkdir.  Olduqca  az 
adam  Con  Kvinsi  Adamsın  üstünlükləri  ilə  doğulmuşdu:  məşhur  ad;  öz  oğlunun 
təbii  istedadlarını  artıq  dərəcədə  inkişaf  etdirməyə  çalışan  parlaq  qabiliyyətli  ata; 
və  qeyri-adi  ana.  Həqiqətən  də  o,  xoşbəxt  və  uğurlu  həyata  malik  olmaq  üçün 
lazım  olan  hər  şeylə  dünyaya  gəlmişdi,  təkcə  onun  ağlına  dinclik  gətirən 
keyfiyyətləri  istisna  təşkil  edir.  O,  daim  ümidlərinin  puça  çıxmasından, 
uğursuzluğa  düçar  olmaqdan,  qeyri-adekvat  düşüncədən  əziyyət  çəkirdi. 
Baxmayaraq  ki,  onun  çətin  Yeni  İngiltərə  vicdanı  və  görkəmli  istedadları  onu 
möhkəm surətdə paralel olmayan uğur yoluna qovurdu. Lap başlanğıcdan o, demək 
olar ki, daimi uğursuzluğun dəhşətli düşüncəsinə malik olmuşdu. 
Onun  erkən  qeyri-adekvat  hissləri,  tez  inkişaf  edən  ağlı  kimi,  doqquz  yaşı 
olanda atasına göndərdiyi məktubla öz sübutunu tapır: 
“Əziz ser! 
Mən məktublar almağı çox sevirəm; daha çox isə mən onlara cavab verməyi 
xoşlayıram.  Mən  kasıb  obraz  tərtib  etmişəm.  Başım  olduqca  dəyişkəndir. 
Fikirlərim quş yumurtalarından sonra hərəkətə gəlir, oynayır və əylənir, o vaxtadək 
ki,  mən  özümü  qıcıqlandırmağa  başlayıram.  Anam  mənə  öyrənməyi  davam 
etdirmək  kimi  əziyyətli  bir  tapşırıq vermişdir.  Özümə  qaldıqda,  mən  özümə  görə 
xəcalət çəkirəm. Mən Rollin tarixinin üçüncü cildini oxumağa yenicə başlamışam, 
lakin istəyirəm ki, onun yarısını bu vaxt ərzində oxuyub qurtarım. Qərara almışam 
ki,  bu  həftə  daha  çox  çalışım.  Özümü  üçüncü  cildin  yarısını  oxumağa  məcbur 
edirəm. Əgər mən öz qərarımı yerinə yetirsəm, həyatımın sonunda yenidən özüm 
haqqında  daha  yaxşı  fikirdə  olaram.  Ser,  mən  arzu  edirəm  ki,  siz  mənə  oxumaq 
barədə bəzi yazılı təlimatlar verəsiniz, onları mən bütün vaxtlarda hörmətlə istifadə 


 
42 
edərəm və mənə məsləhət verin ki, təhsilimi və oynamağımı hansı hissələrə bölüm, 
mən onları qoruyub saxlayacaq və onlara əməl etməyə çalışacağam. 
Daha  yaxşı  böyümə  barədəki  hazırki  qətiyyətlə,  mən,  əziz  ser,  sizin 
oğlunuzam. 
Con Kvinsi Adams”. 
Yenidən,  otuz  altı  il  sonra  Birləşmiş  Ştatların  Senatoru  kimi  xidmət 
göstərən,  Harvard  universitetinin  professoru  və  başlıca  Avropa  dövlətlərində 
Amerikanın Elçisi olan bu adam öz gündəliyində kədərli şəkildə yazırdı: 
“Mən qırx beş yaşındayam. Uzun həyatın üçdə ikisi arxada qalmışdır və mən 
onu  öz  ölkəmə  və  bəşəriyyətə  faydalı  olmaqda  fərqləndirmək  üçün  heç  nə 
etməmişəm...  Ehtiraslar,  tənbəllik,  zəiflik  və  qətiyyətli  olmamaq  bəzən  məni 
haqqın  yaxşı  dərkindən  uzaqlaşdırır  və  demək  olar  ki,  yaxşı  olanlar  uğrundakı 
cəhdlərimi iflic edir”. 
Və  nəticədə,  yetmiş  yaşında,  özünü  artıq  parlaq  Dövlət  Katibi,  müstəqil 
Prezident  və  Konqressin  bir  natiq  üzvü  kimi  fərqləndirəndə  də,  qəmgin  şəkildə 
məlumat verir ki, onun “bütün həyatı ümidin boş çıxması ardıcıllığıdır. Nə vaxtsa 
hansısa işdə qazandığım uğurun sadə nümunəsini mən çox çətinliklə yığa bilərəm”. 
Həm də onun ömrü öz əsasında o  qədər  acı etirazla əlamətdar olmuşdu ki, 
heç  vaxt  amerikan  tarixində  paralellik  qazanmamışdı.  Con  Kvinsi  Adams  – 
Kapitolidəki  özünün  səksən  yaşındakı  ölümünə  qədər  –  çox  mühüm  vəzifələr 
tutmuşdu və öz millətinin tarixində heç kəsə qismət olmayan qaydada ən mühüm 
hadisələrdə iştirak etmişdi. O, Haaqada Elçi, İngiltərədə Emissar, Prussiyada Elçi, 
Ştat  Senatoru,  Birləşmiş  Ştatların  Senatoru,  Rusiyada  Elçi,  Dövlət  Katibi, 
Birləşmiş  Ştatların  Prezidenti  və  Nümayəndələr  Palatasının  üzvü  olmuşdu.  O,  bu 
və  ya  digər  qabiliyyətlər  nümayiş  etdirməklə  amerikan  inqilabında,  1812-ci  il 
müharibəsində  və  vətəndaş  müharibəsinin  başlanğıcında  iştirak  etmişdi.  Tanışları 
və  kolleqaları  arasında,  onun  gündəliyinin  səhifələrində  qohumu  Sem  Adamsın, 
Con  Hankokun,  Vaşinqtonun,  Ceffersonun,  Franklinin,  Lafayetin,  Con  Ceyin, 
Ceyms  Medisonun,  Ceyms  Monronun,  Con  Marşallın,  Henri  Kleyin,  Endryü 


 
43 
Ceksonun,  Tomas  Hart  Bentonun,  Con  Tilerin,  Con  K.Kalhounun,  Deniel 
Uebsterin, Linkolnun, Endryü Consonun və çox sayda digərlərinin adları çəkilir. 
Öz  millətinə  nə  vaxtsa  xidmət  edən  ən  istedadlı  adamlardan  biri  olmasına 
baxmayaraq,  o,  şəxsiyyətə  adətən  rəng  və  məlahət  verən  az  sayda  şəxsi 
keyfiyyətlərə malik idi. Lakin bu əyilməz, dar və tabe olmayan adamın təsvirində 
hansısa  bir  cəzbedici  və  kübarlılıq  xüsusiyyəti  var  idi,  ən  acı  düşmənlərinin  onu 
mühakimə etdiyindən daha sərt qaydada o, özü-özünü mühakimə edirdi, burada öz 
tarixinin  başlıca  siyasi  şəxsiyyətləri  arasında  üstənilə  bilinməyən  vicdanlılığa 
malik  olmaq,  daim  öz  vicdanı  və  valideynlərinə,  onların  nümunələrinə  və 
qaydalarına layiq olmaq üçün öz borcunu dərindən hiss etmək var idi. 
Onun  ümidlərinin  puç  olması  və  siyasi  vəzifə  daşıdığı  vaxtlardakı 
məğlubiyyətləri,  -  Senator  və  Prezident  kimi,  -  həyatın  siyasi  faktlarına  məhəl 
qoymamaq  sahəsindəki  yenilməzliyi  labüd  bir  nəticə  idi.  Bunu  da  qeyd  etmək 
vacibdir  ki,  hər  iki  Adams  –  ata  və  oğul  –  yeganə  Prezidentlər  idilər  ki,  bizim 
millətimizin ilk əlli illik tarixində ikinci müddətə seçilməmişdilər. Həm də onların 
uğursuzluqları,  əgər  onlar  bunu  uğursuzluq  adlandırsaydılar,  ictimai  marağa 
hesablandıqlarına  özlərini  həsr  etməkdən  kənara  çıxılmamağın  nəticəsi  idi  və 
onların  rəqiblərinin  şərəfin  yüksək  standartları  səviyyəsində  mübarizə  aparmağa 
qadir  olmamalarının  və  axırıncıların  ictimai  həyata  gətirdikləri  ziyanın  əvəzinin 
ödənilməsinin nəticəsi idi. 
 Oğulun əhvalatı bütünlüklə atanın əhvalatlarından ayrılmaz idi. Con Kvinsi 
Adams  üçün  başlıca  məsələ  Semyuel  Eliot  Morisonun  yazdığı  kimi  “hər  şeydən 
əvvəl  Adams”  olmaq  idi;  və  onun  öz  atasına  hərarətli  şəkildə  həsr  olunması  və 
axırıncının öz oğluna siyasi utancaqlıqdan asılı olmayaraq möhkəm loyallığı, digər 
çətin,  siyasi  mövcudluğa  hərarətin  sadə  bir  şüasını  təklif  edirdi.  (Federalist  lider 
Harrison Otis sonrakı illərdə yazırdı: “Necə də qəribə ailədir! Mən düşünürəm ki, 
bizim  irqin  xüsusi  növləri  öz  müxtəlifliyində  istedadların  və  yaxşı  mənəvi 
xarakterlərin kombinasiyasını nümayiş  etdirir. Bunlar isə  ehtiraslarla və xurafatla 
hesablanmışdır  ki,  onlar  öz  obyektlərini  məğlub  etsinlər  və  öz  dostlarını 
utandırsınlar”). Puritan ailəsi ilə sıx bağlı olan uşaq kimi Con Kvinsi Adams anası 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə