35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

 
35 
Birləşmiş Ştatların ilkin iyirmi iki Senatoru 1789-cu ildə Nyu-Yorkda iclas 
keçirməklə,  Konstitusiyanı  tərtib  edənlərin  gözlədiklərini  icra  etməyə  ilk  dəfə 
girişən  kimi  göründülər,  xüsusən  də  bunu  Lordlar  Palatasına  bənzəmək  kimi 
qiymətləndirirdilər.  Onlar  hörmətli  və  parlaq  şəxsiyyətlər,  görkəmli  və  təcrübəli 
dövlət  xadimləri  olmaq  istəyirdilər.  Senat  Nümayəndələr  Palatası  ilə  müqayisədə 
bütünlüklə  dəbdəbədən  uzaq  və  tam  rəsmi  idi,  onun  otaqları  daha  diqqətlə 
işlənmişdi və onun üzvləri geyimlərinin xoş təsir bağışlamasına və sosial rütbəyə 
daha  az  əhəmiyyət  verirdilər.  Senat  bağlı  qapılar  arxasında  daimi  komitələrdən 
istifadə  etmədən  iclas  aparırdı,  Prezident  Vaşinqtona  fərdi  qaydada  məsləhət 
verirdi  və  administrasiyanın  bütövlükdə  birləşdirici  bir  hissəsinə  yaxın  fəaliyyət 
göstərirdi. 
Lakin  o  hamı  üçün,  Birləşmiş  Ştatların  siyasəti  üçün  qanunverici 
qanadlardan  ən  mühümü  olmalı  idi.  Federalist  partiya  xarici  siyasətə  görə 
ayrılanda,  Tomas  Cefferson  (Corc  Vaşinqton  hökumətində  ilk  xarici  işlər  naziri, 
ölkənin üçüncü prezidenti – tərcüməçi) Kabinetdən istefa verdi ki, öz ardıcıllarını 
təşkil  etsin,  bu  vaxt  Senat  icra  qanununu  tənqid  edən  foruma  çevrildi  və 
Prezidentin  öz  baxışlarını  bölüşdüyü  və  onun  qarşısında  cavabdehlik  daşıyan 
adamlardan  ibarət  olan  Kabinet  icra  şurası  rolunu  öz  üzərinə  götürdü.  Digər 
pretsedentlər  də  artıq  Senatı  və  Ağ  Evi  bölmüşdü.  1789-cu  ildə  “Senatorların 
nəzakət  qaydası”  Savanna  limanının  qulluqçusu  kimi  Bencamin  Fişbornun  təyin 
edilməsini,  o,  Corciyadan  olan  Senatorlar  tərəfindən  qəbul  edilməz  hesab 
edildiyinə görə, rədd etdi. Bundan bir qədər sonra, xüsusi komitələr ilk dəfə olaraq 
administrasiyanın siyasətini və fəaliyyətini təhqiq etməyə başladı. Və elə həmin ili 
Senatın icra şurası olmasının mümkünsüzlüyü, Şimali-Qərbi Hindu Müqaviləsinin 
Senatla Vaşinqtonun və onun müdafiə nazirinin müzakirəsi vaxtı açıq şəkildə üzə 
çıxdı.  Senator  Makley  və  digərləri  qorxulu  qaydada  (bunu  o,  gündəliyində  ifadə 
edir) “Prezidentin Senatın başına çıxmaq imkanını arzu etdiyi” üçün elə bir məsələ 
axtardı  ki,  komitə  seçsin.  Makleyin  verdiyi  məlumata  görə  Prezident  “zorakı 
qaydada qıcıqlandırmaya başlayır..., narazılıq havası ilə (geri çəkilir). Bunu başqa 


 
36 
bir adam etsəydi mən deyərdim ki, bu, hirslənmiş adamın hərəkətidir, onu isə mən 
dünyanın birinci şəxsiyyəti kimi qiymətləndirmək istəyirəm”. 
Tədricən  Senat  öz  üzərinə  daha  çox  qanunverici  orqanın  xüsusiyyətlərini 
götürdü.  1794-cü  ildə  qanunvericilik  sessiyaları  vaxtı  ictimai  qalereyalara 
müntəzəm  olaraq  daxil  olmaq  hüququ  verildi;  1801-ci  ildə  qəzet  müxbirləri  ora 
buraxıldı;  və  1803-cü  ildən  Senat  kimin  öz  zalına  gələ  bilməsi  imtiyazına  malik 
olması  məsələsini  müzakirə  etdi.  Konqressmenlərə,  səfirlərə,  departament 
başçılarına  və  qubernatorlara  bura  gəlməyə  icazə  verildi,  lakin  “qadınlar”  barədə 
necə  olsun?  Senator  Rayt  mübahisə  edirdi  ki,  “onların  iştirakı  xoşdur  və 
müzakirələrin canlanması üçün lazımdır, çıxış edənlərin arqumentlərini cilalayır və 
onların  davranışlarını  mülayimləşdirir”.  Lakin  Con  Kvinsi  Adams  öz  puritan 
açıqürəkliliyinə  görə,  bu  hadisə  sonralar  əlavə  qeyd  ediləcəkdir,  buna belə  cavab 
verdi  ki,  qadınlar  “Senatda  səs-küy  salacaq  və  qarışıqlıq  yaradacaqlar,  debatlar 
onların  diqqətini  cəlb  etməyə  yönələcəkdir”  (“Qadınların”  Senata  buraxılması 
söhbəti 12 səsə qarşı 16 səslə uduzuldu, baxmayaraq ki, bu istisna edilmə siyasəti 
sonrakı illərdə də davam etdi, yalnız müasir dövrlərdə öz həllini tapdı). 
Həmçinin Senatorlara gündə (sessiya günlərindən söhbət gedir – tərcüməçi) 
6 dollar məbləğində maaş verilirdi və onların imtiyazlarına, iyləmək üçün tütündən 
ötrü  olan  gümüş  qutudan  istifadə  etmək  daxil  idi,  bu  aristokratik  adət  onu 
göstərirdi  ki,  ilkin  Senat  qəribə  qaydada  öz  yerindən  kənarda  idi.  Həmin  vaxt, 
1800-cü  ildə  Vaşinqton  adlanan,  mübarizə  meydanı  olan  kiçik  kənd  paytaxt 
şəhərinə  çevrildi,  bu,  Nyu-Yorkdakı  və  Filadelfiyadakı  müvəqqəti  paytaxtlardan 
kəskin  surətdə  fərqlənirdi.  Senatdakı  formal  protseduralar  qalmışdı,  baxmayaraq 
ki, Vitse-Prezident Aaron Barr Hamiltonu dueldə öldürdükdən sonra (1804-cü ildə 
Nyu-Yorkun  qubernatorluğuna  namizəd  olan  Barra  qarşı  Hamilton  əks-təbliğat 
aparırdı  və  hücumlarını  seçkidən  sonra  da  davam  etdirirdi,  buna  görə  baş  tutan 
dueldə Barr Hamiltonu öldürmüşdü – tərcüməçi) Senat bəzi biabırçılıq, pis şöhrət 
obyektinə çevrilmişdi, dəfələrlə Senatorlara öz yerlərində alma və tort yediklərinə 
görə  və  müzakirələrə  fasilə  verildikdə  adətən  var-gəl  etdiklərinə  görə,  qaydaya 
əməl etmələri iradı bildirilmişdi. Və Con Kvinsi Adams öz gündəliyində qeyd edir 


 
37 
ki, onun kolleqalarından bəzilərinin çıxışları “o qədər yabançı və o qədər küt idi ki, 
onlar elə təsir bağışlayırdı ki, yalnız spirtli içki içməkdən biabır olan üzvlər kimi 
tanınmalarını ifadə etmək istəyirlər”. Lakin əslində Senat Nümayəndələr Palatasına 
nisbətən daha böyük ləyaqətə malik idi, Palatada isə üzvlər iclas zalında başlarında 
şlyapa olmaqla oturur, ayaqlarını stolun üstünə qoyur, onlar Roanokdan olan Con 
Randolfun  gümüş  mahmızlı  çəkməsi  ilə  ayaqlarını  geniş  ataraq  addımlamasını 
müşahidə edirdilər. O, yanında at çapmaq üçün istifadə etdiyi qamçısını gəzdirirdi, 
arxasınca düşən ingilis tazısı onun stolunun altında yatırdı və qapı mühafizəçisini 
çağırırdı  ki,  ona  yenə  spirtli  içki  gətirsin,  çünki  o,  öz  opponentlərinin  üzərinə 
qəzəbli hücumlara başlamağa hazırlaşırdı. 
Buna baxmayaraq, Nümayəndələr Palatası həqiqətən kifayət qədər müzakirə 
orqanı olmaq üçün hələ də kiçik idi, ancaq bizim hökumətin ilk üç onilliyi ərzində 
siyasi qüdrət şərtlərində Senatı kölgədə qoyurdu. Medison demişdi ki, “gənc adam 
və dövlət xadimi kimi öz nüfuzunu yüksəltmək istəyən şəxs olmaqla o, özünə rəva 
bilmirdi ki, Senatda yer tutmaq təklifini qəbul etsin”, Senatın debatları ictimai rəyə 
az  təsir  göstərirdi.  Senatorların  çoxu  öz  yerlərini  verirdilər  ki,  Nümayəndələr 
Palatasının  üzvü  olsunlar  və  ya  digər  ştatı  təmsil  etsinlər,  hansısa  yerli  vəzifə 
tutsunlar;  və  Senat  dəfələrlə  işinə  fasilə  vermişdi  ki,  Palata  debatlarını  öz 
üzvlərinin dinləməsinə icazə versin. 
Gündəliyi daha yaxşı məlumat  verən  senator Makley nəyisə kəskin şəkildə 
göstərsə belə, həmin erkən Senat barədə söhbət açır, dəfələrlə onun səfeh və bayağı 
sessiyalarından şikayətlənir. Bir şahid kimi o, 1790-cı ilin 3 aprelində özünün ora 
daxil  olmasını  təsvir  edir:  “Zala  yollandım.  Dəqiqələr  oxunuşa  sərf  edildi. 
Birləşmiş  Ştatlar  Prezidentindən  alınan  məlumat  sədrə  verildi.  Biz  hər  yarım 
saatdan bir baxır və gülürdük və fasilə elan edilirdi”. 
Lakin  Senat  icra  şurası  kimi  rolunu  itirirdi  və  Nümayəndələr  Palatasının 
qanunvericilik  prosesinə  daha  bərabər  əsasda  qoşulurdu,  həmçinin  açıq  şəkildə 
aydın  olurdu  ki,  nəcib  qaydada  yaradılan  heç  bir  konstitusional  təhlükəsizlik,  bu 
müzakirələrə  siyasi  və  seçici  təzyiqlərinin  müdaxiləsinin  qarşısını  ala 
bilməyəcəkdir.  Makley  ona  nifrət  edirdi  ki,  “daha  nəcib  şərəfin,  daha  yüksələn 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə