35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

 
38 
müdrikliyin və daha saf alicənablığın” və kolleqalarının hər bir hərəkətini və işini 
idarə  etməsinin  yerini  onun  gözlədiyi  kimi  “təməl  eqoizm  tutur...”.  Bizim  idarə 
etməmiz aldadılan rəylərin sadə sistemidir: “Bu yolla mənə səs ver və mən həmin 
yolla sənə səs verəcəyəm”. Hamiltonun xaric etməyə ümid etdiyi xurafat daha da 
intensivləşdi,  xüsusən  də  Yeni  İngiltərənin  (Yeni  İngiltərə  -  ABŞ-ın  tarixən 
təşəkkül  tapmış  rayonunun  və  şimal-şərq  hissəsinin  adı  idi,  bunu  1614-cü  ildə 
ingilis kapitanı Con Smit təklif etmişdi. Bura 6 ştat, o cümlədən Massaçusets ştatı 
daxildir – tərcüməçi) federalistləri və Virciniyanın ceffersonçuları kimi sektsiyalar, 
tərəfdarlar  xətti  üzrə  bir-birindən  ayrıldı.  Ştat  qanunvericiləri  əvvəllər  nifrət 
bəslədikləri  “kütlələrin”  artan  qaydadakı  məsuliyyət  daşıyıcılarına  çevrildilər, 
səsvermə üçün mülkiyyət faktorları aradan qaldırıldı, öz Senatorlarına seçicilərinin 
siyasi  təzyiq  göstərilməsi  “təlimatçıların”  üzərinə  düşdü.  (Ölkədə  köhnə  Puritan 
şəhərindəki  mitinqlərdə  açıq  şəkildə  tətbiq  edilməyə  başlanmış  icad  olmaqla,  bu, 
Massaçusets  Baş  məhkəməsinə  göndərdiyi  nümayəndələrini  belə  tədbirlərlə 
təlimatlandırırdılar  ki,  “paytaxtı  qüsurlu  şəhər  olan  Bostondan  uzaqlaşdırsınlar”, 
istənilən  addımı  atsınlar  ki,  mümkün  qədər  “leqal  professiyanı  ləğv  etsinlər”, 
borcluların öz borclarını ödəməyinin qarşısını “köhnə paslanmış tüfəng lülələri ilə 
alsınlar,  bu  isə  köhnə  dəmir  kimi  işləyənlər  müstəsna  olmaqla,  heç  kəsə  xidmət 
etmir”).  Bəzi  Senatorlardan  həmçinin  tələb  edildi  ki,  öz  ştatlarının 
qanunvericiliyinə  qayıtsınlar,  paytaxtda  Venetsiya  elçiləri  qaydasında  öz 
idarəçilikləri barədə məlumat versinlər. 
Bu,  Senatda  bizim  idarəetmə  konsepsiyasında,  iki  partiyalı  sistemin 
böyüməsində,  demokratiyanın  fermalara,  sərhədlərə  və  Amerika  Birləşmiş 
Ştatlarında gedən dəyişiklik zamanı idi. Çevik olan adamlar və dəyişən cari ictimai 
rəydə  hərəkət  edən  və  onların  üstündə  çapan  adamlar  öz  şərəfini,  qanunvericilik 
nailiyyətlərinə  nisbətən  Senatın  ləyaqətində  axtaran  adamlar  –  onlar  belə  dövrlər 
üçün olan adamlar idilər. Lakin Massaçusetsdən olan gənc Con Kvinsi Adams belə 
adam deyildi.  
 
II 


 
39 
Con Kvinsi Adams 
 
“Magistrat xalqın deyil, Allahın xidmətçisidir” 
 
Massaçusetsdən  olan  gənc  Senator  müzakirə  hay-küy  salanda  öz 
kürsüsündə  ara  vermədən  vurnuxurdu.  Yarısına  qədər  dolmuş  Senat  zalı  onun 
Massaçusets  kolleqasının  qışqırmasına  yaxşı  qaydada  əks-səda  verirdi.  Senator 
Pikkerinq  prezident  Cefersonun  1807-ci  il  Ticarət  Embarqosunu  məhkum  edirdi, 
buna görə də yüzüncüdən biri kimi görünürdü. Küçədə həzin yanvar yağışı, adamı 
boğaza  yığan  Vaşinqton  kəndini  bataqlığa  çevirirdi.  Massaçusetsdən  gələn  və 
stolunun üstünü örtən məktubları növlərə bölən Con Kvinsi Adamsın gözünə tanış 
olmayan  bir  əl  yazısı  sataşdı,  zərfdə  qaytarılma  ünvanı  yox  idi.  İçində  isə  yaxşı 
xəttlə  yazılmış  bircə  kağız  var  idi  və  Senator  bu  məlumatı  büküb,  zərfi  stolunun 
yeşiyinə qoymamışdan əvvəl iki dəfə oxudu: 
“Lutsifer  (Yerə  düşən  mələk,  şeytan  –  tərcüməçi),  Sübh  danının  oğlu,  sən 
necə də yıxılmısan! Biz ümid edirik ki, bir daha düzəlməyən qaydada. Ey Adams, 
sənətinin  nə  olduğunu  xatırla.  Massaçusetsə  qayıt!  Öz  vətəninə  qayıt.  Onun 
dağıdılmasına kömək etmə! Nəticələri nəzərə al! Ayıl – və vaxtında qalx! 
 
 
 
 
 
 
 
 
 
 
Federalist 
Federalist! Adams bu sözün üstündə acı şəkildə düşündü. Məgər o, axırıncı 
Federalist  Prezidentin  oğlu  deyilmi?  Məgər  o,  Federalist  administrasiyaları 
dövründə  xaricdə  diplomatik  xidmətdə  olmamışdımı?  Məgər  o,  Federalist  kimi 
Massaçusets 
qanunvericiliyinə 
və 
sonra 
Birləşmiş 
Ştatlar 
Senatına 
seçilməmişdimi?  İndi  o,  sadəcə  olaraq  partiyadan  və  sektsiyadan  yuxarıda  milli 
mənafeyi  qoymuşdu. Ona görə də federalistlər onu  tərk  etmişdilər. O,  fikirləşirdi 
ki,  onların  ittiham  etdiyi  kimi  mən  onları  heç  də  tərk  etməmişəm,  əksinə  onlar 
məni tərk etmişlər. 
“Mənim  siyasi  perspektivim  tənəzzülə  uğrayır  (o,  həmin  gecə  öz 
gündəliyində  yazmışdı)  və  mənim  xidmət  müddətim  öz  sonuna  yaxınlaşır.  Mən 
daim ona gəlib çıxıram ki, özəl vətəndaş şəraitimi  bərpa edim. Bu hadisəyə görə 


 
40 
ancaq ümid edirəm ki, mənim ağlım kifayət dərəcədə yaxşı hazırlanmışdır. Bu vaxt 
mən dua edirəm ki, hər şeyin yaxşı olduğu və dəqiq bəxt vergisinin asılı olduğu ruh 
məni o vəzifəni yerinə yetirməyə qadir edir ki, ölkəm üçün əsl xidməti seçim və bu 
o deməkdir ki, mən heç vaxt ictimai davranışımda öz borcumdan başqa hansısa bir 
düşüncə ilə idarə olunmamışam”. 
Bu  mərd  Senatorun  heç  də  sadəcə  hissləri  deyildir,  onlar  həmçinin  Puritan 
dövlət  xadiminin  sözləridir.  Con  Kvinsi  Adams  bu  qeyri-adi  növün  böyük 
nümayəndələrindən biri idi, o, bizim hökumət üzərində və həyat yolumuz üstündə 
yaddan  çıxmayan  nəqş  qoyub  getmişdir.  Yeni  İngiltərənin  qayalıq  kənd  yerinə 
bənzəyən,  sərt  və  itaətə  boyun  əyməyən  bir  adam  olmaqla,  belə  təbiəti  dünyaya 
böyük  miqyasdakı  münasibətini  də  rəngləndirmişdi.  Puritan  buna  Amerikan 
Respublikasının  ilkin  günlərinin  ardıcıllığı  və  xarakteri  mənasını  verir.  Yaradana 
qarşı  məsuliyyətinin  ayıq  hissi,  onun  gündəlik  həyatının  hər  bir  fazasında  özünü 
göstərirdi.  O,  inanırdı  ki,  insan  Allahın  obrazında  yaradılmışdır  və  bununla  o,  
idarəetməyin  qeyri-adi  tələbləri  ilə  özünün  bərabər  olduğuna  inanırdı.  Puritan 
azadlığı və qanunu sevir; o, ştatın hüquqlarının və fərdi hüquqların yerini müəyyən 
etmək  dühasına  malik  idi,  onlar  isə  yenidən  barışmalı  idilər.  Puritanın  –  Con 
Kvinsi Adamsın və onun sələflərinin intellekti Corc Frisbi Hoarın dediyi kimi: 
“dəqiq  etik  müzakirəyə  yarayırdı,  ümumi  həqiqətlərə  baxmaqda  aydın  idi, 
tələbi  və debatı  sevirdi, lakin hiyləgər  olan ümumi hissə nüfuz edir  və onu  tutub 
saxlayırdı... O, məqsəd inadkarlığına, yumşaq və kövrəklikdən uzaq olan mərdliyə, 
əyilməyən  iradəyə  malik  idi,  o,  heç  vaxt  insan  antoqonizmi,  sürgün  olunmaq, 
işgəncə və ya ölüm qarşısında qorxaqlıq etmir və titrəmir”. 
Con Kvinsi Adamsda bu keyfiyyətlər bədbəxtlikdən partiya intriqalarına və 
günün siyasi ehtiraslarına uyğun gəlmirdi. Onu Senatda sarsıldığı aylardan çox-çox 
əvvəl, onun poçtu Massaçusets Federalistlərindən gələn təhqirlərlə dolu idi, bundan 
xeyli  əvvəl  o,  hətta  Senata  daxil  olduqda  öz  gündəliyində  Puritanın  daxil  olduğu 
siyasətə  ciddi  təhlükələri  qeyd  edirdi:  “Mən  siyasi  ziddiyyətə  gömülməyin  güclü 
şirnikləndirməsini  hiss  edirəm”.  “Lakin...  bu  ölkədəki  siyasətçi  partiya  adamı 
olmalıdır. Mən isə öz bütöv ölkəmin adamı olmağa meyl edəcəyəm”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə