35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

 
47 
Görkəmli Federalist Teodor Layman yazırdı ki, “gəncə lənət olsun, necə də 
o, öz atası kimi meymunluq edir”. Bu adam böyük Adams  Pikkerinqi vəzifəsindən 
çıxaranda  axırıncının  tərəfində  olmuşdu.  Lakin  yeganə  bir  Federalist  var  idi  ki, 
onun  rəyini  gənc  Con  Kvinsi  özününkündən  yuxarı  qiymətləndirirdi  –  bu,  Con 
Adams idi. O, narahat şəkildə atasının baxışlarını axtarırdı və yenidən əmin olurdu 
ki,  1804-cü  ildə  erkən  yaşlı  dövlət  xadimlərindən  atasının  aldığı  sakitlik,  atasının 
partiyasının əlindən qəbul etdiyi bütün təhqirləri kompensasiya edirdi. Con Adams 
oğluna  yazırdı  ki,  “Luiziana  məsələsi  barədə  sənin  davranışını  bəyənməməkdən 
uzağam,  ona  baxmayaraq  ki,  mən  bilirəm  ki,  bu  şimal  ştatlarında  çox  qeyri-
populyar olacaqdır... Mən düşünürəm ki, sən düzsən!” 
Öz gündəliyində gənc Adams Senatdakı ilk aylarını belə yekunlaşdırır:  
“Mən artıq təcrübə aparmaq imkanına malikəm, bu təcrübəyə görə əvvəllər 
öz prinsiplərimə olan təhlükəni gözləmək üçün tam səbəbə malik idim. Ölkə bütöv 
şəkildə  özünü  partiya  ruhuna  vermişdir,  bu,  heç  də  bir  ya  digər  günahı  yuyulan 
xətanın arxasınca kor-koranə getmək deyildir. Hər ikisinin arasında mən istənilən 
perspektivi  qurban  vermədən,  öz  vicdanımın  diqtəsi  ilə  getməyin  mümkün 
olmadığını  görürəm,  bu,  sadəcə  irəliləmək  deyildir,  hətta  mənim  malik  olduğum 
xarakteri  və  nüfuzu  saxlamaq  da  deyildir.  Həm  də  mənim  seçimim  edilmişdir  və 
əgər mən öz ölkəmə onu məmnun edəni verməyə ümid edə bilmirəmsə, ən azı öz 
fikirlərimi sınaqdan keçirməyi qərara almışam”. 
Adams adına iftixarla malik olmağın qarşısı alına bilməzdi ki, - və yaxşıca 
tələsdirə  bilərdi  ki,  gənc  Senator  tədricən  bir  azlıq  kimi  meydana  çıxsın.  Onun 
siyasi  fəlsəfəsi  daha  populyar  olmalı  idi,  onun  şəxsi  manerası  hələ  də  ona  özünə 
yaxın müttəfiqlər seçməkdə çətinlik törədirdi. O, hər şeydən əvvəl “Adams kimi... 
soyuq, taktikasız və sərt vicdanlı idi”. Qeyri-populyar atanın oğlu öz partiyasındakı 
reneqat və təzə Senator üçün kövrək olan Con Kvinsi nə siyasi müttəfiqlik, nə də 
təsir axtarmırdı, həm də nə də bunlar ona təklif edilmirdi. 
Yalnız  on  gündən  sonra  Senatda  o,  üç  saatlıq  debatda  bu  yaxınlarda  vəfat 
etmiş  vətənpərvərlik  şərəfinə  bir  ay  ərzində  krep  parçadan  paltar  geyinməyə 
çağıran şablon qətnaməni rədd etdiyinə görə yaşlı Senatorlarla sözləşdi və onlara 


 
48 
düşünmədən  cavab  verdi.  Onun  cəsarətlə  mübahisə  etdiyi  qətnamə  “şəxsiyyətin 
yararsız  diskussiyalarına  yönəldiyinə”  və  Senatda  “müzakirə  edilmək  üçün  onun 
mahiyyətcə  məxsus  olduğu  bütünlüklə  yad  məsələlər  kimi”  olmaqla  qeyri-
konstitusional  olmasa  da,  uyğun  gələn  deyildi.  Sonra  o,  öz  kolleqalarını,  hər  bir 
Senatorun,  əvvəllər  Nümayəndələr  Palatasının  üzvü  olarkən  impiçment 
qətnaməsinə səs  verdiyinə görə impiçment dinləməsi yolu ilə hüququnun əlindən 
alınması  yollarını  axtardığına  görə  təəccübləndirdi.  Sonra  o,  inadkar  intellektual 
müstəqilliyini göstərdi, təkcə icra sessiyasına getmək hərəkətinin əleyhinə çıxdı, o, 
düşünürdü ki, bu vaxt onun yeganə niyyəti “Journal”da bizneslə məşğul olmağın 
meydana çıxmasını vermək idi, əlində isə burada edilmək üçün heç nə yox idi. 
Lakin  əgər  federalist  partiyası  “onun  serinə”  nifrət  etməyinə  nisbətən 
“yeniyetməyə”  daha  güclü  nifrət  etməyi  öyrəndi,  necə  deyərlər,  bu,  hər  bir 
federalistin  Con  Kvinsiyə  məhəbbətinin  istənilən  şəkildə  əbəs  bir  şey  olduğunu 
demək  idi.  Çünki  o,  Federalist  partiyasına  artan  dərəcədə  bir  nifrət  edən  adama 
çevrildi.  Xaricdəki  qısa  müddətdəki  həyatının  böyük  hissəsini  o,  amerikan 
millətçisi  kimi  yaşamışdı,  milli  marağa  özünü  həsr  etməsini  hansısa  dar  tərəfdar 
mövqeyinə  çevirə  bilməzdi,  bu  vaxt  isə  məhdud  şəkilli  və  Britaniyapərəst  baxış 
Yeni  İngiltərənin  birinci  siyasi  partiyasına  ağalıq  edirdi.  Ştat  Qanunvericiliyində 
keçmiş kolleqaları onu ictimai qaydada “Makiavelliyə layiq olan davranışına görə” 
nankorluqda  ittiham  edirdilər;  lakin  o,  anasına  yazırdı  ki,  bir  Senator  kimi  bunu 
hiss  edir,  lakin  daha  yaxşı  müəyyən  edəcəkdir  ki,  massaçusetslilərin  ən  yaxşı 
maraqları  nədir  və  “əgər  federalizm  Britaniya  donanmasına  bizim  azadlığımızın 
yeganə  palladiumu  (qədim  yunanların  və  romalıların  inamına  görə  şəhər 
təhlükəsizliyini qoruyan silahlı ilahənin, daha çox nəzərdə tutulan Afina-Palladanın 
heykəli – tərcüməçi) kimi baxırlarsa, mən siyasi dönük olmalıyam”. 
Senatorların  çoxu  1804-cü  ildən  əvvəl  və  sonra  onların  partiya  başçıları 
tərəfindən  pis  təsirə  məruz  qaldıqlarına  görə  dönüklərlə  vuruşurdu,  onlar  öz 
seçiciləri  arasında  möhkəm  şəxsi  populyarlıq  qururdular.  Bu,  ölkənin  kişi 
əhalisinin ümumi səsvermə hüququna malik olmasını artan dərəcədə mümkün etdi 
və erkən on doqquzuncu əsrdə bu, ümumi hala çevrildi. Lakin Con Kvinsi Adams 


 
49 
belə  deyildi.  O,  bundan  əvvəl  görülən  hər  bir  ictimai  tədbiri  qiymətləndirirdi, 
Senator  yoldaşı  müşahidə  etmişdi  ki,  bu,  Yevkliddən  gələn  mücərrəd  mövqe 
olmasına  baxmayaraq,  siyasi  çağırış  düşüncələrinə  yaramırdı.  O,  seçilmiş 
təmsilçilərin “öz seçicilərinin iradəsi ilə iflic olması” kimi borcunu inkar edirdi; və 
“xalq  üçün  qeyri-adi  qayğı  göstərməklə,  onların  xurafatını  tərifləməklə, 
ehtiraslarına  xidmət  etməklə  və  ötüb  keçən,  dəyişən  rəylərini  əzizləməklə”  onun 
adlandırdığı “professiya üzrə vətənpərvərlərə” çevrilməklə uğur qazanmaq yolunu 
rədd edirdi. Ona yol göstərən ulduz puritan dövlət xadiminin prinsipləri idi, atası 
bunu bir çox illər əvvəl belə ifadə etmişdi: “Magistrat özünün arzularının, hətta 
xalqın xidmətçisi deyildir, yalnız öz Allahının xidmətçisidir”. 
Əgər  Con  Kvinsi  Adams  bu  gün  Senatda  xidmət  etsəydi,  biz  onun 
mərdliyinə  və  qətiyyətliliyinə  heyran  olardıq.  Biz  onun  qeyri-tərəfkeşlik,  qeyri-
sektsiya  mövqeyindən  yanaşmasına  hörmət  edərdik.  Lakin  mən  o  qədər  də  əmin 
deyiləm  ki,  bir  şəxs  kimi  ondan  xoşumuz  gələndi;  və  bu  da  aydındır  ki,  cərgələr 
arasındakı hər iki tərəfdən olan onun kolleqalarının çoxu bunu etmirdi. Onun siyasi 
partiyadan  da  izolyasiyası  və  qaldırdığı  antoqonizmlər  praktiki  olaraq  onun 
müstəqil və elmi mövqelərinin təsirini sıfıra endirirdi. Onun gündəliyi bu cəhəti də 
açır  ki,  gənc  Senator  heç  də  özünün  artan  siyasi  izolyasiyasını  bütünlüklə  hiss 
etməmiş deyildi; o, şikayətlənirdi ki, “müxalifəti qeyri-məhsuldar etmək üçün heç 
nəyə malik deyildir”. “Mən bunu təsdiq etmək üçün artıq kifayət dərəcədə görürəm 
ki,  indiki  üzvlərlə  dolu  olan  Senatda  mənim  təklif  etdiyim  heç  bir  düzəliş  öz 
məqsədinə  çatmayacaqdır”.  “Mən  bu  ölçü  üçün  çox  sayda  senzuraya  və  təhqirə 
məruz qalmağa şübhə etmirəm”. Və Adams onları “istənilən prinsipə məhəbbətdən 
daha artıq qaydada mənə nifrət edənlər” kimi təsvir edirdi. Özünə qarşı Pikkerinqin 
nifrətamiz davranışı ona xüsusən acı gəlirdi və hiss edirdi ki, kolleqası “bütünlüklə 
düzgünlük müstəvisini tərk etmişdir və hiylə ilə məşğul olanlara bel bağlayır”. 
1807-ci ilə qədər partiya ilə Senator arasındakı ayrılma hələ də sağalmayan 
olan deyildi və Adams öz seçicilərinin böyük çoxluğu tərəfindən, partiya başçıları 
tərəfindən  olduğu kimi  məhkum edildi.  Son  ayrılma, kifayət qədər  təbii olmaqla, 
milli  xarici  siyasətlə  əlaqədar  idi.  Bizim  Böyük  Britaniya  ilə  əlaqələrimiz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə