35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

 
44 
tərəfindən  öz  məşhur  atasını  ötüb  keçməyə  öyrədilmişdi;  və  Senator  kimi  hər 
tərəfdən olan kolleqaları və dostları onu tərk etdikdə, bu vaxt atası dəstək vermək 
və onun etdiyi hərəkəti bəyənmək üçün oğluna tərəf döndü. 
Hətta  böyük  Adamsın  ölümündən  sonra  Con  Kvinsi  öz  atasının  xatirəsinə 
loyallığını  qoruyub  saxladı.  Ceffersonun  əsərlərində  axırıncı  tərəfindən  yazılmış 
məktubları  oxuyarkən,  atası  və  Cefferson  otuz  beş  ildən  çox  bir  müddətdə  bir-
birinə siyasi rəqib olmuşdular (onların erkən dostluğu sonralar bərpa olunmuşdu), 
atası  hələ  də  qəzəbli  olaraq  qalırdı  və  bunu  o,  Ceffersonun  xəyanəti  ilə 
əlaqələndirirdi.  Adams  öz  gündəliyində  yazırdı:  “Onun  mənim  atama  münasibəti 
ikibaşlı,  xəyanətkar  və  hər  cür  dözümlülüyün  arxasında  gizlənməklə  saxta  idi”. 
Con  Kvinsi  bütün  ömrü  boyu  içərisində  olduğu  yoxlamalar  və  tarazlaşdırmalara 
əsaslanan  bizim  mürəkkəb  federal  sistemin  necə  fəaliyyət  göstərdiyini  dərk  edə 
bilmirdi;  nə  də  özünün  Ceffersonun  “fırıldaqları”  kimi  qiymətləndirdiyi  kimi, 
axırıncının dühasının sadəcə yalnız bir cəhəti olması ilə yanaşı, həm də hökumətin 
sənəti və elmi üçün uğurlu qaydada tətbiq etdiyi qənaətinə gələ bilmirdi. 
Con  Kvinsi  Adamsın  həyatın  siyasi  faktlarını  tanımaqdakı  uğursuzluğu  ilk 
dəfə  onun  Senatda  fəaliyyət  göstərdiyi  illər  ərzində  üzə  çıxdı,  bu  illər  onun 
həyatında  nə  çox  məhsuldar  idi,  nə  də  onlar  elə  bir  xüsusi  əhəmiyyət  daşımırdı. 
Həm  də  onun  Birləşmiş  Ştatlar  Senatında  olduğu  yeganə  müddət  bizə  nəcib 
qabiliyyətləri  ilə  ictimai  həyatda  xidmətə  gətirilən,  hörmət  bəslənilən  bir  ada  və 
hüquq  üçün  qeyri-adi  ambitsiyaya  malik  olan  adamın  taleyinə  aydın  nüfuz  etmə 
imkanı verir. Onun təcrübəsi, demək olar ki, heç bir digər adamın edə bilmədiyini 
nümayiş  etdirir,  bu  vaxt  hətta  onun  malik  olduğu  qeyri-adi  vasitə  də  amerikan 
siyasi həyatında uğur qazanmaq üçün kifayət deyildir. 
 
Bu  heç  də  qeyri-təbii  deyildi  ki,  atasının  Prezidentlik  uğrunda  Tomas 
Ceffersona  məğlubiyyətindən  sonra  o,  xaricdəki  diplomatik  xidmətdən  Bostona 
geri  döndükdə,  atasının  partiyasının  işində  fəal  iştirak  etməli  idi.  O, 
Konstitusiyanın  əsasını  qoyanlar  kimi,  hərbi-dəniz  qüvvələrinin  tərəfdarı  və 


 
45 
federalistlərin,  Fransız  İnqilabının  təsirlərinə  qarşı  istehkam  olmalarına  görə 
pərəstişkarı idi. 
Lakin  bir  qədər  sonra  gənc  eks-diplomat  federalist  kimi  Massaçusets 
Qanunvericiliyinə  seçildi;  bu  vaxt  o,  dar  tərəfkeşliyə  cəsarətlə  nifrətini  nümayiş 
etdirdi.  Öz  yaşlı  kolleqaları  ilə  məsləhətləşmədən  o,  təklif  etdi  ki,  -  bu,  həmin 
avqust  ayında  həmin  qanunvericilik  orqanının  üzvlüyünə  çevrilməsindən  qırx 
səkkiz  saat  sonra  baş  vermişdi  –  Respublikaçılar  (Ceffersonçular  və  ya 
Demokratlar)  partiyası  Qubernator  Şurasında  proporsional  qaydada  təmsil 
olunmalıdırlar  (Adams  sonralar  qeyd  etmişdi  ki,  bu  tərəfdar  olmayan  müstəqillik 
aktı  “elə  prinsiplər  qoyurdu  ki,  onların  vasitəsilə  mənim  bütöv  ictimai  həyatım 
həmin gündən onunla idarə olundu”). 
Nəticədə,  gənc  Adams  Senata  seçiləndə  onun  ştat  qanunvericiliyindəki 
kolleqaları belə düşünə bilərdilər ki, onların nisbətən gənc yoldaşının şərəfi, onun 
öz partiyası qarşısındakı borclarına təsir göstərməyə də kömək edəcəkdir. 
Lakin  qanunvericiliyin  bir  əli  gənc  Con  Kvinsini  millətə  xidmət  barədə  öz 
baxışına  yaxınlaşdırdı,  digəri  ilə  birlikdə  isə  o  onun  arzusunun  parçasını  kobud 
surətdə  cırdı  və  onun  cığırında  real  və  xoşagəlməyən  maneələr  yaratdı.  Onun 
seçilməsinin  izi  ilə  qısqanc  və  antoqonist  xarakterli  Timoti  Pikkerinq  (o,  Dövlət 
Katibi  vəzifəsindən  onun  atası  tərəfindən  azad  edilmişdi)  qısa  müddətli 
vakansiyanı  doldurmaq  üçün  Adamsa  Senator  kolleqası  kimi  seçilmişdi.  Nə 
Pikkerinq,  nə  Adams  bütövlükdə  Adams  ailəsinə  qarşı  keçmiş  acı  düşmənçilik 
barədə hansısa illyuziya ilə yaşamırdı. Və Con Kvinsi Adams belə qərara gəldi ki, 
yaxşı  tanınan  və  qüdrətli  federalist  sayılan  senator  Pikkerinq  gənc  kolleqasının 
üzərinə  bütün  ondan  xoşu  gəlməyənləri  və  şübhələnənləri,  hansılar  ki,  böyük 
Adamsın  Prezident  kimi,  müstəqillik üçün göstərdiyi sığınacaqda qalan  federalist 
Senatorlar  idilər,  səfərbər  etməyə  qadirdir.  O,  Ceffersonun  Respublikaçı 
Senatorlarından hüsn-rəğbət gözləyə bilməzdi, axırıncı bu yaxınlarda atasına qarşı 
ən  acı  kampaniyanı  başa  çatdırmışdı  və  özünün  bəyəndiyi  Əcnəbilər  və 
Şirnikləndirmə  qanunlarını  qəbul  etdirmişdi.  “Möhkəmlik,  inadkarlıq,  səbirlilik, 
soyuqqanlılıq  və  dözümlülük  keyfiyyətləri”ndən  başqa  heç  nə  onun  gündəliyində 


 
46 
qeyd olunmurdu, hər bir puritan kimi Con Kvinsi Adams Vaşinqtona yollanarkən 
qərara  almışdı ki, şəxsi intizamın standartları  ilə  qarşılaşsın, bu vəzifəni  də o,  öz 
üzərinə qoyurdu. 
Vaşinqtona  gələndə  Adams  tezliklə  özünün  hər  iki  partiya  tərəfindən 
oğulluğa  götürülməsini  və  təzə  adamın  örtülülüyünü  qiymətləndirmədiyini  sezdi. 
Baxmayaraq  ki,  ailəsindəki  xəstəlik  Ceffersonun  Luizina  Ərazisini  Satın  Almaq 
barədəki Müqaviləsinin ratifikasiyasına səs vermək üçün vaxtında gəlməsinə mane 
olmuşdu,  o,  yeganə  federalistə  çevrilməklə,  dağıdıcı  –  pretsedent  olan  bu 
yiyələnməni  Senat  zalında  dəstəkləməyə  görə  və  onun  11  milyon  dollar 
məbləğindəki  qiymətinə  səs  verməklə  tezliklə  özünə  qarşı  əkslik  tufanı  qaldırdı. 
Onun 
demokratik  prinsipləri  həmçinin  hökuməti  təşkil  etmək  üçün 
administrasiyanın tədbirləri və Ərazinin (ştat statusu qazanmamış böyük zonaların 
əvvəlki  siyasi  statusu  belə  idi  –  tərcüməçi)  sakinlərinə  vergi  qoyulması  uğrunda 
mübarizə  aparmasına  səbəb  oldu  –  beləliklə  özünün  Respublikaçı  kolleqaları 
tərəfindən  də  müxalif  münasibətlə  qarşılaşdı.  Lakin  Amerikanın  qitə  hədlərində 
genişlənməsindən  əmələ  gələn  baxışı  ilə  o,  Ceffersonun  Napoleonu  bizim 
sərhədlərdən  uzaqlaşdırmaq,  həm  də  millətimizi  varlandırmaq  sahəsindəki 
igidliyini alqışladı.  Bu,  onun  Federalist  kolleqalarının  qəzəbli  təəccübündən  daha 
vacib  idi.  İlk  növbədə  Yeni  İngiltərənin  hegemonluğunu  dəstəkləməyə  qayğı 
göstərməklə,  onlar  qorxurdular  ki,  Qərbə  tərəf  genişlənməklə  Şimali  Şərqin 
kommersiya  şəhərlərinin  siyasi  və  iqtisadi  təzyiqini  azaldacaq,  Şərqdəki 
torpaqların dəyərini, bunda isə onlar maliyyə cəhətdən maraqlı idilər, aşağı salacaq 
və  Ceffersona  Konqressdə  daimi  çoxluq  qazandıracaqdır  –  Massaçusetsdən  olan 
gənc  Federalist,  baxmayaraq  ki,  onlar  tərəfindən  unutqan,  diqqətsiz  hesab 
olunurdu, Ceffersonun Satın Almasının bayram edilməsinə həsr olunmuş ziyafətdə 
iştirak etdiyinə görə Federalist qəzəbinin alovları üzərinə yanacaq səpələyirdi! 
“Nahar pis idi və sağlıqlar olduqca çox sayda idi” – Adams həmin gecə öz 
gündəliyində  bu  barədə  sərt  qaydada  şikayətlənir.  Lakin  bu  şübhəlidir  ki,  hətta 
bayram  da  Bostondakı  ən  yaxşı  mehmanxanaları  yada  salırdı,  o,  bura  gələndə 
Federalist dostları bunu xəyanətə bərabər olmağın son sübutu kimi qiymətləndirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə