35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

 
68 
Cənublularla əvvəlki razılıq, hansı ki, Kalhoun tərəfindən təhqiq edilmişdi, 
iyunda Neşvilldə tam miqyasdakı razılığın olacağını təsdiq edirdi və buna görə də 
həmin qorxulu ildə ayrılma ideyası populyarlıq qazanmalı idi.  
Ayrılma  üçün  vaxt  yetişmişdi  və  az  sayda  adam  birlik  barədə  danışmağa 
hazırlaşmışdı. Hətta Corciyadan olan Aleksandr Stifens Birliyi qoruyub saxlamağa 
qayğı  göstərərək,  Cənubdakı  dostuna  yazırdı  ki,  kim  onun  baxışına  rəğbətlə 
yanaşırsa  “Cənub  üzvləri  arasında  Birliyin  parçalanması  hissi...  daha  çox  ümumi 
bir hissə çevrilir. Onun barəsində adamlar necə ciddi danışmağa başlayacaqlar ki, 
on iki ay əvvəl bu barədə fikirləşməyi belə çətinliklə özlərinə rəva bilirdilər... Bu 
respublikanın parçalanmasını indi mən zəruri hesab edirəm”. Uebsterin çıxışından 
əvvəlki  həlledici  ayda  altı  Cənub  ştatı,  onların  hər  biri  on  il  sonra  Birlikdən 
ayrıldılar,  Neşvill  Qurultayındakı  məqsədləri  bəyəndi  və  nümayəndələrini  təyin 
etdi. Horatsi Qriiley 23 fevralda yazırdı: 
“Konqressin  altmış  üzvü  vardır  ki,  onlar  bu  gün  arzu  edirlər  və  Birliyin 
parçalanması ideyasının effekti üçün qəsd düzəldirlər. Biz heç də şübhə etmirik ki, 
qul  ştatlarının  ayrılması,  onun  müəlliflərinin  aparıcı  niyyəti  olmaqla  Neşvill 
Qurultayı  tərəfindən  müstəqil  konfederasiyanın  yaradılması  ilə  müdafiə 
ediləcəkdir”. 1850-ci ilin ilkin aylarında millətin təhlükəli vəziyyəti belə idi. 
Fevral ayının sonundan Massaçusetsdən olan Senator öz xətti barədə qərara 
gəldi.  Deniel  Uebster  qərara  aldı  ki,  yalnız  Kley  Kompromissi  parçalanmanın  və 
vətəndaş  müharibəsinin  qarşısını  ala  bilər;  o,  dostuna  yazırdı  ki,  planlaşdırır  ki, 
“həqiqəti  deyən  şərəfli  çıxış  və  Birlik  çıxışı  etsin  və  təmiz  vicdanını 
yüngülləşdirsin”.  Öz  qeydlərini  hazırlamaq  işinə  girişərkən  o,  öz  müraciətinin 
əmələ  gətirəcəyi  hücumlar  barədə  bol  sayda  xəbərdarlıqlar  aldı.  Seçiciləri  və 
Massaçusets  qəzetləri  onun  möhkəm  qaydada  anti-quldarlıq  hisslərini 
dalğalandırmayacağını  xəbər  verirdilər  və  çoxları  ona  təlqin  edirdilər  ki,  Cənuba 
qarşı indiyə qədər olan kobud tonundan istifadə etsin. Lakin Massaçusetsdən olan 
Senator öz qərarını vermişdi və dostlarına martın 6-da deyirdi ki, “mənim skifimi 
sahildən  təkcə  atın”.  O,  bir  neçə  il  əvvəl  Senata  çağırışında  səslənən  inamına 
müvafiq olaraq hərəkət edəcəkdi: 


 
69 
“Rəyin ziddiyyətliliyi çox hallarda üzürlü şəraitlərdən qalxır. Lakin bir növ 
ziddiyyət vardır ki, bu cinayətdir; adamın məsləki ilə onun səsverməsi arasındakı, 
vicdanı  ilə  davranışı  arasındakı  ziddiyyətdir.  Heç  kəsi  bu  növ  ziddiyyətə  görə  nə 
vaxtsa ittiham etməyəcəkdir”. 
Və  bu  vəziyyət  1850-ci  ilin  7  martında  yarandı,  tarixin  bir  günü  Senat 
zalında edilən çıxışın başlığına çevrildi. Heç kəs həmin gün və hətta 1851-ci ildə 
Uebsterin  öz  müraciətinə  verdiyi  rəsmi  başlığı  dəyişə  bilmədi,  çünki  İstiqlaliyyət 
Günü İyulun Dördü tək tanınan kimi, bu çıxış da “Martın Yeddisinə” çevrildi. 
Sonrakı  ayların  yuxusuzluğundan  sonra  o,  qərara  gəldi  ki,  əgər  onun 
sağlamlığı  icazə  versə,  bu,  onun  axırıncı  böyük  cəhdi  olmalıdır.  Uebster  çıxış 
etmək  üçün  arsen  oksidi  və  digər  həblərlə  özünü  möhkəmləndirirdi  və  səhər 
vaxtlarını  öz  qeydlərini  cilalamağa  həsr  edirdi.  Silahlı  serjant  şən  qaydada  onun 
yolunu  kəsib  dedi  ki,  Senat  öz  iclasına  başlamamışdan  iki  saat  əvvəl  zal, 
qalereyalar,  zalın  qabağı,  hətta  Kapitolinin  dəhlizləri  Deniel  Uebsteri  dinləmək 
üçün,  millətin  bütün  hissələrindən  bir  neçə  gün  ərzində  səfər  etməklə  gələn 
adamlarla  doludur.  Əcnəbi  diplomatların  çoxu  və  Nümayəndələr  Palatasının 
üzvlərinin  əksəriyyəti  daimi  otaqda  rəqabət  aparanların  arasındadırlar.  Senatın 
iclası  başlayanda  üzvlər  müşahidəçilərin  və  müvəqqəti  skamyaların  arasından 
keçərək,  öz  yerlərini  tuta  bildilər.  Onların  hər  birini  stolun  üstündəki  ictimai 
sənədlər  topası  görünməz  edirdi.  Senatorların  çoxu  öz  yerlərini  xanımlara 
verirdilər  və  cərgə  aralarında  dayanıb  Uebster  tərəfindən  açılacaq  partlayışı 
gözləyirdilər. 
Vitse-Prezident çəkici ilə sessiyanın açıldığını bildirəndə Viskonsindən olan 
senator  Uoker  bir  gün  əvvəl  etdiyi  çıxışı  bitirmək  üçün  söz  istədi,  sədrə  dedi  ki, 
“bu  geniş  auditoriya  məni  dinləmək  üçün  gəlməyib  və  bir  adam  vardır  ki,  o, 
məclisi auditoriyaya çevirə bilir. Onlar onu dinləməyi gözləyirlər və hiss edirəm ki
mənim  borcum  belədir  və  bu,  mənə  xoş  gəlir  ki,  çıxış  imkanını  Massaçusetsdən 
olan Senatora verim”. 
Deniel  Uebster  aramla  ayağa  qalxanda,  camaat  sakitləşdi;  onun  qeyri-adi 
fiziki  görünüşünün  təəssürat  yaradan  bütün  cəhətləri  –  böyük,  qara,  fikrə  dalmış 


 
70 
gözləri,  tuncdan  tökülmüşə  bənzəyən  gözəl  bədən  quruluşu,  sehrli  qaydada 
qübbələnən alnı – otuz ildən çox müddətdə olduğu kimi eyni qorxu ilə zala ağalıq 
edirdi. Özünün bürünc düymələri olan tanış mavi frakında, bizon dərisindən olan 
jiletdə və şalvarda idi, o, qəsdən bir qədər fasilə verdi, elə bil ki, bu zalda yığılmış 
ən böyük Senatorların məclisinə - Kley, Benton, Hyuston, Cefferson Deyvis, Heyl, 
Bell, Kass, Çeyz, Stifen A.Duqlas və digərlərinə bir anlığa baxdı. Ancaq bir sifət 
yox idi – o, yadlaşmış Con K.Kalhoun idi.  
Bütün gözlər çıxış edənə dikilmişdi. Öz oğlundan başqa heç bir müşahidəçi 
bilmirdi  ki,  o,  nə  deyəcəkdir.  Qəzet  müxbiri  yazırdı:  “Mən  əvvəllər  heç  vaxt 
təsadüfən  burada  keçirdiyim  dərin  hissə  məruz  qalmamışdım  və  ya  natiqin 
səsindəki  daha  fərqli  əks-sədanı  tutmaq  üçün  daha  çox  hərtərəfli  həyəcan 
keçirməmişdim”.  
Emersonun  onu  bir  dəfə  təsvir  etdiyi  kimi,  özünün  cəzbedici  ilhamlanması 
anlarında  Uebster  həqiqətən  də  “dodaqlarına  mərmi  doldurulmuş  böyük  top”  idi. 
Axırıncı  dəfə  valehedici  natiqlik  qabiliyyətini  cəmləyərək,  o,  özünün  ərazilərdə 
quldarlığa  qarşı  olan  əvvəlki  mövqeyini  tərk  etdi,  Qaçmış  Qul  Qanununa  öz 
seçicilərinin  nifrətini  tərk  etmişdi.  Tarixdəki  öz  yerini  və  öz  həmvətənlərinin 
ürəklərini tərk etmişdi və iyirmi il ərzində ondan qaçan bir məqsədi – Prezidentlik 
üçün  olan  son  şansını  tərk  etmişdi.  Deniel  Uebster  Birliyə  risq  etməkdənsə,  öz 
karyerası və öz nüfuzu ilə risq etməyə üstünlük vermişdi. O, çıxışına belə başladı: 
“Mister Prezident (Senata sədrlik edənə müraciət qaydasında – tərcüməçi), mən bu 
gün  Massaçusets  əhli  kimi  deyil,  Şimal  adamı  kimi  deyil,  Amerikan  kimi  və 
Birləşmiş Ştatlar Senatının üzvü kimi çıxış etmək istəyirəm... Mən bu gün Birliyin 
qorunub saxlanması üçün danışıram. Öz səbəbimə görə məni dinləyin”. 
O,  danışırdı,  lakin  qısa  müddət  idi  ki,  danışırdı,  bu  vaxt  qara  plaşına 
bürünmüş  arıq  Kalhoun  başını  əyən  kimi  göründü,  öz  yerinə  oturmaqda  ona 
nümayişkaranə surətdə kömək edirdilər. O, titrəyə-titrəyə öz yerinə oturdu. Azacıq 
hərəkət  etməyə  qadir  olduğundan,  çıxış  edən  onu  sezmirdi.  Xəstəlik  Cənubi 
Karolinadan olan Senatorun iştirakının qarşısını almışdır, sözlərini deyən Uebsterin 
bir neçə peşimançılıq ifadələrindən sonra, Kalhoun kürsünün qollarından yapışaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə