35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

 
92 
məğlubiyyətinə görə acı dildə danışırdı, Benton da onu əks-hücumları ilə sancırdı. 
Fut  Bentonu  “öz  yaşını  özünə  qalxan  edən,...  özünün  qorxaqlığını  da  qalxana 
çevirən” bir adam kimi ələ salırdı. 
Nəticədə, Benton elan etdi ki, əgər Senat onu belə “saxta və qorxaqcasına” 
hücumlardan  himayə  etməkdə  uğursuzluğa  uğrasa,  o,  “özünü  nəyin  bahasına 
olursa-olsun mühafizə etmək” niyyətindədir. Aprelin 17-də, Fut tərəfindən ona bir 
söz  hücumunun  ortasında,  Benton  missisipiliyə  tərəf  irəlilədi,  sonra  geri  dönüb 
kolleqasını saxlamaq üçün ona toxundu. Fut qəflətən tapançasını çıxardıb Bentona 
tuşladı,  bu  vaxt  Benton  dramatik  qaydada  pencəyinin  qabağını  açıb,  qışqırdı: 
“Mənim tapançam yoxdur! Qoy o, məni güllə ilə vursun! Qoy qatil atəş açsın!” 
Heç  kəs  atəş  açmadı.  Senat  şokda  idi  –  onun  xüsusi  komitəsinin  iki 
iştirakçını  ayırmağa  cəhd  etməsinə  baxmayaraq,  bu  iki  adam  arasında  söz 
hücumları kəsilmirdi. Benton Futun kiçik kitab yazmaq niyyətində olduğu hədəsini 
eşitdikdə,  bu  kitabda  Bentonun  l`affaire  (fransızca  adının  çəkilməsi  –  tərcüməçi) 
aparıcı  rol  oynayacaqdı,  Benton  buna  belə  cavab  verdi:  “Futa  deyin  ki,  mən  çox 
böyük  kitab  yazacağam,  onda  ümumiyyətlə  onun  şəxsiyyəti  olmayacaqdır!”  (Və 
bunu o, etdi). Və Fut, Bentonun Missuridə gözlənilən məğlubiyyətindən yapışmağa 
üstünlük verərək, Senata qışqırdı:  “Əgər biz bir tiraniyanın təbəələri  olsaydıq, və 
əgər  biz  illərlə  səbirlilik  üçün  doğulsaydıq,  bəli,  ser,  demək  olar  ki,  30  il  üçün, 
Allaha  şükür,  biz  nəhayət  ucadan  deyərdik  ki,  “tiranı  seyr  edənlər  toz  içərisində 
taqətdən düşür; və Roma yenidən azaddır”. 
Futun  gözlədikləri  bütünlüklə  həyata  keçdi.  Bentonun  Kaliforniyanın 
bölünməsi əleyhinə səs verməsi onun Senatdakı axırıncı mühüm hərəkəti idi. 1851-
ci ilin yanvarında üç fərqli partiya arasında – Bentonun Demokratları, anti-Benton 
Demokratlar  və  Viqlər  arasında  –  on  günlük  sərt  mübarizə,  Missuri 
Qanunvericiliyinin  qırxıncı  səsvermə  ilə  Viqləri  seçməklə  özünün  kulminasiya 
nöqtəsinə  çatdı.  Birləşmiş  Ştatlar  Senatında  otuz  illik  görkəmli  dövlət 
xadimliyindən sonra Tomas Hart Benton biabırçı qaydada öz xidməti vəzifəsindən 
azad edildi və vətəninə çağırıldı.  


 
93 
Qorxmaz  və  hələ  də  asan  yolla  getməkdən  inadkarlıqla  imtina  etməklə 
cazibədar  və  populyar  siyasi  pensiyaçı  Benton  sonrakı  ili  Sent-Lyuisin  təmsilçisi 
kimi  Konqressə  qayıtmaq  uğrunda  mübarizə  apardı.  Onun  kampaniyası  Nyu-
Orleanın  “Crescent”  qəzetinin  müxalifliyinə  müvafiq  olaraq  “nə  ictimai,  nə  də 
şəxsi  məhkumluqdan  qorunmadı.  O,  təhqirin  hər  bir  söyüş  ifadəsi  ilə  taqətdən 
düşürdü.  O,  ingilis  dilinin  söyüş  və  ələ  salma  terminlərinin  bütün  silsiləsindən 
sözlər  çıxarırdı”.  Şəxsi  populyarlığın  son  partlayışlarından  birində  seçildikdə,  o, 
tezliklə  özünün  gələcəkdə  seçilmək  naminə  bütün  şansların  küləklərinə  atdı.  Bu 
onun ən çox yadda qalan, daha söyüşcül çıxışlarından biri idi və Kanzas-Nebraska 
qanununa  (Kanzas-Nebraska  Aktı  1854-cü  ildə  Birləşmiş  Ştatlar  tarixində 
müharibə  əleyhinə  olan  dövrdə  qəbul  edilmişdi.  1820-ci  il  Missuri  Kompromissi 
Luizina  Satın  alınmasının  bir  hissəsindən  quldarlığı  xaric  etmişdi.  Kanzas-
Nebraska  Aktı  ilə  Demokratik  Senator  Stifen  A.Duqlas  tərəfindən  təqdim 
edilməklə  xalq  suverenliyi  prinsipini  irəli  sürürdü.  Buna  görə  Birləşmiş  Ştatların 
ərazilərində  bütün  daxili  məsələlərdə,  bura  quldarlıq  da  daxil  idi,  özünüidarəyə 
icazə veriləcəkdi. Kanzas-Nebraska Aktı istehzalı qaydada milli bölünmə alovunu 
küləkləməklə gücləndirdi. Kanzas ərazisinin özünə quldarlığın lehinə və əleyhinə 
olan  fraksiyaların  miqrasiyası  və  nüfuzlu  institutlara  nəzarəti  ələ  keçirməyə  nail 
olmaq  üstündəki  mübarizəsi  burada  siyasi  xaos  və  qan  axıdılması  dövrünün 
meydana  gəlməsi  ilə  nəticələndi  –  tərcüməçi)  qarşı  öz  partiyasının  əsas 
tədbirlərinin  əleyhinə  yönəlmişdi.  O,  güclü  invektiva  ilə  sevdiyi  Missuri 
Kompromissinin ləğv edilməsinə kömək göstərilməsini pisləyir, ifşa edirdi və milli 
nöqteyi-nəzərə zəmanət verirdi. O, Corciyadan olan üzvün qeydlərini təfsir edərək 
deyirdi  ki,  “o,  Cənub  adamı  və  bölmə  tərəfdarı  kimi  səs  verir.  Mən  də  Cənub 
adamıyam,  lakin  milli  məsələlərdə  milli  qaydada  səs  verirəm...  Mən  doğumuma 
görə Cənubluyam – öz məsləklərimdə, maraqlarımda və əlaqələrimdə Cənubluyam 
və  mən  hər  şeydə  Cənubun  taleyinə  dözməliyəm,  bunda  ştat  özünün  tərəfində 
olmaq hüququna malikdir”. 
1854-cü  ildə  yenidən  seçilmək  cəhdində  məğlub olub,  öz  sevimli  arvadının 
ölümündən  kədərlənən  Benton  hələ  də  tabe  olmağa  hazır  deyildi.  1855-ci  ildə  o, 


 
94 
əbəs  qaydada  yenidən  seçilməyə  çalışdı;  və  74  yaşında  o,  Qubernator  seçilmək 
üçün axırıncı bir ümidsiz cəhdini etdi. Cessi Benton Frimont öz mərd atası barədə 
memuarında  yazırdı  ki,  atası  özünə  məlum  olan  kimi  məhvedici  boğaz 
xərçəngindən  əziyyət  çəkdiyindən  ictimai  yerdə  danışmaq  üçün  qabaqcadan  bir 
neçə gün tam dinməz qalmağı gözləməli olurdu. Hətta o vaxt sərt çıxışlar edəndə 
və  ondan  sonrakı  dövrdə  onun  boğazından  qan  gəlirdi.  Hələ  də  o,  min  iki  yüz 
mildən  artıq  bir  məsafədə  səfər  edərək  Viqlərin  və  anti-Benton  Demokratların 
namizədlərini məğlub etmək üçün ümidsiz çıxışlar edirdi və evinə qayıdanda artıq 
məğlub olmuşdu, lakin fəxr edirdi ki, öz monumental tarixi əsərlərini tamamlayır.  
Təmtəraqlı eqo, buna görə o,  həm sevilirdi, həm də ona nifrət edilirdi, heç 
vaxt  onu  tərk  etmirdi.  Onun  “Otuz  illik  baxışı”nın  naşirləri  mesaj  göndərdi  ki, 
hansı  miqdar  nüsxədə  çap  edilmək  istədiyini  bildirsin,  o,  yumşaqca  cavab  verdi: 
“Ser, onlar Birləşmiş Ştatlardakı əhalinin son siyahıya alınmasından nə qədər ailə 
olduğunu  öyrənə  bilərlər,  ser”;  və  bu  onun  etdiyi  yeganə  təklif  idi.  Öz  əsərinə 
müqəddimədə  Benton  bəyan  edir  ki,  “ölçülərin  çılpaq  nömrələnməsindən  o, 
müəllifdir  və  ilk  təsisçidir,  bu  əsər  demək  olar  ki,  Konqress  Qanunvericiliyinin 
tarixi  olmalıdır”.  “Torpağın  bütün  uzunluğundan  və  enliyindən  uzun  siyahı  –  ev 
adamlarına  tanış  olan  sözlər  təkrar  edilir...  və  öz  çiçəklənməsi  daxilində  şərəfli 
ambitsiyanın  həyəcanlanmağa  başladığını  hiss  edən  kiçik  uşaqlar  tərəfindən 
öyrənilir”. 
O,  əsər  üzərində  möhkəm  işlədiyi  vaxt  öldü.  Onun  əli  artıq  qələmi  tuta 
bilməyəndə,  diqtə  etdiyini  yazan  şəxsi  katibinin  xidmətindən  istifadə  edirdi  və 
hətta  şikayətlənmədən  öz  axırıncı  sözlərini  pıçıldamışdı:  “Mən  rahatam,  mən 
razıyam”.  Onun  ölümü  bütün  millət  tərəfindən  matəm  saxlanılmaqla,  namuslu 
karyerası vaxtı qızlarına topladığı var-dövlətin necə kiçik olduğunu açıb göstərdi. 
Lakin  hətta  ölümündə  və  məğlubiyyətində  Tomas  Hart  Benton  qalib  idi. 
Hələ  keçmişdən  Birliyin  xeyrinə  onun  səsi  Missurini  bacı  qul  ştatları  ilə  birlikdə 
ayrılmaya  qatılması  barədəki  bütün  ümidsiz  cəhdlərə  tabe  olmağın  qarşısını 
almaqda  həlledici  faktorlardan  biri  olmuşdu.  Bentonun  bir  Senator  kimi  öz 
seçicilərinə  axırıncı  məlumatı  müdriklikdən  doğmuş  tale  idi:  “Mən  möhkəm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə