35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   63   64   65   66   67   68   69   70   71

 
213 
bilirəm ki, sən yaxşı olanlara maliksən və sən uzun yolu gedə bilərsən... Bünövrəni 
qoymaq çox çətindirsə, sən çox gənc olanda buna laqeydlik göstərdin və buna görə 
mən sənə bacardığın ən yaxşı şeyləri etməyi məsləhət görürdüm. Mən o qədər çox 
şey  gözləmirəm  və  sən  həqiqi  dahi  ola  bilməyəcəksənsə,  mən  peşiman 
olmayacağam, lakin mən  düşünürəm ki, sən  yaxşı mühakiməsi və təfəkkürü olan 
həqiqi ləyaqətli vətəndaş ola bilərsən”. 
1936-cı ildə Cek Harvardda öz ilk ilinə başladı, orada qardaşı Co artıq tələbə 
idi.  Co  kimi  Cek  də  futbol  oynayırdı.  Qardaşının  atletizmi  onda  yox  idi,  lakin 
qətiyyətliliyin və inadkarlığın güclü resurslarına malik idi. Bədbəxtlikdən bir gün 
oynayanda onun çiynindəki disk sındı – bu xətər qalan bütün həyatı boyu onu cana 
yığdı.  
Sonralar, 1937-ci ildə mister Kennedi Birləşmiş Ştatların İngiltərədəki səfiri 
təyin  olundu  və  Harvardda  qalan  Co  və  Cekdən  başqa  ailəsinin  bütün  üzvləri  ilə 
birlikdə ora köçdü. Atasının işinə görə Cek Avropa siyasəti və dünya işləri ilə daha 
çox maraqlanmağa başladı. Yayda İngiltərəyə və Avropanın digər ölkələrinə səfər 
edəndən  sonra  Cek  Harvardda  tarix  və  idarəetmə  barədəki  bilikləri  daha  böyük 
həvəslə öyrənməyə və cari hadisələri izləməyə can atırdı.  
Co  və  Cek  İngiltərədəki  atalarından  dəfələrlə  məktublar  alırdı,  bu 
məktublarda  atası  onlara  münaqişələri  və  gərginlikləri  qiymətləndirməklə  yanaşı, 
ən  son  yeniliklər  barədə  məlumat  verirdi,  hər  kəs  qorxurdu  ki,  tezliklə  bütöv 
ölçüdəki  müharibə  partlayışı  baş  verəcəkdir.  1939-cu  ildə  almanlar  Polşaya 
müdaxilə edəndə Cek qərara aldı ki, öz böyüklərinə tezis yazıb göndərsin ki, niyə 
Böyük Britaniya Almaniya ilə müharibəyə hazır olmamışdır. Tezis “Niyə İngiltərə 
yatır”  adı  altında  nəşr  edildi.  Kitab  bestsellərə  (daha  yaxşı  satılana  –  tərcüməçi) 
çevrildi.  
1948-ci  ilin  iyununda  Cek  Harvardda  təhsilini  başa  vurdu.  Atası  ona 
Londondan  kabel  teleqramı  göndərdi:  Sənin  haqqında  mən  həmişə  iki  şeyi 
bilmişəm,  biri  odur  ki,  sən  fərasətlisən,  ikincisi  odur  ki,  atanın  sevdiyi  modabaz 
oğlansan. 
 


 
214 
İkinci Dünya müharibəsi və siyasətdəki gələcək 
Co və Cekin hər ikisi donanmada xidmətə girdilər: Co Avropaya göndərilən 
təyyarəçi  idi,  Cek  isə  patrul  torpedo  qayığının  (PT-109)  komandiri  kimi  Sakit 
okeana  yollandı.  Leytenant  Con  F.Kennedi  on  iki  nəfərdən  ibarət  komandaya 
malik  idi,  onların  vəzifəsi  yapon  gəmilərinin  öz  əsgərlərinə  ərzaq  və  sursat 
gətirməsinin  qarşısını  almaq  idi.  1943-cü  ilin  2  avqustunun  qaranlıq  gecəsində 
leytenant  Kennedinin  komandası  sularda  patrulluq  edirdi,  gördükləri  ilk  düşmən 
gəmisini  batırmağa  hazır  idi.  Qəflətən,  olduqca  qəfildən  –  yapon  eskadra 
minadaşıyıcısı meydana çıxdı. 
Gəmi bütün sürəti ilə üzürdü... düz onların üstünə gəlirdi. Leytenant Kennedi 
sükanı  tutub  çalışdı  ki,  onun  yolundan  kənara  çıxsın.  Çox  iri  yapon  hərb  gəmisi 
ancaq  PT-109-u  taran  edib,  onu  iki  yerə  parçaladı  və  Kennedinin  adamlarından 
ikisini  öldürdü.  Digərləri  alova  bürünmüş  öz  qayıqlarından  suya  tullandılar. 
Leytenant  Kennedi  döyüş  zonasındakı  zərbədən  yenidən  zəif  çiynini  yaraladı. 
Komanda  üzvlərindən  biri  olan  Patrik  Makmahon  üzünün  və  əllərinin  dəhşətli 
yanmasından  əziyyət  çəkirdi  və  yaşamaqdan  imtina  etməyə  hazır  idi.  Qaranlıqda 
leytenant Kennedi əmr verdi ki, onu tapsınlar və digər sağ qalanlarla birlikdə dartıb 
gətirsinlər, o, qayığın üzən qalıqlarından asılı qalmışdı. 
Günəş boylananda leytenant Kennedi öz adamlarını bir neçə mil aralıda olan 
kiçik  adaya tərəf apardı.  Özünün  yaralı  olmasına  baxmayaraq,  leytenant Kennedi 
Patrik Makmahonu dartıb sahilə çıxara bildi, Makmahonun xilas köynəyinin bağı 
onun  dişləri  arasında  sıxılmışdı.  Altı  gün  sonra  iki  yerli  ada  sakini  onları  tapdı, 
onlar Cekin kokos qozunun qabığının bir hissəsində nəqş etdiyi xəbəri almışdılar: 
On  bir  sağdır,  yerli  sakin  mövqeyi  və    Nauro  adasının  riflərini  bilir.  Kennedi
Sonrakı günü PT-109-un komandası xilas edildi. Cek vətənə dönəndə öz liderliyinə 
və  igidliyinə  görə  Donanma  və  Dəniz  Korpusu  medalı  ilə  mükafatlandırıldı. 
Müharibə nəhayət başa çatanda sənəti seçmək vaxtı gəlib çatdı. O, müəllim və ya 
yazıçı olmaq istəyirdi, lakin onun qardaşının faciəli ölümü (Conun təyyarəsi İngilis 
Kanalı  (La-Manş  boğazı  –  tərcüməçi)  üzərində  gizli,  yüksək  təhlükəli  missiyanı 
yerinə  yetirərkən  partlamışdı)  Ceki  məcbur  etdi  ki,  öz  planlarını  dəyişsin.  Atası 


 
215 
gələcəyi  barədə  onunla  ciddi  söhbətlər  aparırdı,  bütövlükdə  Ceki  onun  ailəsinin 
iftixarı olmağa inandırdı və Cek Massaçusetsin on birinci Konqress mahalında yer 
tutmaq üçün mübarizəyə başladı – eyni mahalı bir dəfə onun babası, Qəşəng Fits 
təmsil etmişdi, ondan sonra indi o, öz namizədliyini irəli sürürdü. Cek 1946-cı ildə 
bu yeri əldə etməklə qalib gəldi. 
İllər  keçdikcə  Demokrat  Con  F.Kennedi  üç  müddət  (altı  il)  Nümayəndələr 
Palatasında xidmət etdi. 1952-ci ildə o, Henri Kabet Loc-Kiçiyə müxalif olmaqla 
Birləşmiş  Ştatlar  Senatındakı  yer  uğrunda  mübarizə  apardı.  Respublikaçıların 
Prezidentliyə  namizədi  Duayt  D.Eyzenhauer  1952-ci  il  seçkisində  Massaçusetsdə 
209.000 min artıq səs topladı. Buna baxmayaraq, Kennedi Locu 70.000 min artıq 
səslə məğlub etdi. Özünün seçilməsindən qısa müddət sonra otuz altı yaşlı Senator 
Washington  Times-Herald”  qəzetinin  reportyoru  və  fotoqrafı,  iyirmi  dörd  yaşlı 
Jaklin Buvyeyə evləndi. 
Senatda  Kennedi  Əmək  Təşkilatçıları  Komitəsinin  üzvü  kimi  özünə  ad 
qazandı,  bu  komitə  həmkarlar  ittifaqlarını  təhqiq  edirdi.  Komitənin  müşaviri, 
qardaşı  Robertlə  birlikdə  o,  əməkçi  liderlərin  əleyhinə,  bura  yük  maşınları 
sürücülərinin  həmkarlar  ittifaqından  Cimmi  Hoffa  da  daxil  idi,  dramatik 
arqumentlər  irəli  sürdü.  O,  həmçinin  özünü  1956-cı  ildəki  Çikaqo  milli 
qurultayında  da  fərqləndirdi,  burada  o,  Edlay  Stivensonun  namizəd  göstərilməsi 
üçün çıxış etdi. 
Senator  Kennediyə  onun  çiyni  yenidən  sərt  narahatlıq  göstərirdi  və  onu  iki 
cərrahiyyə  əməliyyatına  getməyə  məcbur  etdi.  Sağalan  vaxt  Birləşmiş  Ştatların 
səkkiz Senatoru barədə kitab yazdı, onlar millətin tarixinin həlledici dövrlərində öz 
seçicilərinin  istəklərinin  əksinə  prinsipial  mövqe  tutmuşdular  və  bəzi  səbəblərə 
görə  milli  maraq  naminə  öz  karyeraları  ilə  xudahafizləşmişdilər.  “Mərdlik 
profilləri”  kitabı  1956-cı  ildə  nəşr  olunmuşdu,  bu  kitab  bestsellərə  çevrildi  və 
1957-ci  ildə  tərcümeyi-hal  bölməsi  üzrə  Pulitser  mükafatına  layiq  görüldü.  Elə 
həmin il Kennedinin ilk uşağı, Kerolayn anadan oldu. 
Con  F.Kennedinin  populyarlığı  böyüməkdə  davam  edirdi,  o,  Vitse-
Prezidentliyə  namizəd  göstərilməyə  yaxın  idi.  Namizədliyi  itirdikdə,  Kennedi 


 
216 
qərara aldı ki, sonrakı seçkidə Prezidentlik uğrunda mübarizəyə başlasın. O, uzun 
saatlar  ərzində  işləyirdi  və  uikend  vaxtı  (həftənin  sonunun  istirahət  günlərində  - 
tərcüməçi)  bütün  Birləşmiş  Ştatları  dolaşırdı.  13  iyul  1960-cı  ildə  Demokratik 
partiya  onu  Prezidentliyə  namizəd  irəli  sürdü.  Kennedi  Texasdan  olan  Senator 
Lindon  B.Consondan  xahiş  etdi  ki,  onunla  birlikdə  Vitse-Prezidentlik  uğrunda 
mübarizəyə  başlasın.  8  noyabr  1960-cı  ildəki  ümumi  seçkidə  Riçard  M.Niksona 
çox  yaxın  gedən  bir  yarışda  qalib  gəldi.  Qırx  üç  yaşında  o,  Prezident  seçilən  ən 
gənc adam və ilk katolik idi. Öz inauqurasiyasından əvvəl onun ikinci uşağı, Con-
Kiçik anadan oldu. 
 
Con F.Kennedi – Birləşmiş Ştatların 35-ci Prezidentidir 
Con  F.Kennedi  20  yanvar  1961-ci  ildə  35-ci  prezident  kimi  and  içdi.  Öz 
inauqurasiya  çıxışında  o,  bütün  Amerikanların  fəal  vətəndaşlar  olması  lüzumu 
barədə danışdı. “Soruşma ki, sənin ölkən sənin üçün nə etmişdir, soruş ki, sən özün 
ölkən  üçün  nə  edə  bilərsən”  –  o,  dedi.  O,  həmçinin  bütün  dünya  millətlərindən 
xahiş etdi ki, özünün adlandırdığı “insanın ümumi düşmənləri: tiraniya, yoxsulluq, 
xəstəlik və müharibənin özünə” qarşı birlikdə mübarizə aparmağa qoşulsunlar. 
Prezident  Kennedi  uzun  saatlar  boyu  işləyirdi,  saat  yeddidə  qalxır  və  gecə 
yarısına yaxın, bəzən hətta daha gec istirahətə yollanırdı. O, səhər yeməyi vaxtı altı 
qəzeti  oxuyurdu,  bütün  gün  ərzində  mühüm  adamlarla  görüşürdü  və  öz 
müşavirlərinin  məlumatlarını  öyrənirdi.  Ağ  Ev  Prezidentin  diqqətinin  mərkəzi 
olmasına  baxmayaraq,  əyləncə  yerinə  bənzəyirdi;  Kerolayn  və  Con-Kiçik  altmış 
ildən  çox  bir  müddət  ərzində  Ağ  Evdə  yaşayan  ən  gənc  “ilk  uşaqlar”  idilər. 
Əlbəttə,  burada  məktəbəqədər  tərbiyə  də,  üzmək  üçün  hovuz  da,  və  Ağ  Evin 
çəmənliyində üç ev var idi – prezident Kennedi ölkədə ən məşğul adam olmasına 
baxmayaraq, gülməyə və öz uşaqları ilə oynamağa vaxt tapırdı. 
Ağ  Evin  bərpasında  missis  Kennedinin  tarixi  rolu  vardır.  Onun  incəsənəti 
dəstəkləməsi,  səfir  kimi  səfərləri,  arvad  və  ana  kimi  ictimai  rolu  tezliklə 
Amerikanların və bütün dünyadakı vətəndaşların ürəyini əsir etdi. Ağ Evin bərpası 
başa  çatanda  o,  CBS  televiziyasının  teleturunda,  1962-ci  ilin  fevralında  əlli 


 
217 
milyondan  artıq  Amerikalının  qonağı  oldu.  Bu  tur  elə  yaxşı  qəbul  edilmişdi  ki, 
Televiziya  Sənəti  və  Elmi  Akademiyası  missis  Kennediyə  nailiyyətinə  görə 
Qubernator mükafatı verdi.  
Prezidentin  özü  də  televiziyadan  yaxşı  istifadə  edirdi.  Faktiki  olaraq  o,  ilk 
Prezident  idi  ki,  televiziya  vasitəsilə  birbaşa  Amerikan  xalqına  müraciət  etmişdi. 
Heç bir digər Prezident canlı televiziya mətbuat konfransları keçirməmişdi; 1963-
cü  ilin  noyabrınadək  Prezident  Kennedi  belə  altmış  dörd  çıxış  etmişdi.  Öz 
inauqurasiyasına  bir  həftədən  az  qalanda  onun  ilk  çıxışına  təqribən  altmış  beş 
milyon adam tamaşa etmişdi. 
Vəzifədə  olan  dövr  ərzində  Prezident  çox  məsələlərə  görə  narahat  olurdu, 
bunlardan biri Cənubdakı seqreqasiya (zəncilərin və digər rəngli xalqların ABŞ-da 
ağlardan  ayrılması  barədə  irqçi  siyasət,  onların  bir  evdə,  hətta  şəhərin  ayrı-ayrı 
hissələrində  ağlarla  birlikdə  yaşaması,  ağların  olduğu  teatra,  restorana  getməsi 
qadağan olunurdu – tərcüməçi) və Birləşmiş Ştatlarla Sovet İttifaqı arasında nüvə 
müharibəsinin  mümkünlüyü  idi.  Onun  birinci  hərəkətlərindən  biri  Sülh 
Korpusunun  yaradılması  barədə  icra  göstərişini  imzalaması  oldu.  O,  həmçinin 
inadkarlıqla  Birləşmiş  Ştatların  kosmosa  uçuşda  aparıcı  rol  oynamasını  görmək 
istəyirdi.  5  may  1961-ci  ildə,  Prezident  inauqurasiyasından  dörd  ay  sonra  Alan 
Şepard  kosmosa  çıxan  ilk  Amerikalı  oldu.  20  fevral  1962-ci  ildə  Con  Qlenn  ilk 
amerikalı idi ki, Yer orbitinə çıxmışdı. Bir il sonra Rays universitetindəki çıxışında 
Prezident  Kennedi  dedi:  “Heç  bir  millət  başqa  bir  millətin  liderliyini  gözləmirsə, 
kosmos  uğrundakı  bir  yarışın  arxasında  dayanmağı  gözləməməlidir...  Biz  bu 
onillikdə  Aya  getməyi  və  digər  işləri  görməyi  seçmişik,  ona  görə  yox  ki,  onlar 
asandır,  ancaq  ona  görə  ki,  onlar  çətindir”.  Kennedi  Konqressdən  xahiş  etdi  ki, 
xərcləri iyirmi iki milyard dollardan artıq olan böyük Ay layihəsini bəyənsin.  
1961-ci  ildə  Con  F.Kennedi  Prezident  olanda  çox  sayda  qara  Amerikalı, 
xüsusən  Cənubda  yaşayanlar  açıq  seqreqasiya  ilə  üzləşməkdə  davam  edirdilər. 
Qara  Amerikalılar  yeni  prezidentdən  çox  şey  gözləyirdilər,  seçkidə  ona  dəstək 
vermişdilər,  bir  sıra  mühüm  ştatlarda  onun  qələbəsini  təmin  etmişdilər.  Lakin 
seçkidəki kiçik üstünlüklə qələbəyə Konqressdə işləyən kiçik ehtiyata və onun əsas 


 
218 
Cənub  Senatorlarının  dəstəyini  könülsüz  itirməsinə  görə  Kennedi  əvvəldən 
vətəndaş  hüquqları  qanunçuluğunu  axtarmaqda  tərəddüd  edirdi.  Əvəzində  o, 
qaraları  yüksək  səviyyəli  vəzifələrə  təyin  etmək  barədə  icra  hakimiyyətinə, 
Vətəndaş  Hüquqları  Komissiyasına  arxalanırdı  və  məktəb  seqreqasiyasının  ləğv 
edilməsinin  xeyrinə  danışırdı.  Ancaq  mümkün  olan  mühüm  şəraitlərdə 
administrasiya daha çox şeyi eləməyə məcbur oldu. 
Vətəndaş  hüquqları  nümayişləri  bütün  Cənubda  artdıqca,  nümayişlər 
əleyhinə  zorakılıq  milli  biabırçılığın  mənbəyinə  çevrildi.  Baş  prokuror  Robert 
F.Kennedinin  başçılıq  etdiyi  Kennedi  administrasiyası  federal  hökumətin 
qüvvələrindən  ştatları  seqreqasiyanı  qadağan  edən  qanun  qaydasını  qəbul  etməyə 
məcbur etmək üçün istifadə etdi. 
1961-ci ildə Baş Prokuror dörd yüz federal məhkəmə icraçısını göndərdi ki, 
Azadlıq  Süvarilərini  himayə  etsin,  onlar  vətəndaş  hüquqları  fəallarının  birləşmiş 
qrupu  idi,  ştat  daxili  nəqliyyatda  seqreqasiyanı  pozmağa  görə  həbs  edilmiş  və 
döyülmüşdülər. 
1962-ci  ildə  Prezident  Kennedi  Ceyms  Mereditsin  Missisipi  Universitetinə 
təhlükəsiz  buraxılmasına  əmin  olmaq  qaydasında  Milli  Qvardiyanı  federal 
hökumətin  tabeliyinə  keçirdi.  1963-cü  ildə  o,  həmçinin  Alabama  Milli 
Qvardiyasını  da  federal  hökumətə  tabe  etdi  ki,  iki  qara  tələbənin  Alabama 
Universitetinə  buraxılmasını  təmin  etsin,  onların  Universitetə  buraxılmasını 
Qubernator Corc Uolless pozmuşdu. 
11  iyun  1963-cü  ildəki  milli  televiziya  ilə  müraciətində  prezident  Kennedi 
vətəndaş hüquqlarını ölkənin üzləşdiyi mənəvi böhran kimi qiymətləndirdi və elan 
etdi  ki,  başlıca  vətəndaş  hüquqları  qanunvericiliyini  Konqressə  təklif  edəcəkdir. 
“Prezident  Linkolnun  qulları  azad  etməsindən  gecikmə  ilə  bir  yüz  il  keçmişdir, 
həm  də  onların  törəmələri,  onların  nəvələri  tam  azad  deyillər”.  O,  deyirdi, 
“məsələnin özəyi ondadır ki, bütün Amerikanlar özləri üçün bərabər hüquqlara və 
bərabər  imkanlara  malik  olacaqlarmı,  biz  Amerikan  sirdaşlarımıza  özümüzə 
göstərilən münasibət kimi münasibət göstərməyə başlayacağıqmı”. 


 
219 
Prezident  Kennedi  Birləşmiş  Ştatların  xarici  siyasətini  Soyuq  müharibənin 
bir sıra döyüşlərində müşahidə etmişdi. Onun administrasiyasının erkən dövründə, 
1961-ci ildə, o, göstəriş verdi ki, əvvəlcədən Kubaya planlaşdırılmış müdaxilə icra 
edilsin.  Donuzlar  körfəzinə  müdaxilə  biabırçılıqla  başa  çatdı  və  Kennedi  tədbirin 
darmadağın olunmasının bütün məsuliyyətini öz üzərinə götürdü. 
1962-ci  ilin  oktyabrında  prezident  Kennedi  Sovet  ballistik  raketlərinin 
Kubada  gizli  qurulması  faktını  öyrəndi,  bu,  hətta  Birləşmiş  Ştatların  milli 
təhlükəsizliyi  üçün  böyük  təhlükə  idi.  Kuba  Raket  Böhranı  ərzində  Kennedi 
qorxulu  dilemma  ilə  üzləşmişdi:  əgər  Birləşmiş  Ştatlar  raket  qoyulan  yerlərə 
hücum  etsə,  bu  SSRİ  ilə  nüvə  müharibəsinin  başlanması  risqi  olacaqdı;  əgər 
Birləşmiş Ştatlar heç nə etməsə, bu, öz regionunda nüvə silahları təhlükəsinə daim 
dözmək demək olacaqdı. Hərbi qulluqçuların çoxu raket yerlərinə ləngimədən hava 
hücumu  etmək  barədə  ona  təzyiq  göstərirdi,  lakin  Kennedi  başqa  yolu  seçdi;  o, 
göstəriş  verdi  ki,  Kubaya  “karantin  qoyulsun”  ki,  Sovetlərdən  əlavə  hərbi  sursat 
almağın qarşısı alınsın  və hər  ikisindən  tələb etdi  ki, raketləri  uzaqlaşdırsınlar və 
onların yerlərini dağıtsınlar. 
On  üç  gün  ərzində  dünya  gözləyirdi,  ümid  edirdi  ki,  böhran  sülh 
qaydasındakı qətnamə ilə başa çatacaqdır. Heç kəs bilmirdi ki, Sovet lideri dəniz 
blokadasına  nə  cavab  verəcəkdir.  Nüvə  müharibəsinin  viran  qoyması  ehtimalını 
nəzərə alan Sovet Baş naziri Nikita Xruşşov öz gəmilərini geri qaytardı. Sovetlər 
silah yerlərini demontaj etməyə razılaşdılar və əvəzində Birləşmiş Ştatlar razılaşdı 
ki, Kubaya müdaxilə etməyəcəkdir. 
Avropa  da  Prezident  üçün  təhlükə  mənbəyi  olaraq  qalırdı.  1961-ci  ilin 
iyununda  Vyanadakı  hökumət  başçılarının  görüşündə  Xruşşov  Qərbi  Berlinə 
(Sovetlərin nəzarət etdiyi ərazidə - Şərqi Almaniyada yerləşirdi) müttəfiqlərin daxil 
olmasının  qarşısını  kəsəcəkdir.  Avqustda  Qərbi  Almaniyaya  Berlin  vasitəsilə 
kənara axan Şərqi almanların daşqınını dayandırmaq üçün Xruşşov göstəriş verdi 
ki,  Berlin  Divarı  tikilsin,  bu  iri  beton  divar  olmaqla  şəhəri  iki  hissəyə  bölürdü. 
Düşmənçiliyin digər dünya müharibəsinə aparacağından qorxan Kennedi Birləşmiş 
Ştatların Qərbi Almaniyadakı qoşunlarını və raket qüvvələrini xeyli artırdı. 


 
220 
26  iyun  1963-cü  ildə  Kennedi  Qərbi  Berlinə  səfər  etdi  və  çıxışında  Berlin 
Divarını  kommunizmin  uğursuzluğunun  nümunəsi  adlandırdı:  “Azadlıq  çoxlu 
çətinliklərə  malikdir  və  demokratiya  mükəmməl  deyildir,  lakin  biz  heç  vaxt  öz 
adamlarımızı ölkənin içərisində saxlamaq üçün heç bir divar qoymuruq” – Kennedi 
dedi.  Çıxış  onu  məşhurlaşdıran  “İch  bin  ein  Berliner”  (alman  dilində“Mən 
Berlinliyəm”- deməkdir) kəlməsi ilə tanındı. 
1963-cü  ildə  Sovet  İttifaqı  ilə  Birləşmiş  Ştatlar  arasında  gərginlik  azalan 
kimi  görünürdü.  İyulda  Amerikan  Universitetinə  Akt  günü  münasibətilə 
müraciətində  Prezident  Kennedi  təsdiq  edirdi  ki,  Amerikanlar  Soyuq  müharibə 
stereotiplərini  yenidən  sınaqdan  keçirdilər.  O,  sülh  strategiyasına  çağırdı,  bu, 
“dünyanı  dəyişilmək  üçün  təhlükəsiz  edəcəkdi”  və  xatırlatdı  ki,  Amerikanlar  və 
onların  dünyadakı  vətəndaş  sirdaşları  “Biz  hamımız  bu  kiçik  planetdə 
məskunlaşmışıq.  Biz  hamımız  eyni  hava  ilə  nəfəs  alırıq.  Biz  hamımız 
uşaqlarımızın gələcəyini əzizləyirik və biz hamımız öləriyik”. 
Radioaktiv sirayətlənmənin  təhlükəsindən və nüvə silahlarının  bolluğundan 
narahat olmaqla, Kennedi məhdud nüvə sınağını qadağan edən müqavilənin qəbul 
edilməsinə  təkan  verdi,  bu  müqavilə  yer  səthində,  atmosferdə  və  su  altında  nüvə 
silahları  sınaqlarını  qadağan  edəcəkdi.  Birləşmiş  Ştatlar,  Birləşmiş  Krallıq 
(İngiltərə-  tərcüməçi)  və  Sovet  İttifaqı  müqaviləni  ilkin  imzalayanlar  oldular. 
Kennedi  bu  qanuna  1963-cü  ilin  avqustunda  imza  atdı,  inanırdı  ki,  bu,  onun 
administrasiyasının ən böyük nailiyyətlərindən biri olacaqdır. 
1960-cı  illərin  erkən  dövründə  Birləşmiş  Ştatların  Vyetnamda  hərbi  iştirakı 
böyüyürdü  və  Cənubi  Vyetnamlıların  qabiliyyətinin  böyüməsinə  maraq  artırdı. 
Cənubi Vyetnamın prezidenti Nqo Din Dyem Cənubi Vyetnamı Şimali Vyetnamın 
prezidenti Ho Şi Minin kommunist rejiminə qarşı səfərbər etməyə çalışırdı, axırıncı 
isə  yarıya  bölünmüş  milləti  birləşdirməyə  çağırırdı.  Kennedinin  vəzifədə  olduğu 
illərdə  o,  Amerikadan  Cənubi  Vyetnama  kömək  axınını  artırdı  və  oradakı 
Amerikan  hərbi  məsləhətçilərinin  sayını  çoxaltdı.  Eyni  zamanda,  o,  Dyem 
hökumətinə  təzyiq  göstərirdi  ki,  evini  təmizləsin  və  uzun  müddətli  siyasi  və 
iqtisadi  islahatlara  başlasın.  1  noyabr  1963-cü  ildə  sakit  dövlət  çevrilişi  Kennedi 


 
221 
administrasiyası  tərəfindən  bəyənildi,  Cənubi  Vyetnam  hökuməti  devrildi  və 
prezident  Dyem  öldürüldü.  Öz  administrasiyasının  müddətinin  qalan  hissəsində 
Kennedi Birləşmiş Ştatların Vyetnam üzrə olan gələcək vədlərini pozdu. 
 
Prezident güllələndi 
21 noyabr 1963-cü ildə prezident Kennedi bir sıra siyasi çıxışlar etmək üçün 
təyyarə  ilə  Texasa  uçdu.  Sonrakı  günü  avtomobili  yavaş-yavaş  Dallasda  onu 
salamlayan  adamların  arasından  keçəndə  güllə  səsləri  eşidildi.  Kennedi  ciddi 
surətdə  yaralanmışdı  və  qısa  müddətdən  sonra  öldü.  Güllə  atılmasından  bir  neçə 
saat sonra polis Li Harvi Osvaldı həbs etdi və ona qarşı qətl ittihamını irəli sürdü. 
21 noyabrda digər bir adam, Cek Rubi Osvaldı güllə ilə vurub öldürdü, beləliklə bu 
faciəli hadisə barədə daha çox məlumat verə biləcək bir adam susduruldu. Uorren 
Komissiyası qətli təhqiq etmək üçün təşkil edilmişdi ki,  qalan çox sayda suallara 
aydınlıq gətirsin. 
 
Con F.Kennedinin irsi 
Prezident Kennedinin ölümü nəhəng kədərə və qəmə səbəb oldu. Adamların 
çoxu  xatırlayırdılar  ki,  onun  ölüm  xəbərini  eşidəndə  harada  olmuşdular  və  nə 
edirdilər.  Yüz  minlərlə  adam  Vaşinqtonda  Prezidentin  matəminə  yığışmışdı, 
dünyanın hər tərəfindən milyonlarla adam bunu televiziya ilə müşahidə edirdi.  
Con  Kennedinin  vəzifədə  qısa  müddətdə  olması  xalqın  yaddaşında  onun 
liderliyi, şəxsiyyəti və nailiyyətləri ilə qalmışdır. Çoxları çətin qərarlarla üzləşəndə 
onun soyuqqanlılığına hörmət  edirdilər, digərləri onun bəlağətli  çıxışları  ilə xalqı 
ilhamlandırmaq qabiliyyətinə vurulurdu – bu çıxışlarda o, millətin ideallarını aydın 
tələffüz edirdi. 
O, özünün inauqural çıxışında Amerikan xalqını “insanın ümumi düşməninə: 
tiraniyaya,  yoxsulluğa,  xəstəliyə  və  müharibənin  özünə  qarşı  uzun  alatoranlıq 
mübarizəsində yük daşımalı olan” adlandırmışdı. Və öz ölkəsini və bütün dünyanı 
fəaliyyətə çağırmışdı, onlara xatırlatmışdı ki, “bunların hamısı ilk yüz gündə başa 
çatmayacaqdır. Nə də ilk min gündə də, nə də bu administrasiyanın həyatında, nə 


 
222 
də hətta yəqin ki, bu planetdə bizim ömrümüz ərzində başa çatmayacaqdır. Ancaq 
gəlin biz başlayaq”. 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə