35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri


partiya tam hüquqa malik idi ki, soruşsun ki, əgər ictimaiyyət



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

 
189 
“Demokratik partiya tam hüquqa malik idi ki, soruşsun ki, əgər ictimaiyyət 
milli  administrasiya  növünü  və  ya  ştat  administrasiyasının  növünü  tapmaq 
istəyirsə, Senator Taftın yaxşı münasibətləri mövcuddursa, Taftın qeyd etdiyi kimi, 
o,  istəyir  ki,  cəzalandırılmış  natsistlərin  həyatına  aman  verilsin  və  o,  natsist 
qatillərinin  ölüm  hökmünü  yüngülləşdirmək  barədə  Respublikaçıların  təbliğat 
kampaniyasından ötəri yaxşı yol hazırlaya bilər”. 
Nyu-York  Respublikaçılar  Konqressinin  namizədi  Ceykob  K.Ceyvits  Tafta 
teleqram  göndərərək,  onun  bəyanatını  “gələcək  sülh  naminə  bütün  mübarizə 
aparanlara xətər toxunduran” adlandırmışdı. Birləşmiş Ştatlar Senatına Demokratik 
namizəd Nyu-Yorkda Taftın bəyanatına görə dərin şok keçirdiyini ifadə edirdi və 
qeyd edirdi ki, onun əminliklə danışması “düzgün fikirləşən və yaxşı ağıla malik 
olan  Amerikanlar  tərəfindən  rədd  ediləcəkdir”.  Qubernatorluğa  namizəd  isə  öz 
auditoriyasına  demişdi  ki,  “əgər  Senator  Taft  hətta  natsist  ölüm  düşərgələrinin 
qurbanlarını görsəydi, heç vaxt belə bəyanat verməyə qadir olmazdı”. 
Hətta milli paytaxtda da, haradakı Tafta böyük valeh olunma var idi və onun 
sərt qərəzsizliyi az-çox gözlənilən idi, reaksiya heç də fərqli deyildi. G.O.P. (Great 
Old Party – “Böyük Qoca partiya”, Amerikada Respublikaçılar partiyası çox vaxt 
belə  adlanır  –  tərcüməçi)  liderləri  ümumiyyətlə  şərh  verməyə  meyl  etdilər,  lakin 
özlərinin  Konqress  namizədləri  üçün  nəticələrdən  özəl  qaydada  qorxularını  əks 
etdirirdilər.  Mətbuat  konfransında  Respublikaçıların  Konqress  Kampaniyası 
Komitəsinin sədri bu məsələni şərh etməkdən imtina etdi, bəyan etdi ki, Nyurnberq 
müttəhimləri  barədə  “öz  ideyalarına”  malikdir,  lakin  “Senator  Taftla  ziddiyyətə 
girməyi arzulamır”. 
Ancaq  Demokratlar  sevinirdilər,  baxmayaraq  ki,  şok  qaydasındakı  fasadın 
arxasında  öz  şadlıqlarını  gizlədirdilər.  Həftəlik  mətbuat  konfransında  Prezident 
Trumen  təbəssümlü  qaydada  bildirdi  ki,  bu  məsələ  üstündə  Senator  Taft  və 
Qubernator  Deuey  arasındakı  vuruşun  baş  tutmasına  sevinəcəkdir.  Demokratik 
çoxluğun  Senatdakı  lideri  və  sonrakı  vitse-prezident  –  Kentakkidən  olan  Alben 
Berkeli kampaniya üçün yığılmış auditoriyaya dedi ki, Taft “heç vaxt 1932-ci ildə 
şorba  mətbəxləri  barədə  ürək  kreşendosuna  (musiqidə  səsin  güclənməsi.  Burada 


 
190 
ürəyin sürətli vurması nəzərdə tutulur – tərcüməçi) məruz qalmamışdır, ancaq onun 
ürəyi  Nyurnberqdəki  cinayətkarlara  görə  ağrı  ilə  qan  axıdır”.  İllinoysdan  olan 
Senator  Skott  Lukasın  bəyanatı  isə  tipik  bir  Demokratik  reaksiya  idi,  o,  Taftın 
çıxışını “onun ortabab və qarışıq düşüncəsinin klassik nümunəsi” adlandırmışdı və 
qabaqcadan  xəbər  verirdi  ki,  bu,  “1948-ci  ildəki  Prezidentlikdən  ötəri  olan 
canlanma üçün bumeranq rolunu oynayacaqdır”. 
“İkinci  Dünya  müharibəsinin  11.000.000  vuruşan  veteranı  mister  Tafta 
cavab verəcəkdir... Mən şübhə etmirəm ki, Respublikaçıların Milli Sədri Senatora 
icazə verəcəkdir ki, indi o, bir daha hansısa bir çıxış etsin, çünki Taft məhkəmələri 
Amerikan  nüfuzuna ləkə  adlandırmışdır...Nə  Amerikan  xalqı,  nə  də  tarix  bununla 
razılaşmayacaqdır...  Senator  Taft  buna  inansa  da,  inanmasa  da,  on  milyon  adamı 
qətlə yetirməyə görə məsuliyyət daşıyan bu cinayətkarları müdafiə etmişdir”. 
Hətta  Taftın  Ohayodakı  mahalında,  haradakı  onun  sərt  konstitusionalizmi 
ona  nəhəng  populyarlıq  qazandırmışdı,  Senatorun  çıxışı  qəzəbə,  utanmaya  və 
siyasi  əks-sədaya  səbəb  oldu.  Respublikaçıların  Senatorluğa  namizədi,  keçmiş 
qubernator  Con  Briker,  nəinki  Taftın  yaxın  müttəfiqi  idi,  həm  də  Qubernator 
Deueyin  yanında  1944-cü  ildə  Vitse-Prezidentliyə  namizəd  olmuşdu.  Onun 
Demokratik  opponenti,  üzərinə  Senator  vəzifəsi  həvalə  edilmiş  Ceyms  Haffman 
Brikerə  səsləndi  ki,  ya  Taftla  ya  da  Deueylə  bir  yerdə  dayan,  həm  də  bəyan 
etmişdi: 
“Ölkə  müasir  müharibənin  bəlasından  əziyyət  çəkmişdir,  300.000-dən  çox 
ən  yaxşı  adamını  itirmişdir  və  300.000.000.000  dollar  məbləğindəki  resurslarını 
xərcləmişdir,  çünki  bu  ittiham  edilən  qanqsterlər  öz  hərəkətlərinə  görə  heç  vaxt 
hiss edə bilməmişdilər  ki, qarşılaşacaqları hökmlər  də elə sərt olacaqdır...  Bu elə 
bir vaxtdır ki, beynəlxalq cinayətlərə görə cəza zəifləməməlidir. Belə tənqid, hətta 
əgər ədalətli olsa belə, beynəlxalq tribunallar təsis ediləndə təklif edilməli idi”. 
Toledonun  “Blade”  qəzeti  öz  oxucularına  deyirdi  ki,  “çox  sayda  digərləri 
kimi bu məsələ barədə Senator Taft göstərmişdir ki, o, qəribə ağıla malikdir. Onun 
köməyi ilə hər şeyi görür və praktiki olaraq heç nəyi başa düşmür...”. 


 
191 
Klivlendin “Plain Dealer” qəzeti yazırdı ki, Taft “texniki cəhətdən dəqiq ola 
bilərdi,  lakin  dönüb  dünyadakı  bütün  tarix  boyu  ən  pis  boğazkəsənlər  dəstəsinin 
sərbəst  buraxılması,  belə  ümidsizliklə  qurulmasına  bəşəriyyətin  ehtiyacı  olduğu 
prinsiplərin  dünyaya  verilməsini  uğursuzluğa  düçar  edəcəkdir:  təcavüzkar 
müharibəni planlaşdıran və başlayan prinsip isə aydın şəkildə bəşəriyyət əleyhinə 
cinayətdir”. 
Senator  Taft  öz  tənqidçilərinin  acgözlüyündən  qəmgin  olurdu  –  və  onu 
xüsusi  olaraq  narahat  edən  o  idi  ki,  bəraətlənmiş  natsist  liderlərindən  biri  Frants 
fon  Papen  özünün  dustaqxanadan  buraxılması  barədə  müsahibə  götürənlərə 
demişdi ki, Taftın çıxışından razıdır. Taftın sözçüsü məsələni bir ifadəli bəyanatla 
yekunlaşdırdı: “O, məsələ barədə öz düşüncələrini bəyan etmişdir və hiss edir ki, 
əgər  başqaları  onu  tənqid  etmək  istəyirlərsə,  qoy  onlar  bunu  davam  etdirsinlər”. 
Lakin  Ohayo  Senatoru  başa  düşə  bilmirdi  ki,  niyə  onun  köhnə  tərəfdarı,  qəzetin 
köşə yazarı Deyvid Lourens onun mövqeyinin “texniki söz” oyunundan başqa bir 
şey olmadığını bildirmişdi. Və həmin vaxt o, xüsusən daha çox məyus olmalı idi 
ki,  Konstitusiya  mövzusu  üzrə  hörmətli  müəlliflər,  Amerikan  Vəkillər 
Assosiasiyasının prezidenti, onun İcra Komitəsinin sədri və qanun sənətinin digər 
aparıcı  üzvlərinin  hamısı  onun  bəyanatına  görə  peşimançılıq  ifadə  edirdilər, 
mühakimələri beynəlxalq qanuna müvafiq olan bir tədbir kimi müdafiə edirdilər. 
Çünki  Robert  Taft  çıxışında  nə  “natsist  qatilləri  müdafiə  etmək”  istəmişdi 
(Həmkarlar İttifaqının lideri onu buna görə ittiham etmişdi), nə də izolyatsionizmi 
(əksər müşahidəçilərin nəzərdə tutduğu kimi) müdafiə etməmişdi, o, yalnız qanun 
və  ədalət  barədə  sərt  konstitusionalizm  apostolu  kimi  ənənəvi  Amerikan 
konsepsiyasının  həyata  keçirilməsinin  qiymətləndirilməsini  müdafiə  etmişdi; 
həyatın  və  hökumətin  konservativ  kursunun  baş  müdafiəçi  vəkili  kimi  Robert 
Alfonso  Taft  öz  partiyasının  ehtiyatlı  mövqeyinə  və  ya  özünün  Prezident  olmaq 
perspektivinə xətər toxunması imkanından da qoruna bilməmişdi. Ona belə gəlirdi 
ki,  ədalət  risq  zərbəsi  altına  qoyulmuşdur  və  bütün  digər  əsaslanmalar  bayağıdır. 
Köşə  yazarı  həmin  vaxt  müşahidə  etmişdi  ki,  “bu,  nəhayət,  Senator  Taftın  qatı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə