35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

 
183 
Lakin  o,  siyasi  liderdən,  “Mister  Respublikaçıdan”  daha  artıq  idi.  O,  daim 
Taft idi – və beləcə “Mister Vicdanlılıq” idi. Senatorun babası Alfonso Taft 1830-
cu  ildə  vəkil  praktikası  ilə  məşğul  olmaq  üçün  Qərbə  köçmüşdü,  öz  atasına 
yazmışdı  ki,  “sənin  Nyu-Yorkda  tapa  bildiyin  böyük  insan  kütləsinin  bədnam 
eqoizmi və şərəfsizliyi, mənim düşüncəmə görə, burada məskunlaşmaq üçün ciddi 
maneədir”.  Və  Senatorun  atası  Uilyam  Houard  Taft  (ABŞ  prezidenti  olan  vaxt  – 
tərcüməçi)  Pinçotun,  Ruzveltin  (söhbət  Teodor  Ruzveltdən  gedir  –  tərcüməçi)  və 
öz  partiyasının  proqressiv  elementlərinin  aşıb  daşan  müxalifətinə  qarşı  öz  Daxili 
İşlər  katibi  Ballinceri  müdafiə  etdiyinə  görə  siyasi  igidliyin  və  siyasi  təhqirin  nə 
olduğunu bilmişdi. 
Ona  görə  də  Bob  Taft,  öz  tərcümeyi-halçısının  təsvir  etdiyi  kimi, 
“vicdanlılıq üçün doğulmuşdu”. O, Senatda sazişi heç vaxt pozmayan adam kimi 
tanınırdı,  heç  vaxt  özünün  dərindən  hiss  etdiyi  Respublikaçı  prinsiplərində 
kompromissə  getmirdi,  heç  vaxt  siyasi  yalandan  istifadə  etmirdi.  Onun  ən  acı 
siyasi düşməni olan Harri Trumen Senator vəfat edəndə deyəcəkdi: “Onunla mən 
ictimai  siyasətdə  heç  vaxt  razılaşmırdım,  lakin  o,  mənim  harada  dayandığımı 
bilirdi  və  mən  də  onun  harada  dayandığını  bilirdim.  Biz  Senator  Taft  kimi 
intellektual  cəhətdən  vicdanlı  adamlara  möhtacıq”.  Onun  qərəzsizlik  nümunələri 
nəhayətsiz və təəccüblü idi. Ohayolu bir dəfə özəyində Respublikaçı ferma ərazisi 
olan  qrupa  dedi  ki,  ferma  qiymətləri  çox  yüksəkdir;  və  o,  deyirdi  ki,  “indiyədək 
başqa  bir  ferma  qrupu  vardır  ki,  onların  adamlarının  kadillaklarda  (o  dövrün  ən 
bahalı  maşın  markası,  ABŞ-da  avtomobil  sənayesinin  mərkəzi  sayılan  Detroyt 
şəhərinin  banisinin  şərəfinə  bu  adı  daşıyır  –  tərcüməçi)  gəzmələrini  görməkdən 
yorulmuşam”.  Geniş  federal  mənzil  tikintisi  proqramına  dəstək  verməsi,  öz 
kolleqasına bu sözləri deməsinə səbəb olmuşdu: “Mən eşidirəm ki, sosialistlər Bob 
Taftı  ələ  almışdır”.  O,  Taft  tərəfindən  imzalanmış  izah  messajına  aludə  olan 
mühüm siyasi tərəfdarına məlumat vermişdi ki, onun köməkçisi “düjinlə bu şeyləri 
göndərmişdir”, bunsuz da Senator görürdü ki, öz imzaladıqlarından bu çox azdır. 
Və o, kolleqasına xəbər verdi ki, öz dostlarının ideyalarını birbaşa rədd etmişdir; 
lakin soyuqqanlılıqla və tərəddüdsüz olaraq onları “boş şey” adlandırmışdı. Uilyam 


 
184 
S.Uayt  yazmışdı:  “O,  niyyətin  aydın  qərəzsizliyinə  malikdir,  bütünlüklə 
qərəzsizliyə həsr olunmasa da, zalda bunu qeyri-adi dərəcədə təzələyirdi”. 
Belə nəticə çıxarmaq səhv olardı ki, Senator Taft özünün şəxsi əlaqələrində 
soyuq  münasibət  göstərən  və  kəskin  idi.  Senatda  və  Senatın  Əmək  Komitəsində 
həyatının  son  aylarında  onunla  qısa  müddətli  birgə  xidmətimizdən  mən  yalnız 
təəccübümü və onun qeyri-adi şəxsi məlahəti barədə yaranan güclü təəssüratını və 
üslubunun tərkisilah edici sadəliyini qeyd edə bilərəm. Bu elə keyfiyyətlər idi ki, 
azalmayan igidliklə birləşməklə, onları bütün həyatı boyu və xüsusən də ömrünün 
son  günlərində  göstərmişdi,  həm  də  bunlar  öz  tərəfdarlarını  ona  qırılmaz  tellərlə 
bağlamışdı. 
Güman  ki,  biz  həm  də  vaxt  etibarilə  Senator  Taftın  karyerasındakı  əks 
elementlərə elə yaxınıq ki, tarixi perspektivdə onun həyatına qadir ola bilərik. Bu 
adam güclü sərt düşmənlərini ilhamlandıran kimi, öz ardıcıllarını da güclü surətdə 
özünə  həsr  olunmağa  sövq  edirdi.  Bu,  bir  çox  illər  keçdikdən  sonra  daha  yaxşı 
mühakimə yürütməyə imkan verəcəkdir, illər kifayət edəcəkdir ki, çox sayda siyasi 
və  qanunvericilik  döyüşlərini  müsbət  həll  etmək  mümkün  olsun,  beləliklə  biz  öz 
zamanımızı daha aydın şəkildə qiymətləndirə biləcəyik. 
Lakin  1946-cı  ildən  kifayət  qədər  bir  vaxt  keçdi  ki,  Senator  Taftın  həmin 
ildəki  mərdlik  hərəkətlərinə  olan  baxışlardan  bəzi  şeyləri  ayırmağa  qadir  olaq. 
Deniel  Uebster  və  ya  Edmund  Rossun  hərəkətlərinə  bənzəməyərək,  bu,  heç  də 
tarixi  dəyişdirmədi.  Con  Kvinsi  Adamsın  və  ya  Tomas  Bentonunkulara  da 
bənzəməyərək, bu, onun Senatdan uzaqlaşmasına gətirib çıxarmadı. Əvvəlki təsvir 
edilən  igidlik  faktlarının  çoxuna  bənzəməyərək,  bu,  hətta  Senat  zalında  da  baş 
vermədi.  Lakin  qərəzsizliyə  yaxşı  yanaşılmayan  bir  dövrdə  sadə  bir  qərəzsizlik 
hissəsi olmaqla, dözümsüzlük və düşmənçilik vaxtında bu, ədalət üçün cəsarətli bir 
müraciət idi, ona görə də onu yada salmağa dəyər. 
 
1946-cı ilin oktyabrında Ohayodan olan Senator Robert A.Taft Vaşinqtonda 
Respublikaçıların baş sözçüsü idi, milli siyasi arenada partiyasının müdafiəçisi idi, 
1948-ci ildə Prezidentliyə namizəd olmalı idi. Bu elə bir vaxt idi ki, hətta Senator 


 
185 
və xüsusən də Bob Taft kimi bu qədər çox şeyi karta qoymuş bir Senator özünün 
belə  yüksək  nüfuzuna  görə  bu  qədər  açıq  danışanda  dilini  gözləməli  idi.  Partiya 
onun  bütöv  həyatı  idi,  Konqressin  Respublikaçılarının  adından  danışan  vaxt 
payızdakı  seçkilərdə  uğur qazanmağa  bir  daha yenidən  yaxın  idi. Konqressin hər 
iki  palatasında  partiyası  üzərində  nəzarəti  əldə  etməsi  Bob  Taftın  nüfuzunu 
artırmışdı,  onun  Prezidentliyə  namizəd  göstərilməsi  hüququna  kömək  etmişdi  və 
atasının 1912-ci ildə bir qədər biabırçı qaydada oradan sıxışdırılıb çıxarılmasından 
sonra  Ağ  Evə  zəfər  çalmış  kimi  qayıtmasının  yoluna  daş  döşəyəcəkdi.  Və  ya 
dövrün  əksər  siyasi  müşahidəçilərinə  belə  gəlirdi  ki,  kim  öz  üzərinə 
Respublikaçıların liderliyini götürmüşdüsə, o, kiminsə planını pozmaq üçün heç nə 
deməyəcəkdi. Konqress öz sessiyasına fasilə verdikdə, irəli sürülən Demokratlara 
qarşı güclü bir dalğa hərəkətə gəldi, belə aydın olurdu ki, Senatora adi məsələlər 
barədə adi kampaniya çıxışlarından artıq heç nə lazım olmayacaqdır. 
Lakin  Senator  Taft  narahat  idi  –  və  o,  narahat  olanda  danışmaq  onun  adəti 
idi.  O,  Ox  (Almaniya,  Yaponiya  və  İtaliyanın  İkindi  Dünya  müharibəsindəki 
ittifaqı  –  tərcüməçi)  liderlərinin  hərbi  cinayətlərinin  məhkəmələrinə  görə  narahat 
idi,  o  vaxt  bu  məhkəmə  Almaniyada  başa  çatmışdı  və  Yaponiyada  başlanmağa 
yaxın idi. Nyurnberq Mühakimələrində on bir qatı natsist diqqəti cəlb edən sənədli 
ittiham  əsasında  “təcavüzkar  müharibəyə  başlamağa”  görə  təqsirkar  hesab 
edilmişdi,  bu,  bütün  dünyada,  xüsusən  də  Birləşmiş  Ştatlarda  populyarlıq 
qazanmışdı.  Yüksək  tribunalın  artıq  elan  etdiyi  ölüm  hökmü  də  eyni  qaydada 
populyar idi. 
Lakin  bu  hansı  bir  növ  mühakimə  idi?  “Nə  qədər  çox  kitab  oxunsa  da  və 
yazılmış  işlərin  və  ya  qısa  şərhlərin  toplumunda  belə,  heç  bir  məsələ  Ali 
Məhkəmənin  hakimi  Uilyam  O.  Duqlasın  bu  yaxınlarda  yazdığı  kimi, 
“hüquqşünaslar  bunu  nə  qədər  yaxşı  təhlil  etsələr  də,  nə  natsistlərin  mühakimə 
edildiyi  cinayətlər,  nə  də  qanundan  kənar  qaydada  beynəlxalq  birlik  tərəfindən 
ölüm  cəzasının  verilməsi  heç  vaxt  bizim  qanun  standartlarımızın  tələb  etdiyi 
definitsiyalarla  cinayət  kimi  rəsmiləşməmişdir.  Bizim  standartlara  görə  ex  post 
facto  (latın  dilində  -  “baş  vermiş  faktdan  sonra”  –  tərcüməçi)  qanunun  tələbi  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə