35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

 
180 
 
Corc  Norrisin  Silahlanmış  Gəmi  Billinə  qarşı  obstruksiyası,  bilavasitə 
Prezidentin  hərəkətinin  qarşısını  almaq  məqsədi  və  ona  cəhd  etdikdə  milləti 
müharibədən  kənarda  qoymaq  uğursuzluğa  uğradı,  bir  neçə  ay  sonra  millət 
müharibəyə  gömüldü.  Onun  Al  Smitə  görə  apardığı  kampaniya  da  uğursuzluğa, 
özü də qorxulu uğursuzluğa uğradı. Və həm də Senator sonrakı illərdə öz dostuna 
bu sözləri etibar etdi: 
“Bu, çox tez-tez baş verirdi, biri nəyisə etməyə cəhd etdi və uğursuz oldu. O, 
narazılığı  hiss  etdi  və  həm  də  o,  illər  keçdikdən  sonra  aşkar  etdi  ki,  onun  etdiyi 
cəhd  bir  səbəbə  malik  idi,  bu  səbəb  o  idi  ki,  niyə  başqası  həmçinin  onu  tutur  və 
uğur qazanır. Mən həqiqətən də inanıram ki, proqressiv sivilizasiya üçün nədənsə 
istifadə  etsəydim,  bu  şeylərdə  müvəffəqiyyət  qazanardım,  mən  həqiqətən 
etdiklərimə nisbətən nəsə etməkdə uğursuzluğa uğradım”. 
Corc  Norris  ictimai  vəzifənin  uzun  müddətində  həm  uğur,  həm  də 
uğursuzluq qazanmışdı, onun fəaliyyəti amerikan siyasi həyatının yarım əsrə yaxın 
olan  bir  dövrünədək  uzanırdı.  Lakin  adamın  və  onun  karyerasının  mahiyyəti 
Nebraskadan olan Respublikaçı Senatora verilən ənam da 1932-ci ilin sentyabrında 
Demokrat Prezidentliyinə namizəd tərəfindən ələ keçirilmişdi: 
“Tarix soruşur ki, adam vicdanlıdırmı? 
Adam təmənnasızdırmı? 
Adam mərdliyə malikdirmi? 
Adam seçiciyə malikdirmi?” 
Amerikada  bu  gün  az  sayda  dövlət  xadimi  vardır  ki,  onlar  belə  dəqiq  və 
aydın ölçü ilə Corc U.Norrisin verdiyi suallara müsbət cavab versin. 
 
 
 
IX 
 


 
181 
 
 
Robert A.Taft 
 
 
“...Fərdi azadlıq adamın öz fikirləri barədə düşünməsidir. . .” 
 
 
Ohayonun axırıncı senatoru Robert A.Taft heç vaxt Birləşmiş Ştatların 
Prezidenti  olmamışdır.  Bunda  da  onun  şəxsi  faciəsi  öz  ifadəsini  tapır.  Bunda  da 
onun milli böyüklüyü öz ifadəsini tapır. 
Çünki  Prezidentlik  Bob  Taftın  bütün  Senatorluq  karyerası  boyu  can  atdığı 
məqsəd  idi,  keçmiş  Prezidentin  oğlunun  bu  ambitsiyası  daim  özünün  həyata 
keçməsini  arzu  edirdi.  Bir  onillikdən  artıq  müddətdə  Respublikaçılar  fəlsəfəsinin 
aparıcı  nümayəndəsi  olmaqla,  “mister  Respublikaçı”  hətta  namizədliyi  əldə 
etməyin özündə belə üç müxtəlif hadisəyə görə uğursuzluğa uğradı. 
Lakin  Robert  A.Taft  həmçinin  elə  adam  idi  ki,  inandığı  təməl  prinsipləri 
həyata  keçirməyi  tezləşdirməkdə  ilişib  qalmışdı  –  və  bu  fundamental  prinsiplər 
mübahisəli  məsələ  olanda,  hətta  Ağ  Evə  heç  şirniklənməyəndə  də  və  ya  onun 
namizədliyinə  xətər  toxundurmaq  imkanları  yarandıqda,  o,  bunlar  barədə 
danışmağını belə kəsmişdi. O, bacarıqlı siyasətçi idi, lakin bir hadisədə o, siyasətçi 
mövqeyinə uyğun olmayanı müdafiə etmək barədə danışmağı seçdi, elə güman etdi 
ki,  bu  ambitsiyalar  öz  təsdiqini  tapacaqdır.  Buna  baxmayaraq  o,  parlaq  siyasi 
analitik idi. Bilirdi ki, onun həyatı boyu siyasi fəlsəfəsinin fundamental ehkamları 
ilə  razılaşan  müəyyən  sayda  Amerikan  seçiciləri  parlament  azlığı  olmaq  taleyinə 
yiyələnəcəklər və dəstəyin yeni blokunun tərifinə layiq olacaqlar – bu vaxt Taftın 
potensial  seçicilərini  əhatə  edən  istənilən  qrup  yadlardan  qayğıkeşliklə 
təmizlənəcəkdir  –  hətta  o,  daim  ümid  etdiyi  məqsədə  çatmayacaqdır.  Həm  də  o, 
dəfələrlə  özünün  analizlərinin  məsləhət  gördüyü  tam  təmkinlilik  küləklərinə 


 
182 
atılmışdı,  hansı  qrupa  boyun  əyməkdən,  istənilən  məsələdə  dinməzliyə  riayət 
etməkdən imtina etmişdi. 
Senatda  Bob  Taftın  karyerası  Con  Kvinsi  Adamsda  olduğu  kimi, 
populyarlıqla  prinsip  arasında  daim  döyüşün  getməsi  deyildi;  o,  Tomas  Hart 
Benton kimi öz vicdanlılığını müdafiə etmək üçün mübarizə aparmırdı. Prinsipləri 
adətən onu belə nəticəyə gətirib çıxarırdı ki, seçicilərinin və siyasi tərəfdarlarının 
böyük hissəsi onu dəstəkləməyə hazırdır. Bəzi təsadüflərdə siyasi davranışı siyasi 
ambitsiyalarını  əks  etdirməsinə  baxmayaraq,  əksər  fundamental  məsələlərdə 
populyarlıq  onun  üçün  yol  göstərən  deyildi.  Əməyin  idarə  olunması  ilə  əlaqədar 
Taft-Harley  Aktı  sənayeləşmiş  Ohayoda  ona  çox  səs  gətirmədi,  çünki  həmkarlar 
ittifaqlarının  fəaliyyətində  onun  yüyənlərini  təsdiq  edənlər  onsuz  da  Taftın 
tərəfdarları  idilər;  lakin  Senata  1950-ci  il  seçki  kampaniyası  ərzində  Ohayonun 
həmkarlar  ittifaqlarından  qəzəbli  anti-Taft  məzəmmətləri  gəlirdi  və  bu  belə  bir 
inamı qidalandırırdı ki, Taft Prezident rəqabətində qalib gələ bilməz, bu inam isə 
1952-ci  ildə  onun  namizəd  göstərilməsi  şansına  öz  təsirini  göstərdi.  Ancaq  eyni 
zamanda  o,  Taft-Harley  Aktının  dostları  ilə  ziddiyyətə  girdi  və  özünün 
Respublikaçılar  partiyasındakı  liderliyinə  təhsil,  mənzil,  səhiyyə  və  digər  rifah 
tədbirlərini dəstəklədiyinə görə təhlükə yaratdı. 
Onun  ənənəvi  mövqeyindən  açıqca  uzaqlaşanlar  şok  yaratdılar,  onlar  dərk 
etmirdilər  ki,  Taftın  konservatizmi  güclü  praqmatizm  gərginliyini  daşıyır,  bu  da 
onu  məcbur  edir  ki,  inamına  görə  özəl  sahibkarlıq  sisteminin  adekvat  qaydada 
xidmət  göstərmədiyi  zonalarda  federal  fəaliyyətin  intensivliyini  dəstəkləsin.  Taft 
inanırdı  ki,  bu,  konservativ  doktrinaya  daxil  deyildir;  konservatizm,  onun  rəyinə 
görə, məsuliyyətsiz olmaq demək deyildir – beləliklə o, konservativ fəlsəfəyə yeni 
ölçülər verirdi; nüfuzu və qüvvəsi ən aşağı səviyyəyə çatanda o, bu inamda ilişib 
qalmışdı və onu geri, məsuliyyət və hörmət səviyyəsinə aparırdı. O, qeyri-adi lider 
idi,  çünki  natiqlik  və  kəlmə  düzəltməyin  zərif  sənətinə  yiyələnməmişdi,  partiya 
xəttinə  də  özünü  kor-koranə  həsr  edə  bilmirdi  (buna  baxmayaraq,  özü  onu  diqtə 
edirdi) və siyasətçinin əks mövqelərdən və məsələlərdən özünü qorumaq kimi təbii 
instinktə də malik deyildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə