35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

 
168 
verə  bilməsəydi,  Konqress  onun  qəbul  edilməsini  dayandıra  bilərdi  və  Norris  və 
onun  kiçik  qrupu  ümid  edirdi  ki,  1916-cı  il  Prezident  kampaniyası  ərzində  xalq 
tərəfindən seçilmiş yeni Konqress – “o bizi müharibədən kənarda saxlayır” şüarına 
əsaslanaraq  –  tədbirin  əksinə  birləşə  bilər  və  ya  ən  azı  onu  ehtiyatlı  şəkildə 
müzakirə edərdi. Sonrakı iki gün ərzində səsvermənin qarşısının alınması isə yalnız 
bir  sözlə  -  obstruksiya  ilə  (filibuster  –  ABŞ  Konqressində  bir  fraksiya  tərəfindən 
müzakirəni süni surətdə uzatmaq yolu ilə qanun layihəsinin qəbul edilməsinə mane 
olmaq üçün tətbiq edilən vasitə - tərcüməçi) ovsunlana bilərdi. 
Senatda  obstruksiya  sui-istifadələrini  yoluna  qoymaq  üçün  qaydaları 
dəyişdirməyin  tərəfdarı  olan  Corc  Norris  güclü  surətdə  hiss  etdi  ki,  müharibə 
məsələsinin  özü  “metodu mənim pozmağımın  acığına” taktikasını qəbul etməklə, 
təhlükə  altına  qoyulmuşdur.  Parlament  zalında  öz  qrupunun  lideri  kimi  o,  çıxış 
edənləri  təyin  etdi  ki,  müzakirəni  pozmaq  üçün  heç  bir  imkanın  olmamasına  və 
qanun layihəsinin müzakirəyə qoyulacağına qadir olduğuna əminlik yaransın. 
Senatdakı  ən  yaxın  dostlarından  çoxu  onun  bu  davranışından  heyrətə 
gəlmişdilər. Arxadakı vətənində anti-alman qəzəb hissindən agah olan bir Senator 
şikayətlənmişdi  ki,  “heç  bir  ştat,  yalnız  ərköyünlərlə  məskunlaşan  ştat,  Norrisin 
etməyə  çalışdığını  təsdiq  edəcəkdir”.  Lakin  Nebraska  özünün  gənc  Senatorunun 
mövqeyini  təsdiq  etmədi.  Müzakirə  gedən  vaxt  Nebraska  qəzetləri  nazik  pərdə 
arxasından  xəbərdar  edərək,  məlumat  verirdi  ki,  Nümayəndələr  Palatasında 
dəhşətli  səsvermə  “xalqın  hisslərini  təmsil  edir”.  Və  Nebraska  Qanunvericiliyi 
artıq  yekdilliklə  Prezident  Vilsona  “Nebraska  ştatının  bütün  vətəndaşlarının 
hansısa  siyasi  partiyaya,  hansısa  qana  və  ya  doğum  yerinə  məxsus  olmasına 
baxmayaraq,  bunda  Amerikanların  hüququnu,  millətimizin  ləyaqətini  və 
bayrağımızın  şərəfini  dəstəkləməyin  zərurətini  tapa  bilsələr,  loyallığını  və 
bölünməz müdafiəsini” vəd edirdi. 
Lakin  Corc  Norrisi  öz  vicdanı  idarə  edirdi.  O,  deyirdi:  “Başqa  qaydada 
Konqressin  üzvü  ifadə  olunan ictimai  hissinə  çəki  verəndə  ancaq  avtomat  maşına 
çevrilir  və  Konqres  nə  vətənpərvərlik,  nə  təhsil  və  nə  də  heç  bir  igidlik  tələb 
etmirdi”. Və beləliklə, yalnız onu saxlayan öz vicdanı ilə Senator saat mexanizmi 


 
169 
kimi  işləyirdi  ki,  öz  kiçik  qrupunun  yatmış  ruhlarını  dəstəkləsin.  Davam  edən 
müzakirələr üçün yeni çıxış edənlər hazırlasın və obstruksiyanın sonuna qədər hər 
bir müxalif hərəkəti yoxlasın.  
Norris  sonralar  danışırdı  ki,  bəzi  Senatorlar  özəl  qaydada  ona  yaxınlaşıb 
obstruksiyanın uğurlu olmasını arzu edirdilərsə, bu vaxt məsələ qaldıran partiya öz 
müstəvilərində  Prezidentin  mövqeyinə  ardıcıl  olaraq  ictimai  qaydada  dəstək 
verirdi.  Norris  onlara  deyəndə  ki,  vacib  məsələ  ona  əmin  olmaq  idi,  çox  sayda 
çıxışçılar  olsun,  ifadə  etdikləri  nöqteyi-nəzərə  məhəl  qoymadan  Norrislə  özəl 
razılaşmaya görə, Prezidenti iki dəstəkləyən adam qanun layihəsinin xeyrinə uzun-
uzun danışırdı. 
Müzakirə  gündüz  və  gecə  davam  edirdi;  və  4  mart  səhərində  Senat 
qaydasızlığa bürünmüş bir səhnə idi. Norris sonralar yazmışdı: “Bu son dəqiqələr 
mənim xatirimdə yaşayacaqdır”. 
“Bu zalda adamlar emosiyalarını bildirmək üçün qullara çevrilirlər. Hirsin və 
acığın hücumu, mənim mühakiməmə görə, heç vaxt Birləşmiş Ştatlar tarixində bu 
dərəcədə olmamışdı. Saat günortaya gəlib çatanda sədr təxirə salınmanı elan etdi. 
Obstruksiya  qalib  gəldi.  Konfransın  məlumatına  görə  Amerikan  gəmilərinə 
silahlanma vermə səlahiyyəti Senatın sanksiyası ilə uğursuzluğa düçar oldu. Bütün 
ölkəni  gərginlik  həyəcanı  bürüdü  və  bu,  xüsusən  Senatın  özündə  yayıldı...  Mən 
obstruksiya  ədalətli  hesab  edilən  gündən  hiss  etdim  ki,  heç  vaxt  bu  məsələdə 
iştirakıma  görə  üzr  istəməyəcəyəm...  (Biz)  vicdanlı  qaydada  inanırdıq  ki,  bu 
mübarizədə  bizim  hərəkətlərimizlə  müharibədə  Amerikanın  iştirakının  qarşısını 
aldıq”. 
Lakin  onların  qələbəsi  ötüb  keçən  bir  iş  idi.  Çünki  Prezident  tələsik 
Konqressin  xüsusi  sessiyasını  çağırmaqla,  üstəlik  bu  vaxt  Senat  debatı 
məhdudlaşdırmaq  üçün  bağlamaq  qaydasını  qəbul  etdi  (Norrisin  köməyi  ilə),  - 
həmçinin elan etdi ki, qanunun sonrakı sınaqdan keçirilməsi bunu aşkarladı ki, icra 
hakimiyyətinin  səlahiyyətinə  artıq  Konqressin  hərəkəti  olmadan  gəmiləri 
silahlandırmaq  da  daxildir.  Və  Prezident  həmçinin  indiyədək  dəfələrlə  sitat 
gətirilən  “özününkündən  başqa  heç  bir  rəyi  təmsil  etməyən,  Birləşmiş  Ştatlar 


 
170 
böyük  hökumətinin  köməksiz  və  nifrət  edilən  olmasına  çevrilməsini”  istəyən 
niyyətli adamların kiçik qrupuna xətər toxundurmaqda da sərbəst olacaqdı. 
Corc  Norris  Prezidentin  qıcıqlandırıcı  ittihamını  özlərinin  dediyi  kimi, 
vicdanla öz vəzifəsini yerinə yetirməyə cəhd edən adamlara qarşı ciddi ədalətsizlik 
adlandırırdı;  lakin  alman  mətbuatı  tərəfindən  onların  üstünə  tökülən  bədbəxt  və 
köməksiz  tərif  istisna  olmaqla,  “Amerikan  jurnalistikasının  salnaməsində  bənzəri 
olmayan  epitetlər  həmin  adamların  ünvanına  yazılırdı”.  Luisvillin  “Courier 
Journal”  qəzetinin  sözlərinə  görə,  onlar  “lənətin  əbədiliyini”  qazanmışdılar. 
Konqress  zalında  kütləvi  mitinq  Norrisi  və  onun  kolleqalarını  “satqın  və 
məzəmmətə  layiq”  adamlar  kimi  məhkum  etdi,  onlar  “okeanlarda  Ulduzları  və 
Zolaqları  (ABŞ-ın  dövlət  bayrağı  –  tərcüməçi)  müdafiə  etməkdən  imtina 
etmişdilər”.  Nyu-York  meri  başqa  bir  mitinqdə  qışqıra-qışqıra  deyirdi  ki,  “vaxt 
gəlib  çatmışdır  ki,  bu  ölkənin  xalqı  iki  sinifə  -  Amerikalılara  və  satqınlara 
bölünsünlər”. 
Hatfordun  “Courant”  qəzeti  onları  “siyasi  avaralar”  adlandırırdı  və  Nyu-
Yorkun  “Sun”  qəzeti  Birləşmiş  Ştatların  on  iki  Senatoruna  “əxlaq  pozğunları 
qrupu” yarlığını vurmuşdu. Providensin “Journal”-i onların hərəkətini “xəyanətdən 
bir  qədər  gödək”  adlandırırdı  və  “New  York  Times”  belə  xarakterizə  edirdi  ki, 
“xəyanətkar  niyyətin  biabırçılığı  əbədi  olaraq  onların  adının  üstündə  qalacaqdır”. 
Nyu-Yorkun  “Herald”  qəzeti  əvvəlcədən  xəbər  verirdi  ki,  “əgər  adları  tarixə 
düşməsə,  onlar  xoşbəxt  olacaqlar,  yoxsa  Benedikt  Arnoldunku  kimi  həmin  adlar 
mötərizəyə alınardı”. 
Sonrakı onilliklərdə Senator Norris onun müstəqil və dilə gətirilən nöqteyi-
nəzərlərinin üstünə atılan zəruri rəhmsiz təhqirlərə qarşı dayanmağı öyrəndi. Senat 
zalının özündə o, “bolşevik”, irəliləyişin düşməni, satqın və daha nə kimi sözlərlə 
adlandırılacaqdı.  Lakin  bu  vaxt  sərt  söyüş  sözləri  və  köhnə  dostlarının  onu  tərk 
etməsi  ona  ağır  yara  vurdu.  Bir  günorta  vaxtı  bir  neçə  sərnişin  –  kiçik  vaqonda 
Vaşinqtonu  tərk  edəndə,  Norris  və  La  Follette  onların  yanında  oturdular.  Onun 
poçtu  təhqiramiz  idi,  bir  neçə  məktubdakı  eskizlər  onu  alman  uniformasında  və 
medalları ilə təsvir edirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə