35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

 
171 
Nebraska  mətbuatı  öz  gənc  Senatorunun  məhkum  edilməsinə  qoşuldu. 
Omaha  “World  Herald”  (bu  qəzet  birinci  səhifədə  “Vətəndaş  müharibəsi 
dövründən  Böyük  Böhranda  tərəddüd  qaydasında  hərəkət  edən  on  iki  Senatorun 
siyahısını  vermişdi)  haray  çəkirdi  ki,  “hansısa  bir  adam  onun  düşüncəsinə  inana 
bilərdimi ki, Amerikan hökuməti bu təhqirləri ram edib, tabe edə bilər?” 
“Vilsonun  başçılığı  altında  mütləqiyyət  monarxiyasının  qurulması  barədə 
Norrisin qorxusu bir ağılsızlıq idi” – bunu Linkolnun “Star” qəzeti demişdi. “Bəlkə 
də  bu  zarafatdır.  Əgər  zarafat  deyilsə,  mister  Norrisin  dostları  onun  əqli 
vəziyyətinə  qayğı  göstərməlidirlər”.  Və  Ohamanın  “Bee”  qəzeti  onun  Prezident 
hakimiyyətindən qorxusunu “Senatorun sağlam düşüncəsinə olan azacıq etibarı əks 
etdirməsi” kimi düşünürdü. 
Vaşinqtonda buna inanırdılar ki, Nebraskadan olan təzə adamı onun vicdanı 
idarə  edir,  bir  Vaşinqton  müxbirinin  sözləri  ilə  deyilsə,  bu,  onu  “öz  siyasi 
ölümünə” aparacaqdır. Qəzəblənmiş Nebraska ştat Qanunvericiliyi sevincli həvəslə 
qətnaməni  qəbul  etməklə,  ştatın  Prezident  Vilsona  və  onun  siyasətinə  etimadını 
nümayiş etdirdi. 
Corc  Norris  “öz  xalqım  məni  məhkum  etdi...  və  belə  düşündü  ki,  mən 
ştatımı  təmsil  etmirəm”  sözlərini  deyərək,  darıxdırıcılığa  yaxın  bir  şəkildə 
kədərləndi.  Populyarlığın  onun  standartı  olmamasına  baxmayaraq,  cəhd  etdi  ki, 
sonralar yazdığı kimi, öz karyerası boyu “mən ürəyimdə inanırdım ki, xalqım üçün 
böyük  ölçüdə  nə  düzgündürsə  onları  edim”.  Beləliklə,  “əgər  onlar  məni 
istəmirlərsə,  Nebraska  xalqını  təmsil  etməyə”  könülsüz  olmaqla,  o,  dramatik  bir 
qərar  verməyə  gəlib  çıxdı  –  o,  Senatdan  azad  olmasını  və  xüsusi  geri  çağırılma 
seçkisinə tabe olacağını təklif  etdi  ki, “qoy seçicilərim onları  Vaşinqtonda təmsil 
edib,  etməməyimi  qərara  alsınlar”.  Qubernatora  və  Respublikaçıların  ştat  sədrinə 
məktubunda  o,  xüsusi  seçki  keçirilməsini  israr  edirdi,  onun  nəticəsi  ilə  kənara 
çəkilməyə  və  hətta  Konstitusiya  hüquqları  onu  geri  çağırılmaqdan  mühafizə  etsə 
belə, bundan imtina etməyə razılıq verdi. 
Senatda  təəccüblənən  dostlarının,  isteriyanın  və  yaxşı  maliyyələşdirilmiş 
müxalifətin onun məğlubiyyətinə əmin olması, müharibə üçün mandat almaq kimi 


 
172 
başa düşülməsi variantından qorxunu bölüşməklə, o, öz məktubunda Qubernatora 
təkid  edirdi  ki,  “əgər  rəsmi  davranışım  onların  istəklərinə  əksdirsə,  Nebraska 
xalqını təmsil etməyə heç bir arzum yoxdur”. 
“Aldığım  məhkumluq...  mənə  göstərir  ki,  güclü  imkan  vardır  ki,  getdiyim 
kurs  təmsil  etdiyim  xalqı  qane  etmir  və  elə  görünür  ki,  düz  olan  yalnız  elə  bir 
məsələdir ki, onların qərarına tabe olacaqdır. 
Ancaq  mən  hətta  seçicilərin  yekdil  tələbi  ilə  öz  vəzifə  andıma,  Konqressin 
müharibə elan etmək hüququna yeganə sahib olduğu mənasına tabe olaraq, zor edə 
bilmərəm...  Əgər  mən  bunu  etməkdən  imtina  etməklə  Nebraska  xalqının 
arzularının  əleyhinə  gedirəmsə,  onda  mən  geri  çağırılmalıyam  və  bu  yeri 
doldurmaq  üçün  başqa  birisi  seçilməlidir...  Buna  baxmayaraq,  mən  möhkəm 
qaydada  öz  xəttimin  düzgün  olduğuna  inanıram,  əgər  ölkənin  fərasətli  və 
vətənpərvər vətəndaşlığı yalnız məsələnin hər iki tərəfini eşitmək imkanına malik 
olsa, xristianlığın bütün qulları və bütün siyasi maşınlar, sərvət yığıla bilsə, bizim 
əcdadlarımızın  uğrunda  vuruşduğu  hökumət  prinsiplərini  məğlub  edə 
bilməyəcəyinə  də  inanıram...  əgər  mən  səhvəmsə,  onda  mən  təkcə  vəzifədən 
getməyə  borclu  deyiləm,  lakin  mən  bunu  etməyi  arzulayıram.  Əgər  mən  rəsmi 
hərəkətlərimdə  qəzet  kombinasiyasının  diqtəsinə  və  ya  hətta  Birləşmiş  Ştatlar 
Prezidentinin rezin möhürü naminə kor-koranə əməl etməyi gözləməliyəmsə, onda 
bu ictimai vəzifəni tutmağa mənim heç bir arzum yoxdur”. 
Senator  öz  mövqeyinin  izahını  Linkolnda  açıq  mitinqdə  elan  etsə  də, 
mətbuat  öz  vətəninə  səfəri  vaxtı  ona  əsasən  məhəl  qoymurdu.  Respublikaçıların 
Milli Komitə üzvü olmağa cəhd edəndə, o, mitinqdə sədr kimi hərəkət etməli idi, 
bir ləyaqətli centlmen onu xəbərdar etmişdi ki, “bu mitinqi narazılıq baş vermədən 
keçirmək mümkün olmayacaqdır. Mən düşünürəm ki, mitinq pozulacaqdır və ya ən 
azı sən elə dost  olmayan  auditoriyaya  malik  olacaqsan  ki, bu sənə anlaşıqlı  çıxış 
etməyə  imkan  verməyəcəkdir”.  Dostlarından  biri  ona  təlqin  edirdi  ki,  xəstəliyini 
bəhanə gətirib yığıncağı ləğv etsin, Norrisə deyirdi ki, belə yüksək coşqunluq vaxtı 
o, Nebraskaya qayıtmaqla ən kədərli səhv etmişdir. Digərləri bildirirdilər ki, bütün 
auditoriyaya təşviqatçılar dağılacaqlar ki, onun arqumentlərinin təqdimatını qeyri-


 
173 
mümkün  etsinlər və Senatora deyirdilər  ki, obstruksiyanın sonrakı  intensivləşdiyi 
vaxtdan üç Amerikan ticarət gəmisi torpedo zərbəsinə məruz qalmışdır, bu hadisə 
onun  seçicilərinin  qəzəbini  daha  da  artırmışdır.  “Mən  həyatımda  elə  bir  günü 
xatırlaya  bilmərəm  ki,”  –  Senator  öz  tərcümeyi-halında  yazırdı,  -  “o  vaxt  mən 
yalnız ruh düşkünlüyünü hiss etməkdən daha çox əzab çəkmişdim. Dostlarım məni 
inandırmağa  çalışırdılar  ki,  Nebraska  əhalisi  demək  olar  ki,  yekdilliklə  mənə 
qarşıdır”. 
Sədrlik  etmək  üçün  bircə  dosta  və  ya  tərəfdara  malik  olmağa  qadir 
olmamasına  baxmayaraq,  Norris  iclası  keçirməyi  qərara  aldı.  “Mən  özüm  zalı 
kirayəyə  götürdüm”  –  o,  özünün  tərk  olunmuş  otel  otağında  yeganə  reportyora 
demişdi: “və bu, mənim iclasım olmalı idi. Heç kəsə xahiş etmədim ki, mənə və ya 
fəaliyyətimə sponsorluq etsin. Lakin  mən nəyə görəsə üzr istəməyəcəyəm və heç 
nəyi geriyə götürən deyiləm”. 
Gözəl  bahar  axşamı  otelindən  şəhər  iclas  zalına  gedəndə,  Norris  narahat 
şəkildə qeyd etdi ki, üç mindən artıq adam – razılaşanlar, bədbinliklə və maraqla 
yanaşanlar  –  auditoriya  zalını  doldurmuşdular,  çoxları  skamya  cərgələri  arasında 
və  küçədə  dayanmışdılar.  Sakit,  lakin  bir  qədər  titrəyə-titrəyə  səhnəyə  onların 
qarşısına çıxdı, bir qədər dinməz dayandı, iri qara kostyumda və ayaqqabı bağına 
bənzəyən  nazik  qara  qalstukda  olan  bir  fiquraya  gözlər  dikilmişdi.  “Mən  dost 
olmayan  auditoriyanı  gözləyirdim”  –  o,  yazırdı  –  “və  müəyyən  qorxu  ilə  irəli 
addımladım.  Auditoriya  zalının  arxasına  girəndə  və  oradan  səhnəyə  çıxanda, 
burada ölü bir sakitlik var idi. Ancaq mən alqış gözləmirdim; və sevindim ki, məni 
fitə basmırlar”. 
Özünün sadə, sakit, həm də gərgin üslubunda Senator Norris sadə bir kəlmə 
ilə çıxışına başladı: “Mən vətənə gəlmişəm ki, sizə həqiqəti deyim”. 
“Qəflətən  auditoriyadakı  bütün  skamyalardan  alqış  partlayışı  eşidildi. 
Mənim həyatım boyu heç vaxt alqış  mənə  indiki kimi belə xoş gəlməmişdi... Bu 
ümumi  xalqın  ürəyindəkilər  idi,  belə  bir  inam  idi  ki,  auditoriyanın  və  təmsil 
etməməyimin  əsasında  siyasi  qüdrət  və  təsir  vardır,  bu  təbliğat  barədə  nəsə  süni 
olan bir şey idi”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə