35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   49   50   51   52   53   54   55   56   ...   71

 
159 
Lakin professor Vudro Vilsonun (o, görkəmli tarixçi idi, ABŞ tarixinə dair 
beş  cildlik  fundamental  əsərin  müəllifidir  –  tərcüməçi)  siyasi  atəşin  baptizminə 
başlıca  hissi  ondan  ibarət  idi  ki,  o,  Senatı  dünyada  bacarıqlı  və  ən  qüdrətli 
qanunvericilik orqanı kimi qiymətləndirirdi. Hakimiyyətin bu hissəsində və bacarıq 
buna qoşulmağa yol axtaran Senatorlardan tələb edirdi ki, federal qanunvericiliyin 
artan təsiri ilə daxili işlərin içinə tullansınlar. Lakin hətta daha vacibi o idi ki, Senat 
tədricən  xarici  işlər  cəbhəsində  hakimiyyətini  artırırdı  –  hakimiyyət  millətin 
birliyində,  bizim  milli  yüksəlişimiz  böyüdükcə  çoxalırdı,  hakimiyyət  Senatı  on 
doqquzuncu  əsrdə  daha  mühüm  orqan  etmişdi,  onun  qərarlarının  əsl  nəticələri 
quldarlıq  məsələsi  üstündə  Senatda  nəhayətsiz,  lakin  bəhrəsiz  qaydada  əziyyət 
çəkən Uebster, Kley və Kalhounun parlaq hərəkətlərindən daha səmərəli idi. 
Millət daxili böhran hesabına parçalandı. 1850-ci ildə Senatorlardan igidlik 
tələb  olunurdu,  belə  ki,  millət  beynəlxalq  böhrana  da  gömülmüşdü.  Con  Kvinsi 
Adams,  Corc  Norrisin  Vaşinqtona  gəldiyi  vaxtdan  yüz  il  əvvəl  bunu  həyata 
keçirmişdi. Lakin o, qabaqcadan görə bilməzdi ki, dünyada bu millətin rolu daim 
geri  qayıdan  böhranları  və  narahat  edici  problemləri  Birləşmiş  Ştatlar  Senatına 
gətirəcəkdir,  böhranlar  Corc  Norris  kimi  adamları  məcbur  edəcəkdir  ki,  vicdanlı 
seçicilər  arasında  seçim  etsinlər,  problemlər  Bob  Taft  kimi  adamları  məcbur 
edəcəkdir ki, prinsiplə populyarlıq arasında seçim etsinlər. 
İyirminci əsrdə bu təkcə siyasi mərdlik əhvalatları deyildi, yəqin ki, hətta ən 
görkəmli  və  ya  mühüm  əhəmiyyətə  malik  olmaq  da  deyildi.  Həm  də  Senatın 
təbiətinin dəyişməsi, onun işi və üzvləri elə görünürdü ki, təkrar olunma azalır, bu 
isə  millətə  böyük,  lakin  populyar  olmayan  prinsiplərin  müdafiəsi  uğrunda 
dayanmağa ilham verir. Güman ki, biz hələ də o vaxta çox yaxınıq ki, onlar tarixi 
perspektivdən daha çox ayrılan hərəkətlərin arasında hansısa bir gün siyasi mərdlik 
salnaməsində  məlumatın  ləyaqəti  kimi  öz  möhürünü  vuracaqdır.  Güman  ki, 
iyirminci əsrin Senatoru Edmund Ross və Tomas Hart Benton üslubunda hərəkət 
etməklə bir təməl məsələyə görə öz bütöv gələcəyini risq altında qoymayacaqdır. 
Güman ki, bizim siyasi mərdliyə aid müasir hərəkətlərimiz Sem Hyustonun və Con 
Kvinsi  Adamsın karyerasını dağıdan  üslubda qalxmayacaqdır. İndiyədək, nə vaxt 


 
160 
ki,  biz  qət  edirik  ki,  Senatoru  məhkum  edən  qəzet  bu  gün  minlərlə  dəfə  çoxlu 
seçicilərə çatacaqdır. Necə ki, Deniel Uebsterin bütün məşhur və aydın yalvarışları 
bir  yerə  qoyulurdu,  iyirminci  əsrin  siyasi  mərdliyinin  bu  əhvalatları  drama 
xarakteri alacaqdır, həyəcanın və ilhamın isə hamısı onların özününkü olacaqdır. 
 
 
 
VIII 
 
 
Corc Norris 
 
“Mən vətənə gəlmişəm ki, sizə həqiqəti deyim” 
 
1910-cu  ilin  erkən  vaxtlarında,  düz  qış  günortasının  saat  1-ində 
Pennsilvaniyadan  olan  nümayəndə  Con  Dalzell  Spiker  kürsüsünü  tərk  edib 
Kapitoli  restoranında  gündəlik  bir  fincan  kofesini  içmək  və  bir  parça  piroqunu 
yemək  üçün  Nümayəndələr  Palatasının  zalından  çıxdı.  Onun  gedişi  adi  qaydada 
olan kimi deyildi – çünki Spiker postundan palatanı idarə etməkdə birinci köməkçi 
olmaqla  zalı  daim  dəqiq  olan  bir  saatda  tərk  edirdi  və  demək  olar  ki,  yerini 
Ayovadan  olan  nümayəndə  Uolter  Smitə  verirdi.  Lakin  həmin  xüsusi  yanvar 
günortasında  nümayəndə  Dalzellin  cərgələr  arası  ilə  pırpız  başla,  qara  saya 
kostyumda  və  kiçik  ayaqqabı  bağı  kimi  qalstukdakı  gedişi  nümayəndələr 
tərəfindən  məmnunluqla  müşahidə  olunurdu.  Və  Spiker  köməkçisi  palatanın 
qapısına  çatanda,  bu  vaxt  Nebraskadan  olan  Respublikaçı  Nümayəndə  Corc 
U.Norris Nümayəndə Smitin yanına gəlib xahiş etdi ki, əgər mümkünsə iki dəqiqə 
onu dinləsin. Aparıcı Respublikaçı, Kannon-Dalzell qrupunun üzvü olan Smit həm 
Norrisin dostu olduğundan, razılaşdı. 


 
161 
Onun  təəccübünə  bu  səbəb  oldu  ki,  nümayəndə  Norris  o  vaxt  müzakirədə 
olan  qətnamənin  düzəldilməsini  istəyirdi,  -  qətnamə  Ballincer-Pinçot  danışığı 
disputunu  təhqiq  etmək  üçün  birgə  komitə  tərəfindən  tələb  olunmuşdu  –  bütöv 
Nümayəndələr Palatası təhqiqat komitəsini təyin etməyi vacib sayırdı, buna qədər 
isə adətən  belə seçim aparmaq səlahiyyətləri Spikerə verirdi. 
Paj oğlanlar Kannon və Dalzelli tapmaq üçün ora-bura qaçırdılar. Dərəcəsinə 
görə  bu,  üsyan  idi  –  ilk  cəhd  idi  ki,  “çar”  Kannonun  əvvəlcədən  qeyri-məhdud 
hakimiyyətini  məhdudlaşdırsın!  Lakin  Norris  israr  edirdi  ki,  onun  bütünlüklə 
arzuladığı  yalnız  düzgün  təhqiqatın  aparılmasıdır,  heç  də  administrasiyanın 
düzəltdiyi  bir  şeyin  qəbul  edilməməsidir.  Pinçot  tərəfdarları  Respublikaçıların 
üsyançı  yoldaşlarına  və  xüsusilə  bütün  Demokratlara  qoşularaq  o,  düzəlişin  146 
səsə qarşı azacıq səs çoxluğu və ya 149 səslə qəbul olunmasına nail olmuşdular. 
Bu  qüdrətli  Spikerin  heç  vaxt  ağrısını  çəkmədiyi,  ilk  dəfə  olaraq  yerinə 
oturdulması idi və o, and içdi ki, bunu heç vaxt unutmayacaqdır. Lakin Corc Norris 
üçün təhqiqat qətnaməsi üzrə qələbə yalnız ilkin addım idi. Çünki köhnəlmiş qara 
pencəyinin döş cibində illərlə əvvəl layihəsi hazırlanmış bükülü qətnamə var idi – 
qətnaməyə görə Nümayəndələr Palatası Spikerdən daha çox Qaydalar Komitəsinin 
özünün üzvlərini təyin etməli idi, bu komitə isə bütünlüklə palataya proqramı diqtə 
edirdi və həm də ona bütövlüklə Spiker tərəfindən ağalıq edilirdi. 
1910-cu ilin Müqəddəs Patrik günündə (Bu bayram martın 17-də qeyd edilir. 
İrlandiya apostolu, orada  missioner  fəaliyyəti göstərmiş  Müqəddəs Patrikin (385-
461-ci  illər)  xatirəsinə  həsr  olunur  –  tərcüməçi)  Norris  “çara”  müraciətini  etmək 
üçün  qalxdı.  Yalnız  bir  neçə  dəqiqə  əvvəl,  Kannon  əhalinin  siyahıya  alınması 
barədə  qanun  layihəsini  öz  kohortası  (kohorta  –  qədim  Romada  legionun  bir 
dəstəsi  idi,  sonralar  imperatorların  devrilməsində  və  yenilərinin  hakimiyyətə 
gətirilməsində  mühüm  rol  oynamışdılar  –  tərcüməçi)  tərəfindən  irəli  sürülməsini 
idarə etmişdi, bu, Konstitusiyaya görə üstünlük əldə etmək idi və qaydadan kənar 
kimi  qiymətləndirilə  bilərdi,  buna  görə  də  sənəd  əhalinin  siyahıya  alınmasını 
onların  öz  əllərinə  keçirməsinə  imkan  verirdi.  Norris  dedi:  “Mister  Spiker,  mən 
Konstitusiyanın  üstünlük  verdiyi  qətnaməni  təqdim  edirəm”.  “Centlmen  onu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə