35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

 
177 
edən,  lakin  qadağanı  səmərəli  etmək  üçün  ölkədəki  bütün  rom  qaçaqmalçılarına, 
içki alverçilərinə qarşı o qədər də çox şey etməyən siyasətçilərdən daha çox etibar 
edirəm”.  
Bunlar mərd hisslər idi, lakin qəzəbli seçicilərə təsirini itirirdi. Onun qatarı 
ştatdan keçib Omahaya istiqamət götürdükdə, orada ümummilli radio ilə, bir neçə 
radio stansiyaları vasitəsilə Smit barədə danışmalı idi, uzun müddət dostluq etdiyi 
adamlar  və  Respublikaçı  liderlər  qatarın  üstünə  dırmaşdılar  ki,  öz  partiyaları  və 
karyeraları  adından  müraciət  etsinlər.  Nebraskanın  qüdrətli  Anti-Salon  Liqasının 
başçısı,  əvvəllər  Norrisin  mühüm  müdafiəçisi  olan  adam  özünün  hakimiyyət 
məsələsi iynəsini boş  şey  adlandırdı. “Bu  kampaniyadakı məsələ içki  məsələsidir 
və Norris onu bilir. Əgər o, Smitin xeyrinə çıxış etsə, Liqa onun vasitəsilə hərəkət 
edəcəkdir”.  Norrisdən  soruşanda  ki,  belə  baxışlarla  1930-cu  ildəki  yenidən 
seçilmək  üçün  necə  cəhd  göstərəcəkdir,  o,  buna  quru  şəkildə  cavab  verdi:  “Belə 
şeylər  məni  onun  yanına  qova  bilər”.  Omahadakı  iri  baptist  kilsəsinin  pastoru 
Senatora yazmışdı ki, “bizi ümumiyyətlə təmsil etmir və biz onun administrasiyaya 
olan münasibətindən xəcalət çəkirik”. Lakin Norris öz cavabında sakitcə keşişdən 
soruşdu  ki,  o,  “öz  gözündəki  tiri  çıxarmağa  cəhd  etmişdirmi  ki,  eləcə  də  öz 
qardaşının gözündəki tozcuğu necə dartıb çıxarmaq barədə fikirləşir”.  
Respublikaçı liderlərin köhnə mühafizəçisi əvvəlcədən ən azı özəl qaydada 
israr edirdi ki, Norris “Respublikaçı olmamışdır”, bu ittihamı həmin vaxt onlar açıq 
şəkildə  dilə  gətirirdilər.  Lakin  elə  bu  vaxt  Norrisin  özünü  daha  artıq  həsr  etdiyi 
dostlarından  çoxu  bu  nizə  zərbəsindən  qorxularını  ifadə  etdi.  Kiçik  biznesmen 
Nebraska qartalı barədə deyirdi ki, “mən 20 il ərzində Norrisi dəstəkləmişəm, lakin 
daha heç vaxt dəstəkləməyəcəyəm. O, siyasi cəhətdən dəyişəndir və əqli cəhətdən 
pis  əhval-ruhiyyədədir  və  Ruzvelt  (söhbət  prezident  Teodor  Ruzveltdən  gedir  – 
tərcüməçi)  vaxtından  hər  bir  Respublikaçı  administrasiyaya  qarşı  əks  mövqedə 
dayanır. Senator öz pərəstişkarlarına daha hörmətlə yanaşmalıdır, nəinki onlar öz 
püşkünü  “yaş”  Demokratlarla  birgə  atmağı  gözləməlidirlər”.  Norrisin  birinci 
Konqress  katibi  reportyorlara  demişdi  ki,  o,  “Prezidentliyə  Tammani  namizədini 
səlahiyyətsiz qaydada Senatorun dəstəkləməsinə sərt qaydada müxalifdir”. 


 
178 
Respublikaçıların 
Qurultayında 
Norrisin 
Prezidentliyə 
namizəd 
göstərilməsini dəstəkləyən nümayəndə mətbuata demişdi ki, Norris “mənim siyasi 
vicdanımı  özünün  jilet  cibində  gəzdirmir.  Mən  onun  tutduğu  yerdə  dayanmasını 
görəndə  dərindən  kədərlənirəm.  Norris  yeni  dostlar  axtarmalıdır  və  əgər  o,  Nyu-
York  tərəflərdə  olanları  axtarmağı  seçsə,  bu  onun  üstünlüyü  olacaqdır.  Lakin 
bədbəxtlikdən  o,  vəzifəyə  girmək  üçün  Respublikaçılar  partiyasını  istifadə  etdiyi 
bir nəqliyyat vasitəsi hesab edir və bu vaxt özünün bayraq gəzdirənlərindən imtina 
edir”. 
Uoltillin  “Times”  qəzetinin  naşiri  yazırdı  ki,  “mən  bunu  kədərlə  deyirəm, 
ancaq  Norris  barədə  deyirəm.  Siyasi  cəhətdən  o,  səhrada,  öz  proqressiv 
dostlarından çox uzaqda olmaqla, itmişdir”. 
Linkolnun  prokuroru  demişdi  ki,  “yüzlərlə  ac  fermer  və  ya  susuzluqdan 
yanan “yaş” üçün orta hesabla siyasi cəzadan az da olsa, hansısa bir bağışlanma ola 
bilər. Lakin Norris qabiliyyətdə və təcrübədə olan bir dövlət xadimi üçün heç bir 
bağışlanma yoxdur”. Həmin prokuror Norris düşərgəsinə yaxın adam idi. 
Lakin  Corc  Norris  ac  fermerə  kömək  etmək  istəyirdi,  əgər  bu  susuzluqdan 
yanan  “yaşa”  kömək  etmək  mənasını  versə  də,  onun  müraciəti  və  ya  hücumları 
təsirsiz qaldıqda, o, Omahada Smit üçün ona haqq qazandıran bir güclü səbəb irəli 
sürdü.  O,  dedi  ki,  Nyu-York  qubernatoru  Tammaninin  diqtəsindən  yuxarı 
qalxmışdır,  bu  vaxt  Respublikaçılar  Qurultayının  istifadə  etdiyi  texnikalar 
“Tammani  Zalına  ağ  xalatlı  müqəddəs  kimi  xarici  görünüş”  verəcəkdi.  O,  öz 
auditoriyasına  dedi  ki,  əks  partiyanın  namizədini  müdafiə  edən  “ən  hörmətli 
kampaniyada  səyahət  edir,  çünki  Herbert  Huverin  özü  on  il  əvvəl  buna  bənzər 
qaydada  hərəkət  etmişdi.  Lakin  çıxışının  əksər  hissəsi  hakimiyyət  trestinə  - 
“sürüşkən  barmaqları  olan  osminoq  ənamları  yığıb,  onları  hər  bir  od  tərəfinə 
qoyur” deyə hücumdan ibarət idi, həm də “dinməz dayanmaqla günah işlətdikdə, 
biz  etiraz  etməli  olanda,  bu  etiraz  adamlardan  qorxaqlar  düzəldir”  məsələlərini 
müzakirə etməkdən imtina etdiyinə görə Huverin üzərinə hücum idi. 
Nəticədə,  Norris  dini  məsələlər  ilə  qarşılaşdıqda  öz  müraciətini  açıq 
şəkildəki bu sözlərlə qurtardı: 


 
179 
“Bir  vətənpərvər  kimi  bu  bizim  borcumuzdur  ki,  qeyri-Amerikan 
doktrinasını  kənara  ataq  və  dözümsüzlük  məşəlini  qaldıranları  məzəmmət  edək. 
İstənilən dinə bütün inanc gətirənlər birləşə və bizim siyasi işimizi xalqımız üçün 
xoşbəxtliyin maksimum yekununa doğru irəli apara bilər”. 
Lakin 1928-ci ildə Nebraska əhalisi dözümlülük mövzusunu eşitməyə və ya 
məsələləri  müzakirə  etməyə  hazır  deyildi.  Katoliki  və  “yaş”ı  dəstəklədiyi  üçün 
Norrisin  üzərinə  teleqramlar  axışıb  gəlirdi.  Norris  sonralar  demişdi:  “Smit  üçün 
rəsmi Omaha bəyanatı gəldikdən sonrakı tufan nə vaxtsa rastlaşdığımdan daha çox 
sərt idi. Bu yaxşı idi ki, mən təhqir məsələsində müəyyən məşq keçmişdim”. Hətta 
onun arvadından qəzetlər sitat gətirərək deyirdilər ki, o, nə Smitə, nə də Huverə səs 
verməyəcəkdir:  “Mən  bütün  bunlarda  Corcun  arxasınca  getməyəcəyəm...  Mən 
həmişə “quru” olmuşam və hətta əgər Corc ona səs versə də, mən ona səs verməyə 
hazırlaşmıram”.  Eyni  qüdrətə  malik  olan  Omahanın  Demokratik  “World  Herald” 
qəzeti  Vudro  Vilsonun  prinsipcə  əleyhinə  olduğuna  görə  ona  hücum  etmişdi,  bu 
vaxt  isə  Senator  Norrisi  “onun  gözəl  mərdliyinə  və  özünü  həsr  etməsinə  görə” 
alqışlamağı bacardı, digər Nebraska qəzetləri onu Tammani Zalına görə öz ştatını 
ayağa  verməkdə  ittiham  etdi.  O,  bunu  belə  bir  ümidlə  edirdi  ki,  dörd  il  sonra 
özünün  Prezidentlik  seçkisinin  hay-küyünü  bərpa  edəcəkdi.  Onun  çıxışı  özünün 
Respublikaçı liberal kolleqasının yenidən seçilməsi şansına da təhlükə törədirdi və 
Senatdakı üsyançı Respublikaçı yoldaşı onun kursuna narazılığını bildirdi. Senator 
öz  doğma  şəhərinə  qayıdanda  dostları  və  digər  aparıcı  vətəndaşlar  ondan  üz 
çevirdilər,  baxmayaraq  ki,  onlar  şad  olacaqdılar  ki,  “mənim  ürəyimi  kəsib 
çıxarsınlar  və  başqalarını  da  xəbərdar  etmək  üçün  həmin  ürəyi  çəpərin  üstündən 
assınlar”. 
Nebraskanın  hər  bir  qraflığının  iclasında,  bütün  ölkədə  olduğu  kimi  öz 
kampaniyasını  aparan  Huver  Norrisi  qəzəbləndirdi.  O,  elan  etdi  ki,  Huver  real 
problemlərin  hakimiyyət  və  fermaların  vəziyyətinin  yüngülləşdirilməsi  olduğu 
halda,  dinin  və  qadağanın  saxta  məsələlərinə  görə  qalib  gəlmişdir.  O,  deyirdi  ki, 
xüsusi maraqlar və maşın siyasətçiləri “bu məsələni qabaqda tuturlar (baxmayaraq 
ki,) onlar bilirlər ki, bu saxta, pis və düzgün olmayan məsələdir”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə