35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   63   64   65   66   67   68   69   70   71

 
201 
beş sosialist – qanuni tanınmış partiya tərəfində vaxtında seçilən üzvlər - əsasən öz 
qeyri-populyar  baxışlarına  görə  Nyu-York  ştatının  Assambleyasındakı  tutduqları 
yerlərdən  imtina  etmişdilər,  Hyuz  öz  təmsilçilərini  seçmək  üçün  olan  ictimai 
hüquqa  göstərilən  zorakılıq  hərəkətinə  etiraz  etdiyinə  görə  öz  mövqeyini  və 
populyarlığını risqə qoydu. Nyu-York Vəkillər Assosiasiyasında klassik vuruşdan 
sonra  xüsusi  Assosiasiya  komitəsini  ələ  keçirməyə  müvəffəq  olmuşdu,  bir  sədr 
kimi  baxışlarından  şəxsən  zəhləsi  getdiyi  sosialistləri  Qanunvericilik  qarşısında 
müdafiə etmişdi. 
Hyuz  şəxsən  orada  görünmək  hüququndan  imtina  etməklə  qısa  mətnli 
məktublarında  israr  edirdi  ki,  “əgər  çoxluq  azlığın  hamısını  və  ya  bir  hissəsini 
siyasi baxışlarının onlar üçün zərərli olduğu kimi göründüyünə görə xaric etsələr, 
onda  azad  hökumət  öz  sonluğundadır”.  Onun  arqumentləri  Nyu-York 
Qanunvericiliyinə  açıq  şəkildə  çox  az  təsir  göstərdi,  axırıncı  seçilmiş  sosialistləri 
qovdu  və  onların  partiyasını  qanundan  kənar  elan  etdi.  Lakin  çoxları  inanırdı  ki, 
Çarlz  Evans  Hyuzun  fərqli  səslənən  səsi  tək  qalmağa  yaxın  olsa  da,  o,  heç  vaxt 
qorxmadı  və  Qubernator  Al  Smit  tərəfindən  Qanunvericiliyin  məktəblərdə 
radikalizmə  nəzarət  etmək  barədəki  tədbirlərinə  mərdliklə  veto  qoyması  bu 
düşüncədə millətin qalxmasının həlledici faktorları oldu. 
Amerikan  siyasi  mərdliyinin  bizim  əhvalatlara  yaxın  olanlarını  biz  igidlik 
hərəkəti  adlandırmaqla,  millətimizin  əsasının  qoyulmasından  əvvəllər  də  baş 
verdiyini  tapa  bilərik  və  onlar  bütün  sonra  gələnlər  üçün  bir  standart  qoydular. 
1770-ci  ilin  5  mart  gecəsi,  Bostonun  Ştat  küçəsində  Britaniya  qarovulçuları 
təhqiramiz və qaydanı pozan camaata hücumla atəş açanda, Massaçusetsdən olan 
Con  Adams  artıq  kolonistlərin  dərdlərinə  Britaniyanın  laqeyd  qalmasına  qarşı 
protestlərin  lideri  idi.  Ancaq  icmada  tanınmış  vəkil  idi  və  sonrakı  seçkidə  Baş 
Məhkəməyə  namizəd  idi.  Beləliklə,  hətta  o,  bütün bostonluların  “Boston  qırğını” 
tək adlandırdıqları tükürpədici qəzəb hissinə qoşulmadı, özünü sakit saxlamaqla o, 
əlbəttə ki, daha çox fayda verəcəkdi. 
Taxt-tacın (söhbət Böyük Britaniya taxt-tacından gedir – tərcüməçi) bu hərbi 
düşmənindən  xahiş  ediləndə  ki,  ittiham  olunan  əsgərlər  üçün  məsləhətçi  kimi 


 
202 
xidmət  göstərsin,  heç  bir  tərəddüdə  yol  verilmədən  təklif  qəbul  olundu.  O,  öz 
tərcümeyi-halında  sonralar  qeyd  edirdi  ki,  “mənim  nə  vaxtsa  cəhd  etdiyim  ən 
taqətdən salan və yorucu bir iş olmaqla, çox çətinliklə qazanılmış populyarlığımı 
risqə  qoyurdu  və  hələ  də  təşviş  hiss  etmədiyim  bir  xalq  şübhələrinə  və  əvvəldən 
verdikləri  qərarlara  səbəb  olacaqdı”.  Həm  də  sonralar  cəsarətli  Prezident  –  və 
müstəqil Senator və Prezidentin atası olan – bir adam nəinki məsləhətçi qaldı, həm 
də  öz  müştərilərinin  qətl  ittihamından  bəraət  almasına  nail  oldu,  məhkəmələr 
toplumuna  nümayiş  etdirdi  ki,  əldə  olan  heç  bir  sübut  göstərmir  ki,  atəş  açanlar 
bunu qəsdən və provakasiyasız etmişlər: 
“Bizim  arzularımızın,  bizim  meyllərimizin  və  ya  bizim  ehtiraslarımızın 
diqtəsi ilə nəsə baş verirsə, onlar faktları və sübut şəraitini dəyişdirə bilməz. Qanun 
qeyri-dəqiq  arzulara,  təxəyyülə  və  adamların  səbəbsiz  əhval-ruhiyyəsinə 
əyilməməlidir... 
Jürinin  centlmenləri  –  mən  vəkillikdə  dustaqlar  üçünəm;  və  yalnız  markiz 
Bekkarianın  (Çezare  Bekkaria  (1738-1794-cü  illər)  -  italyan  maarifçisi, 
hüquqşünası, publisisti olmaqla, cəza və cinayətin mütənasib olması ideyasını irəli 
sürmüşdü  –  tərcüməçi)  sözləri  ilə  bağışlanmağı  xahiş  edəcəyəm:  “Əgər  mən  bir 
həyatı  xilas  etmək  aləti  olmağı  bacarsam,  onun  xeyir-duası  və  göz  yaşları,  hətta 
bəşəriyyətin nifrəti müqabilində mənə kifayət dərəcədə bir təsəlli olacaqdır”. 
 
 
XI 
 
Mərdliyin mənası 
 
 
Bu,  mərdlik  və  siyasət  barədə  kitabdır.  Siyasət  situasiyaları  bəzəyir, 
mərdlik  mövzunu  təmin  edir.  Mərdlik  universal  bir  ləyaqət  olmaqla,  bizim 


 
203 
hamımız  tərəfindən  dərk  edilir  –  lakin  mərdliyin bu  portretləri  siyasətin  sirrlərini 
dağıda bilmir. 
Əvvəlki  səhifələrdə  sadəcə  meydana  çıxan  əhvalatlara  sahib  olan 
adamlardan  biri  üçün  motivasiyanın  və  nailiyyətin  aydın  qaydada  kəsilmiş 
mənzərəsidir. Bu mürəkkəbliklərin, ziddiyyətlərin və şübhələrin hər biri bizi bəlaya 
salmaq üçün qalxdı. Buna baxmayaraq, onun həyatını biz təfsilatı ilə öyrənsək də, 
hər  bir  adam  bir  qədər  müəllim  kimi  qalardı.  Ancaq  onun  mərdliyinin  effekti 
aydındır,  hadisə  cırıla  bilməyən  bir  pərdə  ilə  kölgə  altına  salınır.  Biz  əminlik 
qaydasında  bəyan  edə  bilərik  ki,  səbəblər  nəyə  görə  -  həm  də  nəsə  bizdən  yan 
qaçır. Biz düşünürük ki, cavabı biz öz əlimizdə saxlayırıq – həm də o hansısa yolla 
barmaqlarımızın arasından sürüşüb çıxır. 
İstənilən  psixiatr  bizə  deyəcəkdir  ki,  motivasiya  daim  çətinliklə 
qiymətləndirilir.  Siyasətin  qaranlıq  dənizində  onu  izləmək  xüsusilə  çətindir.  Kim 
öz ştatını və situasiyanı milli mənafeyə görə tərk edirsə - Deniel Uebster və Sem 
Hyuston  kimi  adamlar,  onların  yüksək  vəzifə  üçün  olan  ambitsiyaları  gizlədilə 
bilməzdi – özlərini açıq şəkildə ittiham altında qoydular, onların ambitsiyaları isə 
yalnız  Prezidentliyi  əldə  etməklə  qane  ola  bilərdi.  Kimlər  ki,  geniş  prinsiplər 
uğrunda mübarizə aparmaq üçün öz partiyaları ilə əlaqələrini kəsirlər – Con Kvinsi 
Adams və Edmund Ross kimi adamlar – onlar ittihamla üzləşdilər, bayraq altında 
vəzifəni  qəbul  etmiş  və  həm  də  böhran  anında  başqa  məqsəd  üçün  ondan 
uzaqlaşırlar.  Lakin  xüsusi  hadisələrdə,  əvvəlki  fəsillərdə  göstərildiyi  kimi,  mən 
məlumatı  uzun  müddət  öyrəndikdən  sonra  inandırılmışam  ki,  milli  mənafe  təsvir 
olunan  işləri  görənlərin  hərəkətlərini  özəl  və  siyasi  qazancdan  daha  çox  təməl 
motivasiya ilə təmin edir. Bu o demək deyildir ki, onlardan çoxu özlərinin qəbul 
etdikləri çətin kursdan xeyir götürməyə can atmırdılar, baxmayaraq ki, bunda nadir 
hallarda  uğur  qazanırdılar.  Siyasətçilər  kimi  –  və  bu,  yəqin  ki,  bütün  həmin 
siyasətçilərin  şəraitləri  üçün  hökmən  heç  də  narazı  qalmaq  deyildi  –  onlar  belə 
etdikdə açıq şəkildə ona haqq qazandırırdılar. 
Əlbəttə, mərdlik hərəkətləri bu kitabda təsvir olunmaqla, əgər biz düşünsək 
ki, yüksək prinsiplərə özlərini həsr edənlərin hər biri bütünlüklə unudulmuşdur, bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə