35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   63   64   65   66   67   68   69   70   71

 
198 
Senata  seçilməmişdən  bir  çox  illər  əvvəl  Cənubi  Karolinadan  olan  Con 
K.Kalhoun  Nümayəndələr  Palatasının  üzvü  olanda  özünün  ən  böyük  igidliyini 
nümayiş  etdirmişdi.  1816-cı  ildə  Konqress  üzvlərinə  işlədiyi  günlər  üçün  (yalnız 
sessiyalardakı  iş  gününə  görə  -  tərcüməçi)  gündəlik  ödənilən  6  dollar  ildə  1.500 
dollara  qaldırıldıqda,  qəflətən  milləti  və  bütün  partiyaların  üzvlərinin  təəccüblü 
məhkum etmə dalğası bürüdü. Ancaq az sayda üzvlər müqayisəli şəkildə yenidən 
seçilməyə başlamağa cəsarət etdilər. Kley öz karyerasının yalnız böyük intensivliyi 
hesabına  məğlubiyyətdən  güclə  qaça  bildi.  Kalhounun  ən  sədaqətli  tərəfdarları 
mübahisə  edirdilər  ki,  gənc  Konqressmen  ictimai  bəyanatı  ilə  vəd  etdi  ki,  əgər 
seçicilər  onu  yalnız  bağışlasalar  və  yenidən  seçsələr,  həmin  qanunun  ləğv 
edilməsinə  səs  verəcəkdir.  Lakin  Kalhoun  bir  dəfə  öz  dostuna  demişdi  ki,  “mən 
qərar  verəndə  heç  bir  adamın  gücü  çatmazdı  ki,  məni  fikrimdən  daşındırsın”,  o, 
geriyə dönməyəcəkdir. Əlbəttə, o, güman edirdi ki, yəqin ki, 1500 dolların özü də 
çox azdır. 
Aldığı  dəstək  hesabına  bəraət  qazanmaqla  Konqressə  dönən  (Cənubi 
Karolinadan  olan  kolleqalarının  əksəriyyətinin  yenidən  seçilməkdə  məğlubiyyətə 
uğramasına  baxmayaraq)  Kalhoun  Nümayəndələr  Palatasının  zalında  praktiki 
olaraq tək qalmışdı, yeni və köhnə palata üzvləri qanunu ləğv etmək üçün bir yerə 
yığışırdılar. Lakin Kalhoun yox: 
“Palata  onun  ən  yaxşı  mühakiməsinin  diqtələrinə  müvafiq  olaraq  məsələni 
həll etmək üçün sərbəst idi. Populyar olanı etmək üçün biz bütün səbəblərlə bağlı 
idikmi?  Bu  ölkənin  xalqı  həmin  orqanın  əlindən  müzakirə  səlahiyyətini  almalı 
idimi? Qoy centlmenlər zamanın və yerin adını desinlər ki, orada xalq yığışacaq və 
bu məsələni müzakirə edəcəkdir. Oh, yox! Onlar nə yaza bilirlər, nə də şifahi söz 
təlimatlarına malik deyillər. Qanun populyar deyildir və onlar onu öz vicdanlarının 
və  ağıllarının  əleyhinə  ləğv  etməyə  məhkumdurlar.  Əgər  bu  həqiqətdirsə,  necə 
siyasi səhvdir. Bir dəfə çoxluğun səsi ilə qəbul olunmuşdursa, onu necə düzəltmək 
olar?” 
Birləşmiş  Ştatlar  Prezidenti  elə  bir  subyekt  deyildir  ki,  Senator  kimi  siyasi 
mərdliyin  sınağına  bütöv  qiymət  versin.  Onun  seçiciləri  sektsional  deyillər,  onun 


 
199 
bir qrup və ya sektsiya ilə populyarlıqda uduzmaları bir məsələdən yarandığı kimi, 
digərlərindən isə onun uduşları gəlirdi və onun qüvvəsi və nüfuzu normal qaydada, 
Senatorun  özünə  caiz  bilmədiyi  halda,  böyük  siyasi  təhlükəsizliyi  idarə  edirdi. 
Lakin  bir  nümunə  göstərir  ki,  hətta  Prezident  də  seçicilərin  və  xüsusi  maraqların 
təzyiqini hiss edir. 
Prezident Corc Vaşinqton Böyük Britaniya ilə bağlanan Cey Müqaviləsini 
müdafiə edirdi ki, bizim gənc milləti sağ qala bilməyəcəyi müharibədən xilas etsin, 
həm də bilirdi ki, bu vuruşmaya hazır olan xalq arasında fövqəladə şəkildə qeyri-
populyar  olacaqdır.  Tom  Peyn  Prezidentə  demişdi  ki,  o,  “özəl  dostluqda 
xəyanətkardır  və  ictimai  həyatda  ikiüzlüdür...  dünya  qərara  gəlməkdə  müəmmalı 
vəziyyətdə qalacaqdır ki, sən dönüksən ya yalançısan; sən ya yaxşı prinsipləri tərk 
etməlisən  yaxud heç vaxt onlara malik olmamalısan”. Acı bir hiddətlə Vaşinqton 
dedi:  “Mən  Prezident  olmaqdansa,  daha  yaxşı  olardı  ki,  qəbirdə  olum”;  və 
Ceffersona yazırdı ki: 
“Mən Amerikanın düşməni olmaqda və xarici ölkənin təsirinin subyekti kimi 
ittiham olunuram... və mənim administrasiyamın hər bir hərəkəti işgəncəyə məruz 
qalır. Belə şişirdilmiş və ədəbsiz şərait bəlkə də heç Nerona (b.e. 54-68-ci illərində 
Roma  imperatoru  olmuş,  quduz  və  iyrənc  hərəkətləri  ilə  məşhurlaşmış  və  özünü 
öldürməyə məcbur edilmişdi – tərcüməçi) da iyrənc qüsura yol verəndə və ya hətta 
adi cib oğrusuna da tətbiq olunmazdı”. 
Lakin o, möhkəm dayanmışdı.  
Bu qiymətləndirilir, Senat barədəki bu kitabda bir seçilmiş nümunə ilə bütün 
Qubernatorlar arasında bir nəfər var idi ki, o, siyasi mərdlik göstərərək, elə adamı 
seçmişdi  ki,  Qubernatorun  özü  kimi  onun  mərd  əməlləri,  onun  Senata  çatmaq 
barədəki  ambitsiyasının  həyata  keçməsinin  qarşısını  almışdı.  And  altında  verilən 
yazılı  məlumatların  və  məhkəmə  sənədlərinin  nəhəng  topasını  nəzərdən 
keçirdikdən  sonra  İllinoysun  Qubernatoru  Con  Piter  Altceld  bunlar  vasitəsilə 
inandırıldı ki, səhv mühakiməyə və kifayət qaydada olmayan sübutlara görə 1886-
cı  ildə  Çikaqonun  məşhur  Haymarket  meydanında  bomba  partlaması  nəticəsində 
qətl  ittihamına  görə  üç  müttəhim  cəzaya  məhkum  edilmişdir,  ancaq  hələ  hökmə 


 
200 
görə  onlar  dar  ağacından  asılmamışdılar.  Demokratik  liderlər  onu  xəbərdar 
etmişdilər ki, əgər o, hələ də Senata tərəf baxırsa (yəni Senata seçilmək istəyirsə - 
tərcüməçi),  bu  hökmə  məhkum  olanları  unutmalıdır.  Bu  vaxt  Altceld  cavab 
vermişdi ki, “heç kəsin ambitsiyası ona ədalətin sadə aktının icra edilməsi yolunda 
dayanmaq hüququ vermir”; və ştatın Demokratik sədri ondan soruşulduqda cavab 
verdi  ki,  əgər  onun  (Qubernatorun  –  tərcüməçi)  on  səkkiz  minlik  sözdən  ibarət 
bağışlamaq  barədəki  sənədi  “yaxşı  siyasətdirsə”,  o,  şimşək  kimi  çaxdı  ki,  “bu 
düzgündür”. 
Bu  hərəkətinə  görə  Qubernatorun  portreti  yandırıldı,  paradlar  və  Akt  günü 
kimi  adəti  mərasimlərdən  xaric  edildi,  mətbuatda  ona  hər  gün  “anarxist”, 
“sosialist”, “qatilin apologeti” və “qanunsuzluğa təhrik edən” epitetləri ilə hücum 
edilirdi.  1896-cı  ildə  yenidən  seçilməkdə  məğlub  olub,  hətta  öz  varisinin 
inauqurasiyasında adəti əlvida müraciəti etmək hüququndan da imtina etdi (İllinoys 
belə  anarxistə  kifayət  dərəcədə  malik  olmuşdur).  Con  Piter  Altceld  özəl  həyata 
qayıtdı  və  altı  il  sonra  sakitcə  öldü.  O,  Vaxel  Lindseyin  məşhur  “Unudulmaz 
qartal” adlı şeirində bu titula layiq görüldü: 
Sakit uyu,... unudulmuş qartal... 
altında daşın 
Səninlə orda öz yoluna malikdir zaman 
və həm də öz yolu var .... 
Ey igid ürəkli, müdrik insan yat 
yanan alovun üstündə -  
Bəşəriyyətdə yaşamaq çox uzaqdır 
adda yaşamaqdan  
Bəşəriyyətdə yaşamaq çox, çox uzaqdır... 
adda yaşamaqdan. 
Çarlz Evans Hyuz 1920-ci ildə nə Konqressmen, nə də Qubernator deyildi 
– lakin o, ölkədə ən görkəmli vəkil, keçmiş Qubernator, Ali Məhkəmənin hakimi 
və  Prezidentliyə  namizəd  olmuşdu  və  gələcək  ictimai  vəzifəni  fəal  surətdə 
gözləməkdə  idi.  (O,  qısa  müddətdə  Dövlət  katibi  və  Baş  hakim  olmuşdu).  Lakin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə