35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   63   64   65   66   67   68   69   70   71

 
210 
həmin  məsuliyyəti  necə  icra  etməyimizdən  asılı  edirik.  Xalq  ağadır  və  bir  siyasi 
liderliyin o növünə malik oluruq ki, yaxşı ya pis olmasından asılı olmayaraq, onu 
özümüz tələb edirik və buna layiqik. 
Bu  problemlər  hətta  təkcə  siyasətçilərə  aid  deyildir,  çünki  mərdliyin  eyni 
təməl  seçimi  və  ya  razılıq  ardıcıl  olaraq  bizim  hamımızla  üz-üzə  gəlir,  biz 
seçicilərin,  dostlarımızın,  direktorlar  şurasının  və  bizim  birliyin  acığından 
qorxuruqmu,  güclü  mübahisə  tələb  edən  məsələdə  rəy  axınına  qarşı  dayana 
bilirikmi?  Çünki  adamların  ölümü  ilə  bağlı  olan  igidliyin  əhəmiyyətini 
kiçiltmədən, biz həmin adamların mərdlik hərəkətlərini  - kitabda adları çəkilənlər 
kimi  –  unutmamalıyıq,  onlar  yaşamışlar.  Həyat  igidliyi  çox  hallarda  son  anın 
igidliyindən  az  dramatik  bir  tamaşa  olur;  lakin  bu,  zəfərin  və  faciənin  gözəl 
qarışığından  heç  də  az  deyildir.  Adam  etməli  olduğunu  edir  –  şəxsən  özünə  aid 
olan  nəticələrin  acığına,  maneələrin,  təhlükələrin  və  təzyiqlərin  acığına  –  və  bu, 
bütün bəşər mənəviyyatının təməlidir. 
Mərd  olmaq  üçün  bu  əhvalatlar  aydın  edəcəkdir  ki,  nə  heç  bir  müstəsna 
keyfiyyət, nə sehrli bir formula, nə xüsusi zaman, yer və şərait kombinasiyası tələb 
olunmur.  Bu  elə  bir  imkandır  ki,  tez  ya  gec  bizim  hamımızın  qarşısına  çıxır. 
Siyasət  elə  meydanı  sadəcə  bəzəyir  ki,  orada  igidliyin  xüsusi  sınaqları  baş  verir. 
Həyatın  bu  səhnəsində  bir  nəfər  mərdlik  çağırışı  ilə  qarşılaşa  bilər,  bu  vaxt  öz 
vicdanına  qulaq  asırsa,  nəsə  qurban  verilə  bilər  –  öz  dostlarını,  öz  taleyini,  öz 
məmnunluğunu, hətta öz yaxın adamlarının hörmətini itirə bilər – hər bir adam özü 
gedəcəyi  kurs  barədə  qərar  verməlidir.  Keçmişin  mərdliyinin  əhvalatları  özündə 
belə bir inqrediyenti müəyyən edə bilər ki  – onlar öyrədə bilər, onlar ümid təklif 
edə bilər, onlar ilhamla təmin edə bilər, lakin onlar mərdliyin özünü heç də təchiz 
edə bilməz. Bunun üçün hər bir adam öz könlünə baxmalıdır. 
 
 
 
 


 
211 
Con F.Kennedinin tərcümeyi-halı 
Birləşmiş Ştatların 35-ci prezidenti 
Kennedi ailəsində böyümə 
Con  F.Kennedi  29  may  1917-ci  ildə  anadan  olmuşdur,  ailədəki  doqquz 
uşaqdan  ikincisi  idi.  Onun  valideynləri:  Cozef  Patrik  Kennedi-Böyük  və  Roza 
Fitcerald Kennedi idi, babaları və nənələri 1848-ci ildəki böyük kartof aclığı vaxtı 
İrlandiyadan mühacirət etmiş amerikanların ikinci nəsli idi. Onun ata babası Patrik 
C.Kennedi qəlyanaltı yeməkxanasının sahibi və Bostonun siyasi rayonunda “boss” 
idi; onun ana babası Con F. (“Qəşəng Fits”) Fitcerald Bostonun meri və Birləşmiş 
Ştatların Konqressmeni olmuşdu. 
Con  F.Kennedi  hələ  körpə  olanda  ailəsi  və  dostları  onu  “Cek”  deyə 
çağırırdılar. Cek o qədər də sağlam uşaq deyildi; onun anası xəbər verirdi ki, o, bu 
xəstəliklərdən əziyyət çəkmişdi: göyöskürək, qızılca və toyuq  çiçəyi.  Mavi gözlü 
Cekin  iki  yaşı  olanda,  o,  skarlatina  ilə  xəstələndi,  bu  yüksək  dərəcədə 
sirayətləndirici  və  həyata  təhlükə  yaradan  xəstəlik  idi.  Onun  atası  Cekin 
öləcəyindən qorxub hər gün xəstəxanaya gəlirdi ki, oğlunun yanında olsun. Cek bir 
aya  yaxın  müddətdən  sonra  sağaldı,  lakin  onun  uşaqlığını  pis  səhhəti  xarakterizə 
edirdi  –  xəstəlik  o  qədər  çox  idi  ki,  onun  ailəsi  zarafat  şəklində  deyirdi  ki, 
ağcaqanad  onu  dişləsə  böyük  risq  edə  bilər;  Cekin  azacıq  qanı  demək  olar  ki, 
hökmən ağcaqanadı öldürərdi. 
Cekin  üç  yaşı  olanda  Kennedilər  Bruklindəki  köhnə  evlərindən  bir  neçə 
məhlə aralıda olan Bostonun kənarındakı yeni evə köçdülər. Bu on iki otaqlı, qüllə 
pəncərələri və iri balkonu olan ev idi. Cekin atası bütöv enerji və ambitsiya ilə, çox 
ciddi-cəhdlə  işləyirdi  ki,  uğur  qazanan  biznesmen  olsun.  Harvard  Kollecinin 
tələbəsi  olanda  o,  İrland  Katoliki  kimi  çətin  dövrlər  keçirmişdi,  özlüyündə  and 
içmişdi  ki,  otuz  beş  yaşında  o,  milyon  dollar  pul  qazanacaqdır.  Bunu  bacarmaq 
üçün o, otuz beş yaşında bank prezidenti oldu, sonralar Hollivud filmlərini istehsal 
etdi  və  birjaya  iri  investisiya  qoydu.  Prezident  Franklin  D.Ruzveltin 
administrasiyası ərzində bu özünü düzəldən milyoner Təhlükəsizliklər və Mübadilə 


 
212 
Komissiyasının sədri və Birləşmiş Ştatların Böyük Britaniyadakı səfiri kimi xidmət 
göstərdi.  
Hər məktəb ilinin sonunda Kennedilərin uşaqları Kod buxtasındakı Hiannis 
Portdakı yay evlərinə yığışırdılar, burada onlar dənizdə üzür, yelkənli qayıq sürür 
və  futbol  oynayırdılar.  Kennedilərin  uşaqları  atasının  həvəsləndirdiyi  kimi  bir-
birilə  gərgin  surətdə  rəqabət  aparırdılar.  Cozef-Böyük  oğlanlarından  xüsusən  çox 
şey  gözləyirdi,  o,  istəyirdi  ki,  onlar  təkcə  atletika  məsələlərində  deyil,  nədən 
yapışsalar,  onda  zəfər  çalsınlar.  Bəzən  ancaq  bu  ailə  yarışda  çox  uzağa  gedib 
çıxırdı  –  bir  dəfə  Co  Ceki  velosiped  yarışına  çağıranda,  onlar  başları  ilə 
toqquşdular və axırıncı yarış iştirakçısına bu, iyirmi yeddi tikiş qoyulmasına başa 
gəldi. 
İki böyük oğlan cazibədar, xoş xasiyyətli və fərasətli idi və mister Kennedi 
onların hər ikisinə böyük ümid bəsləyirdi. Hələ cavan oğlan olanda Co hər bir kəsə 
elan  etmişdi  ki,  bir  gün  o,  ilk  katolik  prezident  olacaqdır  (həmin  vaxtlarda 
Amerikada  katoliklərə  münasibət  çox  pis  olduğundan,  onların  siyasi  səhnədə 
irəliləməsi  qeyri-mümkün  hesab  edilirdi  –  tərcüməçi).  Həmin  vaxt  heç  kəs  buna 
şübhə  etmirdi.  Digər  tərəfdən,  Cek  daha  az  ambitsiyalı  kimi  görünürdü.  O,  daha 
çox Çoatda, Konnektikat internat məktəbində populyar idi, şagird qruplarında fəal 
olmaqla,  tennis,  basketbol,  futbol,  qolf  oynayırdı  və  mütaliə  ilə  məşğul  olurdu. 
(Onun  dostu  Len  Billinqs  deyirdi  ki,  bu  necə  də  qeyri-adi  hal  idi  ki,  şagird  kimi 
Cek  “New  York  Times”-a  abunə  yazılmışdı).  Cekin  baş  müəllimi,  hətta  onun 
“bacarıqlı, fərdi ağıla” malik olduğunu qeyd edirdi. Hər şeyin acığına Cek ancaq 
nadir hallarda bacardığı qədər belə inadkarlıqla oxuyurdu (onun sevdiyi fənnlər  – 
tarix və ingilis dili, əlbəttə ki, istisna olmaqla). Bu bir fakt idi ki, o, özünü yüksək 
təhsil  dərəcəsinə  görə  deyil,  şux  geyimi,  istedadına  görə  fərqləndirməyə  çalışırdı. 
Onun atası məktubunda yazırdı, “mən istəmirəm ki, belə təəssürat yaradım ki, mən 
yersiz irad tutanam, allah da bilir ki, hər bir valideyn kimi düşünürəm ki, bu çox 
pisdir,  və mən  həmçinin hiss  edirəm  ki,  sən  bilirsən  ki,  əgər mən  real  olaraq  hiss 
etməsəm  ki,  sən  yaxşı  olanlara  maliksən,  mən  sənin  uğursuzluğuna  münasibətdə 
daha rəhmdil olardım. Xalqı ələ keçirməyin uzun təcrübəsindən sonra mən dəqiq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə