35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   63   64   65   66   67   68   69   70   71

 
204 
vaxt  onlar  sitayiş  edilən  qəhrəmanların  ənənəvi  şəhvətindən  daha  çox  ilham 
verəcək  və  daha  çox  parlayacaqlar.  Lakin  belə  də  ola  bilər ki,  necə  ki,  Prezident 
Con  Adams,  yəqin  ki,  bizim  nə  vaxtsa  malik  olduğumuz  marağı  yoxa  çıxan  və 
müdrik  ictimai  xidmətçi  kimi  özünün  “Birləşmiş  Ştatlar  Konstitusiyasının 
müdafiəsi” əsərini yazanda daha çox həqiqətə yaxın idi: “Bu faktiki olaraq həqiqət 
deyildir  ki,    nə  vaxtsa  mövcud  olmuş  hansısa  bir  adam  ictimai  işi  özündən  daha 
çox sevir”. 
Əgər  bu  doğrudursa,  onda  nə  səbəbə  görə  əvvəlki  səhifələrdə  xatırlanan 
dövlət xadimləri məhz etdikləri kimi hərəkət etməli oldular? Bu ona görə deyildi 
ki, onlar “ictimai işi özlərindən artıq sevirdilər”. Əksinə, bu dəqiq olaraq belə idi 
ki,  özlərini  sevirdilər  –  çünki  onların  hər  biri  üçün  özlərinə  hörmət  etməyi 
saxlamaq  başqaları  ilə  birlikdə  populyarlığı  saxlamaqdan  daha  vacib  idi  –  çünki 
onun vicdanlılığa və mərdliyə görə nüfuza nail olmaq və ya onu saxlamaq arzusu 
öz  vəzifəsini  qoruyub  saxlamaq  arzusundan  daha  möhkəm  idi,  -  çünki  onun 
vicdanı,  onun  əxlaq  barədə  şəxsi  standartı,  onun  vicdanlılığı  və  ya  mənəviyyatı, 
onu sən necə adlandırırsan adlandır, - ictimai bəyənilməməyin təzyiqlərindən daha 
güclü idi, - çünki onun inamı belə idi ki, onun kursu ən yaxşı olmaqla, bütünlüklə 
haqq qazanacaqdır, ictimai məzəmmətin qorxusundan daha üstündür. 
Baxmayaraq  ki,  ictimai  xeyir  onun  bilavasitə  qurban  verməsindən 
faydalanır,  bu  yayğın  və  ümumi  konsepsiya  deyildir,  özünü  sevməyin 
təzyiqlərindən  biri  və  ya  onların  kombinasiyasıdır  ki,  onu  məhz  hərəkət  kursuna 
atır,  bu  isə  əvvəlcə  təsvir  edildiyi  kimi  kəmərlərlə  və  nizələrlə  nəticələnir.  Bu  o 
vaxt baş verir ki, siyasətçi nə ictimai xeyiri, nə də özünü sevir və ya o vaxt ki, onun 
özünü sevməsi məhdudlaşır və vəzifənin tələsi ilə qane olur, ictimai mənafeyə pis 
şəkildə  xidmət  olunur.  Və  bu  o  vaxt  baş  verir  ki,  o,  özünü  elə  yüksək 
qiymətləndirir ki, özünə hörmət ondan igidlik və vicdan cığırı ilə irəliləməyi tələb 
edir,  bu  isə  hamının  xeyrinədir.  Bu  o  vaxt  baş  verir  ki,  kursunun  düzgünlüyünə 
özünün inamı onu Con K.Kalhounla bir yerdə bunu deməyə qadir edir: 
“Mən heç vaxt bilməmişəm ki, Cənubi Karolina ölçü barədə düşünür. Mən 
heç  vaxt  ona  məsləhət  verməmişəm.  Mən  öz  mühakiməmin  ən  yaxşısına  və  öz 


 
205 
vicdanıma  müvafiq  olaraq  hərəkət  edirəm.  Əgər  o  bəyənirsə,  bu  yaxşıdır  və 
faydalıdır. Əgər o bəyənmirsə və istəyir ki, mənim yerimi başqa kimsə tutsun, mən 
bu yeri boşaltmağa hazıram. Biz taraz adamlarıq”. 
Bu  o  demək  deyildir  ki,  mərd  siyasətçilər  və  mərdlik  naminə  danışdıqları 
prinsiplər daim düzgündür. Con Kvinsi Adams, necə deyərlər, belə qət etməli idi 
ki,  Embarqo  Yeni  İngiltərəni  viran  qoyacaqdır,  lakin  həm  də  britaniyalıları 
qıcıqlandıracaqdır.  Deniel  Uebster  öz  tənqidçilərinə  müvafiq  olaraq  quldarlıq 
qüvvələrini əbəs yerə sakitləşdirmək istəyirdi, Tomas Hart Benton tabe olmayan və 
lovğa  eqosentrik  idi.  Sem  Hyuston  hiyləgər,  tez  dəyişən  və  arxa  çevirməyə 
yaramayan  bir  adam  idi.  Bəzilərinin  gözündə  Edmund  Ross  Konstitusiyaya  və 
Konqressə açıqca tabe olmayan adamı müdafiə etmək üçün səs vermişdi. Lutsius 
Lamar  inflyasiyanın  planlaşdırdığı  şərləri  anlamaqda  uğursuzluğa  uğramışdı, 
bunlar bəzi hallarda nəzarətsiz depressiyanın faciələrinə daha uyğun idi. Norris və 
Taft,  necə  ki,  təsdiq  edilir,  Konstitusiya  prinsiplərindən  daha  çox,  kor-koranə 
izolyatsionizmdən irəli gələn motivlər əsasında hərəkət edirdilər. 
Bunların hamısı haqqında, həm də çox danışıldı. Bizim hər birimiz  adamlar 
uğrunda  aparılan  mübarizə  kurslarının  ləyaqətlərini  özümüz  üçün  müəyyən  edə 
bilərik. 
Lakin  həmin  məsələni  onların  mərdliyinə  vurğunluq  qaydasında  müəyyən 
etməyimiz  vacibdirmi?  Adamlar  yalnız  nəzakətli  olmaq  üçün  eyhamla  bəyan 
etdikləri prinsiplərə görə öz karyeralarını şərəfli qaydada risq altına atırlar. Gələcək 
nəsil də onları öz dəyərlərinə görə bu qaydada şərəfləndirəcəkdir. Əlbəttə, bir dəfə 
qardaşın qardaşla vuruşduğu ölkə olan Amerika Birləşmiş Ştatlarında biz adamın 
igidliyini  atəş  altında,  onların  vuruşduğu  bayrağın  altında  imtahana  çəkməklə 
mühakimə edə bilmərik. 
Öz  düşüncələrinin  düzgün  olduğuna  görə  danışmaqla,  karyeralarını  risqə 
atan adamların hamısını heç də ittiham etmirəm. Əlbəttə, bu aydındır ki, Uebster, 
Benton və Hyuston 1850-ci il Kompromossində düzgün deyildilər, onların hər biri 
Birliyi qoruyub saxlamaq məqsədini güdməklə bir ümumi tədbir barədə bütünlüklə 
müxtəlif baxışları müdafiə edirdilər. Lutsius Lamar öz yerindən istefa verməkdən 


 
206 
imtina  etdikdə,  öz  Qanunvericiliyinin  təlimatlarını  pozdu,  bütünlüklə  Con 
Taylerdən müxalif dəbdə öz mərdliyini nümayiş etdirdi, o, Senatda öz karyerasına 
son  qoydu,  çünki  belə  təlimatların  əl-qolu  bağladığına  inanırdı.  Digər  tərəfdən, 
Tayler  Adamsa  nifrət  edirdi;  və  Adamsa  “qısqanc  əhval-ruhiyyəyə,  quldurluq 
ambitsiyasına  və  Deniel  Uebsterin  çürük  ürəyinə  malik  olduğuna”  görə  nifrət 
edilirdi.  Respublikaçılar  Norris  və  Taft  nə  gözün  yanındakı  gözü,  nə  də 
Demokratlar olan Kalhounu və Bentonu görə bilmirdilər. 
Bu adamların hamısı bir tərəfdə deyildi. Onlar ümumiyyətlə nə bütünlükdə 
sağ,  nə  bütünlükdə  konservativ,  nə  də  bütünlükdə  liberal  deyildilər.  Onlardan 
bəziləri  uca  səslə  qışqıran  azlığa  qarşı  müxalifətdə  olan  öz  seçicilərinin  dinməz 
çoxluğunun  əsl  hisslərini  təmsil  edirdilər.  Onların  bəziləri  öz  seçicilərinin  uzağı 
görə  bilməyən  və  dar  xurafatına  müxalif  olaraq  öz  ştatlarının  uzun  siyahılı 
maraqlarını  real  olaraq  irəli  sürə  bilmirdilər,  lakin  onlardan  heç  də  bəziləri  belə 
deyildi.  Onlardan  bəziləri  təmiz  və  alicənab  adamlar  idilər,  öz  karyeraları  boyu 
xeyirxah  və  nəcib  olmuşdular,  ən  yaxşı  Amerikan  ənənələrində  qəhrəman  idilər. 
Norris  pis  qurtarsa  da,  tabe  olmurdu;  Adams  qıcıqlandırılan  bambılı  idi;  Uebster 
xeyriyyəçi biznesmen idi; Benton lovğa kobud adam idi, - bizim real həyatımızın 
siyasi qəhrəmanları belə işlər görürdülər. 
Bəziləri mütləq prinsiplərə güzəştə getmədən özlərini həsr etməklə, mərdlik 
nümayiş  etdirirdilər.  Digərləri  mərdliyi,  kompromissi  qəbul  etmək,  barışığı 
müdafiə  etmək  yolu  ilə,  münaqişələri  yerini  əməkdaşlığa  verməyə  hazırlıqlarını 
nümayiş  etdirirdilər.  Əlbəttə,  onların  mərdliyi  bərabər  keyfiyyətə  malik  idi, 
baxmayaraq ki, müxtəlif kalibrdə idi. Çünki, amerikan hökumət sistemi, əgər hər 
bir  adam  istənilən  problemə  yaxınlaşmaqda  məsuliyyət  mövqeyində  olsaydı, 
fəaliyyət  göstərə  bilməzdi,  necə  ki,  bunu  Con  Kvinsi  Adams  etmişdi,  necə  ki, 
problem  ali  matematikada  idi,  ancaq  həm  də  sektsional  ehtiyaclara  və  bəşər  qısa 
ömürlülüyünə görə bu fəaliyyət məhdudlaşırdı. 
Onların  əksəriyyəti,  müxtəlifliklərinin  əksinə,  ümumilikdə  çox  şeydə  bir-
birinə bənzəyirdi – nəfəsi kəsən natiqlik istedadları, parlaq alimliyi, adamın partiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə