35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

 
195 
ki,  böyük olan  bir  igidlik  Tennessidən  olan  Senator  Endryu  Conson  tərəfindən 
nümayiş etdirildi. Bu cəsarətli, həm də taktiki qaydada hərəkət etməyən döyüşçü, 
1868-ci  ildə  Ağ  Evdən  alçaldıcı  qaydada  çıxarılmaqdan  bədbəxt  Edmund  Rossun 
bir  səsi  ilə  xilas  olmuşdu.  1860-cı  ildə  Birlik  dağılmağa  başlayanda  Benton  və 
Hyuston  Senat  zalından  artıq  getmişdilər  və  yalnız  Endryu  Conson  Cənublular 
arasında  yeganə  adam  idi  ki,  Birliyin  xeyrinə  danışırdı.  O,  Tennessidəki  evinə 
döndü ki, öz doğma ştatının Birlikdə qalması uğrunda mübarizə aparsın, onun səfər 
etdiyi  qatarı  Virciniyadakı  Linçburqda  saxladılar,  qəzəblənmiş  kütlə  Senatoru 
vaqondan dartıb aşağı saldı, ona hücum etdilər, söyüş yazdırmağa başladılar, yalnız 
son  dəqiqədə  onu  linç  etməməyi  qərara  aldılar,  kəndir  isə  artıq  onun  boynuna 
keçirilmişdi.  Bu  vaxt  onlar  razılaşdılar  ki,  Tennessinin  qonşuluğunda  onu  dar 
ağacından  asmaq  daha  yaxşı  olacaqdır.  Bütün  Tennessidə  Conson  fitə  basılırdı, 
qışqırıqlarla  müşayiət  olunurdu  və  portreti  dar  ağacından  asılırdı.  Konfederat 
liderləri əmin idilər ki, “onun hakimiyyəti getmişdir və bu vaxtdan etibarən ondan 
bir  satqın  üfunətindən  başqa  heç  nə  qalmayacaqdır”.  Ölüm  təhlükəsini  yaddan 
çıxaran  Endryu  Conson  ştata  səfər  edərək,  əbəs  yerə  cəhd  edirdi  ki,  ayrılma 
dalğasını dayandırsın və nəticədə yeganə Cənublu Senator oldu ki, öz ştatı ilə birgə 
qaydada  Birlikdən  ayrılmaqdan  imtina  etdi.  O,  səfərdən  Vaşinqtona  qayıdanda 
sevinən camaat tərəfindən Tsintsinnati vağzalında salamlandı, onlara iftixarla dedi 
ki,  “mən  Cənubun  və  Tennessi  ştatının  vətəndaşıyam.  (Lakin)  mən  həm  də 
Birləşmiş Ştatların vətəndaşıyam”.  
Con  Kvinsi  Adams  yeganə  Senator  deyildi  ki,  prinsip  məsələsinə  görə 
mərdliklə öz yerindən istefa versin. Endryu Ceksonun şəxsi və siyasi populyarlığı 
artanda  səlahiyyətsiz  qaydada  Birləşmiş  Ştatlar  Bankına  qarşı  onun  hərəkətlərinə 
görə    Ceksonu  pisləyən  qətnaməni  “Senate  Journal”-dan  çıxarmaq  üçün  Senator 
Bentonun  uzun  müddət  gözlənilən  tədbirinə  dəstək  daha  da  artdı.  Virciniyadan 
olan  Senator  Con  Tayler  “Journal”-ın  təhrif  edilməsinin  qeyri-konstitusional  və 
Senata  layiq  olmayan  kimi  bir  iş  olduğuna  inandığından,  əks  müstəvidə 
dayanmışdı.  Lakin  Ceksonun  dostlarının  və  Taylerin  düşmənlərinin  ağalıq  etdiyi 
Virciniya Qanunvericiliyi həm də belə bir hissin təsiri altında idi ki, Prezidentə, öz 


 
196 
daimi  ləkəsinə  baxmayaraq,  istirahətə  getməyə  icazə  veriləcəkdir,  öz  Senatorları 
isə qətnaməni çıxarmaq barədə təlimatlandırılmışdı.  
Senatdan  getməsi  reallaşdıqda,  daha  fundamental  məsələlərdə  bu, 
Ceksonçulara  daha  böyük  qüvvət  verəcəkdi,  onun  siyasi  karyerası,  axı  ona  artıq 
Vitse-Prezidentliyə  namizəd  göstəriləcəyi  vəd  edilmişdi,  müvəqqəti  olaraq 
dayandırılacaqdı. Con Tayler mərdliklə öz vicdanına qulaq asdı və Qanunvericiliyə 
ünvanlanan bu unudulmaz sözləri yazdı: 
“Mən  özümə  icazə  verə  bilmərəm  və  icazə  verməyəcəm  ki,  Virciniya 
xalqının  orqanları  tərəfindən  akkreditə  olunmuş  vaxtdan  sonra  bir  an  da  olsun 
Senatda  qalım,  əgər  təlimat  alsam  ki,  mənim  xidmətim  artıq  qəbul  edilən  deyil... 
(Lakin) mən Senatın “Journal”-ına toxunmağa cəsarət etmirəm. Konstitusiya bunu 
qadağan  edir.  Partiyanın  bütün  təşviqatçıları  arasında  mən  indiyə  qədər  həqiqi 
müqəddəs  alətin  tərəfində  dayanmışdım.  Bu  günün  adamı  öz  yerini  sabahın 
adamına  verir  və  sitayiş  edilən  bütlər  sonralar  dağılır.  Mənim  siyasi  sitayişimin 
yeganə obyekti ölkənin Konstitusiyası olacaqdır. 
Mən  ictimai  həyata  gətirdiyim  prinsipləri  istirahətə  yollanana  qədər 
daşıyacağam  və  bu  yüksək  yeri  təslim  etməklə,  öz  uşaqlarıma  nümunə 
göstərəcəyəm, bununla onları öyrədəcəyəm ki, şərəfi qurban vermək hesabına əldə 
edilən və ya qorunub saxlanılan istənilən vəzifəni heç nə kimi qiymətləndirsinlər”. 
Senatda  siyasi  müdrikliyin  ilk  görkəmli  nümayişlərindən  biri,  1795-ci  ildə 
seçilmiş  koloritli  və  üsyankar  Kentakkidən  olan  Senator  Hamfri  Marşallın
Böyük  Britaniya  ilə  fövqəladə  qaydada  qeyri-populyar  olan  Cey  müqaviləsini 
bəyənməkdə  Prezidentin  tərəfini  saxladığına  görə  Senatdakı  karyerasına  son 
qoyması  idi.  Hətta  Kentakki  federalistləri  də  bu  məsələdə  Prezident  Vaşinqtona 
müxalif  olmağı  zəruri  saymışdılar,  Marşall  isə  öz  seçicilərinə  kəskin  formada 
demişdi: 
“Bu  Müqaviləyə  olan  etirazları  düşündükdə,  mən  dəfələrlə  bərkdən  
qışqırmağa hazıram: Ey! Fraksiya adamları! Anarxiya dostları! Federal hökumətin 
düşmənləri və onu qəribə surətdə təhrif edənlər! Tələb etməkdə və təhrif etməkdə 


 
197 
necə  də  səs-küylüsünüz,  ağıl  və  mühakimədə  necə  zəifsiniz,  üzə  çıxarın  bütün 
arqumentlərinizi!” 
Öz səsini müdafiə etmək üçün ştata səfər edərkən Marşall ehtiyatlı tərpənirdi 
və  ona  daş  atılırdı.  Bir  gecə  yarısı  kütlə  onu  açıq  bir  niyyətlə  evindən  dartıb 
çıxartdı  ki,  yaxındakı  çayda  batırsın.  Suyun  kənarında  Birləşmiş  Ştatlar  Senatoru 
Marşall böyük təmkinlilik və yumorla qəzəblənmiş kütləyə dedi: 
“Mənim  dostlarım,  bunların  hamısı  normal  bir  iş  deyildir.  Suya  batırılma 
qaydası  köhnə  zamanlarda  baptist  kilsəsi  tərəfindən  həyata  keçirilirdi,  baptizmi 
icra  etməmişdən  əvvəl  namizəddən  bunu  etmək  tələb  olunurdu.  İndi,  qoyulmuş 
qaydalara  və  protseduralara  müvafiq  olaraq  mən  arzu  edirəm  ki,  həmin  ibadəti 
etməyə məni suya batırmaqdan əvvəl icazə verəsiniz”. 
Şəhər əhalisinin idarə olunmayan dəstəsi bir qədər əyləndi, həm də qorxdu, 
axı  onlardan  olduqca  az  hissəsi  Cey  Müqaviləsinin  nə  olduğunu  bilirdi, 
baxmayaraq  ki,  onların  hamısı  inanmışdı  ki,  Marşall  həmin  müqaviləni 
dəstəkləməklə  cinayət  etmişdir  –  Senatoru  kötük  üstündə  oturdub  ona  göstəriş 
verdilər ki, öz mövqeyini izah etsin. Eyni yumor qaydasında başlayan Senator öz 
işindən hərarətli şəkildə danışdı, bütün düşmənlərini, bura o, qarşısında qoyun kimi 
duranları da daxil edirdi, zəhərli qaydada söz zərbəsinə məruz qoydu: 
“Yazıq,  cahil  məxluqlar  çayın  sahilinə  yığışmışdılar  ki,  öz  şərəfli 
niyyətlərinə  görə,  müstəqil  rəyimi  bildirdiyimə  görə  məni  suda  batırsınlar.  Bu 
vətənpərvər  qrupun  arasında  sərxoş  qəssab,  qoca  Con  Birnes  ən  hörmətli 
adamlardan biri idi”. 
Birləşmiş  Ştatların  Kentakkidən  olan  təzə  Senatoru  “batırılmadı”,  -  lakin 
onun iti dili həm də Senatdan könüllü olmayan qaydada çıxmasının qarşısını da ala 
bilmədi. 
Əlbəttə,  siyasi  mərdlik  aktları  təkcə  Birləşmiş  Ştatlar  Senatında  baş 
vermirdi.  Onlar  bərabər  qiymətdə  və  cəsarətdə  Konqressmenlər,  Prezidentlər, 
Qubernatorlar,  hətta  siyasi  ambitsiyaları  olan  özəl  vətəndaşlar  tərəfindən  icra 
edilirdi.  Bir  ya  iki  nümunə  kifayətdir  ki,  bu  keyfiyyətin  heç  də  ya  Senat,  ya  da 
Vaşinqton, Kolumbiya mahalı tərəfindən inhisara alınmadığını göstərsin. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə