35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

 
192 
inadkarlığını,  vicdanlılığını  və  siyasi  cəhətdən  güclü  başa  malik  olduğunu 
göstərdi”. 
“Bu  bir  fakt  idi  ki,  onunla  minlərlə  adam  razılaşmırdı  və  bu,  digər 
Respublikaçıları  da  siyasi  cəhətdən  utandırmışdı,  yəqin  ki,  ümumiyyətlə  Taftın 
özünün  zəhləsini  tökməmişdi.  O,  illər  ərzində  özünə  və  ya  həm  də  başqa  birinə 
ziyan  toxundura  biləcəyinə  məhəl  qoymadan  qərar  verməyə  adət  etmişdi.  Taft 
yəqin ki, bilməli idi ki, onun qeydləri fırlanmağa məhkumdur və dəyişdiriləcəkdir. 
Onun həmin vaxtkı çıxışı cari kampaniyada şeytanı ayağa qaldıracaqdır. Lakin bu, 
onun üçün xarakterik hal idi və o, istənilən qaydada irəli atılmışdı”. 
Onun  çıxışı  ilə  qalxan  tufan  tam  qüvvədən  düşdü.  Bu  nə  hamının  car 
çəkməsindən,  1946-cı  ildəki  onun  cəhdlərinə  təsir  göstərmək  üçün  olan  amillərin 
meydana çıxmasından sonra baş vermədi, nə də - ən azı açıq şəkildə - Taftın 1948-
ci ildəki Prezidentliyə namizədliyə başlaması məsələsi deyildi. Natsist liderləri dar 
ağacından asıldı, Taft və ölkə digər məsələlərlə məşğul olmağa başladı. Lakin biz 
bu  gün  onunla  razılaşmırıq  ki,  məsələ  Taftın  Nyurnberq  məhkəmələrini  məhkum 
etməkdə düz və ya səhv olması ilə əlaqədardır. Qeyd edilməyə layiq olan odur ki, 
Taftın  tərəddüd  etmədən  etdiyi  bu  mərd  çıxış  onun  ictimai  rəy  axınına  qarşı 
durmasını  illyustrasiyalarla  bəzəyirdi,  çünki  o,  özünün  əsaslandığı  səbəbin  doğru 
olduğuna  inanırdı.  Onun  hərəkəti,  irticaçı  yarlığı  ilə  “mükafatlanmış”  adam  üçün 
xarakterik idi, o, konservativ olması ilə fəxr edirdi və o, liberalizmin və azadlığın 
belə davam edən qaydada müəyyən olunmasına müəlliflik etmişdi: 
“Liberalizm  xüsusən  fikir  azadlığını,  ortodoks  ehkamdan  azadlığı, 
başqalarının  kimdənsə  fərqli  düşünməsi  hüququnu  təmin  edir.  O,  yeni  ideyalara 
açıq olan və düşüncələrə diqqət verməyə hazır olan azad ağılı təmin edir... 
Mən  azadlıq  dedikdə,  öz  düşüncəsi  ilə  fərdi  qaydada  fikirləşmək  və  arzu 
etdiyi düşüncə və həyat kimi öz ömrünü yaşamağın azadlığını başa düşürəm”. 
Bu, Senator Taftın naminə yaşadığı kredo idi və o, öz dəbində və öz yolu ilə 
Amerikada  atmosferi  təmin  etmək  yolunu  axtarırdı,  bu  atmosferdə  digərləri  də 
buna bənzər hərəkətləri edəcəkdilər. 
 


 
193 

 
Siyasi mərdliyin digər adamları 
“...bəşəriyyətin nifrəti üçün... təsəlli...” 
 
 
Bu,  siyasi  cəhətdən  mərd  Senatorların  heç  də  rəsmi  “siyahısı”  deyildir 
 mənim də belə bir niyyətim deyildir ki, kimisə təklif edim. Əksinə, Senatdakı 
siyasi  mərdliyin  ən  görkəmli  və  dramatik  əhvalatlarının  bəzilərini  yenidən  dilə 
gətirməklə,  cəhd  etdim  ki,  bu  keyfiyyətin  hər  bir  Senatorda,  hər  bir  siyasi 
partiyada, istənilən erada tanınmasının mümkün olduğunu vurğulayım. Çox sayda 
daha artıq nümunələr, buna bənzər davranışlar, bənzər şəraitlərdəki illyustrasiyalar 
kimi də xatırlana bilər. 
Digər Senatorlar da bütün karyeraları boyu öz əqidələrini icra etməklə, Con 
Kvinsi Adams, Tomas Hart Benton, Edmund Ross, Sem Hyuston və Corc Norris 
kimi  eyni  qaydada  öz  partiyaları  ilə  əlaqələrini  kəsmişlər.  İndianadan  olan 
Respublikaçı  Senator  Albert  Beveridcin  dostları  1910-cu  ildə  onun  yenidən 
seçilmək  üçün  olan  kampaniyasında  partiyanın  irəli  sürdüyü  Peyn-Oldric  Tarif 
Aktına  qarşı  olan  ittihamlarını  məhdudlaşdırmağı  ondan  xahiş  etdilər.  Lakin  o, 
sakit  dayanmadı.  “Partiya  yalnız  böyüməklə  yaşaya  bilər”  –  o,  dedi.  “İdeyalara 
dözümsüzlük (ona) ölüm (gətirir)”. 
“Yalnız ona verilən səslərə görə törəyib artmalı olan təşkilat, atasının yerini 
tutan oğul kimi, siyasi partiya deyildir, ancaq çinlilərin tonqudur; heç bir vətəndaş 
düşüncəsinə və vicdanına görə bir yerə yığışmır, Hindu tayfası qana və xurafatına 
görə öz üzvlərinin bir yerdə olmasını saxlayır”. 
Öz  partiyasının  nüfuzlu  seqmentinin  müxalifəti  onun  məğlubiyyətinə  nail 
olanda ümidləri puç oldu və ruhdan düşmüşdü, seçkilərin səhərisi günü ancaq bir 
şərh  verdi:  “Bütün  bunlar  düz  idi,  on  iki  ilin  çətin  işi  və  təmiz  reputasiya;  mən 
razıyam”. 


 
194 
Öz  partiyası  ilə  mərdcəsinə  əlaqəsini  kəsənlərin  çoxu  tezliklə  yeni  evlərini 
başqa  təşkilatda  tapdı.  Öz  sektsiyası  ilə  Senatorlar  Benton  və  Hyuston  kimi 
əlaqəsini  kəsənlərə  isə  agah  oldu  ki,  onların  siyasi  karyerasının  sonu  bir  daha 
həmişəlik  və  daha  pis  olana  oxşayır.  1924-cü  ilin  ərəfəsində  Demokratik 
Qurultayda  Alabamadan  olan  Senator  Oskar  U.Andervudun  məsləhətçiləri,  o, 
keçmiş  Prezidentliyə  namizəd  (1912-ci  ildə),  hər  iki  palatada  –  Nümayəndələr 
Palatasında və Senatda Demokratik fraksiyanın keçmiş lideri, onun adını daşıyan 
məşhur  Tarif  Billinin  müəllifi,  yəqin  ki,  Prezidentliyə  imkan  məsələsində  aparıcı 
şəxs  idi,  belə  israr  edirdilər  ki,  o,  Ku  Kluks  Klanı  təhqir  etmək  üçün  heç  nə 
deməsin - bu təşkilat isə xüsusən Cənubluların siyasətində qalxan bir qüvvə idi (Ku 
Kluks Klan 1865-ci ildə ABŞ-da ağların yaratdığı gizli irqçi təşkilat olmaqla, zənci 
hərəkatına  və  proqressiv  təşkilatlara  qarşı  qəddarcasına  mübarizə  aparırdı  – 
tərcüməçi). Lakin Senator Andervud özünün inandığı Cefferson demokratiyasının 
bütün prinsiplərinə əks kimi bir klanın mövcud olmasına əmin olduğundan, bunu 
tam dəqiq ifadələrdə təkzib etdi, təkid etdi ki, bu, elə birinci dərəcəli məsələdir ki, 
partiya  onun  üstündə  möhkəm  dayanmalıdır  və  cəsarətlə  mübarizə  aparmalıdır, 
lakin anti-klan münasibətini partiya platformasına daxil etməkdə uğur qazanmadı. 
Luiziana  nümayəndə  heyəti  və  digər  Cənublular  ictimai  qaydada  ondan  üz 
döndərdilər  və  həmin  andan  onun  Prezidentlik  şansı  sıfıra  bərabər  oldu.  O,  hətta 
Frank Kentin yazdığı kimi, Senata da yenidən seçilə bilmədi. 
“Çünki onun siyasi kəlamlarının səmimiyyətindən və vicdanlılığından başqa 
heç  bir  səbəb  yox  idi...  Alabamada  ona  müxalifət,  onun  məsləklərinin  gücü  və 
açıqlığına görə elə səviyyəyə qalxdı ki, oradan onun yenidən namizəd göstərilməsi, 
açıq  şəkildə  özünün  aparmağa  hazır  olmadığı  bir  mübarizəsiz  heç  də  mümkün 
deyildi...  Senator  Andervud  Alabamada  sağlam  siyasi  qaydaya  müvafiq  olaraq 
oyun  oynasaydı,  bunu  etmədən  belə  nəsə  demək  kimi  görünsəydi,  bu  vaxt  öz 
həyatını  tarazlaşdırmaq  üçün  Senatda  onun  qalmasına  heç  bir  müxalifət 
olmayacaqdı”. 
Vətəndaş  müharibəsindən  əvvəlki  narahat  günlərdə  sektsiya  təzyiqlərinin 
əksinə böyük igidlik – hətta Uebsterə, Bentona və Hyustona məxsus olandan yəqin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə