35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   58   59   60   61   62   63   64   65   ...   71

 
186 
cinayət işi qaldırıla bilməz. Bunu etməklə ən sərt cəzanı tətbiq etmək olar. Lakin 
onların təqsiri bizə, prinsipə görə gücü tətbiq etməkdə haqq qazandırmır”. 
Mən inanıram ki, bu gün Amerikan vətəndaşlarının xeyli hissəsi bu rəylərə 
şərik  çıxardı.  Və  onlar  ən  azı  özəl  qaydada  1946-cı  ildə  də  yaxşı  sayda  olan 
adamlar tərəfindən də bölüşülürdü. Lakin bu işin nəticəsi barədə heç bir siyasətçi 
danışmırdı, hökm elan ediləndən sonra və edama hazırlıq görüləndə, əlbəttə ki, heç 
kəs danışmırdı, ancaq Senator Taft danışdı. 
Birləşmiş  Ştatların  Konstitusiyası  Ohayodan  olan  Senatora  siyasi  qərarlar 
verməkdə  bələdçilik  edən  İncil  idi.  Bu,  onun  mənbəyi,  silahı  və  xilası  idi. 
Konstitusiya  göstəriş  verəndə  ki,  heç  bir  “ex  post  facto  qanunlarına”  yol  verilə 
bilməz, Bob Taft bu resepti daim müdriklik və universal tətbiq olunan kimi qəbul 
edirdi. Konstitusiya geniş təfsirə məruz qalmalı olan subyekt kimi sərbəst qaydada 
verilən  siyasi  vədlər  toplumu  deyildir.  Bu,  müvafiq  qaydada  tələb  olunanda, 
asanlıqla  kənara  qoyulan  və  xoşa  gələn  bayağılıqlar  siyahısı  da  deyildir.  Bu, 
Amerikan hüquq və ədalət sisteminin bünövrəsi idi və ona məğlub edilmiş düşməni 
cəzalandırmaq  üçün  Konstitusiya  reseptlərini  kənara  atan  öz  ölkəsinin  mənzərəsi 
tərəfindən nifrət təlqin olunardı. 
İndiyədək  müəmmalıdır  ki,  niyə  o,  nəsə  deməli  idi?  Nyurnberq 
mühakimələri  Konqressin  müzakirələrindən  əvvəl  vaxt  olmayanda  baş  vermişdi. 
Onlar  hansısa  kampaniya  düşüncəsində  də  bir  məsələ  deyildi.  Burada  həmin 
məsələ  barədə  heç  bir  Respublikaçı  və  Demokratik  mövqe  yox  idi  ki,  onu  bütöv 
millət  həvəsli  qaydada,  alqışla  qarşılamasın.  Birləşmiş  Ştatların  hansısa 
Senatorunun  güclü  çıxışı  yox  idi  ki,  o  ölüm  hökmünün  icrasını  dayandıra  bilsin. 
Lazımsız  çıxış  siyasi  cəhətdən  baha  başa  gələcəkdi  və  açıq  surətdə  boş  şey 
olacaqdı. 
Lakin Bob Taft danışdı. 
6  oktyabr  1946-cı  ildə  Senator  Taft  bizim  İngilis-Amerikan  irsimiz  barədə 
konfransın  qarşısına  çıxdı.  Konfransa  Ohayodakı  Kenyon  kolleci  sponsorluq 
edirdi. Müharibə cinayətlərinin mühakiməsi elə məsələ deyildi ki, konfransda çıxış 
edənlərin  buna  şərhi  gözlənilsin.  Lakin  Taft  öz  müraciətini  “Qanun  əsasında 


 
187 
bərabər ədalət” adlandıraraq, özünün qorxulu romanı və dramatik yaxınlaşması ilə 
yüklənmiş  ümumi  həvəssizliyini  kənara  atdı.  “Qaliblər  tərəfindən  məğlubların 
məhkəməsi”  –  əgər  auditoriya  nə  yollasa  təəccüblənsəydi,  o,  diqqətə  layiq  bir 
qaydada  dedi:  “Heç  cür  qərəzsiz  ola  bilməz,  onda  belə  qayda  necə  ədalət 
formalarının həddində ola bilər”. 
“Mən  sual  verdim  ki,  bu  dar  ağacından  asılanlar  nifrətə  layiq  olsalar  da, 
alman xalqının liderləri idilər, təcavüzkar müharibə aparmaqla hətta pozulmuşdular 
da, çünki heç kəs qələbə çalmağı gözləmədən təcavüz müharibəsi aparmır. Bütöv 
mühakimənin özündə qisas ruhunun olduğu görünür və qisas nadir hallarda ədalətli 
ola  bilər.  Məhkum  olunmuş  on  bir  adamın  dar  ağacından  asılması  Amerikanın 
nüfuzu üzərinə bir ləkə olacaqdır və biz buna görə uzun müddət xəcalət çəkəcəyik. 
Bu məhkəmələrdə Rusiyanın mühakimə etmək niyyəti ideyasını qəbul etdik 
–  bu,  dövlət  siyasəti  idi,  heç  də  ədalət  deyildi  –  onun  İngilis-Sakson  irsi  ilə  çox 
kiçik  əlaqəsi  vardır.  Qanunu  protsedura  formasına  bürünmüş  siyasətlə  biz, 
Avropada  qarşıdakı  illər  üçün  gələcək  bütöv  ədalət  ideyasını  gözdən  saldıq.  Son 
təhlildə,  hətta  qorxulu  müharibənin  sonunda,  biz  gələcəyə  daha  böyük  ümidlə 
nəzər  salmalıyıq,  əgər  ki,  hətta  bizim  düşmənlərimiz  inanırlar  ki,  biz  qanunun 
bizim ingilis dilindəki konsepsiyasında onlara münasibət bəsləmişik”. 
On  günün  içərisində  Natsi  liderləri  asılmalı  idilər.  Lakin  Bob  Taft 
soyuqqanlılıqla danışaraq fakt məsələsini sıxılmış tonda dilə gətirirdi, hökmə görə 
peşimançılıq ifadə  edirdi və vaxtilə Napoleona edilən  kimi məcburi  sürgün təklif 
edirdi  və  deyirdi  ki,  belə  cəza  daha  müdrik  addım  olardı.  Lakin  hətta  daha  çox 
hüznlü  cəhət  o  idi  ki,  mühakimələrin  özü  “Amerikan  qanunun  fundamental 
prinsipini  pozurdu,  çünki  adam  ex  post  facto  maddəsi  ilə  mühakimə  edilə 
bilməzdi”. Ohayo Senatoru təkid edirdi ki, Nyurnberq Amerikan Konstitusiyasının 
tarixinə  ləkədir,  düzgün  və  bərabər  davranmaq  barədə  İngilis-Sakson  irqindən 
ciddi surətdə uzaqlaşmaqdır, məhz həmin irs həqiqətən də bu ölkəni bütün dünyada 
hörmət  edilən  etmişdi.  “Biz  hətta  bizim  xalqı  azadlığın  və  ədalətin  sağlam 
prinsiplərinə öyrədə bilmirik”  – deyə o, belə yekun vururdu. “Mən  onları  öyrədə 
bilmərəm ki, Almaniyadakı hökumət azadlığı və ədaləti əzən idi. Bunu görürəm ki, 


 
188 
ingilis  dilli  xalqlar  bir  böyük  məsuliyyətə  malikdir.  Bu  adamların  düşüncəsini 
qanun əsasında bərabər ədalətə həsr etməyi bərpa etmək idi”. 
Çıxış  vaxt  etibarilə  qızışmaqda  olan  seçki  kampaniyasının  ortasına  təsadüf 
etdi  və  hər  yerdə  Respublikaçı  milli  namizədlər  sığınacaq  tapmaq  üçün 
vurnuxurdular.  Bu  vaxt  Demokratlar  irəliləmək  imkanından  istifadə  etdilər.  Çox, 
çox sayda adamlar Taftın qeydlərinə qəzəblənmişdi. Almanları geri oturtmaq üçün 
vuruşmuş adamlar  və vuruşmuş, lakin güman  ki,  həyatdan köçmüş adamlar  üçün 
təcavüzkarlar  barədə  siyasətçilərin  yaxşı  kəlmələri  nifrət  edici  qaydada 
qarşılanırdı,  bu  siyasətçilər  isə  heç  vaxt  döyüşü  görməmişdilər.  Hitler  və  onun 
kohortası tərəfindən terrorizə edilən həmvətənləri yəhudilərin, polyakların, çexlərin 
və  digər  milli  qrupların  arasında  olanlar  şokda  idilər.  Buhenvalddakı  və  digər 
natsist ölüm düşərgələrindəki qaz kameraları barədə xatirələr, Nyurnberqdəki yeni 
illyustrasiyalarla təzələnən iyrənc vəhşilik əhvalatları və müharibə itkilərinin yeni 
siyahısı ilə əmələ gələn ağrı və əzab minlərlə amerikalının evlərinə daxil olurdu – 
bunlar ölçüyə sığmayan ağır təsirlərin arasında çoxlu ağrı və nifrət doğururdu, bu 
vaxt Birləşmiş Ştatların Senatoru isə bu sadəcə “əclaf” adamların mühakiməsinə və 
hökmə məruz qalmasına peşimançılığını bildirirdi. 
Hər  bir  Prezident  seçkisində  ən  mühüm  ştat  olan  Nyu-Yorkda  və  müxtəlif 
millətlərin  və  milli  azlıq  qruplarının  baxışlarına  xüsusilə  səmimi  olan  siyasətin 
aparıldığı  şəraitdə  Demokratlar  şadlanırdılar.  Respublikaçılar  isə  hirsli  və  qaş-
qabaqlı idilər. 1944-cü ildə Respublikaçıların Prezidentliyə namizədi və partiyaya 
nəzarət  üstündə  və  1948-ci  ildəki  seçkidə  namizəd  göstərilməyə  görə  Taftın  ən 
qəzəbli rəqibi, Nyu-York Qubernatoru Tomas E.Deuey bəyan etmişdi ki, hökmlər 
ədalətlidir;  və  bu  bəyanatda  Nyu-York  Respublikaçıları  Senata  namizəd  olan 
İrvinq  İvzə  qoşulmuşdular,  o,  demişdi:  “Nyurnberqin  müttəhimləri  düzgün  və 
geniş mühakimə olundular. Dünyaya aqoniya gətirən bu natsist “liderlərinə heç kəs 
rəğbət  bəsləmir”.  Nyu-Yorkdakı  Demokratik  ştat  kampaniyasının  meneceri  Tafta 
çağırışla  müraciət  etmişdi  ki,  “bu  ştata  gəl  və  natsist  müharibə  cinayətkarlarının 
həyatına haqq qazandırmağına görə tövbə et”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə