35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   63   64   65   66   67   68   69   70   71

 
207 
və  sektsiya  mənafelərindən  yuxarı  duran  genişliyi  və  hər  şeydən  əvvəl,  özlərinə 
dərindən gələn inam, onların vicdanlılığı və öz işlərində düzgünlüyü. 
Mərdliyin mənası, siyasi motivasiya kimi, dəfələrlə düzgün anlaşılmamışdı. 
Bəziləri  öz  vuruşlarının  həyəcanına  sevinirdi,  lakin  onun  nəticələrinin  necə 
olacağını  bilməkdə  uğursuzluğa  düçar  olurdu.  Bəziləri  başqa  adamlardı  və  başqa 
vaxtlarda  onun  ləyaqətlərinə  valeh  olmuşdu,  lakin  bunun  cari  potensialını  dərk 
etməkdə  uğursuzluğa  uğramışdı.  Yəqin  ki,  siyasi  mərdliyin  bu  əhvalatlarının 
əhəmiyyətini aydınlaşdırmaq üçün yaxşı olardı deyək ki, bu kitab yoxdur. 
Belə  bir  niyyət  yox  idi  ki,  müstəqillik  naminə  müstəqilliyə,  bütün 
kompromisslərə qarşı inadkarlığa və ya izafi məğrurluqla və tərsliklə birinin şəxsi 
əqidələrini  dərk  etməyə  haqq  qazandıraq.  Belə  bir  məqsəd  də  yox  idi  ki,  hər  bir 
məsələnin  düz  və  səhv  tərəfə  malik  olduğu,  əclaflar  və  səfehlər  istisna  olmaqla 
bütün  Senatorların  düzgün  tərəfi  tapacaqları  və  onu  müdafiə  edəcəkləri  barədəki 
fikir təklif edilsin. Əksinə, Baş nazir Melburnun (söhbət XIX əsrin ikinci rübündə 
(1834-1841-ci illərdə) Böyük Britaniyanın Baş naziri olmuş Uilyam Lamb – vikont 
Melburndan  gedir  –  tərcüməçi)  ifadə  etdiyi  hissləri  bölüşürəm.  O  vaxtlar  gənc 
tarixçi olan T.B.Makoleyin tənqidindən qıcıqlanan Melburn qeyd etmişdi ki, necə 
ki,  Makoley  hər  şeyi  bilən  kimi  görünür,  mən  də  istərdim  ki,  heç  olmazsa  nəsə 
haqqında  əmin  ola  bilim.  Və  doqquz  il  Konqressdə  olmaq  mənə  Linkolnun 
(Abraham Linkoln 1861-1865-ci illərdə ABŞ Prezidenti olmaqla, yerli ekspertlərin 
rəyinə  görə  ölkə  tarixində  ən  yaxşı  Prezident  olmuşdu  –  tərcüməçi)  sözlərinin 
müdrikliyini öyrətdi: “Az şey vardır ki, bütünlüklə şərdir və ya bütünlüklə yaxşıdır. 
Demək  olar  ki,  hər  şey,  xüsusən  hökumətin  siyasəti  hər  ikisinin  bölünməz 
qarışığıdır,  belə  ki,  onların  ikisi  arasında  hansının  üstün  olduğu  barədə  ən  yaxşı 
qərar verməyimiz ardıcıl olaraq tələb olunur”. 
Bu  kitab  partiyanın  nizamlanmasını  və  partiya  məsuliyyətini  təklif  etmək 
niyyətini  güdmür,  bunlar  zəruri  şeylərdir  ki,  heç  vaxt  bizim  qərarlarımıza  təsir 
göstərməyəcəkdir.  Bunu  da  təklif  etmək  niyyətini  güdmür  ki,  bir  ştatın  və  ya 
regionun  yerli  maraqları  istənilən  vaxt  müzakirə  edilmək  üçün  legitim  hüquqa 
malik  deyildir.  Əksinə,  hər  bir  Senatorun  loyallığı  onun  partiyası,  ştatı  və 


 
208 
sektsiyası,  ölkəsi  və  öz  vicdanı  arasında  bölünür.  Partiya  məsələlərində  onun 
loyallığına  normal  qaydada  nəzarət  olunur.  Regional  disputlarda,  regional 
məsuliyyətlilik  onun  xəttinə  bələdçilik  edənə  bənzəyir.  Milli  məsələlərdə,  vicdan 
işlərində partiya və regional loyallığa çağırış baş verir, mərdliyin sınağı meydana 
çıxır. 
Birinə  Prezident  olmaq  üçün,  birinə  partiyaya  görə  və  ya  millətə  görə  öz 
aşıb-daşan  hissi  naminə  vuruşmaq  üçün  mərdlik  göstərmək  lazım  gəlir.  Lakin 
bunlar  müqayisə  edilməzdir,  mənə  elə  görünür  ki,  Senatordan  igidlik  göstərmək 
tələb  olunanda,  onun  gələcəyinə  nəzarət  edən  seçicilərin  sərt  qüvvəsinə  açıq 
şəkildə tabe olmamaq gəlir. Bu səbəbə görə mən təqdim olunan əsərə millətin daha 
məşhur “üsyançılarını” – Con Randolfu, Taddeus Stivensi, Robert La Folletteni və 
digər  bütün  qalanları  daxil  etmədim  –  onlar  mərdlik,  vicdanlılıq  adamları  idilər, 
lakin  onlar  bu  mübarizələri  belə  inamla  aparmışdılar  ki,  evlərinə  geri  dönəndə 
seçicilərin dəstəyinə sevinəcəklər. 
Ən nəhayət, bu kitab demokratik hökuməti və xalqı idarə etməni aşağılamaq 
niyyətini  güdmür.  Prinsip  adamlarını  haqsız  olaraq  seçici  ehtirasları  tərəfindən 
məhkum  edilməsi  nümunələri,  seçki  prosesində  geniş  iştiraka  icazə  verilməsinə 
qarşı  cavabı  olmayan  arqumentlər  də  deyildir.  İctimaiyyətdən  gələn  qəddar 
bədbəxtliklər qarşısında xeyirxahlığa nail olan adamların əhvalatları heç də axırıncı 
sübut deyildir ki, biz bütün vaxtlarda milli məsələlər üstündə seçicilərin hisslərinə 
məhəl  qoymayaq.  Çünki,  necə  ki,  Uinston  Çörçill  demişdi:  “Demokratiya  idarə 
etmənin ən pis formasıdır – zamandan zamana sınaqdan keçirdiyi bütün formalar 
istisna  olmaqla”.  Biz  öz  demokratik  proseslərimizi  yaxşılaşdıra  bilərik  və  biz 
vicdan  adamlarına  hörmətimizi  artıra  bilərik,  onlar  bunu  labüd  hesab  etmişlər, 
zamandan zamana ictimai rəyin əleyhinə hərəkət etmişlər. Lakin biz qanunvericilik 
müstəqilliyini  və  məsuliyyətini  qadağan  etməklə  və  ya  demokratiyanı  azaltmaqla 
problemləri həll edə bilmərik. 
Çünki  demokratiya  daha  populyar  hökuməti  və  çoxluğun  idarə  etməsi 
mənasını  verir,  bu  seçicilərin  qüdrətli  bloklarını  tərifləmək  və  ya  aldatmaq  üçün 
olan  siyasi  texnikalar  sistemindən  olduqca  böyük  əhəmiyyət  kəsb  edir. 


 
209 
Demokratiya heç bir Corc Norrisin qeyd etmədiyi – populyar idarə etmə dənizində 
fərdi  vicdanın  abidəsi  olmamaqla  –  bu  adı  daşımağa  layiq  deyildir.  Həqiqi 
demokratiya  yaşayaraq,  böyüyərək  və  ilhamlanaraq  öz  inamını  xalqın  üzərinə 
qoyur  –  bu  inam  ondan  ibarətdir  ki,  xalq  sadəcə  onun  baxışlarını  bacarıqla  və 
sədaqətlə təmsil edən adamların sadəcə seçicisi olmayacaqdır, lakin həmçinin elə 
adamların seçilməsi olacaqdır ki, onlar vicdanlı şəkildə mühakimə edəcəklər – belə 
bir inam ki, xalq prinsiplərə özünü həsr edənlərin qeyri-populyar kursa getmələrinə 
görə  onları  məhkum  etməyəcəkdir,  əksinə  mərdliyi  qiymətləndirəcək,  şərəfə 
hörmət bəsləyəcək və bütünlükdə haqqı tanıyacaqdır. 
Bu  əhvalatlar  belə  demokratiyanın  tarixçələridir.  Həqiqətən  də,  burada  bu 
millətin  sərbəst  nitqinin  irsini  dəstəkləmədiyinə  və  rəyin  şərəfli  münaqişələrinin 
tərbiyə  etmədiyi  fikir  ayrılığına,  qeyri-populyar  baxışlara  tolerantlığı 
bəyənməməyə malik olan heç bir əhvalat olmayacaqdır. Həyasız adamlar hər fəsilə 
xoşbəxt  sonluq  verə  bilmədiyimizi  göstərə  bilərlər.  Lakin  mən  əminəm  ki,  bu 
əhvalatlara  igidlik  göstərənlərdən  hali  olmaq  xəbərdarlığı  kimi  baxılmayacaqdır. 
Çünki onlardan çoxunun, kimlər ki, ictimai rəylərin təzyiqinə davam gətirə bilirdi, 
davam  edən  siyasi  uğuru  və  qalanların  bütünlüklə  bəraət  alması,  xalqın  uzun 
müddətli mühakiməsində bizi öz inamımızı qoruyub saxlamağa qadir etdi. 
Və  bunlar  nə  keçmiş  igidliyin  nümunələri,  nə  də  təkcə  Senatda  bağlanıb 
qalan  gələcək  igidliklərə  ehtiyac  duyulması  deyildir.  Həm  də  bu,  təkcə  bizim 
torpaqdakı  hər  bir  vəzifə  sahibinin  mərdliyinə  və  vicdanına  aid  problemlər  də 
deyildir,  onlar  lap  itaət  edən  və  ya  qüdrətli  olsunlar,  fərqi  yoxdur,  kiminsə 
qarşısında  –  seçicilərin,  qanunvericiliyin,  siyasi  maşının  və  ya  partiya  təşkilatı 
qarşısında məsuliyyət daşımalı olacaqdır. Onlar bizim torpaqdakı hər bir seçiciyə 
və  səs  verməyənlərə  də  aiddir,  hökumətə  heç  bir  maraq  göstərməyənlərə  də, 
siyasətçiyə və onun sənətinə laqeyd yanaşanlara da aiddir. Onlar yuxarı yerlərdəki 
korrupsiya  barədə  nə  vaxtsa  şikayət  edənlərə  də,  təmsilçinin  onun  arzularından 
möhkəm yapışmasını heç vaxt təkid etməyənlərə də aiddir.  Çünki demokratiyada 
hər bir vətəndaş özünün siyasətə marağından asılı olmayaraq “vəzifə tutur”, bizdən 
hər bir kəs məsuliyyət daşımaq mövqeyindədir; və son təhlildə hökumətin növünü, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə