35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

 
65 
doyuzdurulmamışdır”  sözlərindən  başqa  ədəbsiz  olan  heç  nəyi  görmədi.  Lakin 
yaxşı  münasibəti  hədiyyə  kimi  deyil,  xidmət  kimi  qəbul  edirdi  və  inanırdı  ki, 
həqiqətən  bunu  etməkdə  ona  borcludurlar.  O,  1836-cı  ildə  yorulanda  Senatdan 
istefaya  getməyə  cəhd  etdi  ki,  vəkillik  praktikası  vaxtı  mücərrəd  itirdiklərinin 
əvəzini  ödəsin,  onun  Massaçusetsdəki  biznesmen  dostları  isə  onun  borclarını 
ödəməyə qoşuldular ki, o, öz vəzifəsində qalsın. Hətta ölüm yatağında olanda da, 
bir  əfsanə  bizə  danışır  ki,  onun  qapısını  döydülər  və  bir  qoca  centlmen  qanun 
layihələrinin  iri  bağlamasını  otağın  içinə  atdı  və  dedi:  “Belə  bir  vaxtda,  bu  evdə 
heç bir pul kasadlığı olmamalıdır”. 
Uebster bunun hamısını və daha çoxunu görmüşdü. Bunu dərk etmək çətin 
idi ki, o, bunlarda nə əxlaq baxımından, nə də başqa cəhətlərdən səhv olan bir şeyi 
görmürdü.  O,  çox  güman  ki,  inanırdı  ki,  onun  zəhməti  olduqca  aşağı  səviyyədə 
ödənilir  və  onun  ağlına  heç  vaxt  gəlməmişdi  ki,  öz  azad  seçimi  əsasında  öz 
xidmətini və istedadını satsın, ancaq qəribəlik orasında idi ki, o, Birləşmiş Ştatların 
Senatoru  kimi  öz  maaşının  çekinə  qol  çəkəndə,  bu  pullar  başqa  kiməsə  deyil, 
Birləşmiş  Ştatlar  xalqına  məxsus  olmalı  idi.  Lakin  Yeni  İngiltərənin  biznes 
maraqlarını  dəstəkləməsi  onun  aldığı  pulların  nəticəsi  deyildi,  onun  şəxsi 
inamlarına görə idi. Pul, onun xüsusi zövqlərinə həzz vermək mənasından başqa, 
ondan ötəri çox az əhəmiyyətə malik idi. O, heç vaxt var-dövlət toplamamışdı. O, 
heç  vaxt  borcsuz  olmurdu.  Və  o,  heç  vaxt  özünün  borclu  olmaq  statusuna  görə 
narahat olmurdu. Borcunu o, bəzi hallarda ödəyirdi və bunu həmişə özü üçün rahat 
olanda  edirdi,  lakin  Cerald  U.Consonun  dediyi  kimi,  “bədbəxtlikdən  o,  bəzən 
borcunu  saxta  sikkələrlə  ödəyirdi  –  qanuni  şəkildə  göndərməklə  deyil,  yalnız  elə 
bir inama görə ki, xalq ona inanır”. 
Lakin bütün səhvləri ilə yanaşı, Deniel Uesbter öz dövrünün ən böyük natiqi, 
Amerikan  Vəkillər  Kolleqiyasının  aparıcı  üzvü,  Viq  partiyasının  ən  məşhur 
liderlərindən  biri  və  Kalhounu  dayandırmağa  qadir  olan  bir  Senator  kimi  qalırdı. 
Və beləliklə, Henri  Kley bilirdi  ki, özünün Böyük  Kompromissinin xeyirinə belə 
qeyri-adi  istedadları  siyahıya  salmalıdır.  Zaman  və  hadisələr  onun  düzgün  qərar 
qəbul etdiyini sübut etdi. 


 
66 
Allaha-bənzər  Deniel  fikirli  bir  sakitlikdə  onu  dinləyəndə,  Kley  Birliyi  bir 
yerdə saxlamaq üçün özünün axırıncı böyük cəhdini açıb göstərdi. Bu cəhdin açar 
xüsusiyyətləri sayca beş idi: 1) Kaliforniya azad (quldar olmayan) ştat kimi qəbul 
edilməlidir; 2) Nyu-Meksiko və Uta quldarlığın lehinə ya əleyhinə səs verə biləcək 
bir  qanunvericiliyi  olmayan  ərazilər  kimi  təşkil  olunmalıdır;  beləliklə,  yeni 
ərazilərdə  quldarlığı  qadağan  etmək  niyyətini  güdən  və  qızğın  müzakirə  edilən 
Uilmot  Provizo-sunun  (Bu  təklifi  Deyvid  Uilmot  ABŞ  Konqressinə təklif  etmişdi 
ki,  Meksika  müharibəsi  ərzində  alınmış  torpaqlarda  quldarlığın  genişlənməsi 
qadağan  olunsun.  Bu  layihə  1846-cı  ildə  Nümayəndələr  Palatasından  keçsə  də, 
Senatdan  keçməmişdi,  çünki  Senatda  Cənub  və  Şimal  bərabər  gücə  malik  idi. 
Debat quldarlıq məsələsinin siyasiləşməsində mühüm addım idi, proviso sözü isə 
“şərt”  deməkdir  –  tərcüməçi)  birbaşa  ziddinə  olardı;  3)  Texas,  Nyu-Meksikoya 
verilən  bəzi  ərazilərin  kompensasiyası  olmalı  idi;  4)  Kolumbiya  mahalında  qul 
ticarəti  qadağan  edilməli  idi;  5)  Qaçmış  Qul  Qanunu  qüvvəyə  minməli  olmaqla 
daha ciddi və həyata keçən olmalıdır ki, qaçmış qullar Şimal ştatlarında tutulduqda, 
onları  öz  sahiblərinə  qaytarmağa  təminat  versin.  Kompromiss  ekstremistlər 
tərəfindən  sakitləşdirici  tədbir  kimi  məhkum  ediləcəkdi,  başlıca  olaraq  birinci  və 
dördüncü  şərtlərə  görə;  və  Şimalın  abolitsionistlərinə  (quldarlığı  qadağan  etmək 
hərəkatının  iştirakçılarına  –  tərcüməçi)  isə  elə  görünəcəkdi  ki,  Cənuba  edilən  90 
faiz güzəştin əvəzində Şimala 10 faiz “çörək qırıntısı” atılır, xüsusən də ikinci və 
beşinci  şərtlərə  görə.  Az  sayda  şimallılar  Qaçmış  Qul  Qanununun  istənilən 
güclənməsinə  dözəcəkdilər,  ən  acı  şəkildə  nifrət  etdikləri  tədbir  isə  -  indiyədək 
daha biabırçı şəkildə əməl edilməyən Qadağa idi – bu hətta Konqressdən keçmişdi. 
Massaçusetslilər  öz  ştatlarında  Aktın  şərtlərinin  həyata  keçirilməsini  məcbur 
etməyi cinayət hesab edən qanunu qüvvəyə mindirmişdilər. 
Henri  Kley  necə  ümid  edə  bilərdi  ki,  belə  bir  planın  Massaçusetsdən  olan 
Deniel Uebsterin bəyənməsinə nail olsun? O, quldarlığın qatı düşməninə və Uilmot 
Provizo-sunun  müdafiəçisinə  xüsusi  olaraq  bunları  bildirməməli  idimi?  Məgər  o, 
Oreqon  debatında  deməmişdimi  ki,  “mən  bütün  quldarlıq  genişlənmələrinə  və 
bütün  yerlərdə  qul  təmsilçilərinin  artmasına  bütün  zamanlarda,  bütün  şəraitlərdə, 


 
67 
hətta  bütün  məcburi  tədbirlərə  qarşı,  böyük  mənafelərin  məhdudlaşdırılmasını 
bütün  dəstəkləyənlərə  qarşı,  bütün  kombinasiyalara  qarşı,  bütün  kompromisslərə 
qarşı zidd olacağam”. 
Elə  həmin  həftə  o,  dostuna  yazmışdı:  “Erkən  gəncliyimdən  mən  quldarlığı 
böyük  əxlaqi  və  siyasi  şər  kimi  qiymətləndirirəm...  Sənin  qorxmağa  ehtiyacın 
yoxdur  ki,  mən  hansısa  kompromissə  səs  verəcəyəm  və  ya  keçmişlə  ziddiyyətli 
olan bir şey edəcəyəm”. 
Lakin  Deniel  Uebster  qorxurdu  ki,  vətəndaş  zorakılığı  “yalnız  quldarlığın 
zəncirlə  bağlanmasını  daha  güclü  edəcəkdir”.  Birliyin  qorunub  saxlanması,  onun 
ürəyi üçün quldarlığa zidd olmaqdan daha əziz idi.  
Və  beləliklə,  həmin  taleyüklü  yanvar  gecəsi  Deniel  Uebster  Henri  Kleyə 
etibarlı  qaydada  dəstək  vəd  etdi  və  özü  barəsindəki  böhranın  ixtiraçısı  oldu.  İlk 
dəfə  o,  1950-ci  il  ayrılmasının  mümkünlüyünə  gülən  tənqidçilərin  və  tarixçilərin 
baxışlarına şərik idi. Lakin o, Cənub liderləri ilə danışdıqca və “ölkənin şəraitini” 
müşahidə  etdikcə  “mən  düşünürəm  ki,  həll  olunmayan  ziddiyyətlərin 
mövcudluğunun davam etməsi hökmən Vətəndaş müharibəsi olmalıdır” deyirdi. O, 
öz  oğluna  yazırdı  ki,  “Mən  zəhmət  və  qayğı  ilə  gücümü  tamamilə  itirməyə 
yaxınam. Mən indiki fövqəladə vəziyyəti necə qarşılamağı və indi bərabər ölçüdə 
qəzəblənən Şimalın və Cənubun səfehlərini hansı silahlarla dağıtmağı bilmirəm... 
Mən kasıb ruhlara və kiçik igidliyə malikəm”. 
1850-ci ildə iki qrup Amerika Birləşmiş Ştatlarını dağıtmaqla hədələdi. Yeni 
İngiltərədə Qarrison açıq şəkildə bəyan etdi ki, “mən abolitsionistəm və ona görə 
də Birliyin buraxılmasının tərəfdarıyam”. Və Şimal abolitsionistlərinin mitinqində 
elan  etdi  ki,  “Konstitusiya  ölümlə  sazişdir  (o,  Bibliyadakı  Allahla  saziş  barədə 
işlənən sözdən istifadə edirdi – tərcüməçi) və cəhənnəmlə razılaşmaqdır”. Cənubda 
isə 1850-ci ilin fevralında Kalhoun dostuna yazırdı ki, “bizim üçün qalan yeganə 
alternativ  Birliyin  parçalanmasıdır”.  Və  Senata  yazdığı  axırıncı  müraciətdə,  bu 
mətn, onun əvəzinə 4 martda oxunmuşdu, ölümündən bir neçə həftə əvvəl özünü o 
qədər  zəif  hiss  etdiyinə  görə  o,  bu  vaxt  oturmuşdu,  bəyan  etdi  ki,  “Cənub 
quldarlığın ləğv edilməsi ilə ayrılma arasında seçim etməyə məcbur ediləcəkdir”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə