35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

 
71 
mübarizə aparıb aydın və kabus səsi ilə iftixarla elan etdi ki, “Cənubi Karolinadan 
olan Senator öz yerindədir”. Uebster tutuldu və gözlərindəki yaşla Kalhouna tərəf 
əyildi,  axırıncı  taqətdən  düşmüş  və  zəifləmiş  kimi  kürsüyə  batan  kimi  oldu, 
Massaçusets  natiqinə  sfinksə  bənzər  bir  ifadə  ilə  baxdı,  bu,  onun  bəyənib  ya 
bəyənmədiyini adi bir işarə ilə də hiss etdirmirdi.  
Üç  saat  on  bir  dəqiqəlik  çıxışında  yalnız  öz  geniş  qeydlərinə  hərdən  baxıb 
Deniel  Uebster  Birliyin  səbəbini  müdafiə  edirdi.  Hər  iki  tərəfdən  olan  kədərlə 
əlaqədar o, vətənpərvərlik adı naminə barışmağı və bir-birini başa düşməyi xahiş 
edirdi. Senatın başlıca qayğısı, o, təkid edirdi ki, nə quldarlığı irəli aparmaq, nə də 
onu  qadağan  etmək  deyildir,  yalnız  Amerika  Birləşmiş  Ştatlarını  qoruyub 
saxlamaqdır.  Məntiq  və  ustalıqla  irəlini  görmək  qaydasında  danışmaqla  o,  “dinc 
şəkildə ayrılma” ideyasına sərt hücumlar edirdi: 
“Ser,  sizin  və  mənim  gözlərimə  heç  vaxt  həmin  möcüzəni  görmək  nəsib 
olmayacaqdır.  Bu  geniş  ölkənin  parçalanması  konvulsiyasız  mümkün 
olmayacaqdır!  Kim  o  qədər  səfehdir  ki,  belə  bir  şeyi  görməyi  gözləsin?... 
Ayrılmanın mümkünlüyü və ya faydalılığı barədə danışmaq əvəzinə, cəhalətin belə 
macəralarında  məskunlaşmaq  əvəzinə...  Qoy  biz  azadlığın  və  birliyin  təzə 
havasından həzz alaq... Qoy biz öz nəslimizi layiq olduğu qızıl zəncirin güclü və 
aydın  həlqələrindən  biri  edək.  Mən  bir  sevən  adam  kimi  inanıram  ki,  bu 
Konstitusiya  üçün  bütün  ştatların  xalqlarının  birləşib  mübarizə  aparması  illər 
ərzində gələcəkdir”. 
Heç  bir  alqış  səslənmədi.  Hay-küy  və  təəccüblü  pıçıldaşma  var  idi,  lakin 
alqış  yox  idi.  Reportyor  teleqraf  idarəsinə  cumdu.  “Mister  Uebster  öz  üzərinə 
böyük  məsuliyyət  götürdü”  sözlərini  öz  qəzetinə  göndərdi  və  o,  uğur  qazansa  və 
uğursuzluğa  düçar  olsa,  onun  mərdliklə  özünü  irəli  verməsi  ən  azı  ona  bütün 
ölkənin hörmətini qazandıracaqdır. 
Deniel Uebster  məqsədinə çatdı. Onun çıxışının Şimalda çoxları tərəfindən 
təkzib olunmasına baxmayaraq, fakt orasında idi ki, belə döyüşən seçiciləri təmsil 
edən  adam  birlik  və  vətənpərvərliyi  başa  düşmək  naminə  çağırış  edirdi,  bu  isə 
Vaşinqtonda və bütün Cənubda Cənubun hüquqlarının bona fide (vicdanla – latın 


 
72 
dilində,  tərcüməçi)  sığortalanması  kimi  qəbul  ediləcəkdi.  Kalhounun  özünün 
barışmazlığının  əksinə onun Çarlstondakı “Mercuri” qəzeti  Uebsterin  müraciətini 
“dildə nəcib, tonunda alicənab və barışıqlıq” kimi tərifləyirdi. “Mister Kalhounun 
aydın və qüdrətli izahatı, əgər mister Uebsterin ustalıqla oynadığı roldan az sonra 
gəlməsəydi, müəyyən həlledici effektə malik olardı”. Və Nyu-Orleanın “Picayune” 
qəzeti Uebsteri özlüyündə ədalətli hesab etdiyi sülh və ölkə üçün, təhlükəsizlikdən 
ötəri  isə  zəruri  olmağa  inandığı  bir  şeyi  etmək  üçün  göstərdiyi  mənəvi  mərdliyə 
görə təbrik etdi. 
Və  beləliklə,  tez  parçalanma  və  qan  tökmə  təhlükəsi  ötüb  keçdi.  Senator 
Uintropun  qeyd  etdiyi  kimi,  Uebsterin  çıxışı  “Cənubu  tərksilah  etdi,  sakitləşdirdi 
(və)  Neşvill  qurultayını  xoruz  damına  soxdu”.  “Journal  of  Commerce”  qəzeti 
sonrakı  aylarda  qeyd  etməyi  lazım  bildi  ki,  “Uebster  bütün  ölkədə  hansısa  bir 
başqa  adamın  gördüyündən  daha  çox  iş  görmüşdür  və  öz  şəxsi  populyarlığını 
böyük  risqə  qoymuşdur  ki,  1850-ci  ildə  Konstitusiyanın  və  Birliyin  dayaqlarını 
uçurmaqla hədələyən sektsionalizm axınını dayandırsın və geri döndərsin”. 
Bəzi  tarixçilər  –  xüsusən,  on  doqquzuncu  əsrin  sonrakı  yarısında  yazanlar 
abolitsionist  düşmənlərinin,  Uebsterin  mənəvi  qazancları  barədə  tələffüz 
etdiklərinin  təsiri  altında  idilər  və  Allan  Nevins,  Henri  Still  Kommager,  Cerald 
Conson və digərləri ilə razılaşmırdılar, axı axırıncılar Yeddi Mart çıxışını “yüksək 
dövlət  xadiminə  xas  olan  kimi,...  Uebsterin  millətə  axırıncı  böyük  xidməti  kimi” 
tərifləmişdilər.  Çoxları  parçalanmanın  belə  kompromisslər  olmadan  1850-ci  ildə 
baş  tutmasını  danırdılar;  və  digərləri  kompromissin  nəyə  nail  olduğuna  məhəl 
qoymadan,  sonrakı  hadisələrin  parçalanmanın  labüd  olduğunu  sübut  etdiyi 
barədəki  fikri  dəstəkləyirdilər.  Lakin  indiyədək  digərləri  təkid  edirlər  ki, 
müharibənin  on  il  təxirə  salınması  Şimalla  Cənub  arasındakı  nəticəni  daraltdı  və 
uzun  müddətli  davam  etmə  Birliyi  qoruyub  saxlamağa  kömək  etdi.  Uebsterin 
çıxışındakı  barışıq  ruhu  Şimala  düzgün  bir  hiss  verdi  ki,  bu  da  Cənubla  yaxşı 
münasibətin  hər  bir  cəhdini  etməyə  imkan  verdi  və  Birliyin  müdafiəçilərini, 
bununla  da  on  il  sonra  həmin  kompromisslərə  qarşı  onların  hiss  etdikləri  kimi, 
Cənubluların  zorakılıqlarına  qarşı  daha  möhkəm  birləşdirdi.  Hətta  Şimalın  hərbi 


 
73 
nöqteyi-nəzərindən  döyüşün  on  il  təxirə  salınması  Şimal  ştatlarını  öz  əhalisinin 
sayında,  səsvermə  gücündə,  istehsalda  və  dəmir  yollarında  aparıcılığını  nəhəng 
qaydada yüksəltməyə qadir etdi.  
Heç  şübhəsiz  bunu  Uebsteri  dəstəkləyənlərin  çoxu  başa  düşürdü,  -  bura 
Massaçusetsin biznes və professional adamları daxil idi, onlar Yeddi Mart nitqinin 
yüz  minlərlə  nüsxəsinin  bütün  ölkədə  paylanmasına  kömək  etdilər.  Deniel 
Uebsterin köməyi ilə onlar anladılar ki, o, Massaçusets əhalisi8nə ünvanlanmış və 
çap  olunmuş  nüsxələrə  bu  sözləri  həsr  etdi:  “Zərurət  məni  çox  şeylər  barədə 
olandan daha çox həqiqət barədə danışmağa məcbur etdi... Mən həqiqətən də sizə 
xoş  olmağı  sevirəm;  lakin  sizin  mənə  necə  münasibət  göstərməyinizdən  asılı 
olmayaraq, mən sizi xilas etməyə üstünlük verirəm”. 
Lakin bunu Abolitsionistlər və 1850-ci ilin Azad Torpaqçıları (Azad Torpaq 
partiyasının  üzvləri.  1848-1854-cü  illərdə  mövcud  olan  bu  partiya  Vətəndaş 
müharibəsindən  əvvəlki  dövrdə  Birləşmiş  Ştatlar  tarixində  kiçik  partiya  olsa  da, 
siyasi nüfuza malik idi, Qərb ərazilərində quldarlığın genişlənməsinin əleyhinə idi. 
Respublikaçı Deyvis Uilmot 1846-cı ildə məşhur Uilmot Provizo qanun layihəsini 
Konqressə  təqdim  etmişdi.  Uilmot  konsepsiyası  Azad  Torpaq  partiyası  üçün 
birbaşa  ideoloji  cəhətdən  öndə  gedən  sənəd  olmuşdu.  Azad  Torpaq  partiyasının 
şüarı  “Azad  torpaq,  azad  nitq,  azad  əmək  və  azad  adam”  idi.  Bu  şüar  kiçik 
fermerləri, borcluları, kənd tacirlərini, ev sahiblərini və fabrik işçilərini özünə cəlb 
edirdi  –  tərcüməçi)  başa  düşmədilər.  Az  sayda  siyasətçi  belə  istedadlı  seçicilər 
tərəfindən  söyülmək  ləyaqətinə  malik  oldular.  Möhtərəm  Teodor  Parker  (keşiş  – 
tərcüməçi) bölünmənin təhlükəsinə laqeyd olmaqla, qaçmış qullara öz zirzəmisində 
sığınacaq  verməsilə  öyünürdü  və  öz  moizələrini  mürəkkəbə  batırılan  qılıncla 
yazırdı  və  onun  stolunun  üstündə  “patronla  doldurulmuş  və  müdafiə  üçün  artıq 
hazır  olan  tapança”  dururdu.  O,  Uebsteri  öz  moizəçi  kafedrasından  rəhmsiz 
qaydada  məhkum  edirdi  və  öz  hücumlarını  hətta  Uebsterin  vəfatından  sonra  da 
davam etdirirdi. O, qışqırdı ki, “heç bir canlı adam millətin vicdanı ilə dava salmaq 
üçün  onun  qədər  belə  çox  şey  etməmişdir...  Mən,  Amerikan  tarixində  Yeni 
İngiltərənin oğlunun etdiyinə bənzər başqa bir işi bilmirəm. Bunu yalnız Benedikt 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə