35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

 
50 
pisləşdikcə,  gəmilərimiz  tutulurdu,  mallarımız  müsadirə  edilirdi,  dənizçilərimiz 
Britaniya  kreyserlərinin  “təsirinə”  məruz  qalırdı  və  Britaniya  təbəələri  kimi 
adlanmaqla  kral  donanmasında  xidmət  etməyə  məcbur  edilirdilər.  Minlərlə 
amerikan  dənizçisi  mütəşəkkil  bazalara  götürülürdü,  adamları  axtaran  gəmilər 
dənizdə  itirdi  və  hətta  Amerika  vətəndaşlığını  “sübut  edənlərə”  geriyə  qayıtmaq 
barədə  icazə  verilməsindən  dəfələrlə  imtina  edilmişdi.  Adamsın  vətənpərvər 
instinktləri qalxmışdı və o, buna nifrətlə baxırdı ki, gəmiləri hücuma məruz qalan 
Federalist  tacirlərin  özü  Böyük  Britaniyanı  sakitləşdirməyin,  problemlərin  həlli 
üçün yeganə vasitə olduğu qərarına gəldilər. Onun Federalist kolleqaları hətta belə 
təcavüzkar  tədbirləri  qeyri-müəyyən  qaydada  Fransa  ilə  müharibədə  Böyük 
Britaniyanın çətinliklərindən danışmaqla və axırıncıya münasibətdə dostluq tonuna 
üstünlük  verməklə,  səmərələşdirməyə  cəhd  edirdilər.  Bu  münasibətə  Adams  ört-
basdır edilməyən nifrətlə, 1806-cı ildə öz gündəliyində qeyd etdiyi kimi, özü üçün 
unikal  bir  təcrübəni  həyata  keçirdiyini  xəbər  verir.  Amerika  gəmilərinə 
britaniyalıların təcavüzkarlıqlarını məhkum edən seriya qətnamələr təqdim etdi və 
onların Senatdan uğurlu qaydada keçməsinə nail oldu, onlar Prezidentə belə tələb 
verməyi  təmin  etdi  ki,  müsadirə  edilmiş  gəmiləri  sığortalasın  və  bərpa  etsin. 
Əlbəttə,  Federalistlər  onun  tədbirlərinə,  administrasiyanın  Britaniya  idxalını 
məhdudlaşdırmaq  barədə  Adamsın  də  dəstəklədiyi  qanun  layihəsinə  olduğu  kimi 
əks çıxdılar. Bu vaxt artıq o, bütün praktiki niyyətlərə görə partiyası olmayan bir 
adam idi. 
Nəticədə,  1807-ci  ilin  yayında  amerikan  freqatı  “Chesapeake”  Virciniya 
körfəzindən  çıxanda  Britaniya  hərbi  gəmisi  “Leopard”  tərəfindən  amerikan 
gəmisində  axtarış  aparılmasından  və  ya  ingilislərin  Britaniya  təbəəsi  kimi  iddia 
etdikləri  dörd  adamı  onlara  verməkdən  imtina  etdikdən  sonra,  bütünlüklə  atəşə 
məruz  qaldı,  amerikan  komandasının  bir  neçə  üzvü  öldürüldü  və  yaralandı. 
Hirslənən  Adams  bir  daha  inanmalı  oldu  ki,  partiya  ilə  və  ya  partiyasız  belə 
dözülməz hərəkətlərə qarşı güclü tədbirlərin görülməsi vaxtı gəlib çatmışdır. Yerli 
federalist  qulluqçularla  bu  hadisəyə  etiraz  etmək  üçün  o,  Bostonda  şəhər  mitinqi 
keçirmək məsələsini qaldırdı. Görkəmli Federalistlər, hətta “Leopard”ın hücumuna 


 
51 
haqq  qazandırmağa  cəhd  edəndə,  qəzəblənərək  öyrəndi  ki,  onun  kədərli 
məmnunluğu  üçün  Respublikaçılar  partiyası  həmin  həftə  ştatın  Nümayəndələr 
Palatasında bənzər bir kütləvi mitinqi keçirmək istəyirlər. 
Federalist “Repertory” qəzeti sədaqətlə xəbərdar edirdi ki, bu mitinq “əməlin 
nizamsız və səs-küylü obrazından” başqa bir şeyi təmsil etmir. Ora heç bir düzgün 
və şərəfli adam “gəlməyəcəkdir”. Lakin Con Kvinsi Adams gəldi və baxmayaraq 
ki,  sakitləşdirici  kimi  xidmət  etməkdən  imtina  etmişdi,  o,  heç  nəyə  məhəl 
qoymadan  qrupun  mübarizə  qətnaməsini  hazırladı,  bu  Prezidentin  üzərinə  iştirak 
edənlərin həyatları və taleləri üçün “istənilən, ancaq ciddi” tədbirləri dəstəkləmək 
vəzifəsini qoyurdu. 
Bu  vaxt  Federalistlər  qəzəblənmişdilər,  buna  baxmayaraq,  onlar  tələsik 
qaydada  rəsmi  şəhər  mitinqi  keçirdilər.  İkiüzlü  qaydada  həm  də  Prezidenti 
dəstəkləməkləri  barədə  vəd  verdilər,  bəyan  etdilər  ki,  Con  Kvinsi  Adams  açıq 
şəkildə  respublikaçıların  mitinqinə  qatıldığına  və  digər  səbəblər  üzündən 
“dönüklüyünə görə öz boynunun vurulmasına...” gəlib çıxacaqdır, “və artıq partiya 
ilə hansısa bir əlaqəyə ümid bəsləyə bilməz”. Sonralar Senatorun izah etdiyi kimi, 
bu  elə  bir  epizod  idi  ki,  “həmin  gündən  və  əbədi  olaraq  məni  Federalist 
partiyasının şurasından uzaqlaşdırmışdı”. 
1807-ci ilin 18 sentyabrında Cefferson Konqressi britaniyalılara qarşı, bütün 
gələcək beynəlxalq ticarəti effektiv qaydada dağıdan embarqonu tətbiq etmək kimi 
cavab verməklə, bu tədbir millətin aparıcı kommersiya ştatı olan Massaçusets üçün 
açıq şəkildə dağıdıcı xarakter daşıdı, - bu, Massaçusetsdən olan Con Kvinsi Adams 
idi  ki,  Senat  zalında  ayağa  qalxıb  seçilmiş  komitəyə  ünvanlanan  müraciətlə  çıxış 
etdi;  o,  komitənin  sədri  seçildi;  və  Embarqo  qanununun  layihəsinin  və  Britaniya 
gəmilərinin amerikan sularına girməsinin qarşısını almaq barədə onun özünün irəli 
sürdüyü qanun layihəsinin hər ikisi haqqında məlumat verdi. 
“Bu  tədbir  sənə  və  mənə  bizim  yerlərimiz  hesabına  başa  gələcəkdir”  deyə 
gənc Adams öz kolleqasına xəbərdarlıq etdi, seçilmiş komitə öz işini yekunlaşdırdı 
və onun üzvləri Senatın zalına yollandılar, “lakin özəl mənafe ictimai faydaya əks 
qaydada qoyulmalı idi”. 


 
52 
Onun  sözləri  səhvsiz  olaraq,  peyğəmbərcəsinə  deyilmiş  sözlər  idi.  Onun 
köməyi ilə Embarqo Billi (qanun layihəsi – tərcüməçi) qanuna çevrildikdən sonra 
Massaçusetsdə  Boston  Çay  partiyası  (1773-cü  ildə  Amerikan  İnqilabı  ərəfəsində 
Britaniyanın  birbaşa  vergi  qoyması  cəhdlərinə  müqavimətin  kulminasiya 
nöqtəsində  yaranmışdı,  bu  vaxt  Mohauk  hinduları  kimi  maskalanmış  işləyən 
adamlar 342 yeşik gömrükdən keçmiş çayı dənizə tökmüşdülər. Digər limanlar çay 
gəmilərinin  onlara  daxil  olmasından  imtina  etmişdilər.  Bostonluların  çayı  dənizə 
tökməsi  tarixdə  “Boston  çay  dəstgahı”  kimi  məşhurdur  –  tərcüməçi)  günlərini 
xatırladan etiraz tufanı qalxdı. Ştatda amerikan ticarət donanmasının əsas hissəsi və 
praktiki  olaraq  bütün  gəmiqayırma  və  balıq  ovu  sənayesi  yerləşirdi.  Embarqo 
gəmiqayırma  sənayesini  bütünlüklə  bekar  qoydu,  gəmi  ticarətini  dağıtdı  və  balıq 
ovu  gəmilərini  sahilə  bağladı.  Ərazidə  durğunluq,  iflasa  uğrama,  dərd  və  oradan 
əhalinin çıxıb getməsi ümumi hala çevrildi. Nə tacirləri, nə dənizçiləri inandırmaq 
mümkün  deyildi  ki,  bu  akt  onların  xeyiri  üçündür.  Hətta  Yeni  İngiltərədən  olan 
fermerlər  öz  mallarının  bazarda  qalıb  satılmadığını  gördülər,  onların  ixrac  üçün 
olan çıxış yolları isə bağlanmışdı. 
Federalist  liderlər  təkid  edirdilər  ki,  bu,  Ceffersonun  Yeni  İngiltərənin 
inkişafını məhv etmək, İngiltərəni müharibəyə təhrik etmək və fransızlara kömək 
etmək  cəhdi  idi.  Hətta  Yeni  İngiltərə  Respublikaçılarının  Prezident  qanun 
layihəsini  müdafiə  etməkdən  imtina  etmələrinə  baxmayaraq,  Federalist  partiyası 
nəticə  üzrə  ağır  hesab  aparsa  da,  Massaçusets  Qanunvericiliyinin  hər  iki 
palatasındakı hakimiyyətə zəfər qaydasında qayıtmışdı. 
Ceffersona  və  onun  Embarqosuna  Federalistlərin  böyük  nifrət  bəsləməsinə 
baxmayaraq,  Massaçusets  Federalistləri,  tacirləri  və  digər  vətəndaşlar  öz 
Senatorunun fərariliyinə hətta daha acı şəkildə yanaşaraq, onu düşmən dərəcəsinə 
endirmişdilər.  Nortamptonun  “Hampshire  Gazette”-si  ona  “zibil  yığan  partiya” 
deyə  fınxırırdı,  yazırdı  ki,  “həm  quruda,  həm  suda  yaşayan  ambitsiyalı 
siyasətçilərdən  biri  olmaqla,  hərdən  bir  hər  ikisində  sığınacaq  tapır,  lakin  axırda 
palçıq  içərisində  məskunlaşır”.  Salem  şəhərinin  “Gazette”  adlı  gündəlik  mətbuatı 
deyirdi  ki,  Adams  “üstün  gələn  partiyada  özünə  rəğbət  arayan...  populyarlıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə