35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

 
32 
sülhsevər dəyişiklik, müstəqil mühakimədən və fərdi – və hətta ortodoks olmayan 
və  ekssentrik  –  ideyalardan  irəli  gəlir  və  bizi  xarici  ideologiyaya  üstün  gəlməyə 
qadir  edir,  axırıncı  isə  hidrogen  bombasından  qorxduğundan  daha  çox  azad 
fikirdən qorxur. 
Biz  qarşıdakı  günlərdə  daha  çox  əminlik  üçün  kompromisslərə  möhtac 
olacağıq. Lakin bunlar prinsiplərin deyil, iş kompromissləri olacaqdır və olmalıdır. 
Biz  özümüzdə  deyil,  siyasi  mövqelərimizdə  kompromissə  getməliyik.  Biz 
mənafelərin  toqquşmasını,  öz  ideyalarımızdan  uzaqlaşmadan  həll  edə  bilərik.  Və 
hətta kompromissin düzgün növü üçün zərurət, həmin idealistlərə və islahatçılara 
ehtiyacı ləğv etməyəcəkdir. Onlar isə bizim kompromissləri irəli aparırlar. Şounun 
(Bernard Şou  – məşhur yazıçı,  Nobel mükafatı laureatı  – tərcüməçi) təsvir  etdiyi 
kimi “kompromisslə lənətlənmiş, opportunizmlə çürümüş, lazımi qaydada səpilmiş 
yalançı  unlu  şeh,  naqili  dartma  ilə  ölçüsünün  genişlənməsi  və  nüfuzetmədən 
çürümə  ilə  sirayətlənmişlərlə”  qarşılaşmaqdan  yaranan  siyasi  situasiyaların 
qarşısını  alır.  Kompromissə  heç  də  qorxaqlıq  üçün  ehtiyac  duyulmur.  Əlbəttə  ki, 
kompromisslər və barışıqlar dəfələrlə sərt siyasi mərdlik sınaqları ilə üz-üzə gəlir. 
Onlar  öz  seçicilərinin  ekstremist  nəzərlərinə  müxalif  olurlar.  Buna  görə  Deniel 
Uebster  1850-ci  ildəki  kompromissi  vicdanlı  qaydada  bəyənmişdi,  buna  görə  o, 
siyasi tarixin salnamələrinin ötülüb keçilə bilməyən məhkumluğunu qazanmışdı. 
Onun  əhvalatı  bu  gün  xatırlanmağa  layiqdir.  Beləliklə,  mən  inanıram  ki, 
digər  mərd  Senatorların  əhvalatları  –  onlar  özlərinin  bütün  şəxsi  və  siyasi 
hörmətdən  yuxarı  olan  milli  zəfər  çalınmasına  loyallıqda  olmuş,  bu  adamlar 
mərdliyin  real  olaraq  nə  olduğunu  və  həmçinin  demokratiyaya  real  inamlarını 
göstərmiş,  Birləşmiş  Ştatlar  Senatını,  öz  seçicilərinin  nöqteyi-nəzərlərini  icra 
qaydasında çatdıran sadə robotlar kolleksiyasından daha çox nəyisə etmişlər və ya 
zamana xidmət edən beyinləri bir yerə yığmışlar ki, ictimai hissiyyatın daşqınlarını 
əvvəlcədən xəbər versinlər və onların ardınca getsinlər. 
Bu  adamların  bəziləri,  hansılarınkı  əhvalatları  təsvir  ediləcəkdir,  öz 
inamlarında  düzgün  idilər,  digərləri,  güman  ki,  düz  deyildilər.  Bəziləri  daha  çox 
populyarlığa  qayıtmaqla  özlərinə  haqq  qazandırırdılar,  çoxu  isə  heç  də  bunu 


 
33 
etmirdi. Bəziləri özlərinin bütün həyatı boyu mərdlik nümayiş etdirirdilər; digərləri 
isə  onların  vicdanı  və  hadisələr,  bu  adamları  tufanın  mərkəzinə  gətirib  çıxaran 
həlledici  ana  qədər  küləyin  istiqamətində  üzmüşdülər.  Bəziləri  özlərinin  mütləq 
prinsiplərə  sarsılmaz  həsr  olunmaları  ilə  əsl  mərd  adamlar  idilər;  digərləri 
kompromiss tərəfdarlarını lənətləyirdilər. 
Onların  müxtəlifliyi  ilə  yanaşı,  amerikan  siyasətçiləri,  hansıların  ki, 
əhvalatları  dəfələrlə  söylənmişdir,  bir  qəhrəmanlıq  keyfiyyətini  –  mərdliyi 
bölüşürdülər – sonrakı səhifələrdə mən çalışacağam ki, onların həyatını – uğrunda 
yaşadıqları  idealları,  mübarizə  apardıqları  prinsipləri,  onların  ləyaqətlərini, 
günahlarını,  qazandıqları  tərifi  və  dözdükləri  təhqiri  nəql  edim.  Bütün  bunlar 
sonrakı səhifələrdə yer tutacaqdır. Biz onlar haqqında yazmalıyıq, onlar haqqında 
oxumalıyıq.  Bu  adamların  hər  birinin  həyatında  elə  şeylər  vardır  ki,  onu  çap 
səhifəsinə təslim etmək çətindir – və həm də elə şeylər vardır ki, onlar vətənlərinə 
gəlib çatmış və yer kürəsinin hər bir hissələrində yaşayan hər bir vətəndaşın malik 
olduğu irsi daha da zənginləşdirmişdir. 
 
Birinci hissə 
 
Zaman və yer 
 
Bizim  birinci  əhvalat  1803-cü  ildə  başlandı,  bu  vaxt  Vaşinqton  hələ 
lazımi  qaydaya  düşməmişdi,  şəhər  əslində  ölkə  kəndindən  artıq  bir  şey  deyildi. 
Belə  rəvayət  vardır  ki,  yeni  fransız  elçisi  bura  gələndə  ətrafa  baxıb  qışqırmışdı: 
“Ay  Allah!  Mən  nə  etmişəm  ki,  belə  şəhərdə  yaşamağa  məhkum  olmuşam!” 
Tikintisi hələ başa çatmamış Kapitoli Birləşmiş Ştatlar Senatının yerləşdiyi bina idi 
və  ilk  Senatın  1789-cu  ildə  yerləşdiyi  Nyu-Yorkun  köhnə  şəhər  zalından  çox 
böyük dərəcədə fərqlənirdi və hətta 1787-ci ildəki Konstitusiya yazanların orijinal 
qaydada planlaşdırdığı orqandan da çox fərqli idi. 


 
34 
Bani-atalar  Senatda  işləməyi  “siyasi  mərdlik”  üçün  imkanı  təmin  edən 
xidmət  kimi  təxəyyül  edə  bilməzdilər,  öz  seçicilərinin  iradəsinə  etiraz  etdikdə 
burada  adamlar  təhlükədə  olacaq  və  ya  öz  karyeralarına  son  qoyacaqdılar.  Senat 
üçün onların əsl konsepsiyasına görə, Senat, Nümayəndələr Palatasına əks olmaqla 
elə bir orqan idi ki, o seçici təzyiqinə məruz qalan subyekt olmayacaqdı. Hər bir 
ştat özünün ölçüsündən və əhalisinin sayından asılı olmayaraq eyni sayda (iki nəfər 
–  tərcüməçi)  Senatora  malik  olmalı  idi,  beləliklə  onlar  fərdi  suveren  ştat 
hökumətlərinin  federal  hökumətə  göndərdiyi  səfirlər  idi,  səs  verən  ictimaiyyətin 
təmsilçiləri  deyildi.  Senatorlar  hər  iki  ildən  bir  seçilmək  üçün  (Nümayəndələr 
Palatasının  üzvləri  hər  iki  ildən  bir  seçilirlər  –  tərcüməçi)  çarpışmayacaqdılar,  - 
əlbəttə,  Aleksandr  Hamilton  (bani-atalardan  biri,  Corc  Vaşinqtonun  ilk 
prezidentliyində  federal  hökumətin  ilk  maliyyə  naziri  –  tərcüməçi)  təklif  etmişdi 
ki,  onlar  ömürlük  müddətə  bu  səlahiyyət  sahibi  olsunlar  –  və  altı  illik  müddətin 
məqsədi onları ictimai rəydən izolyasiya etmək idi. 
Senatorlar xalqın səsi ilə deyil, ştatın qanunvericiləri tərəfindən, hansılar ki, 
hər  bir  ştatın  konservativ  mülkiyyət  maraqlarını  təmsil  etməyə  arxalanırlar  və 
“kütlələrin  səfehliyinə”  müqavimət  göstərə  bilirlər,  həmin  funksiyaya  təyin 
edilirdilər.  Bu  qaydada  konstitusional  qurultayın  nümayəndəsi  Con  Dikinson 
demişdi  ki,  “Senat  həyatda  öz  rütbələrinə  görə  və  mülkiyyət  çəkilərinə  görə 
hörmətə  yiyələnəcək  və  ən  ehtiramlı  şəxsiyyətlərdən  ibarət  olmaqla,  mümkün 
olduğu qədər Britaniya Lordlar Palatasına güclü bənzərliyə malik olacaqdı”. 
Bununla  yanaşı,  Senat  qanunvericilik  orqanından  az  olmalı  idi  –  adətən 
orada  ictimai  fikrə  görə  həyati  nəticə  üstündə  qızışan  müzakirələrə  qayğı 
göstərilməlidir,  -  Senat  isə  daha  çox  icra  şurası  olacaqdı.  Torpaqları  və 
müqavilələri müzakirə edəcək və əsasən Prezidentə məsləhətlər verəcəkdi, özü də 
bunu ictimaiyyət üçün olan qalereyasız və hətta öz iclası üçün protokolu olmadan 
həyata  keçiriləcəkdi.  Yerli  qaydada  əvvəlcədən  qərar  vermə,  Hamiltonun  dediyi 
kimi, Senat zalında yaddan çıxarılmalı idi, həm də ilk məsələnin “görən bu qərar 
seçicilərimə  və...  mənim  yenidən  seçilməyimə  necə  təsir  göstərəcəkdir”  sualının 
olduğu Kontinental Konqressin sadə bir məşqi olmalı idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə