35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

 
26 
ancaq  daha  çox  vaxtaşırı  azlıqda  baş  verəcəkdir,  bütün  azlığın  nöqteyi-nəzərinin 
rəmzi başlığının eşidilməsi üçün bərabər imkan inkar ediləcəkdir. 
Hər bir  Senator  öz yerli  maraqlarını təmsil edən kolleqalarının nəyi həyata 
keçirdiyini bilməyə uzun müddət ərzində baxmağa ehtiyac duymur. Və əgər həmin 
maraqlar hətta milli faydanın xeyrinə tərk ediləcəkdirsə, qoy Senator yox, seçicilər 
qərara  alsınlar  ki,  necə  və  nə  dərəcədə  nəyisə  etsinlər.  Çünki  Senator  onların 
Vaşinqtondakı  müvəkkilidir,  onların  haqlarının  himayəçisidir,  Senat  palatasında 
Vitse-Prezidentin  adlandırdığı  kimi  “Massaçusetsdən  olan  Senator”  və  ya 
“Texasdan olan Senatordur”. 
Lakin nə vaxtsa bunların hamısı deyilmişdir və qəbul olunmuşdur, biz hələ 
bütün  əhvalatı  danışmamışıq.  Çünki  biz  Vaşinqtonda  “Birləşmiş  Ştatların 
Senatoruyuq”  və  Massaçusetsdən  və  Texasdan  olan  Senatorlar  Birləşmiş  Ştatlar 
Senatının  üzvləridir.  Biz  qubernatorlara  və  hörmətli  ştatlarımıza  deyil,  Vitse-
Prezidentin başçılığı altında tutduğumuz vəzifəyə görə and içirik və biz Vaşinqtona 
gəlmişik  ki,  Edmund  Börkün  sözlərini  bir  qədər  dəyişərək  deyək  ki,  biz 
düşmənçilik səfirləri deyilik və ya öz ştatımız və ya sektsiyamız üçün məhkəmədə 
digər  ərazilərin  müdafiəçilərinə  və  agentlərinə  müxalif  qaydada  çıxış  edənlər 
deyilik – bir mənafeyi olan bir millətin məşvərətçi məclisinin üzvləriyik. Əlbəttə, 
biz  öz  ərazilərimizin  ehtiyaclarına  nə  məhəl  qoymaya  bilmərik,  nə  də  asanlıqla 
həmin  ərazinin  məhsulları  ola  bilmərik,  -  lakin  əgər  yerli  maraqlar  bizim  hər 
birimizin  roluna  ağalıq  edirsə,  heç  kəs  milli  marağın  keşiyində  möhkəm  dayana 
bilməyəcəkdir. 
Ştat  və  region  qarşısındakı  borclara  əlavə  olunan  digər  şeylər  də  vardır  – 
artıq  təzyiqi  təsvir  edilən  partiya  qarşısındakı  borc  da  vardır.  Əgər  mən  bu 
təzyiqlərə məhəl qoymuramsa, məni bu vəzifəyə qoymuş partiya ilə birgə getmək 
barədə  borcum  yoxdurmu?  Biz  inanırıq  ki,  partiya  məsuliyyətinin  olduğu  bu 
ölkədə  biz  partiya  platformasının  dərk  edilməsini  vacib  sayırıq  -  əlbəttə,  əgər 
partiya  yarlığı  seçicilər  üçün  bir  məna  kəsb  edirsə.  Yalnız  bu  yolla  iki  partiyaya 
əsaslanan  bizim  millət  çox  saylı  partiya  qəlpələrinin  tələsindən,  onların 
prinsiplərinin bakirəliyindən və sərtliyindən qaça bilər. Onu da əlavə etməliyəm ki, 


 
27 
-  əgər  siyasət  barədə  Qrişom  qanunun  bir  növünü  təklif  edə  bilərəmsə,  –  onların 
üzvlüyünün ölçüsünü tərs mütənasibliklə artıra bilərəm. 
Və hələ biz razılaşa bilmərik ki, partiya məsuliyyətinin təzyiqi hər bir məsələ 
üzrə  şəxsi  məsuliyyətin  tələb  etdiyi  bataqlıqda  batacaqdır.  Biliyi,  intizamı, 
müvəffəqiyyəti artırmaq həvəsi, hətta yeni ideyaları istisna edən qərarlar, müstəqil 
davranış və üsyançı üzvlər partiya üçün onun təhlükədə olması deməkdir. Senator 
Albert Bevericin sözləri ilə deyilsə: 
“Partiya  yalnız  böyüməklə,  (onun  gətirdiyi)  ideyaların  ölümünə 
dözümsüzlüklə  yaşaya  bilər...  Təşkilat,  əgər  onun  doğub  törəməsi  öz  xeyrinə 
verilən  səslərdən  asılıdırsa,  əgər  oğul  atanın  yerini  tutursa,  bu,  siyasi  partiya 
deyildir,  ancaq  Çin  tonqudur  (tong  –  Çin  gizli  cəmiyyətinə  avropalıların  verdiyi 
addır.  Bu,  Yerdə,  Göydə  və  insanda  harmoniyanı  təmsil  edən  üçbucağın 
əhəmiyyətinə görə, həm də tried – “sınaqdan çıxmış” adlanırdı. Taypin üsyanında 
və  1911-ci  il  inqilabında  fəal  rol  oynamışdı.  XIX  əsrin  ikinci  yarısında  bu  ad 
altında  həm  də  cinayətkar  qruplar  inkişaf  etmişdi.  Həmin  dövrdə  ABŞ-da  tayfa 
rəqabəti  aparan  çinli  qanqsterlər  bir  sıra  şəhərlərdə  bir-birilə  vuruşmuşdu  – 
tərcüməçi). Düşüncə və vicdan vətəndaşları heç də bir yerə yığışmır, ancaq Hindu 
tayfası qana və xurafata görə birliyini qoruyub saxlayır”. 
İki partiyalı sistem hər ikisinin ciddi olduğuna görə qalmır, ona görə qalır ki, 
hər  ikisi  çevikdir.  Mən  Konqressə  daxil  olanda  Respublikaçılar  partiyası,  misal 
üçün,  Robert  Taftı  və  Ueyn  Morsu  dəstəkləmək  üçün  kifayət  qədər  böyük  idi  – 
Senatın  Demokratik  tərəfi  isə,  indi  mən  də  xoşbəxtlikdən  onun  ağuşunda  xidmət 
edirəm, misal üçün, Harri Bödün və Ueyn Morsun hesabına güclü idi. 
Əlbəttə, hər iki böyük partiya bu gün milli mənafeyə xidmət etmək yollarını 
axtarır.  Onlar  geniş  dəstək  bazasına  yiyələnmək  üçün  hər  şeyi,  əgər  bu  nəcib 
səbəbə  görə  deyilsə,  edirlər.  Lakin  nə  vaxt  ki,  partiya  və  vəzifə  tutanların  milli 
mənafeyə  necə  xidmət  etmək  barədə  mövqeləri  fərqlidirsə,  biz  birinci  yerə  öz 
partiya  borcumuza  görə  məsuliyyəti  və  hətta  seçicilərimiz  qarşısındakı 
məsuliyyətimizi deyil, öz vicdanımıza görə olan məsuliyyəti qoymalıyıq. 


 
28 
 Lakin  yerli  maraqlara  və  partiyaya  mənsubluğuna  görə  borclarımızı  yerinə 
yetirməmək, seçicilərimizi iradələri ilə əlaqədar olan problemin kvadratı ilə üz-üzə 
gəlmək  məsuliyyətindən  bir  qədər  asandır.  Senator  bu  məsuliyyətdən  qaçırsa, 
bunun  altını  çəkməli  olacaqdır  və  bizim  demokratik  sistemin  təməl 
təhlükəsizlikləri  yoxa  çıxacaqdır.  O,  həqiqi  düşüncədə  aydın  təmsilçi  deyildir, 
ictimai  etimadı  pozmuş  olur,  ona  öz  baxışlarını  icra  etmək  üçün  səs  verənlərin 
nümayiş  etdirdikləri  etimada  xəyanət  edir.  Con  Tayler  özünün  başlıca  nitqində 
Nümayəndələr  Palatasından  soruşmuşdu  ki,  “məxluq  özünü  onu  Yaradana  qarşı 
müxalif qoyurmu? Sahibin arzularına itaət etməyən, onun xidmətçisidirmi?” 
“Onların dilində deyil, öz dilində danışırsa, xalq onu necə öz təmsilçisi kimi 
qiymətləndirə  bilər?  Belə  etdikdə  o,  əslində  onların  təmsilçiliyini  dayandırır  və 
təkcə özünü təmsil edir”. 
Qısası, bu fikir məktəbinə uyğun olaraq, əgər mən öz seçicilərimin iradəsinə 
lazım  olduğu  kimi  məsuliyyətli  olsam,  özümün  deyil,  onların  prinsiplərini  hər 
şeydən  yuxarı  qoymaq  mənim  borcumdur.  Bu,  yəqin  ki,  o  qədər  də  asan 
olmayacaqdır,  ancaq  buna  baxmayaraq,  məhz  o  demokratiyanın  mahiyyətidir, 
xalqın  müdrikliyinə  və  onun  baxışına  inamdır.  Xalqın  səhv  edəcəyinə  əmin 
olmaqdan  ötəri  –  onlar  layiq  olduqlarından  heç  də  yaxşı  hökumətə  malik 
olmayacaqlar,  -  lakin  bu,  xalqın  təmsilçisinin  onlar  üçün  nəyin  yaxşı 
olduğundansa,  yaxşı  bildiyini  demək  hüququ  ilə  özünü  lovğa  aparmasından  daha 
yaxşıdır. 
Birləşmiş  Ştatlar  Senatorunun  rolu  haqqında  belə  dar  baxışı  qəbul  etmək 
çətindir,  -  bu  baxışı  öz  üzərinə  götürən  massaçusetslilər  məni  Vaşinqtona 
göndərmişlər ki, sadəcə xalqın rəyindəki dəyişikliyi xəbər verən seysmoqraf kimi 
xidmət  edim.  Mən  bu  baxışı,  heç  də  “xalqın  müdrikliyinə”  inamım  olmadığıma 
görə  rədd  etmirəm,  ona  görə  rədd  edirəm  ki,  demokratiya  konsepsiyası  əslində 
xalqın  üzərinə  bu  dərəcədə  az  etimad  qoyur.  Beləliklə,  kim  elektoratın  hər  bir 
impulsuna bağlı olan təmsilçilik vəzifələrini inkar edirsə, onun özünün fikirlərinin 
nəticəsindən birbaşa asılı olmayaraq – xalqın müdrikliyinə etibar etməlidir. Onlar 
ədalətin  ən  böyük  düşüncəsində  inama,  mərdliyi  şərəfləndirməyə  və  ədalətə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə