35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   2   3   4   5   6   7   8   9   ...   71

 
17 
vaxt ki, Senat ancaq yenicə öz yoluna düzəlmişdi, Kapitolinin harada yerləşməsini 
müzakirə edirdi) verilmişdi. 
Bu o demək idimi ki, Senat artıq mərd adamlarla öyünə bilməz. 
Uolter  Lippman  (XX  əsrin  ilk  üç  rübündə  Birləşmiş  Ştatların  ən  məşhur 
jurnalisti,  naşiri  və  yazıçısı  –  tərcüməçi)  bu  yaxınlarda  nəşr  edilmiş  kitabında 
yarım  əsrə  yaxın  bundan  əvvəl  diqqətli  müşahidəsindən  sonra,  siyasətçilərin  və 
seçicilərin hər ikisinə xoşagəlməyən mühakiməsini təqdim edir: 
“Müstəsnalar o qədər nadirdir ki, onlar təbiətin möcüzəsi və şıltaqlığı kimi, 
təhlükəsiz  və  qorxmaz  adamlar  olan  uğurlu  demokratik  siyasətçilər  kimi 
qiymətləndirilirdi.  Onlar  siyasi  cəhətdən  yalnız  ona  görə  irəliləmişlər  ki, 
sakitləşdirici,  barışdırıcı,  rüşvətxor,  şirnikləndirilən  olmaqla,  öz  seçicilərinin 
tələbkarlığı ilə seçilən və hədələyən elementlərini aldatmaq üçün başqa üsullardan 
da  istifadə  edirlər.  Həlledici  müzakirə  hansı  təklifin  yaxşı  və  populyar  olduğu 
demək deyildir – görən bu yaxşı işləyəcəkdirmi və ya özünü sübut edəcəkdirmi də 
demək  deyildir,  bu  ancaq  görən  fəal  danışan  seçicilərin  bilavasitə  xoşuna 
gələcəkdirmi qayəsinə xidmət edir”. 
On  ilə  yaxın  müddətdən  sonra  “uğurlu  demokratik  siyasətçilərin”  arasında 
yaşayandan  və  işləyəndən  sonra  onların  hamısının  “özünə  arxayın  olmayan  və 
qorxudulmuş”  adamlar  olmasına  o  qədər  də  əmin  deyiləm.  Mən  inanıram  ki, 
ictimai  işin  mürəkkəbliyi  və  ictimai  diqqətə  layiq  olmaq  uğrunda  rəqabət, 
mərdliyin  –  qoy  bu,  böyük  ya  kiçik  olsun  –  saysız-hesabsız  nümunələri  ilə 
zəifləyəcəkdir, bu nümunələr demək olar ki, hər gün Senat zalında baş verəcəkdir. 
Mən  inanıram  ki,  tənəzzül  -  əgər  tənəzzül  baş  versə  -  siyasət  sənətinin, 
kompromiss və tarazlıq üçün zərurətin və Senatın təbiətinin, bir qanunverici palata 
kimi ictimai qiymətləndirilməsində olduğuna nisbətən, Senatda daha az olacaqdır. 
Və  nəticədə  mən  inanıram  ki,  biz  kütlənin  arxasınca  gedən  adamları  tənqid 
edəcəyik, həm də eyni zamanda o adamları tənqid edəcəyik ki, buna açıq şəkildə 
tabe olmadılar  – çünki biz Senatorun öz seçiciləri  qarşısındakı  məsuliyyətini tam 
başa düşmür və ya siyasətçinin vicdanla arzuladığı ilə, Uebsterin sözləri ilə desək, 
“(onun)  skifini  (skiflər  b.e.ə.  7-ci  əsrdən  b.e.  3-cü  əsrinə  qədər  mövcud  olmuş, 


 
18 
Şimali  Qara dəniz ətrafında yaşayan  və Herodotun “Tarix” kitabında geniş  təsvir 
edilən  qədim  tayfadır  -  tərcüməçi)  “tənha  sahildən”  düşmən  kəsilən  və  coşqun 
dənizə atmaq üçün “itələməklə” üzləşdikdə, onun çətinliyini etiraf etmirik. Yəqin 
ki,  əgər  amerikan  xalqı  siyasi  mərdliyin,  çaşdırmağa  sövq  edən  hərəkətlərlə  ağır 
təzyiqlərə məruz qaldığını bütünlüklə dərk etsə, bunlar isə Senatoru öz vicdanından 
uzaqlaşmağa  və  ya  onu  yatırtmağa  məcbur  edir,  bu  vaxt  onlar  asan  yolu  tutmuş 
adamlara daha az tənqidi yanaşmalıdırlar – və mərdlik cığırı ilə indiyədək getməyə 
qadir olanları daha çox qiymətləndirməlidirlər.  
Yada  düşən  birinci  təzyiq  ümumi  ictimaiyyət  tərəfindən  nadir  hallarda 
nəzərə  alınan  təzyiq  formasıdır.  Amerikanlar  istəyirlər  ki,  xoşa  gəlsinlər  –  və 
Senatorlar  da  bu  məsələdə  istisna  təşkil  etmirlər.  Onlar  təbiət  etibarilə  və 
zərurətdən  –  sosial  heyvanlardır.  Biz  dostluqdan,  dostlarımızı  və  kolleqalarımızı 
bəyənməkdən  həzz  alırıq.  Biz,  təhqirə  görə  tərifə,  nifrətə  görə  populyarlığa 
üstünlük  veririk.  Vicdanlı  qaydadakı  üsyançı  yolunun  dəfələrlə  tənha  qaldığına 
əmin olduqda, biz öz qanunverici yoldaşlarımızla, klub üzvləri olan sirdaşlarımızla 
birgə  addımlamaqdan  ötəri  narahat  olmalıyıq,  vahid  və  müstəqil  xətti  tutmaq  isə 
digər üzvləri də utandıracaq və qıcıqlandıracaqdır. Buna baxmayaraq, biz belə bir 
qərara gəlirik ki, klubdakı nüfuzumuz və öz obyektlərimizə, həm də seçicilərimiz 
olanlara  çatmağa  nail  olmaqla  onun  genişlənməsi,  müəyyən  ölçüdə  digər 
Senatorların  bizə  bəslədiyi  hörmətdən  asılıdır.  Konqressə  daxil  olanda  mənə 
demişdilər ki, “yolu birgə getmək, birgə getmək deməkdir”. Birlikdə getmək ancaq 
yaxşıdan  daha  böyük  mənanı  verir  –  bu,  kompromissi,  mümkün  olan  şeylər 
düşüncəsini  əhatə  edir.  Biz  bütün  kompromissləri  pis  bir  əxlaq  kimi  çox  tez 
məhkum  etməməliyik.  Siyasət  və  qanunvericilik  üçün  sarsılmaz  prinsiplər  və  ya 
əldə  edilə  bilməyən  ideallar  yoxdur.  Siyasət,  Con  Morleyin  dərindən  müşahidə 
etdiyi kimi, “elə bir meydandır ki, orada hərəkət bir saniyə uzunluğunda yaxşıdır 
və oradakı seçim daim iki səhvin arasında olur” və həyatın demokratik yolu altında 
olan  qanunvericilik  və  hökumətin  federal  sistemi  həm  fərdi,  həm  qrup,  həm  də 
onların ətrafında olanlardan hər birinin istəkləri arasındakı kompromissi tələb edir. 


 
19 
Yaxşı tanınan şəxsiyyət olan Henri Kley demişdir ki, kompromiss Birliyi bir yerdə 
saxlamaq üçün sementdir. 
“Bütün qanunvericilik... qarşılıqlı güzəşt üzərində qurulmuşdur... Kim özünü 
bəşəriyyətdən,  onun  zəifliyindən,  möhkəm  olmamasından,  istəklərindən,  zəruri 
saydıqlarından  yuxarı  qalxırsa,  əgər  ona  xoşdursa  de  ki,  “mən  heç  vaxt 
kompromissə getməyəcəyəm”; lakin qoy bizim ümumi təbiətimizin kövrəkliyindən 
kimsə yuxarıda dayanmırsa, kompromissə laqeydlik göstərməsin”. 
Bu  o  kompromissdir  ki,  bütün  irəli  sürülən  islahatların  hər  birinin  – 
“yaşların”  da,  “quruların”  da  (ABŞ-da  1920-ci  ildən  1933-cü  ilə  qədər  spirtli 
içkilərin  istehsalı,  idxalı  və  ticarətinin  qadağan  olunması  əleyhinə  olanların 
(“yaşların”)  və  lehinə  olanların  (“quruların”)  hərəkatı  –  tərcüməçi),  bir  sözü 
olanların  da,  izolyasionistlərin  də,  vivisekstsionistlərin  də  -  siyasi  spektrin  qatı 
müxalif  sonluğuna  əsaslanan  qrupu  tərəfindən  məhv  edilməsinin  qarşısını  alır. 
Fanatiklər və ekstremistlər və hətta vicdanlı qaydada özünü çətin və tez qazanılan 
prinsiplərə  həsr  edənlər  daim  öz  hökumətlərinin  uğursuzluğundan  məyus  olurlar. 
Onların  hökuməti  özünün  bütün  prinsiplərini  həyata  keçirməyə  və  öz 
opponentlərinin prinsiplərini məhkum etməyə atılır. Lakin qanunverici öz müxalif 
qüvvələri ilə ştatın və partiyanın daxilində barışmaq yolunu tutmağa görə müəyyən 
məsuliyyət  daşımağa  borcludur  və  milli  səviyyədə  mənafelərin  daha  iri 
toqquşmasında onları təmsil etmək hüququna malikdir; və yalnız o, bilir ki, elə az 
adam  vardır  ki,  mümkün  olan  istənilən  nəticədə  bütünlüklə  doğru  olanlar, 
bütünlüklə düzgün olanlar və bütün mələklər onun tərəfindədir. 
Mənim  kolleqalarımdan  bəziləri  bu  gün  açıq  prinsiplərin  yoxluğunu  tənqid 
edirlər – və ya elələri də vardır ki, kompromissə gedən “siyasətçilərə” nifrət ifadə 
edən gözlərlə baxırlar – onlar sadəcə olaraq ictimai rəyin qüvvələri və fraksiyaları 
ilə  barışıq,  tarazlaşdırma  və  təfsir  etmə  sənəti  ilə  məşğul  olurlar,  bu  sənət 
mahiyyətcə  millətimizi  birləşmiş  şəkildə  qoruyub  saxlayır  və  hökumətimizi 
fəaliyyət göstərməyə qadir edir. Vaxtaşırı prinsip üçün vicdanları bu adamları daha 
sərt standart götürməyə istiqamətləndirir – lakin onların intellekti özlərinə deyir ki, 
yaxşı  ya  pis  qanun  layihəsi,  ümumiyyətlə  qanun  layihəsinin  olmamasından  daha 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə