35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   2   3   4   5   6   7   8   9   ...   71

 

Ön söz 
 
Mərldik Prezident Kennedinin daha çox valeh olduğu bir ləyaqət idi. O, elə 
adamları axtarırdı ki, onlar hansısa yolla, istər bu döyüş cəbhəsində iştirak, ya da 
beysbol almazı olsun,  nitq söyləməkdə  və ya hansısa səbəbə görə vuruşda olsun, 
igidliyə  malik  olduqlarını  nümayiş  etdirirdilər,  onlar  hökmən  ayağa  qalxacaqdır, 
onlara arxa çevirmək mümkün olacaqdır. 
Odur  ki,  bu  kitab  onun  şəxsiyyətinə,  inamlarına  olduqca  uyğundur.  Bu  elə 
adamların həyatının öyrənilməsidir ki, onlar özləri ilə, öz gələcəkləri ilə, hətta öz 
uşaqlarının maddi rifahı ilə risq etdilər, olduqca tez bir qaydada öz prinsiplərinin 
müdafiəsi  üzərində  dayandılar.  Bu,  onun  öz  həyatını  modelləşdirdiyi  ideala 
istiqamətlənmişdi. Və bu, başqalarına öz ürəyini vermək dövründə idi. 
Endryü Ceksonun dediyi kimi, “Bir mərd adam çoxluğu əmələ gətirir”. Bu, 
Prezident Kennedinin başqalarına göstərdiyi təsir idi. 
Prezident  Kennedinin  1964-cü  ilin  martında  qırx  yeddi  yaşı  tamam  olmalı 
idi.  Onun  yer  üzərində  keçirdiyi  günlərin  ən  azı  yarısı  intensiv  fiziki  ağrılar 
günlərinə  düşürdü.  O,  hələ  çox  gənc  olanda  skarlatina  ilə  xəstələnmişdi  və  artıq 
yaşlı olanda kürəyində ciddi ağrılar var idi. Arada o, demək olar ki, ağıla gələ bilən 
hər  bir  tibbi  müalicə  alırdı.  Biz  bir  yerdə  böyüyəndə  Con  Kennedinin  sancan 
ağcaqanadın böyük risq etdiyini deyib gülürdük – onun azacıq qanı demək olar ki, 
ağcaqanadı  hökmən  öldürərdi.  O,  müharibədən  sonra  xeyli  müddət  Çelsi  dəniz 
hospitalında  müalicə  olunmuşdu,  1955-ci  ildə  kürəyində  böyük  və  çox  ağrılı 
cərrahiyyə  əməliyyatlarına  məruz  qalmışdı,  1958-ci  ildə  isə  qoltuq  ağacları  ilə 
hərəkət  etməyə  məcbur olmuşdu. 1951-ci ildə dünya ətrafına səyahət vaxtı o,  bir 
xəstə  adama  çevrildi.  Biz  Okinavadakı  (Yaponiyada  ABŞ  hərbi  bazası  yerləşən 
ada-  tərcüməçi)  hərbi  hospitala  uçduq  və  onun  hərarəti  106  dərəcədən  (bu, 
Faringeyt şkalası üzrə idi. Selsi şkalasına görə 41,1
0
  edir  –  tərcüməçi)  yuxarı  idi. 
Onlar xəstənin sağalacağına inanmırdılar. 
Lakin  bütün  bu  vaxt  ərzində  mən  heç  vaxt  onun  şikayətləndiyini 
eşitməmişdim.  Mən  heç  vaxt  eşitməmişdim  ki,  o,  özünü  necə  hiss  etməsi  barədə 


 

nəsə desin. Allah ona qarşı ədalətsiz iş görmüşdü. Onu tanıyanlar yalnız sifətinin 
bir  az  daha  solğun  olduğuna  görə  onun  əzab  çəkdiyindən  hali  olurdular.  Onun 
gözləri  ətrafındakı  xəttlər  bir  qədər  dərin  idi,  sözləri  isə  bir  qədər  kəskin  olurdu. 
Onu  tanımayanlar  heç  nəyi  lazımınca  ayırd  edə  bilmirdilər.  O,  öz  problemləri 
barədə  şikayət  etmirdi,  ona  görə  də  mən  öz  vəziyyətim  barədə  şikayətlənmək 
istəyəndə - bunu o, həmişə hiss edirdi. 
O,  xəstəliyə  qarşı  mübarizə  aparanda,  müharibədə  vuruşanda,  Senata 
seçilməyə  başlayanda,  Massaçusetsdə  Müqəddəs  Lourens  dəmir  yoluna  görə 
qüdrətli  adamların  mənafeyinə  qarşı  duranda,  1959-cu  il  Əmək  İslahatı  Aktı 
uğrunda  mübarizə  aparanda,  1960-cı  ildə  Qərbi  Virciniya  praymerizinə  (partiya 
daxili  ilkin  seçkilərə  -  tərcüməçi)  daxil  olanda,  Los-Ancelesdə  Demokratik 
partiyanın  qurultayında  heç  bir  hücuma  yol  vermədən  Lindon  Consonla  debat 
aparanda,  Donuzlar  körfəzindəki  uğursuzluğa  görə  (1961-ci  ildə  Kubaya 
müdaxilənin  biabırçı  surətdə  baş  tutmaması  –  tərcüməçi),  polad  şirkətləri  ilə 
mübarizə  aparanda,  1961-ci  ildə  Berlində  (Qərbi  Berlində  -  tərcüməçi)  xalq 
qarşısına çıxanda, 1962-ci ildə yenidən həmin şəhərin azad olmasını tələb edəndə, 
Sovet raketlərini Kubadan geri qaytarmağa məcbur edəndə, bütün vətəndaşlar üçün 
bərabər hüquqlar barədə danışanda, mübarizə aparanda və yüzlərlə digər böyük ya 
kiçik işlərdə o, bəşər məxluqunun necə ən yaxşı olduğunu ifadə edirdi. 
O, inamını, mərdliyini, köməyə ehtiyacı olanlara yardım etmək istəyini, həm 
də öz ölkəsinə həqiqi və əsl məhəbbət nümayiş etdirmişdi. 
Onun  cəhdləri  hesabına  əqli  cəhətdən  geridə  qalanlar  və  əqli  xəstələr  daha 
yaxşı  şansa  malik  olacaqdılar,  gənc  adam  təhsil  almaq  üçün  daha  böyük  imkana 
malik  olacaq,  ləyaqətlə  və  özünə  hörmət  bəsləmək  şəraitində  yaşayacaqdı,  buna 
görə xəstələr sağalmalı, dünya isə sülh şəraitində yaşamalıdır. 
Prezident Kennedi Ağ Evdə üç min gün əvəzinə yalnız min gün oldu, həm 
də o qədər çox sayda işlər görə bildi. Bu qədər çox işin görülməsinə hələ indiyədək 
ehtiyac vardır. 
Bu kitab öz dövründə nə etmək lazım olduğunu bilən və onu həyata keçirən 
adamların  əhvalatlarından  danışır.  Prezident  Kennedi  Dantenin  “Cəhənnəmin  ən 


 
10 
isti  guşələrində  o  adamlara  yer  saxlanmışdır  ki,  onlar  böyük  mənəvi  böhran 
dövründə öz neytrallığını qoruyub saxlayırlar” sözlərini sitat gətirməyi sevirdi. 
Con  Kennedinin  bu  kitabda  təsvir  etdiyi  adamların  həyatından  dərs  almaq 
mümkündürsə,  əgər  bu,  onların  həyatından  və  ömründən  gələn  dərs  idisə,  bu  o, 
deməkdir ki, bizdən heç kəs bu dünyada özünə seyrçi rolunu götürə bilməz, tənqid 
heç də kənarda dayanmamalıdır. 
Tomas Karleyl yazırdı: “Bizim arzuladığımız və qiymətləndirdiyimiz igidlik, 
heç də ləyaqətli ölmək igidliyi deyildir, ancaq insan kimi yaşamaqdır”. 
 
Ölümündən  bir  gün  əvvəlki  səhərdə  Prezident  Kennedi  keçmiş  Vitse-
Prezident  Con  Nensi  Qarnerə  ehtiramını  bildirmək  üçün  onu  öz  yanına  dəvət 
etmişdi. Mister Qarnerin doxsan beş yaşı tamam olan ad günü idi. Mister Qarner 
ilk  dəfə  Vaşinqtona  gələndə  ümumi  federal  büdcə  500  milyon  dollardan  az  idi. 
Prezident  Kennedi  isə  100  milyard  dollardan  bir  qədər  az  olan  büdcənin  icra 
edilməsinə başçılıq edirdi. 
Prezident  Kennedi  öldürüləndə  onun  nənəsi  Bostonda  yaşayırdı.  Prezident 
Linkoln güllə atəşi ilə vurulan ildə də bu qadın sağ idi. 
Biz  gənc  ölkəyik.  Bu  planetin  bizi  saxlamağa  qadir  olduğunu 
aydınlaşdıranadək,  biz  böyüyür  və  genişlənirik.  Biz  elə  problemlərə  malikik  ki, 
indi  əlli  yaşında  olan  adam,  hətta  on  il  bundan  əvvəl  onlarla  üzləşməyi  heç 
xəyalına da gətirə bilməzdi. 
Bizim  hamımızın  enerjisi  və  istedadı,  çağırışları  –  şəhərlərimizin, 
fermalarımızın,  özümüzün  daxili  çağırışlarımızı,  -  qarşılamağa  ehtiyac  duyur  ki, 
bütün yer kürəsində azadlıq uğrunda mübarizədə, savadsızlığa, aclığa və xəstəliyə 
qarşı döyüşlərdə uğurlu olaq. Əylənmələr, özündən razılıq qabiliyyətsizliyi bizə pis 
xidmət göstərəcəkdir. 
Prezidentin sevimli müəllimlərindən biri olan lord Tvidsmuir öz tərcümeyi-
halında yazırdı: “İctimai həyat karyeranın tacıdır və gənc adamlar üçün bu, ləyaqət 
ambitsiyasıdır. Siyasət hələ də ən böyük və daha şərəfli macəradır”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə