35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   2   3   4   5   6   7   8   9   ...   71

 
14 
Minnesota universitetindən professor Con Bistrom, Nebraskanın keçmiş baş 
prokuroru  S.L.Sorensen  və  Nebraska  Ştat  Qanunvericiliyinin  məmuru  Möhtərəm 
(keşişə  belə  müraciət  edilir-  tərcüməçi)  Huqo  Srb  Corc  Norrisin  əvvəllər  nəşr 
edilməmiş məktubları ilə və Nebraska ştat qanunvericiliyinin yararlı olan sənədləri 
ilə təmin olunmağıma köməklik göstərmişdilər. 
Corctaun  universitetindən  professor  Culis  Deyvids  bir  sıra  fəsillərin 
hazırlanmasında  materiallar  əldə  etməkdə  köməklik  göstərmişdi.  Bunu  mənim 
qabiliyyətli  dostum  Ceyms  M.Landis  də  etmişdi,  o,  tarixin  sirrləri  barədəki  vəkil 
konspektini gətirəndə sevinirdi. 
II  fəsildən  X  fəsilə  qədər  olan  mətn  Harvarddan  olan  professor  Artur 
N.Holkombun  və  Artur  M.Şlezinger-Kiçiyin  və  Çikaqo  universitetindən  olan 
professor  Uolter  Consonun  tənqidi  qeydləri  ilə  əsasən  xeyli  yaxşılaşdırılmışdır. 
Nəşr  işində  mənim  Harper  və  qardaşları  nəşriyyatından  olan  Evan  Tomasla 
əməkdaşlığım və onun ilk olaraq mətni bəyənməsi, bu kitabın işıq üzü görməsini 
mümkün etmişdi. Əlyazmanı çap etməkdə və yenidən çap etməkdə öz borcundan 
artıq  iş  görən  Qloriya  Liftmana  və  Ceyn  Donovana  səylərinə  görə  təşəkkürümü 
bildirirəm.  
Tədqiqatıma kömək edən Teodor K.Sorensenə materialın toplanmasında və 
hazırlanmasında  əvəzsiz  yardımına  görə  daha  çox  borcluyam,  bu  kitab  da  həmin 
materiala əsaslanır. 
Bu kitab, lap başlanğıcdan, arvadım Jaklinin ideyanı bəyənməsi, köməyi və 
tənqidləri olmasaydı, mümkün olmayacaqdı. Bütün sağalma günlərim ərzində onun 
köməyini mən hətta belə adekvat qaydada etiraf edə bilmərəm. 
 
                                                                                     -Con F. Kennedi 
        1955  
 
 
 
 


 
15 
O,  yaxşı  bilir  ki,  şəxsi  düşmənçilikdən  tutmuş...  və  güman  ki,  populyar 
yanlışlığa  qədər  onun  yolunda  hansı  tələlər  qurulmuşdur.  Lakin  o,  öz  səbəbinə, 
təhlükəsizliyinə,  mənafeyinə,  gücünə,  hətta...  populyarlığına  görə  özünü  risqə 
atmışdı.  O,  güman  etdiyi  səbəblərə  görə  böhtana  məruz  qalmış  və  təhqir 
olunmuşdur.  O,  xatırlayacaqdır  ki,  təhqir  bütün  həqiqi  şərəfin  əmələ  gəlməsində 
zəruri inqrediyentdir; o, xatırlayacaqdır ki, həmin böhtan və təhqir zəfərin ayrılmaz 
hissələridir. O, uzun ömür yaşaya bilərdi. Lakin bura zirvə idi. O, bu gün etdiyini 
heç vaxt kölgədə qoya bilməyəcəkdir. 
Edmund  Börkün  Şərqi  İndiya  Kampaniyasının  tiraniyasına 
qarşı hücum edən Çarlz Ceyms Foks barədə tərifli sözləri. 
Nümayəndələr Palatası, 1 dekabr 1783-cü il 
 
 
 
Mərdliyin profilləri 
 

 
Mərdlik və siyasət 
 
Bu,  insan  ləyaqətlərindən  daha  çox  cəzbedici  olan  mərdlik  barədəki 
kitabdır. Ernest Heminquey onu “təzyiq altında xeyirxahlıq” adlandırır. Və bunlar 
Birləşmiş Ştatların səkkiz senatoruna edilən təzyiq və həmin təzyiqə bu adamların 
xeyirxahlıqla  dözməsi  haqqındakı  –  onların  öz  karyeraları  ilə  risqlər,  xəttlərinin 
qeyri-populyar  olması,  xarakterlərinə  böhtan  yağdırılması  və  ancaq  təkcə  bəzi 
hallarda  onların  reputasiyasının  və  prinsiplərinin  kədərli  qaydada  reabilitasiya 
olunması barədəki əhvalatlardır.  
Millət mərdliyinin keyfiyyətini yaddan çıxarmışdır, hansı ki, o liderlərimizin 
seçimində  olduğu  kimi  keçmişdə  üzərində  israr  edilməyən  və  ya  mükafata 


 
16 
bənzəməyən  bir  qaydada  ictimai  həyata  gətirilmişdi  və  faktiki  olaraq  biz  bunu 
unutmuşuq.  Con  Kvinsi  Adamsın  Henri  Kleyin  siyasi  sxemi  ilə  necə  Prezident 
olmasını xatırlaya bilərik, lakin biz unutmuşuq ki, o, hələ gənc olanda vəd edilən 
Senator  karyerasından  millətin  yanında  dayanmaq  naminə  imtina  etmişdi.  Biz 
Deniel Uebsterin bütün karyerası boyu Milli Banka yarınmağa çalışdığını xatırlaya 
bilirik, ancaq onun öz karyerasına son qoyanda millətin faydası üçün özünü qurban 
verdiyini unutmuşuq. Biz nəinki xatırlamırıq və yəqin ki, biz buna laqeydik. 
“Xalq lənətləmir” rubrikası altında sindikat köşə yazarı milyonlarla oxucuya 
çox da uzaq olmayan bir zamanda demişdi: “Görün orta götürülmüş bir Senator və 
ya  Konqressmen  nə  deyir.  Səbəbinə  əhəmiyyət  verməyək,  onlar  bilirlər  ki, 
Konqressdə sizin eşitdiyinizin 99%-i badalaq vurmaqdır, cəhalət və demaqogiyadır 
və onlara bel bağlanmamalıdır...”. 
Kabinetin  keçmiş  üzvü  öz  gündəliyində  xəbər  verir:  “Nə  vaxt  ki,  mən 
Senatın pozulmasına könülsüz qaydada da olsa inanıram, Senatorların çox hissəsini 
azacıq da olsa vicdandan və həqiqətdən asılı olan bir yerə qoyuram, onların çoxu 
kiçik  işıq  verir,  əqli  cəhətdən  zəifdir  və  bütünlüklə Senatorluğa  yaramır.  Bəziləri 
bayağı  demaqoqlardır...,  bəziləri  öz  vəzifələrini  satın  alan  varlı  adamlardır..., 
(bəziləri) dar intellekt, məhdud idrak adamlarıdır və əvvəldən qərar verməyin aşağı 
səviyyəli tərəfdarlarıdır”. 
Və  Senatın  keçmiş  üzvü  özü  kolleqalarına  demişdi  ki,  “xalqın  etibarı  ona 
ağılsız qaydada arxalanmağımıza görə, bizdən ayrı düşür”. 
Senat  bilir  ki,  çox  sayda  amerikanlar  bu  gün  həmin  hissləri  bölüşür.  Biz 
eşidirik ki, Senatorlar siyasətçi olmalıdırlar və siyasətçilər dövlətçiliyə və mərdliyə 
deyil,  yalnız  onu  qalib  edən  səslərə  qayğı  bəsləməlidirlər.  Analar  indiyədək 
istəyirlər ki, onların sevimli oğlanları Prezidentliyə yüksəlsin, lakin məşhur Qellap 
rəy  sorğusuna  müvafiq  olaraq,  bir  neçə  il  bundan  əvvəl  onlar  istəmirdilər  ki, 
oğlanları prosesdə iştirak edən siyasətçilərə çevrilsinlər. 
Tənqidin cari hücumu və hörmətsizlik, görən Senatın tənəzzülünün əlaməti 
deməkdirmi? Qətiyyən yox. Çünki yuxarıda sitat gətirilən üç bəyanatdan birincisi 
iyirminci əsrdə, ikincisi on doqquzuncu əsrdə, üçüncüsü isə on səkkizinci əsrdə (nə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə